Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə53/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   ...   49   50   51   52   53   54   55   56   ...   61

206
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
AVRONEST-in növbəti sessiyası 
Bakıda keçiriləcək
AVRONEST Parlament  Assambleyasındakı 
Azərbaycan nümayəndə heyətinin 
rəhbəri Elxan Süleymanov: “Bu bizim 
AVRONEST-dəki uğurlu işimizin nəticəsidir”
21.09.2011
525-ci qəzet
Sentyabrın  14-15-də  AVRONEST  Parlament  As-
sambleyasının  iclası  keçirildi.  Sessiyada  müzakirə 
edilən  bəzi  məsələlərlə  bağlı  Azərbaycan  nümayəndə 
heyəti ilə Ermənistan nümayəndələri arasında müəyyən 
gərginliklər yaşandı. Lakin bu gərginliyə baxmayaraq, 
nümayəndə  heyətimiz  öz  üzərinə  düşən  işi  layiqincə 
yerinə yetirməyi bacardı. Bu və digər məsələlərlə bağlı 
millət  vəkili  AVRONEST  Parlament  Assambleyasın-
dakı  Azərbaycan  nümayəndə  heyətinin  sədri,  eləcə  də 
Azərbaycan Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım 
Assosiasiyasının (AVCİYA) rəhbəri Elxan Süleymanovla 
söhbətləşdik. Bir neçə gün öncə dövlət başçısı tərəfindən 
“Şöhrət” ordeni ilə təltif edilən E.Süleymanov ilk olaraq 
bu məsələ ilə bağlı fikirlərini bölüşüb.
-  Seçki  kampaniyam  dövründə  seçicilərimə  deyirdim 
ki, mənim üçün müqəddəs məsələlərdən bir də sizin qar-
şınızda şərəf qazanmaqdır. Bu şərəf odur ki, siz mənə səs 
verirsiniz  və  mən  sizə  borclu  oluram.  Sonra  bu  borcu-
mu  yerinə  yetirmək  üçün  sizin  bütün  problemlərinizin 
həllində iştirak edirəm. Bununla həm də siz şərəf qazanır-
sınız ki, seçdiyimiz deputat bizə layiq olan millət vəkilidir. 
Mən də öz növbəmdə sizə xidmət etdiyim üçün şərəf qa-
zanıram. əlbəttə, cənab prezidentin məni “Şöhrət” ordeni 


207
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
ilə təltif etməsi böyük şərəfdir. Ona görə şərəfdir ki, bütün 
həyatım boyu -beş yaşımdan indiyə kimi məni ancaq əmək 
müşayiət  edib.  Məmur,  biznesmen  oğlu  olmamışam  və 
valideynsiz böyümüşəm. Həyatım boyu nail olduğum bü-
tün uğurları alın tərimlə əldə etmişəm. xüsusilə “Şöhrət” 
ordeni ilə təltif edilməyim mənim üçün çox qiymətli bir 
məqamdır.  Bu,  təkcə  mənim  üçün  deyil,  eyni  zamanda 
övladlarım  üçün  unudulmaz  bir  hal,  seçicilərim  üçün 
isə daha şərəfli məsələdir. Ona görə harada olmağımdan 
asılı  olmayaraq,  seçicilərimi  düşünürəm.  Onlar  hər  za-
man  mənim  qəlbimdə  yaşayırlar.  Hər  gün  seçicilərimin 
problemləri  ilə  bağlı  Şamaxıda  olan  köməkçimlə  əlaqə 
saxlayır, onların həlli yollarını arayırıq. əlbəttə ki, mənə 
“Şöhrət” ordeninin verilməsi məsuliyyətimi daha da artı-
rır. Şöhrəti qazanmaq asandır, amma onu qoruyub-saxla-
maq çox çətindir. Şərəfi qazanmaq asandır, lakin şərəfli ya-
şamaq heç də asan məsələ deyil. Bununla bağlı fikirlərimi 
belə ifadə edərdim: Düşünmə ki, qocalmısan, qocaldıqca 
ucalmısan, hər yaranan qocalmaz. Düşünmə ki, qocalmı-
san, qocaldıqca ucalmısan, hər qocalan ucalmaz. əlbəttə 
bu mənə çox böyük ucalıq gətirib. Buna görə dövlət başçı-
sına minnətdaram.
- Elxan müəllim, AVRONEST Parlament Assambleya-
sı ilə bağlı bir qədər məlumat verərdiniz.
- təəssüf ki, bir çoxları, hətta siyasətçilərin bəziləri belə 
AvRONESt-in nə olduğuna az əhəmiyyət verirlər. Hesab 
edirəm ki, media nümayəndələri və hər bir kəs daima bu 
qurumu izləməli və onun fəaliyyətilə maraqlanmalıdırlar. 
əslində bu qurum Azərbaycan üçün vacib, eyni zaman-
da  önəmli  bir  təşkilatdır.  AvRONESt  Şərq  tərəfdaşlığı 
ölkələri  ilə  Avropa  ittifaqı  arasında  əlaqələr  quran  bir 
parlament assambleyasıdır. Bu qurumun 60 üzvü Avropa 
parlamentindən, bir o qədər üzvü isə Ukrayna, Gürcüstan, 
Ermənistan, Azərbaycan və Moldovadandır. Azərbaycanın 
bu vaxta qədər Avropa parlamenti qarşısında öhdəliyi yox 


208
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
idi,  lakin  bu  il  29-30  sentyabrda  varşavadakı  Sammitdə 
artıq  5  Şərq  tərəfdaşlığı  ölkə  rəhbərinin  imzaladığı 
sənəddən sonra biz birbaşa Avropa Parlamenti qarşısında 
öhdəlik götürəcəyik. Yəni artıq Azərbaycanın Avropa Par-
lamenti qarşısında öhdəliyi olacaqdır. AvRONESt məhz 
elə bu deməkdir. Azərbaycan bu qurumun üzvü olmaq-
la  Avropada  mühüm  bir  tribuna  əldə  edib.  Ermənistan 
bu təşkilatın üzvü olduğu halda, biz sözügedən təşkilata 
üzv olmaya bilməzdik. Çünki Ermənistan torpaqlarımızı 
işğal  etməsinə  baxmayaraq,  haqqımızda  istər Avropada, 
istərsə  də  dünyanın  başqa  nöqtələrində  tamamilə  yanlış 
olan təbliğat aparır. Hətta böhtanlar, uydurmalar yayırlar. 
Erməni lobbisinin dünyada çox intensiv iş aparması hər 
kəsə bəllidir. Bütün bunlara reaksiya göstərmək və reallı-
ğı dünya ictimaiyyətinə çatdırmaq üçün belə bir tribuna-
dan istifadə etmək Azərbaycan üçün çox vacib idi. Artıq 
bunu əldə edərək həqiqəti deyir, həmçinin erməni uydur-
malarının  qarşısını  alırıq.Qeyd  edim  ki,  AvRONESt-in 
təsis qurultayı mayın 3-də, ilk sessiyası isə iyunun 21-də 
olub. təşkilatın dörd komitəsi var. Siyasi komitədə Asim 
Mollazadə vitse həmsədr, Enerji komitəsində Fuad Mu-
radov  həmsədr,  Sosial komitədə  isə Azay  Quliyev  vitse 
həmsədrdir. Hər komitədə üç üzvlə təmsil olunuruq, iq-
tisadi komitədə isə müavinlik və sədrlikdə üzvümüz yox-
dur. Bu, prosedur qaydalarına görə belədir. Eyni zamanda 
bu təşkilatda iki işçi qrupu fəaliyyət göstərir. Belarus işçi 
qrupunda Azərbaycanı Asim Mollazadə təmsil edir. Digər 
bir  işçi  qrupu  isə  prosedur  qaydaları  üzrədir.  Ermənilər 
çox cəhd göstərirdilər ki, bu işçi qrupuna həmsədr olsun-
lar, ancaq biz buna imkan vermədik. Mən birinci büro ic-
lasında buna etiraz etdim, onlara bu imkanı verilməsinin 
mümkünsüz olduğunu söylədim. Çünki burada qurumun 
prosedur qaydaları müəyyənləşir. təbii ki, bu imkandan 
ermənilər öz maraqları üçün geniş istifadə edə bilərdilər. 
Buna  görə  də  biz  ikili  həmsədrlik  təklif  etdik.  Yəni  bu 


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə