Elmi monoqrafiyalarda sitat və istinadlara da geniş yer verilir. Sitatların
istinad mənbələrini həm sətiraltı, həm də arxada təqdim etmək mümkündür.
Lakin əksər hallarda mənbələri sonda vermək daha məqsədyönlü hesab edilir.
Bəzi alimlərin fikrincə, sətiraltı istinad mənbələri oxucunun fikrini əsas
mətndən yayındırır.
Yuxarıda göstərilənlərdən aydın olur ki, elmi monoqrafiyalarda sorğu aparatı
iki funksiyanı yerinə yetirir: o, həm kitabın mətninin izahatını verir və onu
sistemləşdirir, həm də gələcəkdə predmetin öyrənilmə yollarını göstərir (6, 22).
Görkəmli şəxsiyyətlərə həsr olunmuş biblioqrafik monoqrafiyalarda haq-
qında söhbət açılan mütəxəssisin əsas elmi işləri təqdim edilə bilər.Bu da
oxucu üçün istinad mənbəyi kimi deyil, məhz həmin şəxsiyyətin elmi
yaradıcılığının təqdimatı xarakterini daşıyır.
Səyahət xarakterli monoqrafiyalarda analoji məlumatlar verilə bilər. Bundan
əlavə, belə nəşrlərdə bəzi hallarda tədqiqatçının tədqiqi ilə məşğul olduğu
xalqın adət-ənənələri, yaşayış tərzi haqqında da söhbət açmaq mümkündür.
Belə hallarda coğrafi adların terminoloji göstəricisini də təqdim etmək
məqsədyönlüdür. Coğrafi göstəricilər əsas mətni dolğunlaşdırır və daha
oxunaqlı edir.
Elmi-kütləvi xarakterli monoqrafiyalar da elmi nəşrlər kimi müxtəlif elmi
biliklərin inkişafına və təbliğinə xidmət edir. Bu monoqrafiyaların da əsas
predmeti elm və elmi tədqiqatlardır: elmi tədqiqatların nəticələri, tədqiqatın
obyekti, elmi problem, məqsəd və metodu, tədqiqatın aparılma şəraiti,
tədqiqatın əsasını təşkil edən faktlar, istifadə materialı və s.
Elmi-kütləvi nəşrlərin mövzu dairəsi olduqca geniş və əhatəlidir. O,
cəmiyyətin tələbatı və oxucu marağı ilə müəyyənləşməlidir. Elmi-kütləvi
nəşrlərin təyinat məqsədi elmi biliklərin, texnikanın, mədəniyyətin və s.-nin
geniş oxucu kütləsi arasında təbliği və yayılmasıdır.
Elmi-kütləvi monoqrafik əsərlərin müəllifləri elmi bilikləri təbliğ etməklə
elmdə olan son yeniliklərdən söhbət açır, bununla da müvafiq sahənin oxucu
kütləsini maarifləndirməklə elmin yeni bilikləri ilə tanış edir, gələcək dərketmə
maraqları oyadaraq, onun yaradıcılıq meyllərini inkişaf etdirirlər.
Belə monoqrafiyaların mühüm məqsədlərindən biri də oxucunun elmi
dünyagörüşünü formalaşdırmaqdır. Elmi dünyagörüşünün formalaşdırılması
insanların elmi biliklərlə təması, onlarda elmin qavranılması, elmi-texniki
tərəqqinin məqsədinin dərk edilməsi xüsusiyyətlərinin inkişafı ilə həyata
keçirilir. İncəsənətə dair elmi-kütləvi əsərlər estetik tərbiyənin funksiyalarını
yerinə yetirir.
Qeyd etmək lazımdır ki, elmin inkişafını izləyən hər bir şəxsə – istər
humanitar sahə olsun, istər təbiət elmləri sahəsi olsun, istərsə də dəqiq elmlər
sahəsi olsun, özünün elmi dərketmə dairəsini inkişaf etdirmək əsas
məqsədlərdən biri kimi vacib və əhəmiyyətlidir.
150
Oxucuda elmi dərketmə dairəsinin genişləndirilməsinə yardımçı məhz elmi-
kütləvi nəşrlərin qarşıya qoyduğu məqsədləri, aşıladığı bilikləri dərindən
qavramaq ola bilər.
Müasir şəraitdə elmi kütləvilik məsələləri genişlənmiş və nisbətən mürək-
kəbləşmişdir, çünki oxucu sanki təkmilləşmiş, ümumiyyətlə, tamamilə dəyiş-
mişdir. Bununla yanaşı, elmi-kütləvi kitabların da funksiyaları genişlənmişdir.
Belə kitablara nəinki geniş oxucu kütləsi, eyni zamanda müxtəlif istiqamətdə
fəaliyyət göstərən alim və mütəxəssislər də ehtiyac duyurdu. Onlar həm təhsil
alan, həm də artıq təhsilini başa vuranlar üçün faydalıdır. Ali təhsilli şəxslər
üçün bu monoqrafiyalar daha çox əhəmiyyətlidir, onlar bu dövrdə daha artıq
səmərəli olur. Çünki artıq biliklərə yiyələnmək müstəqil həyata keçirilir və bu
işdə elmi-kütləvi monoqrafiyalar öz müsbət təsirini göstərir. Müasir elm və
texnikanın problemləri geniş şəkildə həkimi, müəllimi, hüquqşünası, artisti,
rəssamı eyni dərəcədə dərindən maraqlandırır.
Deməli, elmi nəşrlər artıq ümumi tələbata çevrilib. Bununla bərabər, onlar
hamı üçün eyni dərəcədə səmərə kəsb etmir. Hər bir sahənin özünə uyğun elmi
nəşrləri mövcuddur. Çünki elmi kitabların oxucularını biri-birindən ayırmaq
həlli çətin olan bir məsələdir. Bu kitabların oxucu auditoriyası hamını – orta
məktəb şagirdlərindən tutmuş, alimlərədək əhatə edir.
Bütün elmi monoqrafiyalardakı şərhlərdə yalnız bir problem, bir mövzu
haqqında məlumatlar verilir. Bu, hansısa bir kəşfə, ixtiraya, teoremin
yaradılmasında, elmi axtarışların problemi, elmin təşəkkülü və inkişafı və s.-də
təzahür edir. Şübhəsiz ki, elmin inkişaf etdiyi, elmi problemlərin həlli olduğu
yerdə tədqiqatçılar, alimlər də, onların elmi bioqrafiyaları da mövcuddur.
Elmi monoqrafiyalarla yanaşı, görkəmli şəxsiyyətlərin həyatından, elmi
fəaliyyətindən, yaradıcılığından bəhs edən əsərlər də monoqrafiya adlanır. Belə
monoqrafiyalar bioqrafik əsər adlanır. Belə əsərlərdə alimin dünyagörüşünün
formalaşması göstərilir, onun elm sahəsindəki sərvətləri əksini tapır. Məhz bu
baxımdan bioqrafik monoqrafiyalar əhəmiyyət kəsb edir.
Mövzusunu alimlərin elmi məqsədlə səyahətlərinin tərtibi təşkil edən elmi
əsərlər də monoqrafiya adlanır. Burada da, digər elmi bioqrafik
monoqrafiyalarda olduğu kimi, söhbət alimin tərcümeyi-halından və elmi
yaradıcılığından, ölkələr və materiklərdən, təbiət və əhalidən gedir. Səyahətlər
haqqında olan elmi-kütləvi nəşrlər də informasiya xarakterinə görə bilavasitə
monoqrafiyaya aid olunur. Çünki bütün elmi əsərlərin mahiyyətcə problemləri,
tədqiqat istiqaməti, mövzu və mətnin xarakteri eyni xüsusiyyətlərə malikdir.
Elmi monoqrafiyaları mütaliə edən hər bir oxucu oradan tədris
ədəbiyyatlarından olduğu kimi faydalanır, biliklərini təkmilləşdirir və yaxud
inkişaf etdirir, elmin müasir və gələcək nailiyyətləri haqqında təsəvvürə malik
olurlar.
Monoqrafiya - problemi və mövzusu elmin nisbətən məhdud konkret bir
151
sahəsini əhatə edən elmi nailyyətin əksidir. Monoqrafiyalar hər bir halda elmə
xidmət edir, elmin nailiyyətlərini, görkəmli alimlərin elmi fəaliyyətlərini geniş
oxucu kütləsinə çatdırır, elmi axtarışların nəticələrini şərh edir və gələcək elmi
axtarışlar haqqında məlumatlar təqdim edir.
ƏDƏBİYYAT
1. Umudlu İ. Kitab nəşri bu gün. Bakı, Əbilov, Zeynalov və oğulları, 2004. –
322 s.
2. Редактирование отдельных видов литературы / Под ред.
Н.М.Сикорского. Москва, "Книга", 1987. – 398 с.
3. Vəliyev İ. Redaktənin əsasları. Bakı, Günəş, 2005. – 96 s.
4. Canıyeva U.H. Əlyazma üzərində redaktor işi. Bakı, Bakı Universiteti
Nəşriyyatı, 2007. – 90 s.
5. Каплан Г.Д. Редактирование отраслевой литературы. М.:
Искусство, 1961.
6. Антонова С.Г. Редакторская подготовка изданий. www.mgpu.ru
Ш.Т.ГУЛИЕВА
МОНОГРАФИЯ – ОДИН ИЗ ВИДОВ НАУЧНОЙ ЛИТЕРАТУРА
РЕЗЮМЕ
В статье рассказывается об одном виде научной литературы –
монографии. Автор в основном останавливает внимание на содержании
читательской аудитории монографии. А также на цели, характере,
методе и выводах монографии, как вида научной литературы,
использовании авторами объяснительного текста для пояснения
материала.
152
SH.T.QULIYEVA
MONOGRAPHY IS ONE OF THE TYPES OF SCIENTIFIC
LITERATURE
SUMMARY
The article describes about monography as one of the form of scientific
literature. The author mainly focuses on the content and reader’s audience of
monography as well as to the nature of the method and conclusions of the
monography as a kind of scientific literature and using by authors of
explanation text to explain the materials.
153
BEYNƏLXALQ ƏMƏKDAŞLIQ
dosent Nadir İSMAYILOV
Mələk HACIYEVA
MİLLİ KİTABXANA: BEYNƏLXALQ ƏMƏKDAŞLIĞIN YENİ
MƏRHƏLƏSİNDƏ
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən “Bakı-İslam
Mədəniyyətinin paytaxtı-2009” tədbirlər çərçivəsində 2009-cu il aprel ayının
20-22-də İqtisadi Əməkdaşlıq Təşkilatına (EKO) üzv ölkələrin Milli
Kitabxanalarının direktorlar Şurasının II Konfransı keçirilmişdir.
Baş qərərgahı Tehran şəhərində yerləşən İqtisadi Əməkdaşlıq Təşkilatı
regional, hökumətlərarası təşkilatdır. Bu təşkilatın əsası 1985-ci ildə İran İslam
Respublikası, Pakistan İslam Respublikası və Türkiyə Respublikası tərəfindən
qoyulmuşdur. Məqsəd üzv ölkələr arasında iqtisadi, texniki və mədəni
əlaqələri inkişaf etdirməkdir. İqtisadi Əməkdaşlıq Təşkilatı 1992-ci ildə
genişlənərək bu təşkilata Əfqanıstan İslam Respublikası, Azərbaycan
Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan respublikaları
da üzv olmuşdur. Təşkilata üzv ölkələr 7.9 milyon kv.km ərazini və 386
milyondan çox əhalini əhatə edir. Bu ölkələrin yerləşdiyi region müxtəlif təbii
ehtiyata malik olub, geostrateji mövqeyə malikdir.
Bu təşkilata üzv ölkələrin Milli Kitabxanalarının Direktorlarının I Konfransı
2007-ci ildə Tehranda, II Konfransı isə Bakıda keçirilmişdir.
Aprel ayının 20-də Konfrans iştirakçıları Fəxri Xiyabanda ulu öndər Heydər
Əliyevin məzarına və Şəhidlər Xiyabanına əklillər qoydular.
Milli Kitabxana ilə tanışlıqdan sonra qonaqlar kitabxananın sərgi zalında
təşkil edilmiş “İslam mədəniyyəti kitab səhifələrində” beynəlxalq kitab
sərgisinin açılışı mərasimində iştirak etdilər. Sərginin ekspozisiyasında hər bir
ölkənin Milli Kitabxanasının fondlarından 40-50 kitab nümayiş olunmuşdur.
Bu kitabların əksəriyyəti sərgidən sonra Azərbaycan Milli Kitabxanasına
hədiyyə kimi verilmişdir. Sərgidə gələn qonaqların təmsil etdikləri ölkələrin və
Azərbaycanın islam mədəniyyətinə və incəsənətinə həsr edilmiş 500-dən artıq
kitab nümayiş olunmuşdu.
Sərgidə eyni zamanda rəssam Yavər Əsədovun xəttatlıq nümunələri də
nümayiş etdirildi. Sərgidə nümayiş olunan İçərişəhərin “Xalq sənəti” ev
muzeyinin XIX-XX əsrin əvvələrinə aid Azərbaycan dekorativ sənət
154
nümunələri iştirakçıların böyük marağına səbəb olmuşdur. Bu sənət
nümunələri içərisində milli geyimlərimiz, qadın bəzək əşyaları, misgərlik
nümunələri və qədim çini qablar maraqla izlənilirdi.
Sərginin rəsmi açılışı bitdikdən sonra İqtisadi Əməkdaşlıq Təşkilatına üzv
ölkələrin Milli Kitabxanalarının Direktorlar Şurasının II Konfransının açılışı
oldu. Konfransı giriş sözü ilə açan Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Naziri Əbülfəs Qarayev kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması
ilə əlaqədar ölkəmizdə həyata keçirilən tədbirlər barədə ətraflı məlumat
vermişdir. Nazir diqqətə çatdırmışdır ki dövlətimizin başçısı İlham Əliyev
mədəniyyətin bütün sahələrində olduğu kimi kitabxana şəbəkəsində işlərin
yaxşılaşdırılmasına böyük diqqət və qayğı göstərir. Prezidentin “Azərbaycanda
kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında” və “Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı
üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamları buna əyani
sübutdur. Həmin sənədlərdə ölkə kitabxanalarında informasiya cəmiyyətinin
tələblərinə uyğun müasir texnologiyaların tətbiqi mühüm vəzifə kimi qarşıya
qoyulmuşdur. Daha sonra İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli
Kitabxanalarının Direktorlar Şurasının prezidenti, İran İslam Respublikasının
Milli Kitabxana və Arxiv Təşkilatının direktoru, İİR Prezidentinin Mədəniyyət
məsələləri üzrə müşaviri Əli Əkbər Aşari, İƏT-in Mədəniyyət İnstitutunun
Prezidenti Məhəmməd Rəcəbi, M.F.Axundov adına Azərbaycan Milli
Kitabxanasının direktoru Kərim Tahirov, Milli Məclisin üzvü millət vəkili
Həvva Məmmədova, Xalq yazıçısı Çingiz Abdullayev və Milli Kitabxana
Direktorları çıxış edərək bu konfransın əhəmiyyətindən söhbət açdılar.
Aprelin 21-də konfrans öz işini davam etdirərək İqtisadi Əməkdaşlıq
Təşkilatına üzv ölkələrin Milli Kitabxanalarının Direktorlar Şurasının vahid
portalının yaradılması, türk xalqının görkəmli şəxsiyyətlərinin yubileylərinin
islam dünyasında qeyd olunması və Milli Kitabxanalar ilə bağlı müxtəlif
çıxışlar dinlənildi.
M.F.Axundov adına Milli Kitabxanada keçirilən II Konfransın əsas məqsədi
qloballaşan dünyada informasiya cəmiyyətinin tələblərinə uyğun Milli
Kitabxanaların öz işlərini qurması problemlərinin müzakirəsi və qarşılıqlı
əlaqələrin inkişaf etdirilməsi olmuşdur.
Konfransda eyni zamanda İqtisadi Əməkdaşlıq Təşkilatına (EKO) üzv
ölkələrin Milli Kitabxanalarının Direktorlar Şurasının Konfransının
Nizamnaməsi müzakirə edilib qəbul olundu.
Nizamnaməyə əsasən EKO üzv ölkələrinin Milli Kitabxanalar Direktorları
Konfransının əsas nailiyyətləri üzv dövlətlər arasında qarşılıqlı və geniş
məlumat mübadiləsi və bilik təcrübəsini təmin etməkdir. Konfransın fəaliyyət
dövrü müddətsizdir. Konfransın əsas orqanları ümumi məclis, baş katib və işçi
komitəsidir. Ümumi məclis EKO üzv ölkələrinin Milli Kitabxanalar
155
Direktorları və ya nümayəndə kimi təqdim olunan onların müavinlərinin
iştirakı ilə keçiriləcəkdir. EKO Mədəniyyət İnstitutunun prezidenti və ya onun
təqdim olunan nümayəndəsi də Məclisin üzvü olacaqdır. Umumi Məclis ən azı
iki ildən bir keçiriləcəkdir. Ümumi Məclis iki illik müddət üçün üzv ölkələri
Milli Kitabxanalar Direktorları arasında məclisin prezidentini seçəcək. Bu
konfransda qarşıdan gələn iki il müddətinə Ümumi Məclisin Prezidenti
vəzifəsinə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov seçildi.
Konfrans Türkiyə, İran, Pakistan, Türkmənistan, Tacikistan, Özbəkistan,
Qazaxıstan, Qırğızıstan ölkələrinin Milli Kitabxana direktorlarınn və İqtisadi
Əməkdaşlıq Təşkilatının (EKO) Mədəniyyət İnstitutunun iştirakı ilə keçirildi.
Konfransın sonunda iştirakçıların Bakı Dövlət Universitetinin rektoru,
akademik, millət vəkili A.M.Məhərrəmovun qəbulunda oldular. Rektor
Azərbaycan Respublikasında aparılan islahatlar, ölkənin uğurları, daxili və
xarici siyasəti haqqında geniş məlumat verərək qloballaşan dünyada
informasiyanın rolunun artdığını vurğuladı və bu işdə kitabxanaların mühüm
rol oynadığını qeyd etdi. Rektor, informasiya cəmiyyəti quruculuğunda dəyişən
dünya, dəyişən kitabxana, dəyişən kitabxanaçı tezisini irəli sürdü və onun
mahiyyətini ətraflı şərh etdi. Azərbaycanda kitabxana-informasiya sahəsinin, o
cümlədən, təhsil sisteminin uğurları və perspektivlərindən bəhs etdi. Görüşdə
Azərbaycan kitabxanaçılarının ağsaqqalı, Əməkdar elm xadimi, BMT yanında
Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü, professor
A.A.Xələfov, Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, professor
X.İ.İsmayılov və başqaları çıxış edərək kitabxana quruculuğunun aktual
problemlərindən söhbət açdılar. Sonra akademik A.M.Məhərrəmov Bakı
Dövlət Universitetinin yeni korpusu və Elmi kitabxana ilə qonaqları tanış etdi.
Bununla da çağdaş Azərbaycan mədəniyyətinə çox mühüm töhfə hesab edilən
konfrans öz işini başa çatdırdı.
156
Nəşriyyatın direktoru: İslam ŞİRİNOV
Mətbəə üzrə direktor
müavini: Ələs QASIMOV
Kompüter tərtibçisi: Nuriyyə MUSTAFAYEVA
Jurnal Azərbaycan Respublikası
Mətbuat və İnformasiya Nazirliyində
qeydə alınmışdır.
Şəhadətnamə № 575. 27 mart 1997.
Yığılmağa verilmişdir: 20.05.2009
Çapa imzalanmışdır: 20.06.2009
Kağız formatı 70x100 1/16
Fiziki ç.v. 10
Sayı 300
Qiyməti müqavilə ilə.
Ünvan: AZ-1073/1. Bakı şəhəri, Zahid Xəlilov küçəsi 23
Bakı Universiteti Nəşriyyatı
Bakı Universiteti Nəşriyyatının mətbəəsi.
Document Outline - vor.pdf
-
-
- BAKI –2009
- AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
- Elmi-nəzəri, metodik və təcrübi jurnal
- Təsisçi və baş redaktor: professor Xəlil İSMAYILOV
- Məsul katib: dosent Knyaz ASLAN
- REDAKSİYA HEYƏTİ:
- Professor Abuzər XƏLƏFOV
- МИНИСТЕРСТВО ОБРАЗОВАНИЕ АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ
- БАКИНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ
-
-
-
- БАКУ-2009
- РЕДАКЦИОННАЯ КОЛЛЕГИЯ:
- Профессор Абузар Халафов
- Профессор Зохраб Алиев
- Профессор Байрам Аллахвердиев
- Доцент Надир Исмаилов
- к.и.н. Керим Тахиров
- к.ф.н. Айбениз Алиева-Кенгерли
- Тамелла Исмиханова
- 2009_1.pdf
- K.ASLAN
- Rəsədхаnа üçün vəsаit аyrıldıqdаn sоnrа tеzliklə оnun tikintisinə bаşlаnmış, rəsədхаnanın mеmаrı Fəхrəddin Əhməd ibn Оsmаn Mаrаğаyi оlmuşdur.
-
-
- KİTABŞÜNASLIQ
-
-
-
-
-
- Şəhla TAHİRQIZI
-
- MONOQRAFİYALAR ELMİ ƏDƏBİYYATIN NÖVÜ KİMİ
- neshriyyatin_direktoru.pdf
- Mətbəə üzrə direktor
- müavini: Ələs QASIMOV
- Kompüter tərtibçisi: Nuriyyə MUSTAFAYEVA
Dostları ilə paylaş: |