Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə52/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   ...   48   49   50   51   52   53   54   55   ...   61

203
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
rın  problemlərini  öyrənməkdən,  onları  narahat  edən 
məsələləri  müvafiq  icra  strukturları  qarşısında  qa-
bartmaqdan  və  bu  məsələlərin  həllinə  nail  olmaqdan 
ibarətdir. 
Məhz bunun üçün də mən çalışıram ki, öz seçicilərimlə 
daim təmasda olum, onlarla ünsiyyət qurum və onları 
narahat edən problemləri bütün çılpaqlığı ilə aydınlaşdı-
rım. Hələ seçki kampaniyası dövründən seçicilərlə can-
lı ünsiyyətə üstünlük vermişəm və bu gün də bu üsulu 
ardıcıl  olaraq  davam  etdirirəm.  Gündəlik  həyatlarında 
daima  seçicilərimlə,  sadə  vətəndaşlarla  birlikdə  olma-
ğa  çalışıram.  Millət  vəkili  olduğum  Şamaxı  rayonun-
da keçirilən əksər toy və yas mərasimlərində imkanım 
daxilində  iştirak  edirəm.  Bir  çox  hallarda  mənimlə 
görüşə gələ bilməyən əlillərin, yaşlı insanların evlərinə 
gedirəm.  Ayda  bir  dəfə  seçicilərim  qarşısında  gördü-
yüm  və  görməyi  planlaşdırdığım  işlər  barədə  hesabat 
verirəm.  Deputat  seçildiyim  müddət  ərzində  Şamaxı-
da  müxtəlif  kütləvi  tədbirlərin,  xeyriyyəçilik  və  açılış 
mərasimlərinin,  müsabiqələrin  keçirilməsinə  nail  ol-
muşam.  Mütəmadi  olaraq  görüşlər  keçirməklə  yeni  il 
bayramında  körpələri  və  ahılları,  qadınlar  bayramın-
da  rayon  qadınlarını,  analarımızı,  qələbə  bayramında 
müharibə veteranlarını və təşkilatçısı olduğum müxtəlif 
tədbirlərdə digər kateqoriyalardan olan seçicilərimi, sı-
ravi vətəndaşları şəxsən təbrik etmiş, onlara hədiyyələr 
təqdim etmişəm.
Bundan  əlavə  Şamaxıda  bir  sıra  tədbirlər  təşkil 
etmişəm.  O  cümlədən,  mənim  təşkilatçılığımla  Şamaxı 
şəhərində  1918-ci  il  Şamaxı  soyqırımına  həsr  olunmuş 
Beynəlxalq  konfrans  keçirilmiş  və  eyni  adlı  kitabın 
təqdimat mərasimi olmuşdur, S. ə. Şirvaninin qəbirüstü 
abidəsi  yenidən  bərpa  edilmiş  və  açılışı  ilə  əlaqədar 
tədbir  keçirilmişdir.  tədbirdə  2  şagirdə  -  Nəcəfova 
Fəridə  Elçin  qızına  və Ataşikişiyev Asim  Mehman  oğ-


204
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
luna bütün mandatlıq dövründə aylıq təqaüd ayrılması 
barədə  qərar  qəbul  etdiyimi  bildirdimş  Eyni  zamanda 
Şamaxıda  yerləşən  məktəblərdən  birinə  S.  ə.  Şirvani-
nin  adının  verilməsi  üçün  Rayon  icra  Hakimiyyətinə 
müraciət  ünvanlamışam,  4  nəfər  tələbəyə,  o  cümlədən 
Şamaxı  Humanitar  kollecinin  tələbələri  -  Rəşidova 
Ayşən Elşən qızına və isgəndərov ilham ismayıl oğluna, 
həmçinin Azərbaycan  Müəllimlər  institutunun  Şamaxı 
filialının tələbələri - Gülalıyev Fikrət kərim oğlu və Ab-
dullayeva Süsən Qadir qızına hər birinə ayda 120 manat 
olmaqla M. ə. Sabir və ə. xaqani adına təqaüd verirəm. 
təşəbbüsümlə Şamaxıda bədii özfəaliyyət ansamblı ya-
radılmışdır. Mənim tərəfimdən Azərbaycan kooperasi-
ya  Universitetində  təhsil  alan  bir  tələbənin  və  Şamaxı 
texniki  kollecində  təhsil  alan  bir  tələbənin  illik  təhsil 
haqqları ödənilmişdir. 
Şamaxı  rayonunun  Məlhəm  kəndində  böyük 
mütəfəkkir  şairimiz  xaqaninin  abidəsi  ucaldılmiş  və 
bununla  əlaqədar  tədbir  keçirilmişdir,  tanınmış  Şirvan 
aşığı  Aşıq  Şərbətin  “Azərbaycanım”  adlı  şeirlər  kitabı 
çap olunmuş və həmin kitabın təqdimat mərasimi keçi-
rilmişdir. 
Qeyd edilənlərlə yanaşı, mənim təşəbbüsüm və pre-
zidenti olduğum AvciYA-nın üzvü olan Söz Azadlığını 
Müdafiə Fondunun təşkilatçılığı ilə Şamaxıda görkəmli 
satirik-şair  M.ə.Sabirin  yaradıcılığının  bədii  qiraət 
müsabiqəsi  keçirilmiş,  müsabiqənin  10  qalibinə  aylıq 
təqaüd  təyin  edilmişdir.  Qiraət  müsabiqəsinə    25  may 
2011-ci ildə Şamaxı rayon Mədəniyyət evində keçirilən 
Sabir günündə yekun vurulmuşdur. Sabir günündə ra-
yon ziyalıları ilə yanaşı Bakıdan dəvət olunmuş tanınmış 
qələm ustaları və alimlər də iştirak etmişlər. 
xüsusilə  vurğulamalıyam  ki,  Şamaxı  şəhərində 
Qərərgahım fəaliyyət göstərir və onun qapısı daim bütün 
vətəndaşların üzünə açıqdır. Qərərgahda çalışan işçilər 


205
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
müraciət etmiş vətəndaşları qəbul edir, hüquqi yardıma 
ehtiyacı olanlara hüquqşünaslar tərəfindən məsləhətlər 
verilir, digər məsələlərin həllində müxtəlif köməkliklər 
göstərilir. Ötən dövr ərzində seçicilərim tərəfindən mənə 
1500-dən artıq yazılı və şifahi müraciətlər edilib. Hər bir 
müraciətə  qayğı  ilə  yanaşaraq  mövcud  problemlərin 
həllinə nail olmağa çalışmışam. lakin bəzən buna nail ol-
sam da, bir çox hallarda məndən asılı olmayan səbəblərə 
görə  müraciət  etmiş  vətəndaşlara  kömək  etmək  imka-
nım  olmadığı  səbəbindən  mənəvi  əzab  çəkirəm.  Məni 
incidən  əsas  məsələ  isə  bir  çox  hallarda  mənə  pənah 
gətirmiş vətəndaşların problemlərini həll etməyə borc-
lu olan müxtəlif ranqlı dövlət məmurlarının onlara et-
diyim müraciətlərə laqeyd, hətta tam etinasız yanaşma-
ları  olur.  Mənim  öz  imkanlarım  daxilində  seçicilərimə 
göstərdiyim  kömək  rayonda  mövcud  olan  problemləri 
həll  etmir.  Bu  problemləri  müvafiq  strukturlar  həll 
etməlidir.    Bu  problemlərlə  bağlı  mən  həmin  struktur-
lara    dəfələrlə  müraciətlər  etmişəm.  təəssüf  hissi  ilə 
bildirməliyəm ki, bu müraciətlərin böyük əksəriyyətinə 
müsbət cabab verilməmişdir.
lakin  biz  əsla  ruhdan  düşmədən  işləməli, 
Azərbaycanımızın dilbər güşəsi olan Şamaxının inkişafı 
üçün durmadan çalışmalıyıq. 


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə