Kitab Elxan muellim indd



Yüklə 12,2 Mb.
Pdf görüntüsü
səhifə59/61
tarix10.07.2018
ölçüsü12,2 Mb.
#54725
1   ...   53   54   55   56   57   58   59   60   61

224
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Elxan Süleymanov: AVRONEST PA-nın 
İşçi Qrupunda siyasi qrupların yaradılması 
və onların imtiyazları müzakirə ediləcək
13.10.2011
Trend
Toplantıda müzakirə ediləcək məsələlərlə bağlı Trend-in su-
allarını AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin 
rəhbəri, millət vəkili Elxan Süleymanov cavablandırır. 
 AVRONEST PA-nın Prosedur Qaydaları üzrə İşçi 
Qrupu barədə məlumat verməyinizi xahiş edirik.
- AvRONESt PA Avropa ittifaqı ilə «Şərq tərəfdaşlığı» 
(Şt)  ölkələrinin  birgə  parlament  təsisatı  kimi  2-3  may 
2011-ci il tarixdə Brüsseldə təsis edilib. Onun qurumları 
kimi 4 komitə və 2 işçi qrupu yaradılıb. Bu komitələrin 
və  işçi  Qrupların  içərisində  Prosedur  Qaydaları  üzrə 
işçi  Qrupu  Azərbaycan  üçün  çox  mühüm  əhəmiyyət 
kəsb  edir.  Bu  işçi  Qrupunun  əsas  vəzifəsi Assambleya 
və  onun  qurumları  tərəfindən  Prosedur  Qaydalarının 
yerinə  yetirilməsinə  nəzarət  etməkdən  ibarətdir.  Bu 
işçi qrupu həmçinin Prosedur Qaydalarına düzəlişlərin 
edilməsi prosesini stimullaşdırmaq üçün Büroya yazılı 
təkliflər  təqdim  edə  bilər.  Göründüyü  kimi,  Prosedur 
Qaydaları üzrə işçi Qrupu AvRONESt PA-nın çox vacib 
bir  qurumudur.  Odur  ki,  bizim  üçün  bu  işçi  Qrupuna 
kimin sədr olacağı prinsipal xarakter daşıyırdı.
təsadüfi deyil ki, AvRONESt PA təsis edilərkən bu 
işçi  Qrupuna  ermənilər  sədrlik  etmək  istəyirdi.  lakin 
bu  Azərbaycanın  maraqlarına  cavab  vermirdi.  Odur 
ki,  Azərbaycan  nümayəndə  heyəti  qətiyyətlə  bunun 
əleyhinə çıxış etdi və bildirdi ki, Ermənistan nümayəndə 
heyətinin üzvü Prosedur Qaydaları üzrə işçi Qrupunun 
tək sədri ola bilməz. Bu qrupa sədr digər ölkələr - Ukray-


225
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
na, Moldova, Gürcüstan ola bilər. Amma Azərbaycan ilə 
Ermənistanın təkbətək sədr olması düzgün deyil və ya-
xud ikimiz həmsədr ola bilərik. Ermənistan tərəfi bu işçi 
Qrupuna çox maraqlı olduğundan hər ikimizin həmsədr 
olmasını qəbul etdi və beləliklə, biz Prosedur Qaydaları 
üzrə işçi Qrupunun həmsədri kimi fəaliyyətə başladıq. 
Nəhayət,  cari  ilin  17  oktyabrında  Prosedur  Qaydala-
rı üzrə işçi Qrupunun ilk iclası keçiriləcək. Burada beş 
nəfər Avropa Parlamenti üzvü və beş nəfər Şt ölkələri 
üzvləri təmsil olunur.
-  İşçi  Qrupunun  ilk  toplantısında  hansı  məsələlər 
müzakirə ediləcək və hər hansı qərarın qəbul edilməsi 
gözlənilirmi?
- Qeyd edildiyi kimi, 17 oktyabrda Prosedur Qayda-
ları üzrə işçi Qrupunun ilk iclası baş tutacaq. Bu iclasda 
heç bir sənədin qəbul edilməsi gözlənilmir. iclasda işçi 
Qrupun mandatı və AvRONESt PA-nın əsas sənədi olan 
Prosedur Qaydalarına bir sıra düzəlişlərin edilməsinin 
mümkünlüyü  müzakirə  ediləcək.  Müzakirəyə  çıxarı-
lan təkliflər siyasi qrupların yaradılması və onların im-
tiyazları,  Prosedur  Qaydalarında  mühüm  maraqların 
təmin edilməsi, komitələrdə və plenar iclaslarda ayrıca 
düzəlişlərin qəbul edilməsi üçün zəruri səs çoxluğu və 
s. ilə bağlıdır.
Qeyd etməliyəm ki, bizim üçün xüsusi əhəmiyyət kəsb 
edən  mühüm  maraqların  təmin  edilməsi,  o  cümlədən 
komitələrdə və plenar iclaslarda ayrıca düzəlişlərin qəbul 
edilməsi üçün zəruri səs çoxluğu ilə bağlı məsələlərdir. 
Məsələ  burasındadır  ki,  Prosedur  Qaydalarının  4  və 
16-cı  maddələrində  Şərqi  Avropa  tərəfdaşlarının  hər 
hansı nümayəndə heyəti AvRONESt PA qəbul edəcəyi 
qərarın öz ölkəsi üçün mühüm əhəmiyyət kəsb etdiyi-
ni elan edərsə, bu zaman nümayəndə heyətləri arasın-
dakı  konsensusun  olması  tələb  olunur.  Burada  hansı 
məsələnin həmin ölkə üçün «mühüm əhəmiyyət kəsb» 


226
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
etməsi ifadəsi tam açıqlanmayıb.
Ermənistan nümayəndə heyəti Prosedur Qaydaların-
dakı  boşluqlardan  istifadə  edərək, AvRONESt  PA-nın 
14-15 sentyabr tarixli sessiyası zamanı son sənəddə Şt 
ölkələrindəki  münaqişələrlə  bağlı  nüfuzlu  beynəlxalq 
təşkilatların  qəbul  etdikləri  qərarların  təşviqi  və  icra 
edilməsinə,  o  cümlədən  Şt  ölkələrinin  dövlət  suve-
renliyinin,  ərazi  bütövlüyünün  və  sərhədlərinin  toxu-
nulmazlığı  kimi  prinsiplərə  hörmət  edilməsinə  qarşı 
çıxdı. Bunların əvəzində son sənəddə xalqların sərbəst 
və  demokratik  yolla  öz  iradəsini  ifadə  etmək  hüququ-
nun  göstərilməsini  tələb  etdi.  Ermənistan  nümayəndə 
heyətinin təklifləri qəbul edilmədi. Siyasi iflasa uğradığı-
nı anlayan Ermənistan nümayəndə heyəti bu məsələlərin 
ölkələri üçün «mühüm əhəmiyyət kəsb etdiyini» bəhanə 
gətirərək veto hüququndan istifadə etdi.
Odur  ki,  AvRONESt  PA-nın  ilk  sessiyası  zamanı 
Ermənistan  nümayəndə  heyətinin  tutduğu  destruk-
tiv  mövqe  nəticəsində  yaranmış  presedent,  sözsüz  ki, 
Prosedur  Qaydalarının  göstərilən  maddələrində  mü-
vafiq düzəlişlər edilməsini, hər hansı dövlət üçün mü-
hüm  əhəmiyyət  kəsb  edən  məsələlərin  dəqiq  ifadə 
edilməsini zəruri edir. Biz Ermənistan tərəfinin müxtəlif 
bəhanələrinin qarşısını almaq üçün konkret təkliflər pa-
keti hazırlamışıq. Mən müzakirələrdən əvvəl bu təklifləri 
açıqlamaq istəmirəm. Ümid edirəm ki, biz bu təkliflərin 
sonda  Prosedur  Qaydalarında  əks  edilməsinə  nail  ola-
cağıq.
Müzakirəyə çıxarılacaq digər vacib məsələ komitələrdə 
və  plenar  iclaslarda  səsvermə  başlamazdan  əvvəl  Av-
RONESt PA-da Avropa Parlamentini təmsil edən ən azı 
iki  siyasi  qrupa  daxil  olan  minimum  on  üzvündən  və 
ya Şərqi Avropa tərəfdaşlarının ən azı iki nümayəndə 
heyətindən olmaqla ayrı-ayrı tərkiblərdən gələn ayrıca 
düzəlişlərin qəbul edilməsi üçün zəruri səs çoxluğu ilə 


Yüklə 12,2 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə