182
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
vətəndaş cəmiyyətinin qanunvericilik prosesində iştira-
kını təmin edər.
- Deputat köməkçilərində vacib bacarıqlar hansılar
olmalıdır?
- Çox təəssüflər olsun ki, bizim cəmiyyətdə sovet
dönəmindən qalmış stereotiplərə görə ümumilikdə
köməkçi postuna sıradan olan bir vəzifə kimi baxı-
lır. Mən isə köməkçi vəzifəsini, xüsusilə də deputat
köməkçisi vəzifəsini mühüm hesab edirəm. Hesab
edirəm ki, bu vəzifədə çalışan şəxs olduqca hazırlıq-
lı və hərtərəfli dünyagörüşünə, xüsusilə də siyasi və
hüquqi biliklərə malik, vətənpərvər, məsuliyyətli, əsl
vətəndaş keyfiyyətlərini özündə daşıya bilən şəxs ol-
malıdır. köməkçi sadə insanların həyatına bələd olmalı,
onlara qayğı ilə yanaşmağı bacarmalı, onları sevməlidir.
Deputat köməkçisində vətəndaşlar tərəfindən edilən
müraciətlərin, həmin müraciətlərdə qaldırılan problem-
lərin vaxtında və səmərəli araşdırılaraq təkliflər hazır-
lamaq və millət vəkilinə təqdim etmək bacarığının ol-
ması vacib şərtlərdəndir. Eyni zamanda bu vəzifəyə
qeyd elədiyim keyfiyyətlərə malik olan 30-35 yaşa
qədər gənclərin götürülməsini daha məqsədəuyğun
hesab edirəm. Yaddan çıxarmamalıyıq ki, bu gənclər
bizim kadr potensialımızdır və millət vəkilinin
köməkçisi qismində iş rejimi və vətəndaşlarla daimi
təmasda olmaq həmin şəxslərin gələcək fəaliyyətlərində
əhəmiyyətli baza rolunu oynayacaqdır. Deyilənlərlə
yanaşı, köməkçi vəzifəsində işləyən şəxslərin aylıq
məvaciblərinin artırılması və gördükləri fəaliyyətə
adekvat olaraq qiymətləındirilmələrini də vacib fak-
tor hesab edirəm. təəssüf ki, bugünki millət vəkilinin
köməkçisinin aldığı məvacib heç də yuxarıda sadaladı-
ğım kriteriyalara cavab verən bacarığı, savadı, işgüzar-
lığı özündə cəmləşdirən şəxsin tələbatına uyğun deyil.
Misal üçün ABŞ-da konqresmen və senatorların
183
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
köməkçiləri xüsusi statusa malık şəxslərdir və olduq-
ca geniş səlahiyyətlərə malik olmaqla ciddi məsələləri
həll edə bilirlər. Bizimlə eyni geosiyasi məkanda olan
Ukraynada da köməkçi vəzifəsinə yaxşı mənada fərqli
münasibət formalaşıb. Bu yaxınlarda həmin ölkədə
səfərdə olduğum zaman Ukrayna Radasının deputatı,
AvRONESt-in rəhbərlərindən biri olan Boris tarasyuk-
la söhbətlərim əsnasında bu məsələ ilə əlaqədar maraqlı
faktlar öyrəndim. Məlum oldu ki, Ukrayna Radası de-
putatının rəsmi olaraq məvacib alan 4 köməkçisi var.
Bundan əlavə, Ukrayna deputatı ictimai əsaslarla daha
16 nəfər köməkçi təyin edə bilər və həmin köməkçilər də
digər 4 köməkşi ilə bərabər statusa malikdirlər.
- Seçicilərlə ünsiyyətdə hansı formalardan daha çox
istifadə edirsiniz?
- Hələ seçki kampaniyası dövründən seçicilərlə can-
lı ünsiyyətə üstünlük vermişəm və bu gün də bu üsulu
ardıcıl olaraq davam etdirirəm. Gündəlik həyatlarında
daima seçicilərimlə, sadə vətəndaşlarla birlikdə ol-
mağa çalışıram. Deputatı olduğum Şamaxı rayonun-
da keçirilən əksər toy və yas mərasimlərində imkanım
daxilində iştirak edirəm. Bir çox hallarda mənimlə
görüşə gələ bilməyən əlillərin, yaşlı insanların evlərinə
gedirəm. Ayda bir dəfə seçicilərim qarşısında gör-
düyüm və görməyi planlaşdırdığım işlər barədə he-
sabat verirəm. Deputat seçildiyim 6 ay ərzində Şa-
maxıda müxtəlif kütləvi tədbirlərin, xeyriyyəçilik və
açılış mərasimlərinin, müsabiqələrin keçirilməsinə nail
olmuşam. Mütəmadi olaraq görüşlər keçirməklə yeni
il bayramında körpələri və ahılları, qadınlar bayramın-
da rayon qadınlarını, analarımızı, qələbə bayramında
müharibə veteranlarını və təşkilatçısı olduğum müxtəlif
tədbirlərdə digər kateqoriyalardan olan seçicilərimi, sı-
ravi vətəndaşları şəxsən təbrik etmiş, onlara hədiyyələr
təqdim etmişəm. Bundan əlavə, Şamaxı şəhərində
184
www.elkhan-suleymanov.az
ŞAMAxININ Millət vəkili
BiRiNci il
fəaliyyət göstərən qərərgahımın qapısı daim bütün
vətəndaşların üzünə açıqdır. Qərərgahda çalışan işçilər
müraciət etmiş vətəndaşları qəbul edir, hüquqi yardıma
ehtiyacı olanlara hüquqşünaslar tərəfindən məsləhətlər
verilir, digər məsələlərin həllində müxtəlif köməkliklər
göstərilir. Ötən dövr ərzində seçicilərim tərəfindən mənə
1500-dən artıq yazılı və şifahi müraciətlər edilib. Hər bir
müraciətə qayğı ilə yanaşaraq mövcud problemlərin
həllinə nail olmağa çalışmışam. lakin bəzən buna nail ol-
sam da, bir çox hallarda məndən asılı olmayan səbəblərə
görə müraciət etmiş vətəndaşlara kömək etmək imka-
nım olmadığı səbəbindən mənəvi əzab çəkirəm. Məni
incidən əsas məsələ isə bir çox hallarda mənə pənah
gətirmiş vətəndaşların problemlərini həll etməyə borclu
olan müxtəlif strukturların rəhbərlərinin onlara etdiyim
müraciətlərə laqeyd, hətta tam etinasız yanaşmaları olur.
Çox təəssüflər olsun ki, bir sıra məmurlar, hətta nazirlər
və komitə rəhbərləri səviyyəsində etdiyimiz yazılı və
şifahi müraciətlərə, telefon zənglərinə ümumiyyətlə ca-
vab verilməməsi bir millət vəkili kimi məni seçicilərim
qarşısında çıxılmaz vəziyyətdə qoymaqla yanaşı, həm
də ümumilikdə deputat statusuna və Parlamentin işgü-
zar nüfuzuna xələl gətirir. Hesab edirəm ki, Parlamentin
rəhbərliyi deputat statusunun artırılması istiqamətində
ciddi işlər görməlidir.
Dostları ilə paylaş: |