Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə10/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   ...   6   7   8   9   10   11   12   13   ...   61

46
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Şamaxıda Mirzə Ələkbər Sabir günlərinə 
həsr olunmuş tədbir keçirilib
24.05.2011
APA. 26.05.2011  
Şamaxıda  Azərbaycanda  vətəndaş  cəmiyyətinin 
inkişafına  Yardım  Assosiasiyasının  (AvciYA)  və  Söz 
Azadlığını Müdafiə Fondunun (SAMF) təşkilatçılığı ilə 
böyük  Azərbaycan  şairi  Mirzə  ələkbər  Sabirin  yara-
dıcılığına  həsr  olunmuş  tədbir  keçirilib.  AvciYA-dan 
APA-ya  verilən  məlumata  görə,  tədbiri  SAMF  sədri 
Musa Yaqub açaraq Mirzə ələkbər Sabirin Azərbaycan 
ədəbiyyatında tutduğu yerdən danışıb. M. Yaqub Avci-
YA və SAMF-nin gördüyü işlər haqqında məlumat verib. 
M.Yaqub  AvciYA  rəhbəri,  Şamaxıdan  seçilmiş  millət 
vəkili  Elxan  Süleymanovun  təşəbbüsü  və  dəstəyi  ilə 
əfzələddin  xaqaninin  Məlhəm  kəndindəki  abidəsinin 
və  M.  ə.  Sabirin  müəllimi  Seyid  əzim  Şirvaninin 
qəbirüstü  abidəsinin  bərpa  edildiyini,  Şamaxı  Huma-
nitar  kollecin  və  Azərbaycan  Müəllimlər  institutunun 
Şamaxı  filialının  tələbələrinə  xaqani  və  Şirvani  adına 
təqaüdlərin təsis edildiyini bildirib. SAMF sədri bildirib 
ki, hər iki təşkilatın təşkilatçılığı ilə Şamaxıda M.ə Sa-
bir yaradıcılığına həsr olunmuş bədii qiraət müsabiqəsi 
keçirilib. Müsabiqə mayın 24-də sona çatıb. Müsabiqədə 
Şamaxı rayonunda təhsil alan şagird və tələbələr iştirak 
edərək bacarıqlarını nümayiş etdiriblər. M. Yaqub Sabir 
yaradıcılığına böyük qiymət verərək belə müsabiqələrin 
ənənəvi olaraq keçiriləcəyini iştirakçıların diqqətinə çat-
dırıb. 
Şamaxı  rayon  icra  Hakimiyyəti  başçısının  müavi-
ni  əşrəf  Şükürov  tədbirin  Şamaxı  rayonunun  ictimai 
həyatında xüsusi əhəmiyyətə malik olduğunu, şagird və 


47
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
tələbələrə yeni stimul verdiyini qeyd edib. Şamaxı rayon 
ziyalısı,  filologiya  elmləri  namizədi  Eyvaz  Eminalıyev 
də bu müsabiqənin böyük əhəmiyyətə malik olduğunu 
vurğulayıb.
Yazıçılar  Birliyinin  təmsilçisi  ədalət  əsgəroğlu 
tədbirin təşkilatçılarına Yazıçılar Birliyinin sədri Anarın 
təbriklərini çatdıraraq, bu xeyirxah missiyanın davamlı 
olmasını  arzulayıb.  M.  ə.  Sabir  nəslinin  nümayəndəsi 
şair Musa ələkbərli çıxışında, Sabir irsinə olan hörmət 
və  qayğıya  görə  tədbirin  təşkilatçılarına  minnətdarlıq 
edib. 
Münsiflər heyətinin sədri, xalq artisti tofiq ismayılov 
müsabiqənin  təşkili  və  münsiflər  heyətinin  fəaliyyəti 
haqqında  məlumat  verərək  qeyd  edib  ki,  müsabiqədə 
Şamaxı  rayonunun  təhsil  müəssisələrinin  şagird  və 
tələbələri  iştirak  ediblər,  10  nəfər  qalib  adını  qazanıb. 
əməkdar artist Ağalar Bayramov da M.ə.Sabir yaradı-
cılığından  danışıb.  Yekun  sözü  ilə AvciYA  prezidenti, 
millət vəkili Elxan Süleymanov çıxış edib. 
E.  Süleymanov  Sabir  şəxsiyyəti,  yaradıcılığı,  onun 
Azərbaycan  xalqının  maariflənməsi  istiqamətində  gör-
düyü işlər haqqında ətraflı məlumat verib. AvciYA pre-
zidenti  müsabiqə  qaliblərinə  uğurlar  arzulayıb,  onlara 
pul mükafatı, kitablar və diplomlar təqdim edib. Bunun-
la yanaşı, 10 nəfər qalibin hər birinin bir il ərzində, M.ə. 
Sabirin 150 illik yubileyinədək 50 manat olmaqla təqaüd 
alacağını bildirib.


48
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
M.Ə. Sabir günləri davam edəcək
25.05.2011
www.elkhan-suleymanov.az
Şamaxının millət vəkili Elxan Süleymanov 2011-ci ilin 
sentyabr  ayından  -  yeni  tədris  ilindən  etibarən,  böyük 
Azərbaycan şairi M.ə. Sabirin yaradıcılığına həsr olun-
muş Bədii Qiraət Müsabiqəsinin keçirilməsi təklifi ilə çı-
xış etmişdir. Müsabiqə M.ə.Sabirin anadan olmasının 150 
illiyinə həsr olunacaq. Elm, mədəniyyət  xadimlərinin, 
müxtəlif  təhsil  müəssisələrində  təhsil  alan  şagird  və 
tələbələrin iştirakı nəzərdə tutulan müsabiqənin ümum-
respublika səviyyəsində keçirilməsi nəzərdə tutulur.  


49
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Bakıda “Siyasi məhbus anlayışının 
vahid tərifinin qəbul edilməsi zərurəti” 
mövzusunda beynəlxalq konfrans keçirilib
27.05.2011
APA 
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına Yar-
dım Assosiasiyası (AvciYA), “insan hüquqları 21-ci əsr 
Azərbaycan Fondu”, insan hüquqlarına dair beynəlxalq 
standartların təsbiti üzrə birgə işçi qrupu, Məhbusların 
Reinteqrasiya  Assosiasiyası  və  Azərbaycan  ədliyyə 
Nazirliyinin dəstəyi ilə “Siyasi məhbus anlayışının va-
hid  tərifinin  qəbul  edilməsi  zərurəti”  mövzusunda 
beynəlxalq konfrans keçirilir.
APA-nın məlumatına görə, konfransın sədri, AŞ PA-
nın fəxri sədri Jaako laakso deyib ki, bu tədbir beynəlxalq 
aləmə mövzu ilə bağlı əhəmiyyəti töhfə verəcək.
Prezident  Administrasiyasının  Hüquq-mühafizə  or-
qanları ilə iş şöbəsinin müdiri Fuad ələsgərov tədbirin 
əhəmiyyətindən danışaraq bu məsələyə vahid yanaşma-
nın olacağını söyləyib. ədliyyə nazirinin müavini toğ-
rul  Musayev  də  konfransın  “siyasi  məhbus”  anlayışı-
nın meyarlarının müəyyənləşəcəyinə kömək edəcəyinə 
ümid bəslədiyini söyləyib.
“Avropa  Şurasında  siyasi  məhbus  probleminin 
mahiyyəti” mövzusunda çıxış edən Milli Məclisin depu-
tatı, AvciYA-nın prezidenti Elxan Süleymanov bildirib 
ki, bəzi təşkilatlar bu məsələ ilə bağlı siyahı tərtib edərkən 
siyasi maraqlardan çıxış edir. Onun sözlərinə görə, siya-
si məhbus anlayışının müəyyənləşdirilməsi beynəlxalq 
aləmin qarşısında duran ən mühüm məsələlərdən biridir. 
O, bu məsələyə hüquqi yanaşmanın müəyyənləşəcəyinə 
əminliyini vurğulayıb.


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə