38
dükləri lavanın temperaturunun az olması ilə fərqlənir. Lavanın
tərkibində su çox olduğuna görə sıyıq palçığa oxşar gilli kütlə
kimi axır və içərisindən qaz qabarcıqları çıxır. Bu vulkanlara
ən çox neftli-qazlı sahələrdə rast gəlinir və onlardan müalicə
məqsədi ilə istifadə edilir. Vulkan borusunun ətrafında topla-
nan kəsəkli palçıq-
brekçi adlanır. Azərbaycan palçıq vulkanla-
rının ən çox yayıldığı ərazilərdəndir (xüsusilə Abşeron və Qo-
bustanda).
Cədvəl 2
Vulkanların xarakteristikası
FƏALİYYƏTDƏ ОLAN
VULKANLAR
Avrasiya
Afrika
Şimali
Amerika
Cənubi
Amerika
Оkeani-
ya
Antark-
tida
Avrоpa
Asiya
Hekla,
Vezuvi,
Etna
Klyuçevskaya
sоpka,
Krоnоs
sоpkası, Fud-
ziyama, Azо,
Apо, Kraka-
tau
Kiliman-
carо,
Kamerun
Müqəddəs
Yelena,
Şasta,
Kоlima,
Оrisaba,
Taхumul-
kо,
Pоpоkate-
petl
Lyulyalyakо,
Ruis,
Kоtоpaхi,
San-Pedrо
Klauea,
Mauna-
Kea,
Mauna-
Lоa,
Rua-
peхu
Erebus
SÖNMÜŞ VULKANLAR
Avrasiya
Afrika
Cənubi Amerika
Avrоpa
Asiya
Eyfel
Kazbek, Elbrus, Savalan,
Səhənd,
Aхar-Baхar, Gəlinqaya,
Böyük İşıqlı, Qızılbоğaz
Keniya
Çimbоrasо
Vukan və zəlzələlərin yayıldığı bəzi ərazilərdə yeraltı sular
adətən yüksək temperatura malik olur. Bu sularda çoxlu duz və
qaz olduğu üçün onlar
mineral sular adlanır. Suların isti olma-
sına səbəb Yer səthinə yaxın olan qaynar maqmanın təsiridir.
Isti sular yerin daxilindəki çatlarla səthə çıxır, bulaq şəklində
çay və dənizlərə tökülür.
İndi isə qeyd olunan vulkanlar haqqında daha ətraflı məlu-
39
matlara nəzər salaq:
1. Avrasiya vulkanları.
Dünyadakı vulkanlar ümumiyyətlə iki qurşaq
bölgə üzərin-
də tapılmaqdadır. Himalay-Alp qurşağına yaxın olan bölgə
Aralıq dənizi ətraflarından Malaya yarımadasına qədər uzanır.
Pasifik qrupu isə bəzi Yapon və Pasifik adalarından Cənub
Amerikanın qərb sahilinə qədər uzanmaqdadır. Hələ də aktiv
olan 500-ə qədər vulkan,Pasifik qurşağındadır. Vulkanların bir
başlanğıcı, bir də bitən nöqtələri mövcuddur. Yeni, gənc vul-
kanlar müasir zamanlarda meydana çıxmışdır. Bir vulkan aktiv
həyatı əsnasında belə bir neçə il sakit qala bilər.
2. Vezuvi vulkanı
ġək. 10. Vezuvi vulkanı
Birləşmiş Amerikada olan tək aktiv vulkan 3000 metri
bir az aşan Lassen zirvəsidir. Bu vulkan ən son olaraq 1916-cı
ildə püskürmüşdür. Aralıq dənizi bölgəsindəki yanardağların
ən əhəmiyyətlisi, Vezuvidir. Ayrıca, Sicilyanın 3000 metri
çox az aşan Etna adlı vulkanını da, bu bölgədəki əsaslı vul-
42
ġək. 13. Rinjani vulkanın püskürməsi (1994)
Bəs vulkan püskürmələrinə necə hazırlıqlı olmalı? İlk
növbədə vulkanların oyanması ehtimalı xəbərlərinə diqqət yeti-
rin, bu xəbərdarlıqlara etinasız yanaşmayın.Vulkana yaxın əra-
ziləri müvəqqəti tərk etmə sizi bir çox bəlalardan qurtarar. Belə
bir xəbər aldıqda bütün qapı və pəncərələri, tüstü bacalarını kip
bağlayın, avtomobilinizi qaraja qoyun, ev heyvanlarını bağlı
otaqlarda yerləşdirin. 3-5 günlük su, ərzaq, işıq və istilik mən-
bələri ilə özünüzü təchiz edin.
Vulkan püskürməsi sizi evdən kənarda haqlamışsa, başınızı
və bədəninizi yuxarıdan yağan daş və küldən qoruyun. Adətən
vulkan püskürmələri sel axınları ilə də müşayiət edilir, ona gö-
rə də yaxınlıqda olan çay sahillərindən və vulkan ətrafı dərə və
vadilərdən aralı durun, xilas olunmaq üçün daha hündür yerlər
axtarın.
Vulkan püskürməsi bitdikdən sonra da müəyyən qaydalara
riayət etmək lazımdır. Külə qarşı ağzınızı və burnunuzu sarğı
ilə bağlayın, qoruyucu eynək və paltarlar geyinin ki, yanmalara
məruz qalmayasınız. Vulkan püskürməsi nəticəsində yerə düş-
müş kül üzərindən avtomobil sürməyin: bu onun tez bir zaman-
da sıradan çıxmasına səbəb olar. Evinizin damını dərhal küldən
təmizləyin, əks halda külün ağırlığından yata və ev uça bilər.
2.8. Quraqlıq
Quraqlıq - kənd təsərrüfatı və meşə təsərrüfatı,
məişətdə və
sənayedə su təchizatı, gəmiçilik və su elektrik stansiyalarının
işi zamanı arzu olunmaz vacib hadisədir. Bu hadisə müxtəlif
geofiziki göstəricilər üzrə, məsələn, yağıntı defisitindən
(miqdarına, müddətinə, miqyasına görə) başlamış mürəkkəb
əmsalların hesablamasından müvafiq qaydada qiymətləndirilə
bilər ki, buraya hava temperaturunun, yağıntıların, torpaqda
rütubət ehtiyatının normadan fərqlənməsi dərəcəsi, eləcə də
məhsul, elektrik istehsalı itkiləri və s. üzrə göstəricilər də daxil-
dir. Adətən, bir ərazidə quraqlıq digər ərazidə yağıntıların