Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə55/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   ...   51   52   53   54   55   56   57   58   ...   61

212
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
mur.  Hətta  mən  bu  işlərdən  ilham  alıram,  zövq  alıram. 
Ancaq  məni  yoran  işləməyimə  maneə  olan  bürokratik 
əngəllərdir. Bir çox hallarda ayrı-ayrı məmurlar tərəfindən 
deputat sorğuları heçə sayılır. Hətta onlara məhəl belə qo-
yulmur. Bir halda ki, məmurlar deputatın sorğusuna ca-
vab vermirlərsə, o zaman sadə vətəndaşların problemi ilə 
bağlı hansısa idarəyə müraciət etməsinin əhəmiyyəti belə 
qalmır. əgər biz seçicilərin problemləri ilə bağlı aidiyyəti 
qurumlar qarşısında məsələ qaldırırıqsa və bəzi məmurlar 
buna əhəmiyyət vermirsə, həqiqətən bu, insanın işləməsinə 
çox  mənfi  təsir  göstərir.  təbii  ki,  bu  kimi  məmurlar 
işləməyimizə maneə olmasa, əksinə seçicilərimizin, sadə 
vətəndaşların problemini həll etməyimizə yardımçı olsa, 
o zaman biz daha ilhamla iş apararıq. Hesab edirəm ki, 
yerlərdə  deputatlarla  məmurlar  məhz  elə  birgə  iş  apar-
malıdırlar.  əks  təqdirdə  uğurlu  iş  aparmaq,  seçicilərin 
gözləntilərinə  cavab  vermək  çox  çətin  olar.  Yay  ərzində 
çox  geniş  işlə  məşğul  olmuşuq.  istər  qeyri-hökumət 
sektorunda,  istərsə  də  digər  sahələrdə  uğurlu  iş  qrafi-
kimiz  olub.AvciYA  haqqında  demək  istərdim  ki,  As-
sosiasiyaya  daxil  olan  qeyri-hökumət  təşkilatlarının  və 
üçüncü  sektorun  digər  nümayəndələrinin  fəaliyyətinin 
əlaqələndirilməsi  ilə  ölkədə  vətəndaş  cəmiyyətinin  ya-
radılması  prosesinə  yardım  göstərmək  məqsədilə  yara-
dılmış  təsisat  artıq  bir  çox  uğurlara  imza  atıb.AvciYA 
demək olar ki, dünyanın 4 qitəsini əhatə edən fəaliyyətlə 
məşğuldur.  Məsələn,  AvciYA-nın  təşkilatçılığı  ilə  23-24 
sentyabr 2011-ci il tarixlərində Azərbaycan Respublikası-
nın  dövlət  müstəqilliyinin  20-ci  ildönümü  münasibətilə 
Bakıda  beynəlxalq  tədbir  keçiriləcək.  tədbirdə  dün-
yanın  58  ölkəsindən  300-dən  artıq  tanınmış  ictimai-si-
yasi  xadim,  o  cümlədən,    Avropa  Parlamenti,  Avropa 
Şurası Parlament Assambleyası, Atət, AvRONESt, Av-
ropa ölkələri parlamentlərinin deputatları, hazırkı və keç-
miş dövlət xadimləri, Nobel mükafatı laureatları, ABŞ-ın 


213
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
regional spikerləri, keçmiş konqresmen və senatorlar, alim 
və  biznesmenlər  iştirak  edəcəklər.  Bütün  bu  işləri  ruh 
yüksəkliyi ilə həyata keçiririk. Məgər işdən zövq alan, xal-
qına, millətinə xidmət edən insan yorularmı?
- Elxan müəllim, bu qədər iş çoxluğunda seçicilərinizə 
necə, vaxt ayıra bilirsinizmi?
 - Məndə iki aləm yaşayır. Buna görə də hər gün gördü-
yüm və ya görəcəyim işlərlə bağlı özümü mühakimə edir, 
özümə hesabat verirəm. Mən vicdanım qarşısında həmişə 
hesabat  verirəm.  Çünki  seçicilərimin  problemləri  məni 
hər zaman narahat edir, onların problemini öz məsələm 
kimi görür və var qüvvəmlə həmin işlərin həllinə çalışı-
ram. Hətta xaricdə səfərdə olan zaman belə seçicilərimin 
problemini, onların həll yolları barədə düşünürəm. Məhz 
bütün bunların nəticəsidir ki, seçicilərimə qarşı çox sağ-
lam münasibətdəyəm. Millət vəkili olaraq üzərimə düşən 
işləri  necə  gördüyümü  bilmək  üçün  sadəcə  saytımı 
(www.elkhan-suleymanov.az)  açın,  orada  necə  fəaliyyət 
göstərdiyim, hansı işləri gördüyüm açıq-aşkar qeyd edi-
lib. Artıq Şamaxıda bir sıra işlər həyata keçirmişik. Bun-
lardan  bəzilərini  sadalayacam.  Seyid  əzim  Şirvaninin 
məqbərəsini düzəltdirmişik. 16 nəfər şagirdə təqaüd veri-
rik. Onlardan 4 nəfəri tələbədir ki, bu şəxslər hər ay 120 ma-
nat təqaüdlə təmin edilirlər. 12 nəfər şagirdə isə hər ay 50 
manat təqaüd veririk. Bunlarla yanaşı, Məlhəm kəndində 
xaqaninin büstünü inşa etdirdik. Habelə Belçikanın thu-
in  şəhərində  Mirzə  ələkbər  Sabirin  heykəli  ucaldılacaq. 
Bir  Qarabağ  əlilinin  oğluna  toy  etdik.  indi  həmin  gənc 
ailə üçün üç otaqlı yaşayış evi tikirik. Eləcə də qəhrəman 
analara yardımlar edirik, Qarabağ əlillərinə, Böyük vətən 
Müharibəsi iştirakçılarına öz qayğımızı əsirgəmirik. Bun-
lar sadəcə gördüyümüz işlərin az bir qismidir və bir millət 
vəkili kimi borcumdur. Mən üzərimə düzən vəzifə borcu-
mu yerinə yetirməyi özüm üçün müqəddəs borc bilirəm.


214
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Elxan Süleymanov: “AVRONEST Parlament 
Assambleyasının növbəti sessiyası 
Azərbaycanda keçiriləcək”
AVRONEST Parlament Assambleyasının 
Bürosu bununla bağlı müvafiq qərar qəbul edib 
20.09.2011
APA
Dünən Strasburqda AvRONESt Parlament Assamble-
yasının  ilk  sessiyası  işə  başlayıb.  Sessiyanın  ilk  günündə 
AvRONESt PA Bürosunun və komitələrinin iclasları keçi-
rilib. iclaslarda müzakirə edilən məsələlər və qəbul edilən 
qərarlar barədə suallarımızı millət vəkili, AvRONESt PA-
da Azərbaycan  nümayəndə  heyətinin  sədri  Elxan  Süley-
manov cavablandırır.
-  Büro  iclasında  müzakirə  edilən  məsələlərlə  bağlı 
məlumat verməyinizi xahiş edirik.
-  əvvəlcədən  bildirdiyimiz  kimi,  Büro  iclasının 
gündəliyində AvRONESt  PA-nın  2012-ci  ilin  may  ayın-
da  Şərq  tərəfdaşlığı  ölkələrində  keçirilməsi  ilə  bağlı 
Azərbaycanın təklifi müzakirə ediləcək. Azərbaycan tərəfi 
Prosedura Qaydalarının 7-ci maddəsinə uyğun olaraq, Av-
RONESt  PA-nın  növbəti  sessiyasının  Bakıda  keçirilməsi 
təklifi  ilə  çıxış  etmişdi. lakin  Büronun  21  iyun  2011-ci  il 
tarixli  iclasında  AvRONESt  PA-nın  növbəti  plenar  icla-
sının 2012-ci ilin may ayında Bakıda keçirilməsi təklifi ilə 
bağlı  səsvermə  zamanı  Azərbaycan,  Ukrayna,  Gürcüs-
tan və AvRONESt PA-nın Avropa Parlamenti tərəfindən 
həmprezidenti  xristian  vigenin  PA-nın  plenar  iclasının 
Azərbaycanda keçirilməsini dəstəkləsələr də, Ermənistan, 
Büronun üzvləri olan polşalı deputat Saryujvolski və rumı-
niyalı deputat trayan Unqreanu əleyhinə səs vermişdilər, 
Moldova  isə  bitərəf  qalmışdı.  Bunun  nəticəsində  2/3  səs 


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə