188
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
problem bu günədək beynəlxalq-hüquqi müstəvidə öz
həllini tapmamışdır. Bundan əlavə, heç bir beynəlxalq
məhkəmə, o cümlədən qərarları presedent xarakteri
daşıyan insan Hüquqları üzrə Avropa Məhkəməsi öz
qərarlarında bu anlayışdan istifadə etmirlər. Buna bax-
mayaraq, Avropa Şurasında bəzi dairələr Azərbaycana
qarşı dövri olaraq ölkədə seçkilər ərəfəsində və ya AŞPA-
nın sessiyaları ərəfəsində ayrıseçkiliyə yol verərək siya-
si məqsədlərlə “siyasi məhbus” anlayışından istifadə
edirlər. Həmin qüvvələr “siyasi məhbus”anlayışının
hüquqi təbiətini ehtiva edən ümumtanınmış sənədin ol-
mamasına məhəl qoymadan, Avropa Şurasına üzv olan
47 dövlətdən yalnız Azərbaycan üzrə siyasi məhbus
problemi üzrə xüsusi məruzəcinin təyin edilməsinə
nail olmuşdur. Bu azmış kimi, həmin qüvvələr AŞPA-
nın Hüquq məsələləri və insan hüquqları komitəsində
Azərbaycanda siyasi məhbusların mövcudluğunu
müəyyən etmək üçün meyarların hazırlanmasının da
həmin məruzəçiyə həvalə edilməsinə nail olmuşlar. Bu
açıq-aşkar qərəzli məntiqə əsasən eyni bir məruzəçi me-
yarlar hazırlayır və həmin meyarlar əsasında ölkədə si-
yasi məhbuslarla bağlı məruzə hazırlayır. Bu yaxınlaşma
heç bir halda obyektiv sayıla bilməz. Belə ki, o, Avropa
Şurası Nizamnaməsinin 3-cü maddəsində ehtiva edil-
miş “hüququn aliliyi” və “üzv dövlətlərin bərabərliyi”
prinsipləri ilə ciddi ziddiyət təşkil edir. Odur ki, bu ya-
xınlaşma qəbuledilməzdir. Avropa Şurasında problem
üzrə ümumtanınmış hüquqi sənəd qəbul edildikdən
sonra Avropa Şurasına üzv olan hər hansı dövlətdə, o
cümlədən Azərbaycanda siyasi məhbusların olub-olma-
ması barədə danışmaq olar. Mən qeyd edilən məsələ ilə
bağlı 2011-ci ildə işıq üzü görmüş “Avropa Şurasında si-
yasi məhbus problemi və onun həlli yolları” kitabımda
ətraflı təhlil aparmışam və problemin həllinə nail olmaq
istiqamətində müvafiq təkliflər irəli sürmüşəm.
189
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
Yeri gəlmişkən, mən eyni zamanda Azərbaycanda
vətəndaş cəmiyyətinin inkişafına Yardım Assosiasiya-
sının (AvciYA) təsisçisi və prezidentiyəm. AvciYA bu
ilin may ayında Avropanın beynəlxalq hüquq sahəsində
tanınmış mütəxəssislərinin, AŞPA və Avropa Parlamen-
tinin üzvlərinin iştirakı ilə “Siyasi məhbus anlayışının
vahid meyarlarının vacibliyi” mövzusunda beynəlxalq
konfrans keçirdi. konfrans iştirakçıları öz çıxışlarında
indiyədək “siyasi məhbus” anlayışının nə universal, nə
də regional beynəlxalq təşkilatlar tərəfindən qəbul edil-
miş meyarlarının olmadığını bir daha vurğuladılar və
belə bir meyarların qəbul edilməsinin vacibliyini özündə
əks etdirən bəyanat qəbul etdilər.
Nəhayət, qeyd etmək istərdim ki, 2011-ci ildə
Azərbaycanın Avropa Şurasına bərabərhüquqlu
üzv qəbul edilməsinin 10 illiyi tamam oldu. Bu illər
ərzinədə ölkəmizlə AŞ arasında münasibətlərin dina-
mikası, Azərbaycanda aparılmış islahatlar, 10 il ərzində
ölkəmizin insan hüquqlarının müdafiəsi sahəsində əldə
etdiyi irəliləyişlər və digər məsələlər müəllifi olduğum
“Azərbaycan 10 il Avropa Şurasında” kitabında ətraflı
təhlil edilib.
- AVRONEST PA yeni bir qurumdur və Siz bu qu-
rumda Azərbaycan nümayəndə heyətinin rəhbərisiniz.
AVRONEST PA-nın vəzifə və məqsədləri, strukturu, o
cümlədən Azərbaycan nümayəndə heyətinin bu qurumda
fəaliyyəti barədə məlumat verməyinizi xahiş edirik.
- Avropa ittifaqı xarici işlər Nazirlərinin 26 may
2008-ci il tarixdə Brüsseldə iclası keçirildi. Həmin iclas-
da Polşa və isveç Avropa Şərq Qonşuluq Siyasətinə da-
xil olan ölkələrlə (Azərbaycan, Gürcüstan, Ermənistan,
Ukrayna, Moldova və Belarus) əməkdaşlığın vahid for-
matının təsis edilməsini nəzərdə tutan Şərq tərəfdaşlığı
(Şt) təşəbbüsü ilə çıxış etdilər. Şərq tərəfdaşlığı üzrə 7
may 2009-cu il tarixində Praqada dövlət başçılarının zirvə
190
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
görüşü keçirildi. Sammit zamanı qeyd edilən təşəbbüsün
əsas məqsədləri və prinsiplərini, həmçinin gələcək
əməkdaşlıq prosesinin ümumi parametrlərini müəyyən
edən Birgə Bəyannamə qəbul edildi və bununla da Şərq
tərəfdaşlığı prosesinə yüksək səviyyədə rəsmi start ve-
rildi.
Şərq tərəfdaşlığı prosesi çərçivəsində bir tərəfdən Av-
ropa Parlamentinin nümayəndələrindən, digər tərəfdən
isə Şərq tərəfdaşı olan ölkələrin parlamentlərinin
nümayəndələrindən ibarət olan və Avropa Parlamenti-
nin bir qurumu kimi fəaliyyət göstərən Parlament As-
sambleyasının yaradılması nəzərdə tutulurdu və bu qu-
rum AvRONESt Parlament Assambleyası adlandırıldı.
Odur ki, AvRONESt Parlament Assambleyası Avropa
ittifaqı ilə Şərq tərəfdaşları arasında yaradılmış birgə As-
sambleyadır. Bu təsisat qarşılıqlı maraqlar və öhdəliklər,
eləcə də differensiasiya, bölüşdürülmüş mülkiyyət və
məsuliyyət prinsipləri əsasında yaradılıb. Göründüyü
kimi, AvRONESt PA Avropa ittifaqı regionu ilə Şərq
tərəfdaşlığı ölkələri regionunun birgə parlamenti ol-
maqla, mahiyyətcə regionlararası parlament təsisatıdır.
Beləliklə, AvRONESt PA Avropa ittifaqı ilə Şərq
tərəfdaşlığı ölkələrinin birgə parlament təsisatı kimi
2-3 may 2011-ci il tarixdə bu Brüsseldə təsis edilib.
Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə
heyəti də qurumun təsis iclasında iştirak etdi. keçirilən
tədbirlər çərçivəsində AvRONESt PA-nın təsisat
Aktı və Prosedur qaydaları qəbul edilərək imzalandı.
Şübhəsiz ki, bu yeni beynəlxalq qurum, onun məqsədləri,
ölkəmizin bu qurumda təmsil olunması Azərbaycanın
milli maraqlarına və xarici siyasət kursuna cavab verir.
Prosedur qaydalarına əsasən AvRONESt PA Avro-
pa Parlamentinin 60, hər Şərq tərəfdaşı olan ölkələrin
Parlamentlərinin 10 üzvündən ibarətdir. AvRONESt PA
plenar tərkibdən başqa həm də Büro, daimi komitələr,
Dostları ilə paylaş: |