Китабханашцнаслыг



Yüklə 3,63 Kb.
Pdf görüntüsü
səhifə9/62
tarix22.11.2017
ölçüsü3,63 Kb.
#11410
1   ...   5   6   7   8   9   10   11   12   ...   62

fakültədə magistr hazırlığına olduqca müsbət təsir göstərir. Jurnal müntəzəm 
olaraq kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində yeni 
fikir və ideyaların, yeni araşdırmaların elmi nəticələrini çap etməklə 
kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq elmlərinin inkişafına 
əhəmiyyətli təsir göstərir. Jurnalda fakültədə  tədris edilən fənlərə dair 
məqalələrin dərc edilməsi tələbələr üçün də böyük əhəmiyyətə malikdir. 
Jurnalda respublikamızla yanaşı olaraq digər xarici ölkələrin (Gürcüstan, 
Ukrayna, Belorusiya və s.) mütəxəssislərinin də məqalələri dərc edilir ki, bu da 
fakültənin beynəlxalq  əlaqələrinin genişlənməsinə olduqca müsbət təsir 
göstərir. 
“Kitabxanaşünaslıq-biblioqrafiya” elmi-nəzəri, metodik və təcrübi jurnalının 
hər il 2 nömrəsi; hər bir nömrə 9 çap vərəqi həcmində çap edilməklə indiyə 
qədər 23 nömrəsi işıq üzü görmüşdür. Jurnalda 11 il müddətində 492 adda, 207 
çap vərəqi həcmində  məqalə dərc edilmişdir ki, bunu da fakültə kollektivinin 
mühüm nailiyyəti kimi qiymətləndirmək olar. 
62 il bundan əvvəl, 1947-ci ildə Bakı Dövlət Universitetinin Filologiya 
fakültəsinin yanında  əsası qoyulan və  cəmi 16 nəfər tələbə  qəbul edilən 
Kitabxanaçılıq  şöbəsi indi ən aparıcı fakültələrdən birinə çevrilmişdir.  Şöbə 
təşkil edilən zaman  onun yeganə kitabxanaşünaslıq və biblioqrafiya kafedra-
sında cəmi iki nəfər müəllim işləyirdi. Bu müəllimlərin heç birinin nə elmi adı, 
nə  də baza təhsili yox idi. 1962-ci ildə Kitabxanaçılıq  şöbəsinin  həyatında 
mühüm bir hadisə baş verdi. Şöbə müstəqil fakültəyə çevrildi. Fakültənin 
dekanı  vəzifəsinə kitabxanaçılıq  şöbəsinin yetişdirməsi olan tarix elmləri 
namizədi Abuzər Xələfov  təyin edildi. Müstəqil Kitabxanaçılıq fakültəsinin 
təşkilinin təşəbbüskarı  və yaradıcısı fakültənin ilk dekanı Abuzər Xələfov 
olmuşdur. Müstəqil Kitabxanaçılıq fakültəsinin tarixində 1970-1980-ci illər 
xüsusi inkişaf və tərəqqi mərhələsi kimi xarakterizə olunur. 
1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlməsi ölkənin inkişafında dönüş 
mərhələsinin başlanmasına səbəb oldu. Xalq təsərrüfatının bütün sahələrinin 
inkişafında, elm, mədəniyyət və  təhsil sisteminin tərəqqisində böyük 
nailiyyətlər əldə edildi. Bu dövrdə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq 
fakültəsi də böyük uğurlar  əldə etmişdir. Ulu öndərin bilavasitə göstərişi və 
qayğısı sahəsində Kitabxanaçılıq fakültəsinə  tələbə  qəbulu ilbəil artırılmış, 
fakültə SSRİ-nin müttəfiq respublikalarının ali məktəblərinin Kitabxanaçılıq 
fakültələri içərisində  ən böyük fakültəyə çevrilmişdir. 70-ci illərdə fakültənin 
əyani şöbəsinə 125, axşam şöbəsinə 50, qiyabi şöbəsinə 100 nəfər tələbə qəbul 
edilmişdir. Artıq 1975-ci ildə fakültənin bütün şöbələrində 2 mindən artıq 
tələbə təhsil alırdı. 80-ci illərin axırlarında fakültənin inkişaf tempi xeyli aşağı 
düşmüş, qəbul planı yarıbayarı azalmışdır. Müstəqilliyin ilk illərində daha da 
böyük çətinliklə üzləşmiş, fakültə bağlanmaq təhlükəsi qarşısında qalmışdır. 
1993-cü ildə ulu öndər xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra 
 
24


bütünlükdə təhsil sistemi, o cümlədən  Kitabxanaçılıq fakültəsi hər cür çətinlik-
lərdən qurtardı  və 90-cı illərin ikinci yarısından təhsil sistemində inkişaf 
başlandı. 
Beləliklə, Azərbaycan mədəniyyətinin mühüm tərkib hissəsi olan kitab-
xanalar üçün yüksək ixtisaslı kadr hazırlayan Kitabxanaçılıq-informasiya 
fakültəsi müstəqillik illərində keçid dövrünün hər cür çətinliklərinə 
baxmayaraq hərtərəfli inkişafa nail olmuş, dünya standartlarına uyğun kadr 
hazırlamağa başlanmışdır. Fakültədə bakalavr və magistrlərlə yanaşı olaraq 
doktorlar hazırlamaq üçün də geniş  şərait yaranmış, kadr potensialı xeyli 
güclənmişdi. 2008-2009-cu tədris illərində Kitabxanaçılıq-informasiya 
fakültəsinin bakalavriat pilləsinin əyani və qiyabi şöbələrində 451 nəfər tələbə 
təhsil alır. Bunlardan 259 nəfər  əyani  şöbədə, 192 nəfər isə qiyabi şöbədə 
oxuyur. Magistr pilləsinin əyani və qiyabi şöbələrində 41 nəfər magistr təhsil 
alır. Bunlardan 17 nəfəri təhsilini əyani, 24 nəfəri qiyabi davam etdirir.  
Həmçinin müstəqillik illərində fakültənin yanında elmi kadrlar yetişdirmək 
üçün kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, nəşriyyat işi və redaktə etmə 
ixtisasları üzrə aspirantura və dissertantura şöbələri fəaliyyət göstərmişdir. 
Hazırda fakültənin 4 nəfər əyani, 2 nəfər qiyabi aspirantı və 6 nəfər dissertantı 
vardır.  
Fakültədə 40 nəfərdən artıq  əməkdaş  fəaliyyət göstərir. Bunlardan 4 nəfər 
elmlər doktoru, professor, 1 nəfər elmlər namizədi professor, 10 nəfər elmlər 
namizədi, dosent, 2 nəfər elmlər namizədi, müəllim, 9 nəfər baş müəllim, 4 
nəfər müəllim, 1 nəfər baş metodist, 4 nəfər baş laborant, 2 nəfər laborantdır. 
Bu da MDB ölkələri içərisində yüksək göstərici hesab edilə bilər. Dünyada 
unikal elmlərdən biri sayılan kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitab-
şünaslıq sahəsində yaxın müddətdə 30 nəfər elmi potensiala malik kadr 
yetişdirmək təqdirəlayiq bir hadisədir. Hazırda fakültədə yüksək ixtisaslı kadr 
hazırlanması üçün məqsədyönlü, ardıcıl siyasət yeridilir. Fakültənin 
əməkdaşları respublikamızda ali məktəblərin bayraqdarı sayılan BDU-nun 
yüksək elmi potensiala malik böyük kollektivinin tərkib hissəsi kimi onun 
etimadını doğrultmağa ciddi səy göstərir.  

 
25


АБУЗАР ХАЛАФОВ 
 
РАЗВИТИЕ ВЫСШЕГО ОБРАЗОВАНИЯ БИБЛИОТЕЧНОГО 
ДЕЛО В ГОДЫ НЕЗАВИСИМОСТИ 
РЕЗЮМЕ 
 
В  статье  были  анализированы  направлении  развития  образования 
библиотечного дела в Азербайджане в годы независимости, был освещен 
деятельность  факультета  библиотечное  дело-информация  в  области 
проведения реформ  в образовании. 
 
 
ABUZAR KHALAPHOV 
 
DEVELOPMENT OF HIGH LIBRARY SCIENCE EDUCATION IN 
YEARS OF SOVEREIGNTY 
SUMMARY 
 
In article is analyzed the directions of development of library science 
education in Azerbaijan in years of sovereignty, is lightened activities of the 
faculty library science-information in area of conducting of reforms in 
education.   
  
 
          
 
 
 
 
 
 
 
 
 
26


Yüklə 3,63 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə