Китабханашцнаслыг



Yüklə 3,63 Kb.
Pdf görüntüsü
səhifə6/62
tarix22.11.2017
ölçüsü3,63 Kb.
#11410
1   2   3   4   5   6   7   8   9   ...   62

edilməsi nəzərdə tutuldu. Yeni təhsil sisteminə birbaşa yox, tədricən keçməyin 
daha məqsədəuyğun olmasını nəzərə alan fakültə elmi şurası “Bakalavr” tədris 
planlarında müvəqqəti olaraq keçid dövründə ixtisaslaşmalar aparılmasının 
saxlanılmasını lazım bildi. Bu, əsas etibarılə  dərs saatlarının azalmasının 
qarşısının alınması  və “Bakalavr” ixtisas dərəcələrində keçilməsi zəruri olan 
fənlərin formalaşdırılmasına qədər ənənəvi ixtisaslaşmalardan istifadə edilməsi 
üçün saxlanılmışdı. 
Lakin 4 illik “Bakalavr” tədris planı uzunömürlü olmadı. Cəmisi 4 il 
keçdikdən sonra bu planı yenisi ilə əvəz etmək zərurəti meydana çıxdı. Keçən 
müddət  ərzində respublikamızın ali məktəbləri “Bakalavr” hazırlamaq 
sahəsində müəyyən təcrübə  əldə etdilər, həmçinin xarici ölkələrdəki ali 
məktəblərin işi ilə tanış olmaq imkanı qazandılar. Bu müddətdə  Təhsil 
Nazirliyinin yaratdığı yüksək ixtisaslı mütəxəssislərdən ibarət komissiya təhsil 
standartlarını hazırladı. Ayrı-ayrı ixtisaslar, o cümlədən kitabxanaşünaslıq-
biblioqrafiya ixtisası üzrə standartların yaradılması yeni tədris planlarının 
tərtibinə  və  təhsil prosesinin keyfiyyətinin yüksəldilməsinə müsbət təsir 
göstərdi. Standartda müəyyən bir ixtisas üzrə kadr hazırlığı zamanı  tədris 
planına daxil ediləcək bütün predmetlərin qısa proqramının verilməsi və 
öyrənilmə dərəcəsinin müəyyənləşdirilməsi tədris planlarının tərtibində mühüm 
rol oynadı. 
1996-cı ildə Azərbaycan Respublikası  Təhsil Nazirliyi tərəfindən hazırlanıb 
təsdiq edilən ixtisas standartları 1997-ci ildə “Bakalavr” pilləsi üzrə yeni tədris 
planlarının hazırlanmasına kömək etdi. Azərbaycan Respublikası  Təhsil 
Nazirliyində  təhsil standartları hazırlayan komissiyanın kitabxanaşünaslıq və 
biblioqrafiya ixtisasları üzrə sədri Kitabxanaşünaslıq kafedrasının müdiri prof. 
Abuzər Xələfov olmuşdur. 
Kitabxanaşünaslıq və biblioqrafiya üzrə ixtisas standartı fakültəmizin 
tarixində ilk dəfə hazırlanmışdı. Komissiya uzunmüddətli axtarışlar aparmış, 
bir çox xarici ölkələrin ixtisas standartları ilə tanış olmuş, yerli şəraiti və tarixi 
ənənələrimizi nəzərə alaraq bu standartı tərtib etmişdir.  
Bu standarta müvafiq olaraq tərtib edilən yeni “Bakalavr” ixtisası tədris planı 
daha da təkmilləşdirilmiş, Avropa ölkələrinin çoxpilləli “Bakalavr” tədris 
planlarına  uyğunlaşdırılmışdır. Planda respublikamızın milli xüsusiyyətləri, 
tarixi, tədris ənənələri nəzərə alınmış, elmi-texniki tərəqqinin son nailiyyətləri 
öz əksini tapmışdır. 
1997-ci ildə  tərtib edilmiş kitabxanaşünaslıq və biblioqrafiya üzrə  tədris 
planında ixtisaslaşmalar çıxarılmış, onların yerini ümumi ixtisas kurslarının 
daha mükəmməl tədrisi tutmuşdur. 
Həmçinin yeni dövrün tələblərinə uyğun olaraq ixtisas fənləri üzrə bir sıra 
ümumi kurslar plana daxil edilmişdir. Kitabxanaşünaslıq üzrə “Kitabxana 
iqtisadiyyatı”, “Uşaqlara kitabxana xidməti”, “Normativ-texniki və xüsusi növ 
 
16


sənədlərin təsviri, təsnifləşdirilməsi”, “Kitabxanada kataloqlaşdırma 
proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması” fənlərini; 
biblioqrafiya üzrə: “Uşaq və  gənclər üçün ədəbiyyatının biblioqrafiyası”, 
“Normativ-texniki sənədlərin və patent ədəbiyyatının biblioqrafiyası” fənlərini 
buna misal göstərə bilərik. 
1997-ci ildə respublika ali məktəblərinin bütün fakültələrində “bakalavr” 
ixtisas dərəcəsi üzrə, yəni təhsilin birinci pilləsi üzrə ilk buraxılış oldu. 
Bununla  əlaqədar Azərbaycan Respublikasının Təhsil Nazirliyi təhsilin ikinci 
pilləsini - “Magistratura” pilləsini davam etdirmək haqqında xüsusi sərəncam 
verdi və bu sərəncamda respublika üzrə “Magistr” hazırlanan ixtisasların 
siyahısı sadalandı. Bu siyahıya “Kitabxanaşünaslıq”, “Biblioqrafiyaşünaslıq”, 
“Kitabşünaslıq və nəşriyyat işi” ixtisasları da daxil edilmişdir. 
Fakültə nazirliyin əmrinə müvafiq olaraq “Kitabxanaşünaslıq”, 
“Biblioqrafiyaşünaslıq” və “Kitabşünaslıq və  nəşriyyat işi” magistr  tədris 
planını  tərtib etməyə başladı. Təhsil Nazirliyi tərəfindən müəyyən təlimati 
məktublar, standartlar, nümunələr göndərilməsinə baxmayaraq, fakültə üçün 
yeni olan “Magistr” tədris planının tərtibi ciddi axtarışlar və müzakirələr tələb 
edirdi. Kollektivin qarşısında mühüm vəzifə qoyulmuşdu. Fakültənin kollektivi 
və elmi şurası bu işin öhdəsindən müvəffəqiyyətlə  gəldi. Kitabxanaçılıq 
fakültəsi 1997-ci ildə magistr planını tərtib edib başa çatdırdı. Bu planda əyani 
şöbədə  təhsil müddəti iki il nəzərdə tutulmuşdur. Fakültənin tərtib etdiyi 
magistr təhsil planı 1997-ci ilin iyun ayında Azərbaycan Respublikası  Təhsil 
Nazirliyi tərəfindən təsdiq edilmişdir. 
1999-2000-ci tədris ilindən başlayaraq Kitabxanaçılıq – informasiya 
fakültəsinə üç ixtisas: Kitabxanaşünaslıq, Biblioqrafiyaşünaslıq, Nəşriyyat işi 
və redaktəetmə ixtisasları üzrə magistr qəbuluna başlandı. 2000-ci ildə 
magistraturaya 6 nəfər qəbul edildi. İlk illər çətin olsa da fakültənin kafedraları 
magistr hazırlamaq işinin öhdəsindən müvəffəqiyyətlə  gəldi. 2002-ci ildə 
fakültədə ilk magistr buraxılışı oldu. Fakültəni altı  nəfər magistr bitirdi. 
Universiteti bitirən magistrlər hazırda BDU-da və respublikanın elmi-texniki 
kitabxanalarında müvəffəqiyyətlə çalışırlar. Müstəqillik illərində fakültənin 
magistratura şöbəsini 75 nəfər müvəffəqiyyətlə bitirmişdir. 
90-cı illərdə respublikamızın müstəqilliyi ilə əlaqədar yeni dövrün tələbatına 
uyğun böyük təşkilati və elmi metodik işlər həyata keçirilmişdir. 
Respublikamızda müstəqil, suveren, demokratik dünyəvi dövlətin qurulması, 
sosializm quruculuğundan, marksizm-leninizm nəzəriyyəsindən imtina 
edilməsi, hər 
şeydən 
əvvəl təhsilin demokratikləşdirilməsini və 
humanistləşdirilməsini, onun məzmununda böyük ideoloji dəyişikliklər 
aparılmasını, başqa sözlə, onun elmi-nəzəri və metodoloji əsaslarının yeni 
təfəkkür tərzi, yeni dünyagörüşü baxımından işlənilməsini tələb edirdi. 
Göstərilən vəzifələrin öhdəsindən tez bir müddət içərisində gəlmək o qədər də 
 
17


Yüklə 3,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə