asan iş deyildi. Bu işin yerinə yetirilməsində bütün
kollektivin səyi tələb
olunurdu.
Kollektiv 90-cı illərin əvvəllərindən başlayaraq ilk növbədə fakültədə tədris
edilən bütün dərs proqramlarını yenidən işləməyə başladı. Proqramların
yenidən işlənməsi, bəzi proqramların isə yenidən tərtib edilməsi olduqca
məsuliyyətli idi. Bütün proqramlar suverenliyimizin qarşıya qoyduğu tələblərə
cavab verməli, milli ideologiyamıza
uyğun yenidən işlənməli, bəşəri sərvətlərlə
zənginləşməli idi. Proqramların məzmunundan kommunist ideologiyasının
çıxarılması, yeni demokratik əsasda işlənilməsi tələb edilirdi. Məlumdur ki,
kommunist rejimi zamanı SSRİ-də kitabxanaşünaslıq səhv olaraq iki yerə
ayrılmışdır: sovet kitabxanaşünaslığı və burjua kitabxanaşünaslığı. Sovet
kitabxanaşünaslığı dünya kitabxanaşünaslığının əsas müddəalarını burjua
ideologiyası adlandıraraq ondan imtina edirdi. Bu da sovet kitabxanaşünaslığı
deyilən kitabxanaşünaslığın dünya kitabxanaşünaslığından təcrid olunmasına,
ümumbəşəri sərvətlərdən məhrum edilməsinə gətirib çıxarmışdı.
Məhz buna görədir ki, yeni cəmiyyət quruculuğu bazar iqtisadiyyatı
şəraitində kitabxana işinin, kitabxanaşünaslıq
elminin demokratik, elmi-nəzəri
və metodoloji əsaslarının yenidən işlənməsi və kitabxanaşünaslığın gələcəyinin
müəyyənləşdirilməsi zərurəti meydana çıxırdı.
Yeni iqtisadi və siyasi sistemin təşəkkül tapdığı bir zamanda başlıca söhbət
kitabxana işi sahəsində mövcud prinsiplərin yeniləşdirilməsindən və qismən
dəyişdirilməsindən deyil, onların köklü surətdə təzədən formalaşdırılmasından
gedirdi. Bu da hər şeydən əvvəl
keçmiş totalitar rejimdən, sosializm
quruculuğu illərindən miras qalmış kitabxanaların ideologiyalaşdırılması,
sinfilik, partiyalılıq kimi anti-elmi və qeyri-humanist prinsiplərin rədd
edilməsini, onun dünyəvi, humanist prinsiplərlə əvəzlənməsini tələb edirdi.
Bütün bu nəzəri müddəalar kitabxanaşünaslığa dair tərtib edilmiş yeni
proqramlarda öz əksini tapdı. Kitabxanaşünaslıq,
Kitabxana fondu və
kataloqların təşkili, Biblioqrafiyaşünaslıq və Kitabşünaslıq kafedraları da yeni
cəmiyyət quruculuğu və bazar iqtisadiyyatına keçid şəraiti ilə əlaqədar öz
proqramlarını yenidən, müstəqilliyimizlə əlaqədar nəzəri cəhətdən
təkmilləşdirmişlər. Kitabxanaşünaslıq fənləri üzrə 30-dan artıq proqram,
Biblioqrafiyaşünaslıq fənləri üzrə 27 proqram, Nəşriyyat işi və redaktəetmə
ixtisası üzrə 20-dən artıq proqram yenidən işlənib nəşr edilmişdir. Demək olar
ki, fakültədə tədris edilən bütün fənlər proqramlarla təmin edilmişdir.
Fakültə kollektivinin 90-cı illər fəaliyyətində tərtib
edilmiş yeni fənn
proqramlarına uyğun dərsliklərin, dərs vəsaitlərinin, metodik vəsaitlərin yazılıb
nəşr edilməsi də mühüm yer tutur. Keçid dövrünün hər cür çətinliyinə
baxmayaraq fakültə alimlərinin ciddi səyi nəticəsində Azərbaycanın tarixində
ilk dəfə olaraq orijinal dərsliklər və dərs vəsaitlərinin yazılıb
çap etdirilməsinə
nail olunmuşdur.
18
17.
Mehmanəli Məmmədov. Kitab çeşidi işinin nəzəriyyəsi və
metodikası: Dərs vəsaiti.-B.:Mütərcim, 2005.- 112 s.
18.
Məmmədov Mehmanəli. Respublika Elmi-Texniki Kitabxanasında
KAA-nın təşkili.-Bakı Dövlət Universiteti.-B., 1994.- 42 s.
Müstəqillik illərində fakültənin kollektivi dərslik və dərs vəsaitləri ilə yanaşı
olaraq kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslığın
aktual
problemlərinə dair ciddi elmi-tədqiqatlar aparmış və öz tədqiqatlarının
nəticələrini monoqrafiya kimi nəşr etdirmişlər. Uzun müddətli elmi-
tədqiqatların elmi nəticəsi olan milli kitabxanaşünaslıq elmini yeni elmi-nəzəri
və metodoloji müddəalarla zənginləşdirən bu qiymətli elmi-tədqiqat əsərləri
milli kitabxanaşünaslığımıza dəyərli töhfələrdir.
Monoqrafiyalar:
1.Abuzər Xələfov. Heydər Əliyev və Azərbaycanda kitabxana işi.-
B.:Azərnəşr, 2006.-312 s.
2.Abuzər Xələfov XXI əsrin əvvəllərində Azərbaycanda kitabxana işinin əsas
inkişaf istiqamətləri (mülahizələr,
təkliflər, proqramlar).-B., 2006.- 106 s.
3.Abuzər Xələfov. Azərbaycanda ali kitabxanaçılıq təhsili. B.,1998.- 130 s.
4.Xəlil İsmayılov. Azərbaycan Respublikasında kitabxana işinin metodik
təminat sisteminin inkişaf tarixi.-B., 200.- 416 s.
5.Knyaz Aslan. Şəxsiyyətin formalaşmasında bədii ədəbiyyatın rolu
(Azərbaycan kitabxanalarının materialları əsasında).-B., 2005.- 300 s.
6.Knyaz Aslan. Elm və təhsil fədaisi. (Prof. A.Xələfovun 75 illiyinə həsr
olunur).-B., 2006.- 240 s.
7.Əli Rüstəmov. Rayon (bölgə) mərkəzləşdirilmiş kitabxana sistemlərində
informasiya texnologiyaları: planlaşdırılması və tətbiq mexanizmi:
Monoqrafiya.-B., 1993.- 152 s.
8.Ə. Rüstəmov. Avtomatlaşdırılmış kitabxana informasiya sistemləri
(layihələşdirilməsi, işlənməsi və tətbiqi). Monoqrafiya.-B, 2007.- 362 s.
Biblioqrafiyaşünaslıq kafedrası üzrə:
Dərslik:
1.Zöhrab Əliyev. Azərbaycan biblioqrafiyasının tarixi.-B., 2007.-186 s.
Dərs vəsaitləri:
1. Hacıyeva Q. Xarici biblioqrafiya.-B., 2008.- 140 s.
2. Raifə Vəzirova, Nadir İsmayılov Biblioqrafik tərtibatın metodikası.-B.,
2004.- 60 s.
3. Nadir İsmayılov, Qəmzə Hacıyeva. Kitabxanada ölkəşünaslıq
(diyarşünaslıq) üzrə biblioqrafik fəaliyyət.- B., 2004.- 120 s.
Monoqrafiyalar:
20