Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə54/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   ...   50   51   52   53   54   55   56   57   ...   61

209
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
qrupda  Azərbaycan  və  Ermənistan  həmsədr  olmalı  idi. 
Bu məsələ büroda səsə qoyuldu və Azərbaycandan mən, 
Ermənistandan  vahan  Ohanesyan  bu  qrupun  həmsədri 
seçildik. 
- Son sessiya ilə bağlı nə deyə bilərsiniz?
-  Sözün  həqiqi  mənasında  Azərbaycan  nümayəndə 
heyəti bütün yayı dayanmadan fəal iş aparıb. iyul və avqust 
aylarında gərgin işlə məşğul olmuşuq. Hər qrupda olan üç 
üzvümüz çox aktiv fəaliyyətlə məşğul olub. Yay ərzində 
AvRONESt  katibliyinin  bizə  göndərdiyi  məruzələr 
üzərində  işləmişik.  Bütün  məruzələrdə,  xüsusən  siyasi, 
sosial və enerji məsələlərində Azərbaycanın maraqlarına 
zidd məqamlar var idi. Bir neçə dəfə üzvlərlə görüşərək, 
məsələlər  ətrafında  müzakirələr  aparmış  və  sənədə 
düzəlişlər  etmişik.  Nəticədə  AvRONESt-ə  Azərbaycan 
maraqlarının müdafiəsini təmin edən son sənədi təqdim 
etmişik. Sentyabrın 14-15-də Parlament Assambleyasının 
sessiyası  keçirildi.  Bununla  yanaşı  komitələrin  iclası  baş 
tutdu. 
- Sessiyada erməni nümayəndə heyəti ilə Azərbaycan 
nümayəndələri  arasında  gərginlik  yaşandı.  Bunun 
mahiyyətində nə dayanırdı?
- komitələrdə keçirilən heç bir iclasda problemimiz ol-
madı.  Ancaq  siyasi  məsələlər  və  demokratiya  məsələlər 
komitəsində ciddi problemlə qarşılaşdıq. Belə ki, ermənilər 
təklif edirdilər ki, təhlükəsizlik Şurasının, BMt-nin, Avro-
pa Şurasının, eləcə də Avropa Parlamentinin sərhədlərin 
pozulmaması, ərazi bütövlüyü və suverenlik bəndi pozul-
sun. Bu azmış kimi erməni nümayəndə heyəti qətnamədə 
işğal, erməni təcavüz haqqında maddələrin yer almaması-
nı istəyirdi. Habelə bütün bunları göz ardına vuraraq, bö-
yük enerji layihələrində iştiraklarının qətnaməyə salınma-
sını tələb edirdilər. Eyni zamanda onlar Şərq tərəfdaşlığı 
ölkələri  arasında  sərhədlərin  açılmasına  çalışırdılar.  Çox 
maraqlıdır ki, onları bu məntiqsiz təkliflərini bir çox av-


210
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
ropalı  deputat  dəstəkləyirdi.  Bunların  başında  dayanan 
isə özünü AvRONESt-in lideri hesab edən polşalı deputat 
Saryus volski idi. Ermənilərin bu təkliflərinə baxmayaraq, 
biz hər üç bəndi səsə qoyaraq onların qəbul olunmasına 
imkan vermədik. Bizim Gürcüstanla birlikdə irəli sürdü-
yümüz  bəndə  görə, Avropa  ittifaqının  Şərq  tərəfdaşlığı 
ölkələrinin  ərazisindəki  münaqişələrin  həllində  aktiv 
iştirak  etməsi,  Şərq  tərəfdaşlığı  ölkələrinin  suveren-
lik,  ərazi  bütövlüyünün  və  sərhədlərin  toxunulmazlığı 
dəstəklənirdi.  Ermənistan  nümayəndə  heyətinin  rəhbəri 
vahan  Ohanesyan  məndən  xahiş  etdi  ki,  bu  bəndlərdə 
BMt-nin, təhlükəsizlik Şurasının, Avropa Parlamentinin, 
Avropa Şurasının verdiyi qətnamələrin hamısını saxlayın, 
ancaq bura güc işlətməmək sözünü əlavə edin. Biz də öz 
aramızda müzakirələr apardıqdan sonra buna razılıq ver-
dik. lakin bu bəndin müzakirəsi aparılan zaman, erməni 
nümayəndələr yeni bir təkliflə çıxış etdilər. Bu da ondan 
ibarət  idi  ki,  sözügedən  bəndə  xalqların  öz  iradələrini 
sərbəst və demokratik üsulla həll etmək hüquq əlavə edil-
sin. Biz bunun qəti əleyhinə çıxdıq. əsas gərginlik də bura-
dan yarandı. Hesab edirəm ki, ermənilərin təklif etdikləri 
bəndlərin bura daxil edilməməsinə nail olmaq çox böyük 
uğurumuzdur. 
-  Sizin  təklifiniz  sayəsində  gələn  il  AVRONEST-
in  plenar  iclası  Bakıda  keçiriləcək.  Bunu  necə 
qiymətləndirirsiniz?
-  Bu  çox  böyük  bir  uğurdur.  Başqa  sözlə  desəm, 
nümayəndə heyətimizin gərgin və düzgün iş aparmasının 
nəticəsidir. Çünki biz daha öncə sessiyanın Azərbaycanda 
keçirilməsini təklif etdik, bir çox deputatlar, o cümlədən 
Saryus  volski  buna  kəskin  etirazını  bildirmişdi.  O  de-
yirdi  ki,  Azərbaycan  o  qədər  də  demokratik  ölkə  de-
yil və orada bu sessiyanı təşkil etmək olmaz. lakin mən 
onu  inandırdım  və  dedim  ki,  bu  beş  ölkədən  -Ukray-
na,  Gürcüstan,  Ermənistan,  Belarus,  Moldova  hansıda 


211
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
demokratik  vəziyyət  Azərbaycandan  yaxşıdır?  Bu  yol-
la  bütün  fikirlərimi  əsaslandırdım.  O,  2014-cü  ilə  qədər 
Şərq  tərəfdaşlığı  ölkələrində  plenar  iclasın  keçirilməsini 
istəmədiyini  bildirdi.  Mən  dərhal  Şərq  tərəfdaşlığı 
ölkələrinin nümayəndələrinə məktublar yazdım və onlar-
la görüşdüm. Bunun Şərq tərəfdaşlığı ölkələrinə və xalq-
larına qarşı təhqir, ikili standart olduğunu, həmçinin bizim 
Avropaya  inteqrasiyamıza  maneə  olduğunu  söylədim. 
Saryus volski bildirdi ki, Azərbaycan hökuməti tərəfindən 
ermənilərin  Bakıya  gəlməsinə  icazə  verilməyəcək  və  ya 
onların təhlükəsizliyi təmin edilməyəcək. Mən bildirdim 
ki, Azərbaycanda 30 min erməni əmin amanlıq şəraitində 
yaşayır  və  erməni  nümayəndə  heyətinin  Bakıya  sessi-
yaya  gəlməsi  üçün  təhlükəsizliyi  Azərbaycan  hökuməti 
öz üzərinə götürür. Nəticədə Büro üzvlərinin sessiyanın 
ölkəmizdə keçirilməməsi üçün heç bir bəhanələri qalmadı 
və buna qərar verdilər. Bütün bunlar AvRONESt-in çox 
ciddi bir qurum olması anlamına gəlir.
-  Elxan  müəllim,  Azərbaycan  nümayəndə  heyətinin 
AVRONEST-dəki  fəaliyyəti  sizi  qane  edirmi?-Biz 
nümayəndə heyəti olaraq çox uğurlu iş aparırıq. Məhz elə 
bunun nəticəsidir ki, ermənilərin layiqli cavabını verdik. 
Bununla yanaşı Avropada, dünyada daha güclü iş aparma-
lıyıq. Buna çox böyük ehtiyacımız var. Çünki bizim lobbi-
çilik fəaliyyətimiz çox zəifdir. Nəinki Ermənistan, Gürcüs-
tandan, hətta Ukraynadan da zəif lobbiçilik fəaliyyətimiz 
var. Bu işi ciddi şəkildə aparmalıyıq. Bu heç də o anlama 
gəlmir ki, biz xaricdə daha pis iş aparırıq. Burada başqa 
məqamlar, maraqlar var. Məhz buna görə də biz müqayisə 
edilməz dərəcədə çox işləməliyik ki, öz sözümüzü qəbul 
etdirə bilək. Bunun üçün AvRONESt ciddi bir tribunadır.
- Millət vəkili olmaqla yanaşı, siz həm də AVCİYA-
nın rəhbərisiniz. Bir neçə sahədə iş aparmaq sizi yormur 
ki?
-  Məni  çox  işləmək,  ağır  iş  rejimində  çalışmaq  yor-


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə