35
kanologiya deyilir.
Vulkanlar formasına (şit və ya stratovulkanlar), aktiv (hə-
rəkətdə olan, yatan, sönmüş), yerinə görə (yerüstü, sualtı, buz-
altı) və s. olaraq təsnifləşdirilir.
Yerin 100 km dərinliyində təxminən 1000 və 1300 °C ara-
sında temperatur mövcudur. Bu istiliyin təsirindən ərimiş daş
qarışığı özülü plastik formaya malik maqmaya çevrilir. Damcı
formalı maqma 50 km dərinliyinə yığılır. Təzyiq çoxaldıqca
maqma yarıqlarla hərkət edərək litosferaya daxil olur. Bu yolla
yerin üzünə çıxmış maqmaya lava deyilir.
Vulkan partlayışı zamanı təkcə közərmiş mayelər yox, həm
də bərk və qaz halında olan maddələr xaricə çıxır.
Əksər hallar-
da vulkanlar konus şəklində olur. Vulkanın forması başqa şə-
killərdə də ola bilər.
Pükürmədən sonra vulkanın aktivliyi ya dayanır, ya da o
min illər boyu "mürgüləyir". Bu zaman vulkanın özündə və ət-
rafında olan ərazilərdə maqmatik özəyin soyuması ilə müşaiət
olunan aktivlik saxlanılır. Belə adlanan, postvulkanik dövr baş
verir.
Buraya fumarol, term, qeyzerləri misal göstərmək olar.
Vulkanik aparatın əsas hissələri aşağıdakı şəkildə aydın şə-
kildə təsvir edilmişdir.
Müasir vulkanlar yer süxurlarının iri sınıqları və tektonik
oynaq sahələr boyunca yerləşir. Vulkanların insanlar üçün təh-
lükə mənbəyi maqma (lava) axınları, vulkandan püskürən daş
və kül, palçıq axınları və güclü sellərdir.
Mantiyanın yuxarı hissəsindəki ərimiş maddələr –
maqma
yüksək təzyiq altında daxili proseslər nəticəsində Yer qabığın-
da əmələ gəlmiş çatlarla yuxarıya doğru hərəkət edir. Maqma-
nın bir hissəsi Yer səthinə çatmamış soyuyub Yer qabığının
müxtəlif hissələrində qalır, digər hissəsi isə yüksək təzyiq altın-
da səthə çıxaraq sel kimi axır. Səthə çıxmış maqma –
lava adla-
nır. Lava soyuduqda müxtəlif hündürlüklü təpələr əmələ gətirir
ki, buna
vulkan deyilir. Vulkan lavası sıyıq olduqda qalxanvari
relyef forması (Havay tipli vulkanlar) yaradır. Lava qatı olduq-
36
da əsl konus yaradır (Stratovulkan).
ġək. 8. Stratovo vulkanın en kəsiyi:
1. Böyük maqma kamerası. 2. Yerin üst qatı. 3. Kanal. 4.
Bünövrə. 5. Yataq. 6. Budaq yol. 7. Vulkandan yaranan kül
qatı. 8. Yan tərəf. 9. Vulkan zamanı yaran lava qatı. 10.
Boğaz. 11. Püskürdücü qıf. 12. Lava axını. 13. Ağızlıq. 14.
Krater. 15. Soyuq kül
ġək. 9. Vulkanın
əsas xüsusiyyətləri