Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə17/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   ...   13   14   15   16   17   18   19   20   ...   61

77
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
AVCİYA-nın nəşr etdirdiyi “Bakı haqqında 
20 etüd” kitab-albomu çapdan çıxmışdır
21.09.2011
www.elkhan-suleymanov.az
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına Yar-
dım Assosiasiyasının (AvciYA) yeni nəşri işıq üzü gör-
müşdür. “Bakı haqqında 20 etüd” adlanan bu kitab-al-
bom  Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 
20-ci ildönümünə həsr edilmişdir. kitabın yaradıcı heyəti 
hər daşına bələd olduğumuz, hər gün küçələrini dolaş-
dığımız Bakını yeni rakursda - 20 etüddə təqdim edirlər. 
kitab-albomun ideya müəllifi AvciYA-nın preziden-
ti, Şamaxının millət vəkili, Azərbaycan Respublikasının 
AŞPA-dakı  nümayəndə  heyətinin  üzvü,  AvRONESt 
Parlament  Assambleyasındakı  nümayəndə  heyətinin 
rəhbəri  Elxan  Süleymanov,  buraxılışa  məsul  AvciYA-
nın  vitse-prezidenti  vəli  əlibəyov,  yaradıcı  qrupun 
rəhbəri Fuad Babayevdir.
lakonik mətnlə və daha çox fotoların dili ilə təqdim 
edilən “Bakı haqqında 20 etüd”kitab-albomu geniş oxu-
cu kütləsi üçün nəzərdə tutulmuşdur.


78
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Daha bir xeyriyyə tədbiri
12.09.2011
www.elkhan-suleymanov.az
Bir neçə gün bundan əvvəl Məlhəm kəndində yaşa-
yan Mahmudovlar ailəsi Şamaxının millət vəkili Elxan 
Süleymanova  ərizə  ilə  müraciət  edərək  maddi  duru-
mun pisliyi ucbatından 5-ci sinif şagirdi Ruslan Mahmu-
dovun  və  6-cı  sinifdə  təhsil  alan  Təbriz  Mahmudovun 
məktəbli  formalarının  olmadığını  bildirmişdi.  Dünən, 
E.Süleymanovun Şamaxıdakı səlahiyyətli nümayəndəsi 
Dəyanət Musayev millət vəkilinin tapşırığı ilə Ruslanla 
Təbrizə məktəbli formalarını təqdim edib.


79
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Seçicilərə hüquqi yardım
04.10.2011
www.elkhan-suleymanov.az
3 oktyabr 2011-ci ildə Şamaxının millət vəkili Elxan Sü-
leymanovun  rayon  mərkəzində  yerləşən  qərargahında 
hüquqşünasların  yerli  sakinlərlə  növbəti  görüşü 
baş  tutdu.  Görüşdə  təqribən  30    vətəndaşın  ərizə  və 
şikayətlərinə baxıldı. Bəzi vətəndaşlara yerində hüquqi 
yardım göstərildi. Bir sıra məsələrlə bağlı isə aidiyyəti 
orqanlara deputat sorğusu ilə müraciət etmək qərarı ve-
rildi.


80
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Elxan Süleymanov: AŞPA-nın İnsan haqları 
komitəsi siyasi məhbus problemini bütün 
Avropa ölkələrində araşdıracaq
05.10.2011
APA
Bu  gün  Strasburqda  AŞPA-nın  insan  haqları 
komitəsində  siyasi  məhbus  meyarlarının  müəyyən-
ləşdirilməsi  və  məruzələrin  bölünməsi  məsələsinə 
baxılıb.  Bu  barədə  APA-ya  AŞPA-dakı  Azərbaycan 
nümayəndə  heyətinin  üzvü,  millət  vəkili  Elxan  Sü-
leymanov  məlumat  verib.  E.  Süleymanov  bildirib 
ki,  iclasda  ciddi  müzakirələr  olub.  AŞPA-nın  Hüquq 
məsələləri  və  insan  haqları  komitəsinin  sədri  kristos 
Pirqurides  Azərbaycana  son  səfəri  barədə  məlumat 
verib.  k.  Pirqurides  bildirib  ki,  Azərbaycan  hökuməti 
məruzəçilərlə  əməkdaşlıq  etməyə,  onlara  şərait  ya-
ratmağa  hazırdır.  lakin  Azərbaycan  hökuməti  çox 
təəccüb və təəssüf hissi ilə qeyd edir ki, nə üçün siya-
si  məhbus  problemi  ilə  bağlı  47  üzv  ölkədən  yalnız 
Azərbaycan  seçilir.  Ona  görə  də  “Azərbaycanda  siya-
si  məhbus  məsələsinin  araşdırılması”adlı  məsələnin 
“AŞ  üzv  dövlətlərdə  siyasi  məhbus  probleminin 
araşdırılması”adlandırılması  məqsədəmüvafiq  sayılır.  
“Bundan  sonra  məsələ  səsə  qoyuldu  və  2-3  deputa-
tın  etirazı  olsa  da,  qəbul  edildi.  Qərara  alındı  ki  siya-
si  məhbus  problemi  Azərbaycanda  yox,  AŞ  üzv  olan 
bütün  dövlətlərdə  araşdırılsın.  Hesab  edirəm  ki,  bu, 
Azərbaycan hökumətinin uzunmüddətli və gərgin işinin 
nəticəsidir. Bununla da bizə qarşı ikili standarta, qərəzli 
mövqeyə  son  qoyuldu”,  -  deyə  deputat  vurğulayıb. 
E. Süleymanov deyib ki, növbəti iclaslarda siyasi məhbus 
probleminin araşdırılması və meyarlar üzrə məruzəçinin 


81
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
müəyyənləşdirilməsi məsələsinə baxıla bilər. 
E.  Süleymanov  bildirib  ki,  2005-ci  ildə  Marlkolm 
Bryus Azərbaycanda siyasi məhbus məsələsindən alver 
kimi istifadə edilməsini nəzərə alaraq məsələni dondur-
sa da, 2007-ci ildən Azərbaycana qarşı qərəzli mövqeyi 
olan  bir  neçə  deputatın  təşəbbüsü  ilə  məsələ  yenidən 
gündəmə  gətirilib.  2009-ci  cu  ildə  kristofer  Ştrasser 
Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin olu-
nub: “Məsələ burasındadır ki, 2007-ci ildən bu günədək 
AŞPA Bürosu və Hüquq məsələləri və insan hüquqları 
komitəsində bu məsələ 9 dəfə müzakirə edilib. Meyar-
ların müəyyənləşdirilməsi ilə bağlı Büro hər dəfə qərar 
verib və məsələyə yenidən baxılması üçün insan hüquq-
ları  komitəsinə  göndərib.  Hər  dəfə  də  bu  məsələlərdə 
Azərbaycana qarşı qeyri-obyektivlik və ikili standartlar-
la yanaşılıb. lakin sonuncu dəfə iyun ayında Avropanın 
36 dövlətinin nümayəndələrinin imzası ilə göndərilmiş 
sənəd  Büroya  daxil  olub.  Büro  yenidən  bu  meyarların 
müəyyənləşməsi və məruzələrin bölünməsi məsələsinə 
yenidən baxılmasını komitədən xahiş edib. Nəhayət bu 
gün məsələyə nöqtə qoyuldu və komitə tərəfindən çox-
dan gözlənilən qərar qəbul edildi”. 


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə