AMEA FOLKLOR İNSTİTUTU
AMEA A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
FOLKLOR VƏ TARİXİMİZ
Respublika Elmi Konfransı
202
202
məcmuəsinin 42-ci nömrəsində dərc etdirmişdir. Lakin dastanı ilk dəfə inqilabdan
sonra Əliheydər Tahirov toplamış və ayrıca kitabça şəklində dərc etdirmişdir”.
Bu dastan “Azərbaycan Yurd Bilgisi” dərgisində geniş tədqiq olunmuşdur.
Əhməd Cəfəroğlu yazdığı “Azərbaycan ədəbiyyatında istiqlal mücadiləsinin izləri”
adlı silsilə məqalənin III hissəsinin II bölməsini məhz “Qaçaq Nəbi” dastanına həsr
etmişdir. Burada o, göstərir ki, “Nəbi rus dövləti nəzərində asi, rus qanununu
tanımayan yeni bir qüvvət olaraq meydana çıxmışdır. Fəqət müsəlləh qüvvətiylə rus
höküməti əleyhində olmaq üzərə, fəqir əhalini himayəyə başlaması və əski həqiqi
düşməni unudaraq müstəvli ruslara qarşı mücadiləyə başlaması, xalq arasında ol-
duqca böyük bir əlaqə oyandırmış və hətta Nəbinin cürmünə qurban
olanlar dəxi onu
əfv etmişlər. Demək, Nəbi artıq yeni mücadiləsiylə milli düşmənə qarşı vəziyyət at-
mış və milli qəhrəman olaraq rus hökümətinin istilasını qüvvəti daxilində sarsıtmağa
qərar vermişdir. İşdə dünənki çobanı bugünki qəhrəman mövqeyinə çıxaran səbəb
xalqla bərabər yaşaması və ümumxalqın gizli hissini mücadiləsiylə oxşaya bilmə-
sidir. Nəbinin üsyanı xalqın rus hökümətinə qarşı kütlə şəklində açıqdan-açığa izhar
edəmədiyi üsyanın tam eynidir. Bu etibarla Nəbi milli-qəhrəman bir asidir”.
Qeyd edək ki, XIX əsrdə baş qaldıran milli-azadlıq hərəkatında qaçaqçılıq hərə-
katı ciddi rol oynayırdı. Bu hərəkatla bağlı o dövrdə çoxlu sayda dastanlar yaranırdı.
Bununla bağlı Ə.Cəfəroğlu yazırdı: “Azəri xalq ədəbiyyatında ruslara qarşı yürüdülən
istiqlal mücadiləsi, bilxassə qaçaqlar haqqında yazılan dastanvari şerlərlə aşıq
ədəbiyyatında kəndisinə inikas bulunmuşdur. Geniş xalq təbəqəsi yabançı istilanın
əzici xatiratını və hürriyyət həyatının təəssürlərini daha fazla qaçaqlar ətrafında
ağızdan-ağıza dolaşan və tərənnüm edilən şerlər vasitəsilə ifadəni müvafiq bulmuşdur.
Bu gün azərbaycanın hər bir guşəsi bu qəbil dastanlarla kəndi istiqlal mücadiləsini
təsid edirsə də, bunların içərisində ən çox rəvac bulanı və ümum kütlə arasında ən
fazla rəğbət görəni “Qaçaq Nəbi”yə aid olanıdır”. Müəllifin fikrincə, “Qaçaq Nəbi”
dastanının “... gərək məna və gərəksə muhtəviyyat etibarilə ifadə etdiyi məna, xalqın
ruslara qarşı yürütdüyü hürriyyət davasını təmsil və hüququnu müdafiə etməsidir. Bu
vasitə ilə bütün millət müstəvli qüvvətə qarşı kəndi nifrət və arzusunu izhar edə bil-
mişdir. Bu nöqtədən “Nəbi” dastanı azəri istiqlal mücadiləsi ədəbiyyatının bəlkə ən
manidarlarından birisini təşkil edər”. Əhməd Cəfəroğlu “Qaçaq Nəbi” dastanını
Azərbaycan xalqının rus müstəmləkəçilik zülmünə qarşı mübarizəsini əks etdirən ən
mükəmməl folklor abidəsi kimi səciyyələndirərək dastan qəhrəmanı ilə onun prototipi
arasında müqayisəli təhlil fonunda Nəbinin xan və bəylərin zülmünə qarşı mübarizə
aparan bir kəndlidən rus əsarətinə qarşı vuruşan bir qəhrəman səviyyəsinə
yüksəlməsinə diqqəti yönəldir. Müəllifin fikrincə, qaçaq Nəbinin rus müstəmləkəçilik
rejiminə qarşı durması onun mübarizəsini sosial zəmindən siyasi müstəviyə keçirmiş,
məhz buna görə də bir çox düşmənləri onu bağışlamış, hətta yeri gəldikdə yardımçı
olmuşlar”. Həm də, eyni zamanda, qeyd etməliyik ki, bu dastanlar canlı tarixə
söykənir və real həyatdan doğurdu. Hüseyn Baykaranın fikrincə, “...tarixin heç bir
çağında çarlıq rus idarəsi, Azərbaycanda “qaçaq” deyə adlandırılan xalq
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
AMEA FOLKLOR İNSTİTUTU
AMEA A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
FOLKLOR VƏ TARİXİMİZ
Respublika Elmi Konfransı
203
203
qəhrəmanlarından yaxasını qurtarmamışdır. Gəncədə Qaçaq Dəli Alı, Qarabağda
Qaçaq Nəbi, Sofi təxəllüslü şair Qaçaq Kəblə Məhəmməd Kavaler və bu xalq
qəhrəmanlarına xalq aşıqları dastanlar yaratmışlar. Bu hərəkatlar Azərbaycan xalqının
rus istilası rejiminə durmadan, daimi qarşıdurması olmuşdur”.
O dövrdə mühacirət ədəbiyyatında yaranan dastanların böyük əksəriyyəti qa-
çaqçılıq hərəkatına həsr edilmişdir. “Azərbaycan tarixi”ndə Qaçaq Nəbi haqqında
məlumat verərkən onun “Gəncə vilayətinin Zəngəzur ərazisinin Aşağı Mollu
kəndində doğulduğu, 16 yaşında atasına əl qaldıran bəyi döydüyü üçün həbs
edildiyi, həbsdən qaçaraq dağlara çəkildiyi, kəndliləri başına toplayaraq rus çarlıq
rejiminə və onun Azərbaycandakı əlaltılarına qarşı mübarizə apardığı” qeyd olunur.
Hüseyn Baykara “Azərbaycan istiqlal mücadiləsi tarixi” adlı əsərində “Qaçaq
Nəbi” dastanından danışarkən dastandan bir parça nümunə gətirərək yazır:
Qazamat dalında gizləndim, yatdım,
Qoburnat gələndə sıçradım, qalxdım,
Aynalı tüfəngi doldurdum, atdım,
Qoy mənə desinlər, ay Qaçaq Nəbi,
Arvadı özündən ay qoçaq, Nəbi.
Nəbinin atlısı əllidi, beşdi,
Qırx
gözəl içində Həcəri seçdi,
Güllələr urusun böyrünü deşdi,
Qoy mənə desinlər, ay Qaçaq Nəbi,
Arvadı özündən ay qoçaq Nəbi.
Müəllifin bu dastandan gətirdiyi bir sıra şeir nümunələri Azərbaycanda nəşr
olunan variantdan fərqlənir. Müəllif Həcərin dilindən deyir:
Qazamat istidi yata bilmirəm,
Ayaqda qandalaq, qaça bilmirəm.
Açar urusdadır
aça bilmirəm,
Mənim bu
günümdə gələsən, Nəbi,
Qazamat dalını dələsən, Nəbi.
Azərbaycanda nəşr olunan “Qaçaq Nəbi” dastanının məlum variantında isə bu
misralar aşağıdakı kimi verilir:
Qazamat istidir, yata bilmirəm,
Barısı qəlbidi, aşa bilmirəm.
Qapısı bağlıdı, aça bilmirəm,
Mənim bu günümdə gələsən, Nəbi!
Qazamat dalını dələsən, Nəbi!
Tarixi-siyasi və ədəbi-kulturoloji tədqiqatlar müəllifi Naki Keykurunun
(Şeyxzamanlı) “Azərbaycan” (Ankara) dərgisində çap etdirdiyi məqaləsi də “Qaçaq
Nəbi” dastanına həsr edilmişdir. Məqaləni dastanın ideya-məzmun baxımından təhlilinə
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com