Китабханашцнаслыг



Yüklə 3,63 Kb.
Pdf görüntüsü
səhifə8/62
tarix22.11.2017
ölçüsü3,63 Kb.
#11410
1   ...   4   5   6   7   8   9   10   11   ...   62

1. Nadir İsmayılov. Azərbaycan Respublikasının kitabxana və informasiya 
ehtiyatları:  İnkişaf mərhələləri, nəzəriyyəsi və  təkmilləşdirilməsi yolları.-B., 
Mütərcim, 2005.- 300 s. 
 
Kitabxana resursları və informasiya artarış sistemləri kafedrası üzrə 
Dərs vəsaitləri: 
1.Kitabxanaşünaslıq (Kitabxana kataloqları) (Prof. A.Xələfovun redaktəsilə). 
B., 1996.- 212 s. 
2.Tacəddin Quliyev və b. Təbiətşünaslığa dair ədəbiyyatın təsviri və 
təsnifləşdirilməsi metodikası.-B., 1997.- 82 s. 
3.Tacəddin Quliyev və b. Biblioqrafik təsvirin tərtibi qaydaları.-B., 1996.- 68 
s. 
4.Tacəddin Quliyev. Azərbaycanda kitabxanaçılıq işi. (Respublika Həmkarlar 
İttifaqının materialları əsasında).-B., 2004.- 230 s. 
5.Mayıl Həsənov. Kitabxana fondunun formalaşdırılması  və idarə edilməsi. 
B., 2004.- 144 s. 
6.Aşur  Əliyev. Kitabxanaşünaslıq (Kitabxana kataloqları 3-cü fəsil).-B., 
1996.- 212 s. 
7.Aşur Əliyev. Kitabxanaşünaslığa dair ədəbiyyatın təsviri, təsnifləşdirilməsi 
metodikası.-B., 1997.- 90 s. 
8.Çap əsərlərinin biblioqrafik təsviri qaydaları.-B., 2001.- 86 s. 
9.Normativ-texniki sənədlərin təsviri və təsnifləşdirilməsi.- 2001.- 214 s. 
10.
 
 Biblioqrafik təsvirin tərtibi qaydaları.-B., 2007.- 136 s. 
Monoqrafiyalar: 
1. Sevda Xələfova. Azərbaycanda dövlət kütləvi kitabxanalar şəbəkəsinin 
inkişafı (1970-1990).-B., 2007.- 160 s. 
 
Kitabşünaslıq və nəşriyyat işi kafedrası üzrə 
Dərsliklər: 
1.İsmayıl Vəliyev. Ədəbi-bədii və uşaq kitablarının redaktəsi.-B., 2002.- 200 
s. 
2.İsmayıl Vəliyev. Redaktənin  əsasları: I hissə: Nəzəriyyə  və  təcrübə.-B., 
2002.- 96 s. 
3.İsmayıl Vəliyev. Redaktənin  əsasları: II hissə: Redaktənin metodikası 
mətnin redaktor təhlili.-B., 2003.- 184 s. 
4.İsmayıl Vəliyev. Redaksiya - nəşriyyat işinin  əsasları.-2004.- 140 s. 
Dərs vəsaitləri: 
1.Bayram Allahverdiyev,  R.Məmmədzadə. Müasir mərhələdə kitab 
ticarətinin təşkili.-B., 1996.- 225 s. 
2.Nailə Mehrəliyeva. Yeniyetmələrin mənəvi tərbiyəsində  məktəb 
kitabxanalarının yeri.-B., 2006.- 230 s. 
 
21


3.Şəhla Quliyeva. Müəllif hüququ.-B., 2007.- 210 s. 
 
Monoqrafiyalar: 
1.Bayram Allahverdiyev. Ümumi kitab tarixi.-B., 2003.- 384 s. 
2.Vüsalə Azərqızı. XV-XVII əsr türk təzkirəçiliyi.-B., 2007.- 270 s. 
3.Sevda Quliyeva. Azərbaycan soraq-məlumat ədəbiyyatı.-B., 2006.- 176 s. 
Doğrudur, indiki şəraitdə fakültə tələbələrinin dərsliklərə və dərs vəsaitlərinə 
böyük tələbatı baxımından bu nəşrlər olduqca azdır. Demək olar ki, bu 
tələbatın ancaq 20%-i təmin edilmişdir. 
Belə bir vəziyyət fakültə kollektivinin qarşısında  yaxın gələcəkdə tələbələri 
dərsliklər və dərs vəsaitləri ilə təmin etmək vəzifəsi qoyur. Məlum həqiqətdir 
ki, bu cür nəşrlər olmadan öz sənətinin kamil mütəxəssislərini hazırlamaq 
qeyri-mümkündür. 
Müstəqillik illərində fakültənin kollektivi öz elmi tədqiqatlarının müəyyən 
hissəsini bu və ya digər elmi jurnallarda və məcmuələrdə məqalələr şəklində də 
dərc etdirmişlər. 200-ə yaxın məqalə  dərc etdirmiş müəllimlər 
kitabxanaşünaslıq, biblioqrafiya və kitabşünaslığın müasir elmi problemlərinin 
öyrənilməsində əhəmiyyətli nailiyyətlər əldə etmişlər. 
Bütün dünyada unikal elmlərdən biri sayılan kitabxanaşünaslıq və 
biblioqrafiya sahəsində az müddət  ərzində 30 nəfər yüksək elmi potensiala 
malik kadrın yetişdirilməsi təqdirəlayiq bir hadisədir. Hazırda fakültədə yüksək 
ixtisaslı kadr hazırlanması üçün məqsədyönlü, ardıcıl siyasət yeridilir. Belə 
kadrların hazırlığı  əsasən  əyani və qiyabi aspirantura, dissertantlıq yolu ilə 
həyata keçirilir. Doğrudur, keçid dövrü fakültədə elmi dərəcəyə malik müəllim 
kadrların hazırlanmasına mənfi təsir göstərdi. Cəmiyyətdə baş verən iqtisadi 
çətinliklər, fakültədə ixtisaslaşdırılmış elmi şuranın olmaması müdafiələrin 
qarşısının alınmasına səbəb oldu. Ancaq bu çətinlik uzun sürmədi. 90-cı illərin 
axırı  və 2000-ci ilin əvvəllərindən başlayaraq fakültədə doktorluq və 
namizədlik dissertasiyalarının müdafiəsi sahəsində ciddi dönüş baş verdi. Bir 
doktorluq, 7 namizədlik dissertasiyası müdafiə edildi. Bu sahədə 
Kitabxanaşünaslıq kafedrası xüsusilə fərqləndi. Fakültə üzrə müdafiə edilən 8 
dissertasiyadan 7-si Kitabxanaşünaslıq kafedrasında hazırlanmışdır.  
Müstəqillik illərində respublikamızda müdafiə edilən doktorluq 
dissertasiyasını xüsusilə qeyd etmək yerinə düşərdi. Kitabxanaçılıq-
informasiya fakültəsinin yetirməsi, 1994-cü ildən fakültəyə başçılıq edən dos. 
Xəlil  İsmayılov uzun illərdən bəri işlədiyi olduqca böyük elmi və  təcrübi 
əhəmiyyəti olan “Azərbaycan Respublikasında kitabxana işinin metodik 
təminat sisteminin inkişaf tarixi”nə  həsr edilmiş dissertasiya işini 
müvəffəqiyyətlə müdafiə edib tarix elmləri doktoru elmi dərəcəsini aldı. Bu 
müdafiə Azərbaycan milli kitabxanaşünaslığı tarixində mühüm hadisə idi.  
 
22


Həmçinin kitabxanaşünaslıq kafedrasının aspirant və dissertantlarından: 
Knyaz Aslan, E.Əhmədov, M.Məmmədov,  Ə.Nəcəfov,  Ş.İslamova və 
S.Xələfova müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edib elmlər 
namizədi alimlik dərəcəsi almışlar.  
Müdafiə edilən doktorluq dissertasiyasının elmi məsləhətçisi və namizədlik 
dissertasiyalarının elmi rəhbəri kafedranın müdiri, əməkdar elm xadimi, prof. 
Abuzər Xələfov olmuşdur. Kitabxanaşünaslığın aktual problemlərinə  həsr 
edilən bu qiymətli tədqiqat  əsərləri Azərbaycan milli kitabxanaşünaslığının 
inkişafında mühüm mərhələ  təşkil edir. Bu mərhələnin  əsas xüsusiyyətləri 
mövzu rəngarəngliyidir. Müxtəlif aktual problemlərə həsr edilən bu tədqiqatlar 
kitabxanaşünaslığın mövzu əhatəliyinin genişləndirilməsi və onun 
bütövləşməsi üçün əlverişli  şərait yaradır, kitabxanaşünaslıq elmləri arasında 
inteqrasiya, bir-birinə qoşulma və biri digərinin hesabına zənginləşmə prosesini 
təmin edir. Fikrimizi təsdiq etmək üçün müdafiə edilən mövzulardan bir 
neçəsinin adını  çəkmək yerinə düşər: “Azərbaycanda uşaqlara kitabxana 
xidmətinin təşkili”, “Şəxsiyyətin formalaşmasında bədii  ədəbiyyatın rolu”, 
“Azərbaycan Respublikası kitabxanalarında kitabxanalararası abonement 
sistemi, Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayətində 
kitabxana işinin tarixi”, “Azərbaycan Respublikası Elmlər Akademiyası 
kitabxana  şəbəkəsinin təşəkkülü və inkişafı”, “Azərbaycanda kitabxana 
şəbəkəsinin inkişafı” və s.  
Müstəqillik illərində fakültə kollektivi tərəfindən çap edilmiş dərsliklər, dərs 
vəsaitləri və monoqrafiyaların siyahısından görünür ki, Kitabxanaçılıq-
informasiya fakültəsində elmi-tədqiqat işlərinin istiqaməti, mövzu dairəsi, 
tədqiqat obyektləri xeyli genişlənmiş, mücərrəd mövzuların tədqiqinə az yer 
verilmiş, daha çox yer isə kitabxana işi təcrübəsinə  həsr edilmiş mövzulara 
verilmişdir ki, bu da respublikamızda kitabxana xidməti prosesinə, kitabxana 
işinin günün tələbləri səviyyəsində qurulmasına müsbət təsir göstərmişdir. 
Fakültədə aparılan elmi-tədqiqat işlərinin işıq üzü görməsində 1997-ci ildə 
fakültənin dekanı prof. Xəlil  İsmayılov tərəfindən təsis edilmiş  və elmi 
redaktorluğu ilə  nəşr edilən “Kitabxanaşünaslıq və biblioqrafiya” elmi-nəzəri 
və  təcrübi jurnalının olduqca böyük rolu olmuşdur. Jurnalın səhifələrində 
fakültənin professor-müəllim heyətinin elmi-tədqiqat işlərinin yekunları, elmi 
araşdırmaları, yeni fikir və ideyaları, təhsil sistemində aparılan islahatların 
xarakter və xüsusiyyətləri, həmçinin kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, 
nəşriyyat işi və redaktə  fənlərinin tədrisi metodikası haqqında çox qiymətli 
elmi məqalələr dərc edilir. Jurnal respublikamızın elmi kitabxanalarında 
çalışan  əməkdaşların məqalələrini də  nəşr edir ki, bu da onun  coğrafiyasını 
xeyli genişləndirməklə kitabxanaların təcrübi fəaliyyətinə müsbət təsir göstərir. 
Jurnal son zamanlar fakültədə  təhsil alan magistrlərin ilk tədqiqatlarını  və 
magistr dissertasiyalarının nəticələrini də  dərc etməyə başlamışdır ki, bu da 
 
23


Yüklə 3,63 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə