Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə7/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   2   3   4   5   6   7   8   9   10   ...   61

32
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
əlverişlı  tribuna  olmasını  və Azərbaycanın  bu  tribunadan 
müvəffəqiyyətlə  istifadə  etməsini  də  müəllif  diqqətə  çat-
dırmışdır.  Azərbaycan  parlamentarı  daha  sonra  Avropa 
Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 
qərarlardan söz açmış, eyni zamanda vurğulamışdır ki, Av-
ropa Şurası da digər beynəlxalq təşkilatlar kimi bu münaqişə 
ilə bağlı müxtəlif qərar və qətnamələr qəbul etməklə öz mis-
siyasını başa çatmış hesab etmişdir. təəssüf ki, AŞ təcavüzkar 
Ermənistan dövlətinə qarşı öz arsenalında olan sanksiyaları 
tətbiq etməkdən yan keçmişdir. 
Qeyd  etməyə  dəyər  ki,  Elxan  Süleymanovun  oxucu-
lara  təqdim  etdiyi  bu  kitaba  ön  sözü  uzun  müddət  Bel-
çikanın  Avropa  Şurasında  nümayəndə  heyətinin  üzvü 
olmuş  və  hazırda  AŞPA-nın  fəxri  üzvü,  cənab  Jan-Pol 
Anri  yazmışdır.  kitabın  elmi  rəhbəri  isə  1992-1998-ci 
illərdə  Almaniya  daxili  işlər  nazirinin  müavini,  1976-
2009-cu  illərdə  Almaniya  Bundestaqının  deputatı  olmuş, 
hazırda  Almaniya  -  Azərbaycan  əlaqələrinin  inkişafı-
na  Yardım  cəmiyyətinin  sədri  cənab  Eduard  lintnerdir. 
Nəhayət,  bildirək  ki, Azərbaycan  Respublikasının Avropa 
Şurasına üzv qəbul olunmasının 10 illiyi münasibətilə 25-26 
yanvar 2011-ci ildə Strasburqda keçirilmiş yubiley tədbirləri 
zamanı  millət  vəkili,  Azərbaycanın  AŞPA-da  nümayəndə 
heyətinin  üzvü  Elxan  Süleymanovun  “Azərbaycan  10  il 
Avropa  Şurasında”kitabı  tədbir  iştirakçılarına  təqdim 
edilmişdir.  Hesab  edirik  ki,  bu  əsərin Azərbaycan  dilində 
də  nəşr  edilməsi  ilə  ölkəmizin  Avropa  Şurasında  10  illik 
fəaliyyətinin  ən  mühüm  məqamları  barədə  soydaşlarımız 
gərəkli məlumat və bilgi əldə edə biləcəklər.
Səməd SEYİDOV, 
Milli  Məclisin  Beynəlxalq  münasibətlər  komitəsinin 
sədri,  millət  vəkili,  Azərbaycanın  AŞPA-da  nümayəndə 
heyətinin rəhbəri


33
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Milli Məclisdə görüş
10.02.2011
Milli Məclisin Mətbuat xidməti
Fevralın 10-da Milli Məclisin Sədri Oqtay əsədov Av-
ropa Parlamentinin üzvləri ivo vayqlı və Pino Arlaççini 
qəbul etmişdir.
Spiker  qonaqları  səmimi  salamlayaraq  onları  Mil-
li  Məclisdə  görməyindən  məmnun  olduğunu  bil-
dirdi.  Qeyd  edildi  ki,  Azərbaycan  Avropa  ittifaqı  və 
onun  strukturları  ilə  əlaqələrin  genişləndirilməsinə 
böyük  maraq  göstərir.  Avratlantik  məkana  inteqrasi-
ya  ölkə  Prezidenti  ilham  əliyevin  böyük  diqqət  yetir-
diyi  məsələlərdəndir.  Heç  də  təsadüfi  deyildir  ki,  bu 
sahə müstəqil Azərbaycanın xarici siyasətində prioritet 
istiqamətlərdən hesab olunur. Nümayəndə heyətlərinin 
qarşılıqlı səfərləri və bu cür görüşlər əlaqələrimizin daha 
da dərinləşməsinə xidmət edir.
Spiker  belə  bir  fikri  vurğuladı  ki,  əgər  ilk  dövrdə 
əlaqələrimiz  Avropa  ittifaqının  Azərbaycana  yardımı 
şəklində idisə, bu gün münasibətlərimiz ikitərəfli, qar-
şılıqlı  əməkdaşlıq  səviyyəsinə  yüksəlmişdir.  Heç  də 
təsadüfi deyildir ki, 2006-cı ildə ölkəmizlə Avropa ittifa-
qı arasında enerji təhlükəsizliyi haqqında memorandum 
imzalanmışdır. Qurumun yüksək rütbəli nümayəndələri 
Azərbaycana tez-tez səfərlər edirdilər. Avropa komissi-
yasının  sədri  Joze  Manuel  Barrozunun  ölkəmizə  səfəri 
zamanı  tərəflərin  maraqlarına  cavab  verən  iki  mühüm 
sənəd imzalanmışdır.
Sədr  Avropa  Parlamentində  bölgədə  gedən 
proseslərə böyük maraq göstərildiyini müsbət hal kimi 
dəyərləndirərək  Azərbaycanın  ən  ağrılı  problemi  olan 
Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qurumda qəbul 


34
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
olunmuş  qətnaməyə  görə  qonaqlara  öz  təşəkkürünü 
ifadə  etdi.  Spiker  ümidvar  olduğunu  bildirdi  ki, 
gələcəkdə  də Avropa  ittifaqı  və Avropa  Parlamenti  bu 
məsələyə obyektiv mövqedən həssaslıqla yanaşacaqlar.
Sədr  Şərq  tərəfdaşlığı  Proqramı  çərçivəsində 
əlaqələrimizin  yüksələn  xətlə  inkişafını  da  diqqətə 
çatdırdı.  Qeyd  edildi  ki,  proqram  çərçivəsində  layihə 
iştirakçıları  olan  ölkələrin  Parlament  Assambleyası-
nın  -  “AvRONESt”in  yaradılması  istiqamətində  də 
təqdirəlayiq işlər görülmüşdür. Spiker əməkdaşlığımızın 
böyük perspektivləri olduğunu söylədi.
Görüşdə  çıxış  edən  qonaqlar  səmimi  qəbul  üçün 
minnətdarlıqlarını 
ifadə 
edərək 
Azərbaycanda 
gördüklərindən  məmnun  olduqlarını  söylədilər.  Qeyd 
edildi ki, Avropa Parlamenti Qafqazın bu bölgəsinə bö-
yük maraq göstərir və bölgədə gedən prosesləri diqqətlə 
izləyir.  Qurum  gələcəkdə  də  ölkəmizlə  əməkdaşlığı 
davam  etdirmək,  Avratlantik  strukturlara  inteqrasiya 
sahəsində  Azərbaycana  hər  cür  köməklik  göstərmək 
niyyətindədir.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında 
geniş fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclisin Hüquq siyasəti və dövlət qu-
ruculuğu komitəsinin sədri əli Hüseynli, deputat Elxan 
Süleymanov və digər rəsmi şəxslər iştirak edirdilər.


35
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Şamaxının millət vəkili Elxan Süleymanov 
rayonun iki təhsil müəssisində tələbələrə 
özünün təsis etdiyi təqaüdləri təqdim edib
17.02.2011
www.elkhan-suleymanov.az
Azərbaycan Respublikası Milli Məclisinin üzvü Elxan 
Süleymanovun Azərbaycan Müəllimlər institutunun Şa-
maxı  filialı  və  Şamaxı  Humanitar  kollecinin  tələbələri 
üçün təyin etdiyi adlı təqaüdlərin sahibləri məlum olub.
 
Azərbaycan  Müəllimlər  institutunun  Şamaxı  Filialı 
üzrə adlı təqaüdün sahibləri:
1. Gülalıyev Qismət kərim oğlu 
2. Abdullayeva Süsən Qadir qızı 
 
  Şamaxı  Humanitar  kolleci  üzrə  adlı  təqaüdün 
sahibləri:
1. Rəşidova Ayşən Elşən qızı 
2. isgəndərov ilham ismayıl oğlu
 
təqaüdlər fevralın 17-də adı çəkilən təhsil müəssisə-
lərinin tələbələrinin iştirakı ilə millət vəkili Elxan Süley-
manov tərəfindən həmin təqaüdçülərə təqdim olunub.


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə