Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə22/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   ...   18   19   20   21   22   23   24   25   ...   61

99
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
ziyan  orta  hesabla  bir  milyard  manatdan  çox  olmuş-
dur. Azərbaycan xalq cümhuriyyəti dövründə Şamaxı 
qəzasında ermənilərin törətdikləri vəhşiliklər haqqında 
7 cild, 925 vərəqdən ibarət təhqiqat materialları toplan-
mışdı. 
Şamaxının  millət  vəkili  vurğuladı  ki,  erməni 
terrorizminə  aid  digər  hadisələr  kimi,  1918  –  ci  ildə  
Şamaxının  dinc  müsəlman  əhalisinə    qarşı  törədilmiş 
erməni  cinayətləri  haqqında  həqiqətlərin  beynəlxalq 
ictimaiyyətə  çatdırılması  da  qarşıda  duran  əsas 
vəzifələrdəndir.  Bunun  üçün  tədqiqat  işləri  aparmaq, 
müxtəlif  dillərdə  kitab  və  məqalələr  nəşr  etmək,  elmi 
konfranslar təşkil etmək zəruridir.  Məhz buna görə də 
Azərbaycanda  vətəndaş  cəmiyyətinin  inkişafına  Yar-
dım  Assosiasiyası  “Azərbaycanda  erməni  terrorunun 
izləri: 1918 – ci il  Şamaxı soyqırımı”  mövzusunda elmi - 
praktik konfransı keçirməyi qərara alıb. konfransın ma-
teriallarının  Azərbaycan,  rus  və  ingilis  dillərində  nəşr 
edilərək  beynəlxalq  aləmdə  yayılması  nəzərdə  tutulur. 
Bu  cür  məqsədyönlü  fəaliyyət  Azərbaycanın  haqq  işi-
nin dünaya çatdırılmasına, Dağlıq Qarabağ probleminin 
ədalətli həllinə yaxından kömək göstərə bilər.


100
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
AVCİYA-nın prezidenti, Millət vəkili 
Elxan Süleymanovun “Siyasi məhbus 
anlayışı üçün bir tərifin qəbul edilməsi 
zərurəti”mövzusunda keçirilən 
beynəlxalq konfransda çıxışı
27.05.2011
www.elkhan-suleymanov.az
Hörmətli sədr, 
Hörmətli konfrans iştirakçıları,
xanımlar və cənablar,
Sizə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına 
Yardım  Assosiasiyası  və  konfransın  digər  təşkilatçıları 
adından  Azərbaycanın  paytaxtı  Bakı  şəhərinə  xoş 
gəlmişsiniz deyirəm və Azərbaycan qonaqpərvərliyi ilə 
salamlamaqdan məmnunluq duyuram. 
Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa 
etdikdən  sonra  bazar  iqtisadiyyatına  əsaslanan  sivil, 
demokratik,  hüquqi  dövlət  və  vətəndaş  cəmiyyəti  qu-
ruculuğunu  özünün  əsas  məqsədləri  elan  etmişdir.  Bu 
məqsədlərə nail olmaq üçün dünya dövlətləri ilə qarşı-
lıqlı hörmət və fayda əsasında əməkdaşlıq, inkişaf etmiş 
beynəlxalq birliklərə inteqrasiya Azərbaycanın daxili və 
xarici siyasətinin əsas istiqamətləri olmuşdur. 
Sözsüz  ki,  dünyanın  aparıcı  iqtisadi  və  siyasi  güc 
mərkəzlərindən biri olan, beynəlxalq aləmdə demokratik 
dəyərləri,  insan  hüquqlarının  müdafiəsini  və  vətəndaş 
cəmiyyəti quruculuğunu özünün əsas xətti hesab edən 
Avropa məkanına inteqrasiya Azərbaycan dövləti üçün 
strateji istiqamətlərdən biri olmuşdur. Bu dövr ərzində 
Azərbaycan Avropa Şurasına bərabərhüquqlu üzv qəbul 
edilmiş,  Avropanın  digər  nüfuzlu  qurumları  ilə  qar-


101
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
şılıqlı  və  işgüzar  əməkdaşlıq  əlaqələri  qurmuşdur.  Bu 
əməkdaşlıq  əlaqələri  qısa  müddət  ərzində  genişlənmiş 
və hər iki tərəf üçün əhəmiyyətli olmuşdur, hətta bir sıra 
sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. 
Hazırda  Azərbaycan  Avropanın  nailiyyətlərini  öz 
nailiyyətləri,  Avropada  mövcud  olan  problemləri  isə 
öz  problemləri  kimi  qəbul  edir  və  onların  həllində 
bilavasitə  iştirak  edir.  Bu  problemlərdən  biri  Avropa 
məkanı  üçün  aktual  olan  “siyasi  məhbus”  anlayışının 
hüquqi  təbiəti  ilə  bağlıdır.  Bu  problemin  həllinə  nail 
olmaq  məqsədilə  təşkil  edilmiş  beynəlxalq  konfransın 
Bakıda  keçirilməsi  göstərir  ki,  Azərbaycan  Avropaya 
müvəffəqiyyətlə inteqrasiya edir. Odur ki, mən Avropa-
nın  tanınmış  ictimai  xadimləri,  siyasətçiləri,  parlament 
üzvlərinin  Avropa  məkanı  üçün  akrual  olan  “siyasi 
məhbus”  anlayışı  ilə  bağlı  müzakirələr  aparmaq  üçün 
Bakıya toplaşmalarından məhz bu beynəlxalq konfran-
sın Bakıda keçirilməsindən fəxr və qürur hissi duyuram.  
əminəm ki, konfrans zamanı biz səmərəli müzakirələr 
aparacağıq  və  Bakı  konfransı  məsələnin  həlli 
istiqamətində öz töhfələrini verəcəkdir.
Bir  daha  Sizi  salamlayıram  və  konfransın  işinə 
müvəffəqiyyətlər arzulayıram.
Hörmətli konfrans iştirakçıları!
xanımlar və cənablar!
indi isə icazənizlə konfransın mövzusu ilə bağlı hazır-
ladığım məruzəni diqqətinizə çatdırmaq istərdim. konfa-
ransın proqramında qeyd edildiyi kimi, Avropa Şurasın-
da siyasi məhbus probleminin mahiyyəti ilə bağlı bir sıra 
əsas məqamları nəzərinizə çatdırmağı vacib hesab edirəm. 
Bildiyiniz  kimi,  uzun  müddətdir  ki,  siyasi  məhbus 
problemi Avropa Şurasında müzakirə edilən məsələlər 
sırasında daha çox mübahisə və müzakirələrə səbəb ol-
maqda davam edir. əsas müzakirə predmeti isə əsasən 


102
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
“siyasi məhbus” anlayışının hüquqi təbiəti, ondan irəli 
gələn subyektiv və gərəzli nəticələrdən, ayrı-seçkili ya-
naşmadan  ibarət  olmuşdur.  Belə  ki,  indiyə  qədər  “si-
yasi  məhbus”  anlayışı  və  onun  hüquqi  təbiəti  heç  bir 
beynəlxalq  sənəddə,  o  cümlədən  Avropa  Şurasının 
sənədlərində müəyyən edilməmiş və beynəlxalq-hüquqi 
müstəvidə öz həllini tapmamışdır. 
Obyektivlik  naminə qeyd etmək lazımdır ki,  “siyasi 
məhbus” anlayışı 1989-1990-cı illərdə BMt-nin Namibi-
yada, sonradan isə Beynəlxalq Qırmızı xaç komitəsinin 
cənubi  Afrika  Respublikasında  həyata  keçirdikləri 
missiyalar  zamanı  tətbiq  edilmişdir.  Bu  missiyalar  za-
manı həmin anlayışdan professor karl Aage Nerqaard 
tərəfindən  hazırlanmış  və  “Nerqaard  prinsipləri”  ad-
landırılan  meyarlar  əsasında  istifadə  edilmişdir.  Bu-
nunla  yanaşı,  “siyasi  məhbus”  anlayışı  hazırda  yalnız 
Amnisti  interneyşenal  təşkilatı  tərəfindən  özünün  me-
yarları  əsasında  istifadə  edilir.  lakin  “siyasi  məhbus” 
anlayışından  istifadə  edilməsi  ilə  bağlı  nümunələr 
nə  universal,  nə  də  regional  səviyyədə  qəbul  edilmiş 
beynəlxalq-hüquqi kateqoriyalar hesab edilə bilməzlər.  
Məhz  “siyasi  məhbus”  termininin  anlaşıqlı  və  dəqiq 
anlayışının  mövcud  olmaması  nəticəsində  müxtəlif 
beynəlxalq  təşkilatlar,  o  cümlədən  qeyri-hökumət 
təşkilatlarının  siyasi  məhbusların  müəyyən  edilməsi 
üçün irəli sürdükləri tələblər ciddi şəkildə fərqlənirlər. 
Belə ki, bəzi təşkilatlar daha böyük siyahı tərtib etdikləri 
halda,  digər  təşkilatların  siyahıları  qısa  olur  və  bu 
təşkilatların hər biri həbs edilmiş şəxslərin siyasi məhbus 
kateqoriyasına daxil edilməsində öz xüsusi kriteriyaları-
na əsaslanırlar. Bir sıra hallarda isə bəzi təşkilatlar “siya-
si məhbus” anlayışına öz siyasi maraqları müstəvisindən 
məna verirlər. 
Misal  üçün,  Amnisti  interneyşenal  təşkilatı  “siyasi 
məhbusları” “siyasi motivlərlə cinayət törətmiş şəxslər” 


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə