Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə25/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   ...   21   22   23   24   25   26   27   28   ...   61

109
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Azərbaycanda Vətəndaş Cəmiyyətinin 
İnkişafına Yardım Assosiasiyasının 
prezidenti, Şamaxının millət vəkili 
Elxan Süleymanovun Azərbaycan 
Respublikasının Dövlət Müstəqilliyinin 
iyirminci ildönümünə həsr olunmuş 
bayram tədbirində giriş sözü
23.09.2011
www.elkhan-suleymanov.az
Sizi  bu  salonda  salamlamaqdan  fəxr  hissi  duyuram 
və böyük şərəf anları yaşayıram. Bu tədbirin təşkilatçısı 
olan  Azərbaycanda  vətəndaş  cəmiyyətinin  inkişafı-
na  Yardım  Assosiasiyasının  dəvətini  qəbul  eləyib  bu-
raya təşrif buyuran bütün yerli və xarici qonaqlarımızı 
Azərbaycan  qonaqpərvərliyilə  salamlayır  və  onlara  öz 
minnətdarlığımı bildirirəm. 
vətənim 
Azərbaycanın 
müstəqillik 
bayramı 
tədbirində  dünyanın  dörd  qitəsinin  58  ölkəsini  təmsil 
eləyən  207  nəfər  möhtərəm  qonaq  iştirak  eləyir.  Onla-
rın  sırasında  sabiq  ölkə  rəhbərləri, Avropa  Parlamenti, 
Avropa  Şurası, Atət, milli parlamentlərin deputatları, 
siyasətçilər, tanınmış zialılar, alimlər, Nobel mükafatı la-
ureatı və ictimaiyyətin nümayəndələri vardır. 
kədərdə  hamı  kədərlənə  bilər,  sevincə  qoşulmaq, 
sevinci bölüşmək üçün gərək o insanı, o xalqı, o ölkəni 
sevəsən və ən azı o ölkəyə maraq göstərəsən. Sizlərin bi-
zim bu böyük təntənəli  bayramımızda iştrakınızı mən 
yüksək dəyərləndirir və bir daha bu sevincə qoşulduğu-
nuz üçün sizə öz minnətdarlığımı bildirirəm. 
Azərbaycan Respublikası 20 illik müstəqillik tarixinə 
malikdir. Bu illər ərzində ölkəmiz bir çox uğurlara imza 


110
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
atıb. Siz də bu gün və sabah Azərbaycan rəsmilərinin çı-
xışları zamanı bütün sahələrdə qazanılan uğurlar və 20 
ildə əldə edilən nailiyyətlərlə çox yaxından tanış olacaq-
sınız.  Bu  uğurlar  sırasında  üçüncü  sektorun  da  əməyi 
az deyil. təvazökarlıqdan uzaq da olsa,  Azərbaycanda 
vətəndaş cəmiyyətinin inkişafına Yardım Assosiasiyası-
nın da bu uğurlarda rolu var. Biz böyük laihələr işləyirik 
və  işləməkdə  davam  edirik.  Bu  gün  möhtərəm  prezi-
dent cənab ilham əliyevin AvciYA-nın təşkilatçılığı ilə 
keçirilən  bu  möhtəşəm  tədbirdə  iştirakı  və  məzmunlu 
çıxışı,  eyni  zamanda  bu  gün  və  sabah  yüksək  ranqlı 
rəsmilərin,  dövlətimizin  nümayəndələrinin  çıxışları  və 
iştirakı, dövlətmizin ictimai sektora verdiyi dəstəyin və 
qiymətin əyani sübutudur. Ancaq mən ictimai sektorun 
bir  nümayəndəsi  kimi  deyə  bilərəm  ki,  hələ  görüləsi 
işlərimiz  çoxdur,  problemlərimiz  var  və  biz  vətəndaş 
cəmiyyətinin  nümayəndəsi  olaraq  bu  problemlərin 
həllində dövlətimizə yaxından kömək etməyi vəd edirik. 
Hörmətli tədbir iştirakçıları, Azərbaycana olan sevgi-
mi, sizə və ölkəmə olan sonsuz məhəbbətimi, müstəqil 
Azərbaycanın təntənəsinə ürək sözümü böyük şairimiz 
Səməd vurğunun sözlərilə bitirmək istərdim: 
Ey bilir ki, sən mənimsən, 
Yurdum, yuvam, məskənimsən.
Anam, doğma vətənimsən,
Ayrılarmı, könül candan,
Azərbaycan! Azərbaycan!
Mən  sizə  bir  daha  minnətdarlığımı  bildirir  və 
tədbirimizin  işində  bu  gün  və  sabah  uğurlar  arzulayı-
ram. Sağ olun. Minnətdaram.  


111
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Azərbaycanda Vətəndaş Cəmiyyətinin 
İnkişafına Yardım Assosiasiyasının 
prezidenti, Şamaxının millət vəkili 
Elxan Süleymanovun Azərbaycan 
Respublikasının Dövlət Müstəqilliyinin 
iyirminci ildönümünə həsr edilmiş 
bayram tədbirinin bağlanış nitqi 
24.09.2011
www.elkhan-suleymanov.az
xanımlar və cənablar,
Çox-çox uzaqlardan gəlmiş dəyərli qonaqlar!
Biz 2 gündür bir yerdəyik. Düşünürəm ki, 2 gündə siz 
Azərbaycanla yaxından tanış oldunuz. Azərbaycanın xa-
rici və daxili siyasəti, iqtisadiyyatı, hüquq və ədliyyə is-
lahatları, qanunvericilik sistemi, neft və enerji layihələri, 
ictimai-siyasi vəziyyəti cənab Prezidentin məruzəsində 
doqquz  Azərbaycan  rəsmisinin  çıxışlarında  öz  əksini 
tapdı.  Eyni  zamanda,  3  gün  Bakıda  olduğunuz  vaxt 
insanlarla  təmasda  oldunuz,  bu  xalq  haqqında  ən  azı 
məlumatınız oldu. Bu, hər iki tərəf üçün faydalıdır. Ona 
görə ki, biz gənc demokratik ölkəyik, cəmi 20 yaşımız var 
və biz maraqlıyıq ki, demokratiya quran sizlərdən daha 
çox öyrənək. Ona gorə də, sizlərin hər birinizin Bakıya 
gəlməsini  sizin Azərbaycanda    demokratiya  quruculu-
ğuna  investisiya  qoymağınız  kimi  qiymətləndirirəm. 
Mən  ictimai  sektorun  nümayəndəsi  kimi  bunu  özümə 
əsas meyar etmişəm. Biz gənc demokratik ölkəyik, lakin 
biz inamla və həvəslə  Avropaya inteqrasiya edirik. əgər 
bunu  obrazlı  dillə  desək:  “Azərbaycanın  demokratiya 
qatarı  polad relslərin üzərindədir”. O hərəkət edir. Fərq 
bir şeydədir. Fransada, Almaniyada Avropanın ən inki-


112
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
şaf etmiş ölkələrində qatarın sürəti ən azı 150-300- dür, 
Azərbaycan demokratiya qatarı da kifayət qədər sürətlə, 
ən başlıcası isə inamla irəliləyir.  inanıram ki, siz bunu 
da düzgün qiymətləndirirsiniz. Sürətli qatar tikmək və 
sürmək  üçün  20  il  azdır.  əsas  məsələ  ondadır  ki,  biz 
demokratiya qatarında gedirik. Bu tədbiri eyni zaman-
da ölkələrimiz arasında və parlament qrupları arasında 
çox  önəmli  və  vacib  əhəmiyyət  kəsb  edən  tədbir  kimi 
dəyərləndirirəm.
  Yaşadığımız  dövrdə  hər  hansı  bir  ölkə  ilə  bağ-
lı  məlumatları  müasir  informasiya  texnologiyaları,  o 
cümlədən  internet  vasitəsilə  almaq  olar.  Mən  hesab 
edirəm ki, belə məlumatlar bu ölkə ilə bağlı təsəvvür ya-
ratsa da, bu təsəvvür hər hər zaman dolğun və bir sıra 
hallarda  isə  obyektiv  olmur.  Azərbaycan  xalqının  bir 
atalar sözü var: Min dəfə eşitməkdənsə, bir dəfə görmək 
yaxşıdır.  Döğrudan  da  belədir.  Belə  ki,  hər  hansı  bir 
ölkəni  tanımaq  üçün  mütləq  o  ölkədə  olmaq  lazımdır, 
o ölkənin problemləri və nailiyyətləri ilə tanış olmaq la-
zımdır. Biz bunu etmək üçün əlimizdən gələn bütün im-
kanlardan istifadə etdik. 
xalqımızın  ən  qiymətli  ulu  babalarımızdan  qalma 
adəti  qonaqpərvərlik  və  yaşlılarına  hörmət  etməkdir. 
1988-ci  ildə  sovet  diktaturasının  çökməsində  ilk  addı-
mını atan,  bu gün toplantımızın ən yaşlı nümayəndəsi 
Arnold  Rüütelə  müraciət  edirəm.  Estoniya  Ali  Soveti-
nin  sədri  kimi  onun  1988-ci  ildə  verdiyi  ilk  sərəncamı 
xatırlatmaq istərdim: “Estoniya qanunları, SSRi qanun-
larından yüksəkdə durur”. 15 respublika içərisində bu 
cəsarətli  addım    diktatura  zəncirini  qırdı.  Bu  toplantı-
mızın ən qocaman nümayəndəsi kimi xalqımızın adət-
ənənəsinə görə ona hörmət və ehtiramımı və onun sima-
sında sizlərin hər birinə öz ürək sözlərimi obrazlı dildə 
belə çatdırardım.


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə