Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə56/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   ...   53   54   55   56   57   58   59   60   61

215
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
çoxluğu qazanılmadı. Odur ki, məsələyə sentyabr sessiya-
sı zamanı Büro iclasında yenidən baxılması qərara alındı. 
Müzakirələr zamanı AvRONESt PA-nın Ai-dən olan üzvü, 
Polşalı deputat Saryujvolski AvRONESt PA-nın sessiya-
larının  növbəti  2  il  ərzində  Şərq  tərəfdaşlığı  ölkələrində 
keçirilməməsi barədə təkliflə çıxış etdi. Mən dərhal vols-
kinin bu təklifi ilə bağlı öz fikrimi bildirdim və qeyd etdim 
ki, bu təklif açıq-aşkar etibarlılıq, qarşılıqlı etimad və ay-
dınlıq prinsiplərinə əsaslanan əməkdaşlığın başlanğıcında 
Şərq tərəfdaşı ölkələrinə qarşı ayrı-seçkiliyə və ikili stan-
dartlara yol açır, bütövlükdə bu təşkilatı mənasız bir quru-
ma çevirir. Şərq tərəfdaşlığı ölkələri, xüsusən də Ukrayna, 
Gürcüstan və Moldova mənə dəstək göstərdilər. Belə olan 
halda cənab Saryujvolski bir daha söz alaraq soruşdu ki, 
Azərbaycandan başqa digər Şərq tərəfdaşlığı ölkəsi sessi-
yanın keçirilməsi ilə bağlı müraciət edibmi? Mən onun sua-
lını cavablandıraraq bildirdim ki, Ermənistan tərəfi cari ilin 
sentyabr sessiyasının bu dövlətin müstəqilliyinin ildönümü 
günlərində irəvanda keçirilməsi ilə bağlı müraciət etmişdi, 
lakin  2012-ci  il  sessiyasının  keçirilməsi  ilə  bağlı  müraciət 
etməyib. Uzun müzakirələrdən sonra AvRONESt PA-nın 
ikinci növbəti sessiyasının 2012-ci ilin may ayında Bakıda 
keçirilməsi barədə qərar qəbul edildi. Hesab edirəm ki, bu 
qərar Azərbaycan nümayəndə heyətinin əldə etdiyi siyasi 
uğurdur. Eyni zamanda qərara alındı ki, komitələrin iclas-
larının hansı ölkədə keçiriləcəyi barədə məsələlər Büroda 
müzakirə  edilsin.  Büro  sosial  komitənin  iclasının  2012-ci 
ilin  fevral  ayında  Ermənistanda  keçirilməsi  haqqında  da 
qərar qəbul etdi. Büroda həmçinin yeni məruzə mövzuları, 
fəaliyyət planı müzakirə edildi.
- Komitə iclasları barədə nə deyə bilərsiniz? 
-  Sessiyanın  ilk  günü  AvRONESt  PA-nın  Ener-
ji  təhlükəsizliyi,  iqtisadi  siyasət  və  Sosial  məsələlər 
komitələrinin iclasları keçirildi və bu komitələrin hazırla-
dıqları sənədlər qəbul edildi.


216
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
- Siz Siyasi Məsələlər, İnsan Hüquqları və Demokrati-
ya Komitəsinin iclasını qeyd etmədiniz... 
-  14  sentyabrda  Siyasi  Məsələlər,  insan  Hüquqları  və 
Demokratiya  komitəsinin  də  iclası  keçirildi.  iclasda  bu 
komitə tərəfindən hazırlanmış “2011-ci il Şərqi tərəfdaşlıq 
Sammitinə  tövsiyələrə  dair:  məqsədyönlü  fəaliyyət 
üçün  yüksək  gözləntilər”  adlı  məruzə  müzakirə  edildi. 
Məruzə  ilə  bağlı  AvRONESt  PA-nın  Şərq  tərəfdaşlığı 
ölkələrinin  milli  nümayəndə  heyətləri  və  Ai-dən  olan 
üzvləri  tərəfindən  çoxsaylı  düzəlişlər  təklif  edilmişdi. 
Qeyd edim ki, Ermənistan tərəfi Azərbaycanın mövqeyinə 
ciddi  zərbə  vura  biləcək  təkliflər  etmişdi.  Ermənistan 
nümayəndə  heyətinin  təklifləri  əsasən  Şərq  tərəfdaşlığı 
ölkələri  ərazisində  mövcud  olan  münaqişələrin  həlli  ilə 
bağlı  BMt  təhlükəsizlik  Şurası,  AŞPA,  Avropa  Parla-
menti  kimi  beynəlxalq  təşkilatların  qəbul  etmiş  olduq-
ları  qətnamə  və  qərarlardan  məruzədə  yan  keçilməsi, 
Ermənistanın enerji siyasətinə qoşulması, regional iqtisadi 
inteqrasiya proseslərində və regionun iştirak etdiyi trans-
milli layihələrdə iştirakı, Şərq tərəfdaşlığı ölkələri arasında 
sərhədlərin silinməsi və s. ibarət olub.
lakin,  Azərbaycan  nümayəndə  heyəti  israrla  bu 
təkliflərin  qəbuledilməz  olduğunu  bildirib,  Ermənistanın 
Azərbaycan  ərazilərinin  20  faizini  işğal  etməsini,  1  mil-
yondan artıq Azərbaycan vətəndaşının qaçqın və məcburi 
köçkün  həyatı  yaşamasını,  indiyədək  işğal  altında  olan 
ərazilərin azad edilməməsini, məcburi köçkünlərin öz yurd-
larına qayıtmaq və təhlükəsiz yaşamaq hüquqlarının təmin 
edilməməsini,  bu  istiqamətdə  Ermənistanın  qeyri-kons-
truktiv mövqe tutmasını, bu dövlətin ümumiyyətlə region-
da destruktiv siyasət həyata keçirməsini komitə üzvlərinin 
diqqətinə çatdırıb. Nəticədə, məruzədə nüfuzlu beynəlxalq 
təşkilatların  qərarları  nəzərə  alınmaqla,  Avropa  ittifaqı-
nın  Şərq  tərəfdaşlığı  ölkələri  ərazisində  münaqişələrin 
həllində aktiv iştirak etməsi, Şərq tərəfdaşlığı ölkələrinin 


217
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
suverenliyi,  ərazi  bütövlüyü  və  sərhəd  toxunulmazlı-
ğına  hörmət  edilməsi  barədə  bəndlərin  əks  etdirilməsi 
qərara  alındı.  Bundan  əlavə,  Ermənistanın  “mənbə  və 
ya  tranzit  ölkəsi  olmasından  asılı  olmayaraq,  hər  hansı 
Şərq tərəfdaşlığı ölkəsinin enerji təhlükəsizliyi sahəsində 
tam  regional  əməkdaşlıqdan  çıxarılması  və  ya  təcridinə 
yönəlmiş siyasəti ittiham etmək” təklifi məruzədən silin-
di.  Azərbaycan  nümayəndə  heyəti  adından  çıxış  edərək 
bildirdim  ki,  mən  bu  sənədi  təsdiqləyə  bilmərəm.  Belə 
ki,  bu  sənəd  cənubi  Qafqazdakı  reallıqları  əks  etdirmir, 
Dağlıq  Qarabağ  münaqişəsi  ilə  bağlı  nüfuzlu  beynəlxalq 
təşkilatların  qəbul  etdikləri  qərarlara  hörmət  və  onların 
yerinə yetirilməsinin təsdiq edilməsi cəsarətini özündə əks 
etdirmir. Odur ki, AvRONESt PA üçün bu sahədə hər han-
sı  irəliləyiş  əldə  etmək  çətindir.  Nəticədə,  Azərbaycanın 
etirazı ilə bağlı məsələləri konsensus yolu ilə razılaşdırıl-
maq  üçün AvRONESt  PA-nın  15  sentyabrda  keçiriləcək 
plenar iclasında müzakirəyə çıxarılması qərara alındı. ina-
nıram  ki,  Azərbaycan  nümayəndə  heyəti  plenar  iclasda 
Azərbaycanın maraqlarını sona qədər qoruya biləcək, ona 
cavab verməyən hər hansı bir qərarların qəbul edilməsinə 
imkan verməyəcək.
-  Qəbul  edilmiş  qərarlar  kontekstində  Azərbaycan 
nümayəndə  heyətinin  fəaliyyətini  necə  qiymətlən-
dirirsiniz?
-  Azərbaycan  nümayəndə  heyətinin  üzvləri  son  dörd 
ay  ərzində  gərgin  işlər  aparıb,  bu  işlərin  sayəsində  Av-
RONESt  PA-nın  növbəti  sessiyasının  Bakıda  keçirilməsi 
kimi  siyasi  uğur  əldə  etmiş,  Azərbaycanın  maraqları-
na  cavab  verən  qərarların  qəbul  edilməsinə  nail  olub, 
ölkəmizin  mövqelərinin  zəiflədilməsi  istiqamətində 
Ermənistan  tərəfinin  düzəlişlərinin  qarşısını  alıb.  Odur 
ki, Azərbaycan nümayəndə heyətinin fəaliyyətini yüksək 
qiymətləndirirəm.


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə