192
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
kəsiyində Prosedur Qaydaları üzrə işçi qrupuna Şt
ölkələri tərəfindən sədrlik etməyə iddialı idi, bu isə heç
bir halda Azərbaycanın maraqlarına cavab vermirdi.
Ermənistan tərəfi öz məqsədlərinə nail olmaq üçün Pro-
sedur Qaydaları üzrə işçi qrupuna sədrliyin bir il ərzində
növbə ilə Ukrayna, Azərbaycan və Ermənistan arasında
bölünməsini, daha sonra isə onun fəaliyyət vaxtı uzadıl-
dığı halda Moldova və Gürcüstan arasında bölünməsini
təklif edirdi.
lakin biz bu variantı məqbul saya bilməzdik, çünki
belə
bir vacib işçi qrupuna, yuxarıda
qeyd etdiyim kimi,
Ermənistanın sədr təyin edilməsi Azərbaycanın maraq-
larına cavab vermirdi. Odur ki, biz Moldova və Gürcüs-
tana qarşı ayrıseçkiliyin yolverilməzliyini qeyd edərək, 2
təklif irəli sürdük. Birinci təklif sədrliyin Azərbaycan və
Ermənistan istisna olmaqla, digər iştirakçı dövlətlərdən
birinə həvalə edilməsindən ibarət idi. Onu da qeyd edim
ki, biz əvvəlcədən Ermənistanın bu təkliflə razılaşma-
yacağını proqnozlaşdırmışdıq. Odur ki, Büro üzvlərinə
göndərdiyimiz məktubda bu vəziyyəti nəzərə alaraq,
Azərbaycanla Ermənistanın işçi qrupuna həmsədrlik
etməsi barədə ikinci təklıf də irəli sürdük. Bizim Büro-
nun 21 iyun 2011-ci il tarixli iclası ərafəsində tərəfdaşlarla
apardığımız intensiv məsləhətləşmələr nəticəsində
Ermənistanın təklifi səsverməyə çıxarılmadı. Bunun
əvəzində Azərbaycanla Ermənistanın həmsədrliyi səsə
qoyuldu və qəbul edildi.
Digər bir məsələ AvRONESt PA-nın cari ilin sentyabr
ayında plenar sessiyasının keçiriləcəyi məkanla bağlı idi.
Belə ki, Prosedur Qaydalarının 7-ci maddəsinə əsasən
AvRONESt Parlament Assambleyası həmprezidentlər
tərəfindən çağrılır və Assambleyanın sessiyaları əsas
etibarilə ildə bir dəfə olmaqla növbə ilə Şərqi Avropa
tərəfdaşı ölkələrindən birində və Avropa Parlamentinin
iş binalarında keçirilir.