1. Nadir İsmayılov. Azərbaycan Respublikasının kitabxana və informasiya
ehtiyatları: İnkişaf mərhələləri, nəzəriyyəsi və təkmilləşdirilməsi yolları.-B.,
Mütərcim, 2005.- 300 s.
Kitabxana resursları və informasiya artarış sistemləri kafedrası üzrə
Dərs vəsaitləri:
1.Kitabxanaşünaslıq (Kitabxana kataloqları) (Prof. A.Xələfovun redaktəsilə).
B., 1996.- 212 s.
2.Tacəddin Quliyev və b. Təbiətşünaslığa dair ədəbiyyatın təsviri və
təsnifləşdirilməsi metodikası.-B., 1997.- 82 s.
3.Tacəddin Quliyev və b. Biblioqrafik təsvirin tərtibi qaydaları.-B., 1996.- 68
s.
4.Tacəddin Quliyev. Azərbaycanda kitabxanaçılıq işi. (Respublika Həmkarlar
İttifaqının materialları əsasında).-B., 2004.- 230 s.
5.Mayıl Həsənov. Kitabxana fondunun formalaşdırılması və idarə edilməsi.
B., 2004.- 144 s.
6.Aşur Əliyev. Kitabxanaşünaslıq (Kitabxana kataloqları 3-cü fəsil).-B.,
1996.- 212 s.
7.Aşur Əliyev. Kitabxanaşünaslığa dair ədəbiyyatın təsviri, təsnifləşdirilməsi
metodikası.-B., 1997.- 90 s.
8.Çap əsərlərinin biblioqrafik təsviri qaydaları.-B., 2001.- 86 s.
9.Normativ-texniki sənədlərin təsviri və təsnifləşdirilməsi.- 2001.- 214 s.
10.
Biblioqrafik təsvirin tərtibi qaydaları.-B., 2007.- 136 s.
Monoqrafiyalar:
1. Sevda Xələfova. Azərbaycanda dövlət kütləvi kitabxanalar şəbəkəsinin
inkişafı (1970-1990).-B., 2007.- 160 s.
Kitabşünaslıq və nəşriyyat işi kafedrası üzrə
Dərsliklər:
1.İsmayıl Vəliyev. Ədəbi-bədii və uşaq kitablarının redaktəsi.-B., 2002.- 200
s.
2.İsmayıl Vəliyev. Redaktənin əsasları: I hissə: Nəzəriyyə və təcrübə.-B.,
2002.- 96 s.
3.İsmayıl Vəliyev. Redaktənin əsasları: II hissə: Redaktənin metodikası
mətnin redaktor təhlili.-B., 2003.- 184 s.
4.İsmayıl Vəliyev. Redaksiya - nəşriyyat işinin əsasları.-2004.- 140 s.
Dərs vəsaitləri:
1.Bayram Allahverdiyev, R.Məmmədzadə. Müasir mərhələdə kitab
ticarətinin təşkili.-B., 1996.- 225 s.
2.Nailə Mehrəliyeva. Yeniyetmələrin mənəvi tərbiyəsində məktəb
kitabxanalarının yeri.-B., 2006.- 230 s.
21
3.Şəhla Quliyeva. Müəllif hüququ.-B., 2007.- 210 s.
Monoqrafiyalar:
1.Bayram Allahverdiyev. Ümumi kitab tarixi.-B., 2003.- 384 s.
2.Vüsalə Azərqızı. XV-XVII əsr türk təzkirəçiliyi.-B., 2007.- 270 s.
3.Sevda Quliyeva. Azərbaycan soraq-məlumat ədəbiyyatı.-B., 2006.- 176 s.
Doğrudur, indiki şəraitdə fakültə tələbələrinin dərsliklərə və dərs vəsaitlərinə
böyük tələbatı baxımından bu nəşrlər olduqca azdır. Demək olar ki, bu
tələbatın ancaq 20%-i təmin edilmişdir.
Belə bir vəziyyət fakültə kollektivinin qarşısında yaxın gələcəkdə tələbələri
dərsliklər və dərs vəsaitləri ilə təmin etmək vəzifəsi qoyur. Məlum həqiqətdir
ki, bu cür nəşrlər olmadan öz sənətinin kamil mütəxəssislərini hazırlamaq
qeyri-mümkündür.
Müstəqillik illərində fakültənin kollektivi öz elmi tədqiqatlarının müəyyən
hissəsini bu və ya digər elmi jurnallarda və məcmuələrdə məqalələr şəklində də
dərc etdirmişlər. 200-ə yaxın məqalə dərc etdirmiş müəllimlər
kitabxanaşünaslıq, biblioqrafiya və kitabşünaslığın müasir elmi problemlərinin
öyrənilməsində əhəmiyyətli nailiyyətlər əldə etmişlər.
Bütün dünyada unikal elmlərdən biri sayılan kitabxanaşünaslıq və
biblioqrafiya sahəsində az müddət ərzində 30 nəfər yüksək elmi potensiala
malik kadrın yetişdirilməsi təqdirəlayiq bir hadisədir. Hazırda fakültədə yüksək
ixtisaslı kadr hazırlanması üçün məqsədyönlü, ardıcıl siyasət yeridilir. Belə
kadrların hazırlığı əsasən əyani və qiyabi aspirantura, dissertantlıq yolu ilə
həyata keçirilir. Doğrudur, keçid dövrü fakültədə elmi dərəcəyə malik müəllim
kadrların hazırlanmasına mənfi təsir göstərdi. Cəmiyyətdə baş verən iqtisadi
çətinliklər, fakültədə ixtisaslaşdırılmış elmi şuranın olmaması müdafiələrin
qarşısının alınmasına səbəb oldu. Ancaq bu çətinlik uzun sürmədi. 90-cı illərin
axırı və 2000-ci ilin əvvəllərindən başlayaraq fakültədə doktorluq və
namizədlik dissertasiyalarının müdafiəsi sahəsində ciddi dönüş baş verdi. Bir
doktorluq, 7 namizədlik dissertasiyası müdafiə edildi. Bu sahədə
Kitabxanaşünaslıq kafedrası xüsusilə fərqləndi. Fakültə üzrə müdafiə edilən 8
dissertasiyadan 7-si Kitabxanaşünaslıq kafedrasında hazırlanmışdır.
Müstəqillik illərində respublikamızda müdafiə edilən doktorluq
dissertasiyasını xüsusilə qeyd etmək yerinə düşərdi. Kitabxanaçılıq-
informasiya fakültəsinin yetirməsi, 1994-cü ildən fakültəyə başçılıq edən dos.
Xəlil İsmayılov uzun illərdən bəri işlədiyi olduqca böyük elmi və təcrübi
əhəmiyyəti olan “Azərbaycan Respublikasında kitabxana işinin metodik
təminat sisteminin inkişaf tarixi”nə həsr edilmiş dissertasiya işini
müvəffəqiyyətlə müdafiə edib tarix elmləri doktoru elmi dərəcəsini aldı. Bu
müdafiə Azərbaycan milli kitabxanaşünaslığı tarixində mühüm hadisə idi.
22
Həmçinin kitabxanaşünaslıq kafedrasının aspirant və dissertantlarından:
Knyaz Aslan, E.Əhmədov, M.Məmmədov, Ə.Nəcəfov, Ş.İslamova və
S.Xələfova müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edib elmlər
namizədi alimlik dərəcəsi almışlar.
Müdafiə edilən doktorluq dissertasiyasının elmi məsləhətçisi və namizədlik
dissertasiyalarının elmi rəhbəri kafedranın müdiri, əməkdar elm xadimi, prof.
Abuzər Xələfov olmuşdur. Kitabxanaşünaslığın aktual problemlərinə həsr
edilən bu qiymətli tədqiqat əsərləri Azərbaycan milli kitabxanaşünaslığının
inkişafında mühüm mərhələ təşkil edir. Bu mərhələnin əsas xüsusiyyətləri
mövzu rəngarəngliyidir. Müxtəlif aktual problemlərə həsr edilən bu tədqiqatlar
kitabxanaşünaslığın mövzu əhatəliyinin genişləndirilməsi və onun
bütövləşməsi üçün əlverişli şərait yaradır, kitabxanaşünaslıq elmləri arasında
inteqrasiya, bir-birinə qoşulma və biri digərinin hesabına zənginləşmə prosesini
təmin edir. Fikrimizi təsdiq etmək üçün müdafiə edilən mövzulardan bir
neçəsinin adını çəkmək yerinə düşər: “Azərbaycanda uşaqlara kitabxana
xidmətinin təşkili”, “Şəxsiyyətin formalaşmasında bədii ədəbiyyatın rolu”,
“Azərbaycan Respublikası kitabxanalarında kitabxanalararası abonement
sistemi, Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətində
kitabxana işinin tarixi”, “Azərbaycan Respublikası Elmlər Akademiyası
kitabxana şəbəkəsinin təşəkkülü və inkişafı”, “Azərbaycanda kitabxana
şəbəkəsinin inkişafı” və s.
Müstəqillik illərində fakültə kollektivi tərəfindən çap edilmiş dərsliklər, dərs
vəsaitləri və monoqrafiyaların siyahısından görünür ki, Kitabxanaçılıq-
informasiya fakültəsində elmi-tədqiqat işlərinin istiqaməti, mövzu dairəsi,
tədqiqat obyektləri xeyli genişlənmiş, mücərrəd mövzuların tədqiqinə az yer
verilmiş, daha çox yer isə kitabxana işi təcrübəsinə həsr edilmiş mövzulara
verilmişdir ki, bu da respublikamızda kitabxana xidməti prosesinə, kitabxana
işinin günün tələbləri səviyyəsində qurulmasına müsbət təsir göstərmişdir.
Fakültədə aparılan elmi-tədqiqat işlərinin işıq üzü görməsində 1997-ci ildə
fakültənin dekanı prof. Xəlil İsmayılov tərəfindən təsis edilmiş və elmi
redaktorluğu ilə nəşr edilən “Kitabxanaşünaslıq və biblioqrafiya” elmi-nəzəri
və təcrübi jurnalının olduqca böyük rolu olmuşdur. Jurnalın səhifələrində
fakültənin professor-müəllim heyətinin elmi-tədqiqat işlərinin yekunları, elmi
araşdırmaları, yeni fikir və ideyaları, təhsil sistemində aparılan islahatların
xarakter və xüsusiyyətləri, həmçinin kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq,
nəşriyyat işi və redaktə fənlərinin tədrisi metodikası haqqında çox qiymətli
elmi məqalələr dərc edilir. Jurnal respublikamızın elmi kitabxanalarında
çalışan əməkdaşların məqalələrini də nəşr edir ki, bu da onun coğrafiyasını
xeyli genişləndirməklə kitabxanaların təcrübi fəaliyyətinə müsbət təsir göstərir.
Jurnal son zamanlar fakültədə təhsil alan magistrlərin ilk tədqiqatlarını və
magistr dissertasiyalarının nəticələrini də dərc etməyə başlamışdır ki, bu da
23
Dostları ilə paylaş: |