AMEA FOLKLOR İNSTİTUTU
AMEA A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
FOLKLOR VƏ TARİXİMİZ
Respublika Elmi Konfransı
195
195
Ülkər Əliyeva, f.ü.f.d.
AMEA Folklor İnstitutu, böyük elmi işçi
azfolklor@yandex.ru
QƏHRƏMANLIQ EPOSLARIMIZ
“AZƏRBAYCAN YURD BİLGİSİ”NDƏ
Özət
Məqalə “Azərbaycan yurd bilgisi” jurnalında qəhrəmanlıq eposunun
tədqiqatına həsr olunmuşdur. Məqalədə XIX-XX əsrin tarixi hadisələri ətraflı
analiz olunmuşdur.
Açar sözlər: qəhrəmanlıq eposu, jurnal, tarix
Summary
The article is dedicated to the heroism epos in “Azerbaijani homeland
knowledge”. In the article the historical events of the 19-20th century are analyzied
in details.
Key words: the heroic epos, magazine,
history
Резюме
Статья посвящена исследованию героического эпоса в журнале
«Азербайджан юрд билгиси». В статье подробно были проанализированы
исторические события XIX-XX веков.
Ключевые слова: героический эпос, журнал, история
* * *
1932-34-54-ci illərdə İstanbulda Əhməd bəy Cəfəroğlunun redaktorluğu
altında nəşr edilən “Azərbaycan Yurd Bilgisi” (6) jurnalında ardıcıl olaraq
Azərbaycan ədəbiyyatının müxtəlif yönümlərdə tədqiqi ilə bağlı elmi araşdırmalar
dərc olunurdu. Bu baxımdan Azərbaycan şifahi xalq ədəbiyyatına jurnalda geniş yer
verilmişdi. Xalq dastanları və aşıq yaradıcılığı bu araşdırmaların mərkəzində
dayanmaqla jurnalda bayatılar, nağıllar, atalar sözləri və sayaçı nəğmələri barədə də
orijinal elmi mülahizələr söylənmiş, onların bədii-estetik və melopoetik sistemini
əks etdirən elmi təhlillər verilmişdir.
Qeyd etmək lazımdır ki, “Azərbaycan Yurd Bilgisi” (6) nəşr olunduğu dövrdə
sovet Azərbaycanında da şifahi xalq ədəbiyyatı ilə bağlı tədqiqat işləri aparılırdı.
Lakin həmin tədqiqatlarda sovet ədəbiyyatşünaslığının qanunlarına uyğun olaraq
aşıq yaradıcılığı da süni şəkildə sovetləşdirilirdi. Bakıda aşıq yaradıcılığı vulqar
sosioloji yönümdə araşdırıldığı halda, “Azərbaycan Yurd Bilgisi”ndə həmin mövzu
heç bir təzyiqə məruz qalmadan obyektiv tarixi-mədəni və elmi- nəzəri əsaslar üzə-
rində araşdırılırdı. Yəni aşıq ədəbiyyatına xas olan fəlsəfi-irfani ideyalar, ülvi
məhəbbət, güclü vətənpərvərlik və o cümlədən istilaya qarşı mübarizə mühacir
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com