AMEA FOLKLOR İNSTİTUTU
AMEA A.A.BAKIXANOV adına TARİX İNSTİTUTU
FOLKLOR VƏ TARİXİMİZ
Respublika Elmi Konfransı
204
204
həsr edən müəllif bu məqalədə bir çox maraqlı fakta aydınlıq gətirmişdir. Müəllif
dastandan kiçik bir parçanı nümunə gətirərək yazır:
Nəbi gəzər ovasında, elində
Aynalı çiyində,
qəmə belində,
Əzbər olub silisçinin dilində,
Qoymayın, qoymayın bu nadanı siz,
Divanı dalınca oynadanı siz.
Müəllif burada qeyd olunan “nadan” ifadəsinin rus çinovnikləri tərəfindən
deyildiyini vurğulayır. Dastanda tez-tez qarşılaşdığımız:
Qoy sənə desinlər ay nadan Nəbi,
Tüfəngi əlində oynadan Nəbi
- misralarındakı “nadan” sözü, görünür düşmənləri tərəfindən ona edilən müraciətlə
bağlıdır. Xalq öz sevimli qəhrəmanına belə deyə bilməzdi”.
Mühacirətdə yazıb-yaradan ziyalılarımızdan Yunus Lənkərani də “Azərbay-
can” (Ankara) dərgisində çap etdirdiyi “Qaçaq Nəbi” adlı məqaləsini məhz bu
dastana həsr etmişdir. O da dastanın həyatdan və tarixi hadisələrdən götürüldüyünü
qeyd edərək yazır:
Dağların daşları dumandı, duman,
Nəbidən çəkirlər zalimdən aman.
Qoç Koroğlu
kimi Nəbi qəhrəman,
Qoy sənə desinlər, ay Qaçaq Nəbi,
Həcəri özündən ay qoçaq Nəbi.
Kiçik bir səhvi üzündən rus ordusunun təqiblərinə məruz qalan Nəbi dağlara
qaçmağa məcbur olur. Onlarla mübarizə aparmaq məcburiyyətində qalan Nəbi
başına dəstə toplayaraq rus ordusuna qarşı mübarizə aparır. Nəbinin qaldırdığı bu
üsyan xalqın istiqlaliyyət mübarizəsinə çevrildi və xalq da bu qəhrəmanlığı
unutmayaraq dastan şəklində ağızdan-ağıza ötürdü.
Dastandan nümunələr gətirərək aşıqların da bu mübarizədə rolunu qeyd edən
Əhməd Cəfəroğlu sonda yazır: “Beləliklə, rus istilası afətinin millət üzərindəki ağır
əksini aşıqlar hamıdan yaxşı duyduqlarına görə hər vasitə ilə rusları tənqid etməkdən
çəkinməmişlər”. Əhməd Cəfəroğlu bununla aşıqların xalqın həyatındakı rolunu
qabarıq şəkildə biruzə verməyə çalışmışdır.
Qaynaqlar
1.
Abdulkadir S. Türk kavımlarının halk edebiyyatında Rus istilasının inikası
// Azerbaycan Yurd Bilgisi. İstanbul: 1932, yıl 1, sayı 1, s. 22-26
2.
Abdulkadir S. Türk kavımlarının Halk edebiyyatında Rus istilasının inikası
// Azerbaycan Yurd Bilgisi. İstanbul: 1932, yıl 1, sayı 2, s. 49-54
3.
Abdulkadir S. Türk kavımlarının Halk edebiyyatında Rus istilasının inikası
// Azerbaycan Yurd Bilgisi. İstanbul: 1932, yıl 1, sayı 3, s. 105-111
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com