Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə6/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   2   3   4   5   6   7   8   9   ...   61

29
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
“Azərbaycan 10 il Avropa Şurasında”
Azərbaycan Respublikasının Avropa Şurasına üzv qəbul 
olunmasının 10 illiyinə həsr edilmiş kitab
01.02.2011
“Xalq qəzeti”
10 il əvvəl, 25 yanvar 2001-ci ildə Azərbaycan dövləti və 
xalqı üçün xüsusi əhəmiyyət kəsb edən tarixi hadisə baş ver-
mişdir - Azərbaycan Respublikası Avropa Şurasına tam və 
bərabərhüquqlu üzv qəbul edilmişdir. 
Avropa  Şurasına  üzv  olmaq,  bir  tərəfdən,  Azərbaycan 
Respublikası  üçün  müasir  dövrdə  beynəlxalq  aləmdə,  o 
cümlədən Avropa məkanında baş verən proseslərə qoşul-
maq, Avropa ölkələri ilə ikitərəfli və çoxtərəfli münasibətləri 
genişləndirərək  daha  da  inkişaf  etdirmək,  qlobal 
problemlərin həllində bilavasitə iştirak etmək üçün əsas fak-
torlardan olmuşdur.
Digər  tərəfdən,  belə  bir  nüfuzlu  beynəlxalq  təşkilatın 
üzvü kimi insan hüquqları və əsas azadlıqları sahəsində kon-
vensiyalara qoşulmaq, onlardan irəli gələn öhdəliklərə əməl 
etmək  dünya  birliyi  tərəfindən  Azərbaycanın  demokratik 
dövlət kimi tanınmasında əhəmiyyətli rol oynamaqla yana-
şı, ölkəmizdə insan hüquqları sahəsində hüquqi bazanın ya-
radılmasına, əhalinin sosial təminatının Avropa standartla-
rına uyğunlaşdırılmasına, Avropa ölkələri ilə siyasi, iqtisadi, 
elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlığın 
daha yüksək mərhələyə keçməsinə təminat vermişdir.
Bütün  bu  məsələlər  kontekstində  Azərbaycanın  Av-
ropa  Şurasına  bərabərhüquqlu  üzv  qəbul  edilməsinin  10 
illiyi  münasibətilə  millət  vəkili,  Azərbaycanın  AŞPA-da 
nümayəndə heyətinin üzvü Elxan Süleymanovun Brüsseldə 


30
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
ingilis dilində nəşr edilmiş “Azərbaycan 10 il Avropa Şura-
sında” kitabı diqqəti cəlb edir.
Azərbaycanın Avropa Şurası ilə əməkdaşlıq əlaqələrinin 
qurulması  və  inkişaf  etdirilməsi,  bu  quruma  üzvlük 
dövründə  ölkəmizin  dünyəvi,  demokratik,  hüquqi  dövlət 
quruculuğu istiqamətində əldə etdiyi nailiyyətlərlə yanaşı, 
Avropa Şurası strukturlarında bir sıra məsələlərlə bağlı qar-
şılaşdığı problemləri və onların həlli yollarını müəllif obyek-
tiv və yığcam formada təhlil etmişdir.
Elxan  Süleymanovun  “Azərbaycan  10  il  Avropa 
Şurasında”əsərini məntiqi olaraq iki hissəyə bölmək olar. 
Birinci  hissə  Azərbaycanın  dövlət  müstəqilliyini  bərpa 
etdikdən sonra Avropa Şurasına üzvlüyə qəbul edilənədək 
bu beynəlxalq təşkilatla əməkdaşlıq əlaqələrinin formalaş-
dırılması və inkişaf etdirilməsi dövrünü əhatə edir. Müəllif 
haqlı olaraq qeyd edir ki, Azərbaycan Respublikası dövlət 
müstəqilliyini bərpa etdikdən sonra dünyəvi, demokratik, 
hüquqi dövlət quruculuğunu əsas inkişaf istiqamətləri kimi 
bəyan etmiş və bu məqsədlərinə nail olmaq üçün sivil dün-
yaya inteqrasiya, dünya dövlətləri və beynəlxalq təşkilatlarla 
sıx əməkdaşlıq əlaqələri formalaşdırmağa başlamışdır.
Şübhəsiz  ki, Avropa  Şurasının  insan  hüquqları  və  əsas 
azadlıqların müdafiəsi, dövlət müstəqilliyini yenidən bərpa 
etmiş ölkələrdə demokratik proseslərin genişləndirilməsi və 
hüququn  aliliyi  prinsipinin  təmin  edilməsi  istiqamətində, 
o cümlədən Avropa məkanında ümumi maraq kəsb edən 
digər məsələlərin həllində müstəsna rolunu nəzərə alaraq 
Azərbaycan bu quruma üzv olmaq təşəbbüsü ilə çıxış etmiş-
dir. 
Müəllif  əsərdə  Azərbaycanla  Avropa  Şurası  arasında 
əməkdaşlığın  labüdlüyü,  ölkəmizin  bu  qurumda  “xüsu-
si  qonaq”statusunda  təmsil  olunması,  Avropa  standart-
larına  uyğun  olaraq  qanunvericilik  sisteminin  forma-
laşdırılması  kimi  məsələləri  şərh  etmiş  və  göstərmişdir 
ki,  Avropa  Şurasına  üzvlüyə  dəvət  edilmə  Azərbaycan 


31
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
dövlətinin  ciddi  səyləri  nəticəsində  qəbul  edilmişdir. 
kitabın  ikinci  hissəsi  Azərbaycanın  Avropa  Şurası-
na  qəbul  edilməsindən  keçən  10  il  ərzində  bu  qurumda 
ölkəmizin fəaliyyətini əks etdirir. Elxan Süleymanov bura-
da  Azərbaycanın  milli  qanunvericilik  sisteminin  Avropa 
standartlarına  uyğunlaşdırılması  prosesini  və  Avropa  Şu-
rası  çərçivəsində  Azərbaycan  nümayəndə  heyətinin  aktiv 
və  səmərəli  fəaliyyətini  dərindən  təhlil  etmişdir.  Bununla 
yanaşı, müəllif haqlı olaraq, ölkəmizin Avropa Şurası struk-
turlarında  qondarma  “siyasi  məhbus”problemi  ilə  qarşı-
laşmasını, beynəlxalq-hüquqi əsası olmayan bu məsələ ilə 
bağlı Azərbaycanın ikili standartlara və ayrı-seçkiliyə məruz 
qalmasını ön plana çəkmişdir. Millət vəkili bu problemlərin 
aradan  qaldırılması  istiqamətində  Azərbaycan  tərəfinin 
apardığı qətiyyətli mübarizəni oxucuların diqqətinə çatdır-
mağa müvəffəq olmaqla yanaşı, belə ciddi məsələlərin həlli 
istiqamətində konkret təkliflər də irəli sürmüşdür.
Dövlət  müstəqilliyini  bərpa  etdiyi  andan  Ermənistan  - 
Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsinin  beynəlxalq 
hüquq  normaları  əsasında,  ölkəmizin  ərazi  bütövlüyü 
çərçivəsində həllinə nail olunması Azərbaycan Respublikası-
nın xarici siyasətinin başlıca istiqamətidir. təqdirəlayiq haldır 
ki, Elxan Süleymanov təqdim etdiyi kitabda ölkəmiz üçün xü-
susi əhəmiyyət kəsb edən bu məsələyə daha geniş yer ayırmış-
dır. Milli Məclis üzvü göstərmişdir ki, Azərbaycan tərəfinin 
ciddi  səyləri  nəticəsində  Dağlıq  Qarabağ  münaqişəsinin 
səbəbləri  və  mahiyyəti  ilə  bağlı  bu  beynəlxalq  təşkilatda 
90-cı  illərin  əvvəllərində  mövcud  olan  həqiqətdən  uzaq, 
qeyri-obyektiv, ermənipərəst mövqelərin əsassız olması sü-
buta yetirilmiş və reallığı əks etdirən, müasir beynəlxalq hü-
quq normalarına əsaslanan münasibət formalaşdırılmışdır.  
Avropa  Şurasının  Ermənistan  dövlətinin  Azərbaycan 
ərazilərini işğal etməklə yanaşı, azərbaycanlılara qarşı soy-
qırım,  etnik  təmizləmə  və  terrorçuluq  kimi  cinayətkar 
fəaliyyətini  dünya  ictimaiyyətinə  çatdırmaq  üçün 


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə