Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə9/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   ...   5   6   7   8   9   10   11   12   ...   61

41
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Şamaxıda hüquqi yardım günü keçirilmişdir
14.04.2011
www.elkhan-suleymanov.az
14 aprel 2011-ci il tarixində millət vəkili Elxan Süley-
manovun  təşəbbüsü  ilə  Şamaxı  sakinləri  üçün  hüqu-
qi  yardım  günü  keçirilmişdir.  Hüquqşünas  qrupu  ilə 
görüşə  20-yə  yaxın  vətəndaş  gəlmişdi.  vətəndaşların 
əksəriyyətinə  hüquqi  məsləhətlər  verilmiş,  bir  çoxları-
nın şikayət ərizələri götürülmüşdür. Müraciətlər əsasən 
rayonda  yol  problemi,  torpaq  mübahisələri,  qaz  və  su 
təchizatı, məhkəmə qərarlarının icrası ilə bağlı olmuşdur. 
Bundan  başqa  vətəndaşlar  bir  çox  qurumlarda  onların 
müraciətlərinə baxılmaması, ərizə və şikayətlərinə cavab 
verilməməsi ilə bağlı haqlı narazılıqlarını bildirmişlər.


42
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
“Avropa İttifaqı və Azərbaycan: strateji 
tərəfdaşlığa doğru” kitabı çapdan çıxıb
22.04.2011
www.elkhan-suleymanov.az
Azərbaycan  Respublikası  Milli  Məclisinin  üzvü  El-
xan  Süleymanovun  “Avropa  ittifaqı  və  Azərbaycan: 
strateji tərəfdaşlığa doğru”adlı yeni kitabı çapdan çıxıb. 
kitabda Azərbaycan - Avropa  ittifaqı münasibətlərinin 
inkişaf  dinamikası  araşdırılır,  “Avropa-Qafqaz-Asi-
ya  nəqliyyat  dəhlizi”çərçivəsində,  enerji  təhlükəsizliyi 
sahəsində  əməkdaşlıq,    milli  qanunvericiliyin  Avropa 
ittifaqı  hüquq  sisteminə  uyğunlaşdırılması,  təşkilatın 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin 
sülh yolu ilə həllinə dair səyləri münasibətlərin prioritet 
istiqamətləri  kimi təhlil edilir.
kitabda  müxtəlif  statistik  məlumatlardan,  rəsmi 
sənədlərdən geniş istifadə edilib.
Azərbaycan  və  ingilis  dillərində  nəşr  edilən  kitab 
ümidvarıq  ki,  Azərbaycan  və  Avropa  ittifaqı  arasında 
münasibətlərlə maraqlanan oxucuların ürəyincə olacaq-
dır.


43
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
AVRONEST Parlament Assambleyasının 
təsis olunması barədə akt imzalanıb
Deputat Elxan Süleymanov qurumun 
həmsədri seçilib
03.05.2011
APA. Viktoriya Dementyeva
Brüsseldə  AvRONESt  Parlament  Assambleyasının 
ilk iclasının əsas hissəsi başa çatıb. APA-nın məlumatına 
görə,  iştirakçı  ölkələrin  nümayəndə  heyətlərinin 
rəhbərlərinin çıxışından sonra bu strukturun təsis olun-
ması barədə akt imzalanıb. Daha sonra Avropa ittifaqı, 
Azərbaycan,  Ermənistan,  Gürcüstan,  Moldova  və  Uk-
raynadan  olan  parlamentarlar  təşkilatın  fəaliyyətinə 
dair prosedur mexanizmini səsvermə ilə qəbul ediblər. 
Avropa  Parlamentinin  prezidenti  bildirib  ki,  pro-
sedura  əsasən,  AvRONESt-də  qərarlar  parlamentar-
ların  2/3  səs  çoxluğu  ilə  qəbul  olunacaq.  Daha  sonra 
AvRONESt-in  həmsədrləri  elan  olunub.  Hər  ölkənin 
bir təmsilçisi, Avropa Parlamentindən isə bolqar deputat 
kristian  viqenin  AvRONESt-in  həmsədrləri  seçiliblər. 
Azərbaycandan  deputat  Elxan  Süleymanov  həmsədr 
olub. 
Parlamentarlar  bundan  sonra  AvRONESt  komitə 
və  işçi  qruplarının  yaradılması  məsələsini  müzakirə 
edəcəklər. 
xatırladaq  ki,  iclasda  Azərbaycanı  Ziyafət  əsgə-
rovun  rəhbərlik  etdiyi  nümayəndə  heyəti  təmsil  edir. 
Heyətin tərkibinə Milli Məclisin dövlət quruculuğu və 
hüquq  siyasəti  komitəsinin  sədri  əli  Hüseynli,  depu-
tatlar Gülçöhrə Məmmədova, Elxan Süleymanov, Fuad 
Muradov və Asim Mollazadə daxildir.


44
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Şamaxıda müharibə veteranları 
ilə görüş keçirilib
07.05.2011
525-ci qəzet
Şamaxıda millət vəkili Elxan Süleymanovun qərargahın-
da  Azərbaycanda  vətəndaş  cəmiyyətinin  inkişafına  Yar-
dım Assosiasiyasının (AvciYA) təşkilatçılığı ilə Şamaxı ra-
yonundan olan II Dünya müharibəsi veteranları ilə görüş 
keçirilib. Millət vəkili E.Süleymanov Azərbaycan xalqının 
ikinci  dünya  müharibəsi  illərində  göstərdiyi  rəşadətdən, 
müharibədə  Bakı  neftinin  həlledici  rolundan  danışaraq, 
bu sırada Şamaxı sakinlərinin də xüsusi rolunu qeyd edib. 
Həmin dövrdə Şamaxının 43 min nəfər sakininin 28 faizinin 
müharibəyə könüllü getdiyini vurğulayan millət vəkili, on-
ların demək olar ki, yarıdan çoxunun döyüş meydanların-
da həlak olduğunu vurğulayıb. tədbirdə çıxış edən Şamaxı 
rayon  icra  hakimiyyəti  başçısının  birinci  müavini  Nəsimi 
Abdullayev, şair Musa Yaqub, 91 yaşlı Muradəli Heydərov 
müharibə  veteranlarını  Qələbə  günü  münasibətilə  təbrik 
edib, onların cəmiyyətin ən əziz, hörmətli insanları oldu-
ğunu  bildiriblər.  Millət  vəkili  Elxan  Süleymanov  faşizm 
üzərində  Qələbənin  qazanılmasında  müstəsna  xidmətləri 
olan veteranlara bayram münasibətilə qiymətli hədiyyələr 
təqdim edib, onların qayğı və problemləri ilə maraqlanıb. 
Bildirilib ki, hazırda Şamaxıda 48 ikinci dünya müharibəsi 
veteranı yaşayır. Mərasim yerli incəsənət ustalarının ifasın-
da musiqi proqramı ilə davam etdirilib.


45
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Seyid Əzim Şirvaninin qəbirüstü 
abidəsinin əsaslı yenidənqurmadan 
sonra açılış mərasimi olmuşdur
21.05.2011
www.elkhan-suleymanov.az
Mayın 21-də Şamaxının Şahxəndan qəbiristanlığında 
görkəmli  şair  və  mütəfəkkir  Seyid  əzim  Şirvaninin 
qəbirüstü  abidəsinin  əsaslı  yenidənqurmadan  son-
ra  açılış  mərasimi  olmuşdur.  Mərasimi  giriş  sözü  ilə 
qəbirüstü abidənin yenidənqurulmasının təşəbbüsçüsü 
və  dəstəkçisi,  Şamaxının  millət  vəkili  Elxan  Süleyma-
nov    açmışdır.  Şamaxı  rayon  icra  Hakimiyyətinin  baş-
çısı  Asif  Məmmədov  qonaqları  salamlayaraq,  tədbirin 
əhəmiyyətini vurğulamışdır. Azərbaycan MEA-nın aka-
demiki Bəkir Nəbiyev abidənin üzərindəki örtüyü götür-
müşdür. Sonra, akademik Bəkir Nəbiyev, millət vəkilləri 
Qənirə Paşayeva, Sabir Rüstəmxanlı, xanhüseyn kazım-
lı, bədii qiraət ustası Ağalar Bayramov, Azərbaycan Yazı-
çılar Birliyinin üzvü Arif Səfa çıxış edərək, S.ə.Şirvaninin 
Azərbaycan ədəbiyyatındakı rolundan bəhs etmiş, işti-
rakçısı olduqları hadisənin müstəsna əhəmiyyətini vur-
ğulamışlar.


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə