Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə23/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   ...   19   20   21   22   23   24   25   26   ...   61

103
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
kimi müəyyən edir. Bildiyimiz kimi, müasir dövrdə dün-
ya ictimaiyyəti üçün qlobal təhdid olan terror təşkilatları 
məhz  siyasi  məqsədlər  və  ya  motivlərlə  fəaliyyət 
göstərir.  Göründüyü  kimi,  Amnisti  interneyşenal 
təşkilatının  meyarına  əsaslansaq,  biz  insanlıq  əleyhinə 
ağır  cinayətlər  törətmiş  terrorçuları  siyasi  məhbuslar 
kimi  qiymətləndirmək  məcburiyyətində  qalarıq.  
Beləliklə, “siyasi məhbus” anlayışının hüquqi təbiətinin 
universal  və  ya  regional  beynəlxalq  təşkilatlar 
səviyyəsində müəyyənləşdirilməməsi praktikada bu və ya 
digər məhbusun və ya cinayət məsuliyyətinə cəlb edilmiş 
şəxsin “siyasi məhbus” kateqoriyasına aid edilməsində 
ciddi  kolliziyaların  yaranmasına  gətirib  çıxarır.  
Bu  kolliziyaların  aradan  qaldırılmasına  nail  olmaq 
məqsədilə  2001-ci  ilin  əvvəllərində  Avropa  Şurasının 
Baş  katibi  Stefan  treçel,  Evert  Alkema  və  Aleksandr 
Arabaciyevdən ibarət müstəqil ekspertlər qrupu yarat-
dı.  Ekspertlərə  bir  neçə  siyasi  məhbusun  olması  ehti-
mal edilən Avropa Şurasına üzv olan iki dövlətdə siyasi 
məhbusların mövcudluğunu müəyyənləşdirən meyarlar 
hazırlamaq mandatı verildi. Müstəqil ekspertlər qrupu 
qısa  müddət  ərzində  Avropa  Şurasının  üzvü  olan  iki 
dövlətdə  siyasi  məhbusların  mövcudluğunu  müəyyən 
etmək  üçün  meyarları  özündə  əks  etdirən  məruzə  ha-
zırladılar.  Həmin  məruzə  16  iyun  2001-ci  ildə  AŞ  Baş 
katibinə göndərilmiş və 24 oktyabr 2001-ci ildə Avropa 
Şurasının sənədi kimi qeydiyyatdan keçmişdir.
xüsusilə vurğulamaq istərdim ki, müstəqil ekspertlərin 
hazırladığı məruzə sonradan AŞPA tərəfindən müzakirə 
olunmamış və onun plenar iclasında hüquqi sənəd kimi 
qəbul  edilməmişdir.  Beləliklə,  müstəqil  ekspertlərin 
hazırladığı  məruzə  Avropa  Şurasına  üzv  dövlətlər 
üçün  ümumtanınmış  hüquqi  sənəd  olmamışdır.  Odur 
ki,  bu  məruzədə  siyasi  məhbusların  mövcudluğunu 
müəyyənləşdirmək  məqsədilə  təklif  olunan  meyarlar 


104
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Avropa Şurasına üzv dövlətlər üçün ümumqəbul edil-
miş hüquqi norma sayıla bilməzlər. 
Hesab  edirəm  ki,  müstəqil  ekspertlər  qrupunun  ha-
zırladığı  məruzəni  burada  təhlil  etməyə  ehtiyac  yox-
dur. lakin məruzədə siyasi məhbusların mövcudluğu-
nu müəyyən etmək üçün təklif edilmiş meyarlarla bağlı 
bir məsələni diqqətinizə çatdırmağı vacib hesab edirəm. 
Müstəqil  ekspertlər  siyasi  məhbusların  mövcud  olma-
sını  müəyyənləşdirmək  üçün  1989-1990-cı  illədə  BMt-
nin  missiyasının  Namibiyada  və  sonradan  Beynəlxalq 
Qırmızı  xaç  komitəsinin  cənubi  Afrika  Respublika-
sında  istifadə  etdikləri  “Nerqard  prinsipləri”  əsasında 
hazırlanmış  meyarları  tətbiq  etmişlər.  Ekspertlər  öz 
məruzələrində  bu  ölkələrin  hökumətlərinin  siyasi 
məhbusların mövcudluğunu qəbul etdiklərini də qeyd 
etmişlər. 
Bundan  əlavə,  professor  Nerqardın  tədqiqatları 
göstərilmiş  ölkələrdə  milli  barışıq  missiyasının  tərkib 
hissəsi idi. Belə ki, həmin dövrdə Namibiyanın və cənubi 
Afrika  Respublikasının  cəmiyyətləri  parçalanmışdı. 
Həmin  dövlətlərin  ərazilərində  milli  və  irqi  zəmində 
silahlı  qarşıdurma  hökm  sürürdü.  lakin  Avropa  Şu-
rasına üzv olan və ya üzvlüyə namizəd olan ölkələrdə 
isə  vəziyyət  Namibiya  və  cənubi  Afrika  Respublika-
sından  köklü  surətdə  fərqli  olmuşdur.  Belə  ki, Avropa 
cəmiyyətləri  parçalanmamışdılar  və  bu  səbəbdən  də 
milli  barışıq  missiyasına  ehtiyac  olmamışdır.  Odur  ki, 
Avropa  Şurası  ekspertlərinin  və  professor  Nerqardın 
missiyaları biri-birindən əsaslı şəkildə fərqli olmuşdur.
Beləliklə, müstəqil ekspertlərin təklif etdikləri meyar-
lar Avropa Şurası məkanında mövcud reallıqları əks et-
dirmirdi. Bundan əlavə, bu meyarlar həmin vaxt tərtib 
edilmiş  siyahı  əsasında  siyasi  məhbus  olmaları  iddia 
edilən  konkret  şəxslərin  işlərinə  yenidən  baxılmasını 
və  ya  onların  azadlığa  buraxılmasını  nəzərdə  tuturdu. 


105
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Odur  ki,  müstəqil  ekspertlərin  təklif  etdikləri  meyar-
lar  konsensus  şəklində  qısa  müddət  ərzində  konkret 
məhbusların  işlərinə  baxılmasını  nəzərdə  tuturdu  və 
müvəqqəti xarakter daşıyırdı.
Bildiyimiz  kimi,  insan  Hüquqları  üzrə  Avropa 
Məhkəməsinin qərarları presedent, yəni məcburi xarak-
ter daşıyır. lakin insan hüquqlarının müdafiəsi sahəsində 
ən  effektivli  mexanizmə  malik  olan  bu  beynəlxalq 
məhkəmə  öz  fəaliyyətində  və  qəbul  etdiyi  qərarlarda 
“siyasi məhbus” anlayışından istifadə etmir. Aydın gö-
rünür ki, bunun səbəbi indiyədək heç bir ümumtanın-
mış beynəlxalq sənəddə, o cümlədən Avropa Şurasının 
sənədlərində  “siyasi  məhbus”  anlayışının  anlaşıqlı  hü-
quqi təbiətinin müəyyən edilməməsindən ibarətdir.
Bununla belə, siyasi məhbus problemi  vaxtaşırı ola-
raq  AŞPA-nın  Bürosunda  və  Hüquq  Məsələləri  və  in-
san  Hüquqları  komitəsində  gündəmə  gətirilmişdir. 
Ümumiyyətlə,  Büro  və  komitə  2007-ci  ildən  9  dəfə  öz 
iclaslarında bu məsələni müzakirə etmişdir. 
Nəhayət, 2008-ci ildə Hüquq Məsələləri və insan Hü-
quqları komitəsi “siyasi məhbus problemi” kimi iddia-
ların hüquqi əsaslarının olmaması qənaətinə gəlmişdir. 
komitə,  eyni  zamanda,  Avropa  Şurasında  “siyasi 
məhbus” məsələsi ilə bağlı bütün üzv dövlətlərə şamil 
edilə biləcək müvafiq sənədin və meyarların hazırlana-
raq qəbul edilməsinin vacibliyini diqqətə çəkmişdir. 
Bundan başqa, AŞPA Bürosu da 2009-cu ildə Avropa 
Şurası çərçivəsində “siyasi məhbus” anlayışının meyar-
larının  hazırlanmasını  vacib  hesab  etmişdir.  Büro,  öz 
növbəsində,  məsələ  ilə  bağlı  ümumtanınmış  sənədin 
qəbul  edilməsinə  qədər  üzv  ölkələrə  siyasi  məhbus 
problemi üzrə təyin edilmiş məruzəçilərin fəaliyyətinin 
dayandırılması barədə qərar qəbul etmişdir. 
Büronun  və  Hüquq  məsələləri  komitəsinin  bu 
qərarlarına baxmayaraq, indiyədək AŞPA-nın plenar ic-


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə