Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə60/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   ...   53   54   55   56   57   58   59   60   61

227
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
bağlıdır. Qeyd edim ki, belə hal üçün zəruri səs çoxluğu 
Prosedur Qaydalarının 16-cı maddəsinin 4-cü bəndində 
dəqiqliklə göstərilib. lakin görünür ki, müxtəlif xarak-
terli,  heç  də  həmişə  obyektiv  və  konstruktiv  olmayan 
təkliflərin  qəbul  edilməsində  maraqlı  tərəflər  var.  Yeri 
gəlmişkən belə tərəflərin olması şübhə doğurmur, onlar-
la bağlı bizdə kifayət qədər məlumatlar var. Onu deyə 
bilərəm ki, biz bu müddəanın dəyişməz qalmasına çalı-
şacağıq.
Müzakirələr  üçün  digər  ikinci  dərəcəli  təkliflər  də 
var.  Mən  onlar  üzərində  dayanmaq  istəmirəm.  17  okt-
yabrda Prosedur Qaydaları üzrə işçi Qrupunun iclasın-
da  ölkəmizi  Azərbaycan  nümayəndə  heyətinin  üzvü 
Rövşən Rzayev təmsil edəcək.
- Bir qurum olaraq AVRONEST PA-nı və Azərbaycan 
nümayəndə  heyətinin  bu  qurumda  fəaliyyətini  necə 
qiymətləndirirsiniz?
AvRONESt  PA-ya  Avropa  ittifaqının  Şt  ölkələri 
ilə  birgə  parlament  təsisatı  kimi  xüsusi  önəm  verilir. 
Bu  təşkilat  artıq  ciddi  fəaliyyətə  başlayıb.  Hazırda  bü-
tün  komitələrdə  məruzələr  üzrə  müzakirələr  aparı-
lır,  artıq  bütün  Şt  ölkələrinin  nümayəndə  heyətlərinə 
məruzələrin  mövzuları  təqdim  edilib.  Bu  yaxınlarda 
bütün komitələrdə bu məruzələr üzrə məruzəçilər təyin 
ediləcək. Hər mövzu üzrə iki məruzəçi təyin olunacaq, 
biri Şt, o birisi isə Avropa Parlamentinin üzvü olacaq-
dır. əlbəttə ki, Azərbaycan üçün ən mühüm və maraq-
lı  olan  Siyasi  komitədir.  Siyasi  komitədəki  mövzulara 
üstünlük  veririk.  Belə  ki,  bu  komitənin  hazırlayacağı 
mövzulardan biri Avropa Şərq tərəfdaşlığı ölkələrində 
regional  təhlükəsizlik  problemləri,  digəri  isə  Şt  və Ai 
ölkələrində  demokratiyanın  gələcəyi,  eləcə  də  azad  və 
müstəqil  media  ilə  bağlı  problemlərdir.  Biz  çalışaca-
ğıq ki, bu məruzələr üzrə həmməruzəçi olaq. lakin bu 
məsələlər  Şt  ölkələri  və  AP  nümayəndələri  arasında 


228
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
yaxın  günlərdə  müzakirə  olunacaq.  komitələrdə  han-
sı ölkələrə hansı məruzələrin verilməsi bu müzakirələr 
nəticəsində məlum olacaq.
Azərbaycan  nümayəndə  heyəti  AvRONESt  PA-
nın  qurumlarının  formalaşması  mərhələsində  uğurla 
fəaliyyət  göstərdi. AvRONEStin  14-15  sentyabr  tarixli 
ilk sessiyası da çox böyük uğurla başa çatdı. Ermənistan 
tərəfinin  ərazi  bütövlüyünü  şübhə  altına  alan,  ener-
ji  layihələrinə  şərtsiz  qoşulmaq,  Şt  ölkələri  arasında 
sərhədlərin açılması kimi təklif və düzəlişlərinin qarşı-
sı alındı. Azərbaycan Büro iclasında çox gərgin və uzun 
müzakirələrdən sonra AvRONESt PA-nın ilk plenar ses-
siyasının Şt ölkələri arasında Azərbaycanda keçirilməsi 
barədə  qərarın  qəbul  edilməsinə  nail  oldu.  Bu  sessi-
ya 2-5 aprel 2012-ci ildə Azərbaycanda keçiriləcək. Bu, 
Azərbaycan üçün siyasi uğurdur.
Eyni zamanda, cari ilin 20-30 sentyabr tarixində Av-
ropa  ittifaqının  varşavada  keçirilmiş  Şərq  tərəfdaşlığı 
Sammitində  prezidentlərin  qəbul  etdiyi  bəyannamədə 
Azərbaycan  Şərqi  Avropa  ölkəsi  statusu  aldı.  Mən  bu 
münasibətlə Azərbaycan xalqını təbrik edirəm. inanıram 
ki,  AvRONESt  PA-da  Azərbaycan  nümayəndə  heyəti 
həmişə ölkəmizin maraqlarını ardıcıl və davamlı şəkildə 
müdafiəsində  fəallıqla  fəaliyyət  göstərəcəkdir.  AvRO-
NESt  PA-da  əldə  etdiyimiz  uğurlar  isə  Azərbaycanın 
Avropa Parlamentində mövqelərinin möhkəmlənməsinə 
yardım edəcək.


229
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Şamaxının millət vəkili Elxan Süleymanov:
“Mən seçicilərim qarşısında öhdəlik 
götürmüşəm”
17.10.2011
 
525-ci qəzet
Ötən həftənin şənbə günü Şamaxının millət vəkili 
Elxan  Süleymanov  müstəqilliyimizin  20  illiyi  ilə 
əlaqədar  adıçəkilən  rayonda  18  oktyabrda  dünyaya 
gəlmiş  şəxslərlə  və  digər  seçiciləri  ilə  görüş  keçirib. 
Görüşdə  müstəqillik  günü  ilə  əlaqədar  18  oktyabr 
tarixində  Şamaxıda  doğulmuş  16  nəfərə  millət  vəkili 
tərəfindən müxtəlif hədiyyələr və pul mükafatları ve-
rilib. Deputat həmçinin Almaniya universitetlərindən 
birinə qəbul olan şamaxılı Cəlal Kərimova 1000 avro 
məbləğində  pul  mükafatı  verib.  E.Süleymanov  artıq 
C.Kərimovu  Almaniyada  işə  düzəltdiyini,  onun  hər 
ay 1000 avro maaş alacağını bildirib. Bununla yanaşı 
görüşdə millət vəkili hər ay təqaüd verdiyi 16 nəfəri 
və bu il yüksək ballarla ali təhsil müəssisələrinə da-
xil olmuş daha 6 şamaxılı gənci pul mükafatları ilə se-
vindirib. Onlara oxuduqları 4 il ərzində hər birinə hər 
ay 100 manat təqaüd ayıracağını vəd edib. Mərasimdə 
seçicilər  tərəfindən  Şamaxının  deputatına  ünvanlan-
mış bir sıra problemlər dərhal həll edilib. Daha sonra 
E.Süleymanov bu və digər məsələlərlə bağlı sualları-
mızı cavablandırıb.
- Bu gün, yəni 15 oktyabr tarixi mənim üçün çox əziz və 
müqəddəs bir gündür. Həqiqətən bu gün çox əlamətdar 
bir təqvimə təsadüf edib. Çünki bir neçə gündən sonra 
müstəqilliyimizin  20  ili  tamam  olacaq.  Eyni  zamanda 
bu gün mənim üçün çox məsuliyyətli gündür, çünki bir 


230
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
il qabaq, 15 oktyabr tarixində seçki kampaniyama start 
vermişdim. Müstəqillik günü çox böyük əhəmiyyətə ma-
lik bir bayramdır. Müstəqilliyimizin 20 illiyi ərəfəsində 
seçicilərimlə  görüşmək  fikrimcə,  unudulmaz  və  incə 
bir  məqamdır.  Buna  görə  də  çalışdım  ki,  müstəqillik 
günündə dünyaya gəlmiş şəxslərə az da olsa, sevinc bəxş 
edim. əslində onların problemləri ilə müqayisədə gör-
düyüm işlər elə də böyük deyildir. Görüşdə seçicilərimi 
onların probleminin mənim problemim olduğunu və hər 
zaman onların yanında olduğuma bir daha əmin etdim.
Bu,  danılmaz  bir  faktdır  ki,  müstəqilliyimizin  əldə 
olunmasında,  qorunub-saxlanılmasında,  20  il  ərzində 
böyük  inkişaf  yolu  keçməyimizdə  Ulu  Öndər  Heydər 
əliyevin  və  onun  layiqli  davamçısı  cənab  prezident 
ilham  əliyevin  müstəsna  xidmətləri  var.  Həqiqətən 
də,  Ümummilli  lider  dahi  şəxsiyyət  və  böyük  bir 
siyasətçi  idi.  əlbəttə  ki,  müstəqilliyimizin,  bu  gün-
kü  xoşbəxtliymizin,  suverenliyimizin  banisi  Heydər 
əliyevdir.  O,  müstəqilliyimizin  həm  memarı,  həm  də 
inşaçısıdır.  Sevindirici  və  qürurverici  haldır  ki,  ilham 
əliyev Ulu Öndərin bu siyasi kursunu inamla, şərəflə, 
ilhamla davam etdirir. Bizə müstəqillik bəxş etdiyi üçün 
Ümummilli liderin ruhu qarşısında baş əyir, həmçinin 
cənab prezidentə uğurlar arzu edir və məni “Şöhrət” or-
deni ilə təltif etdiyi üçün ona minnətdarlığımı bildirirəm. 
Bu  şərəfə  layiq  olmaq  üçün  əlimdən  gələn  hər  şeyi 
edəcəyəm. Bu şərəfi qorumaqda mənim üçün ən vacib iş 
seçicilərimin probleminin həllində iştirak etmək, onların 
yanında olmaqdır. Bu bir il ərzində şamaxılılarla bir ad-
dım atmaqdan, bir həyat yaşamaqdan çox fəxr və qürur 
hissi keçirirəm. Hesab edirəm ki, müstəqillik çox böyük, 
əvəzolunmaz  bir  sərvətdir.  Buna  görə  də  hər  birimiz 
müstəqilliyimizin  qorunub-saxlanması,  daha  da  inki-
şaf etdirilməsi üçün əlimizdən gələni əsirgəməməliyik. 


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə