Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 7,28 Kb.
Pdf görüntüsü
səhifə11/39
tarix14.01.2018
ölçüsü7,28 Kb.
#20633
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   39

 
38 
dükləri lavanın temperaturunun az olması ilə fərqlənir. Lavanın 
tərkibində su çox olduğuna görə sıyıq palçığa oxşar gilli kütlə 
kimi  axır  və  içərisindən  qaz  qabarcıqları  çıxır.  Bu  vulkanlara 
ən  çox  neftli-qazlı  sahələrdə  rast  gəlinir  və  onlardan  müalicə 
məqsədi  ilə  istifadə  edilir.  Vulkan  borusunun  ətrafında  topla-
nan kəsəkli palçıq-brekçi adlanır. Azərbaycan palçıq vulkanla-
rının ən çox yayıldığı ərazilərdəndir (xüsusilə Abşeron və Qo-
bustanda).  
Cədvəl 2 
Vulkanların xarakteristikası 
 
FƏALİYYƏTDƏ ОLAN VULKANLAR 
Avrasiya 
Afrika 
Şimali  
Amerika 
Cənubi 
Amerika 
Оkeani-
ya 
Antark-
tida 
Avrоpa 
Asiya 
Hekla, 
Vezuvi, 
Etna 
Klyuçevskaya 
sоpka,  
Krоnоs 
sоpkası, Fud-
ziyama, Azо, 
Apо, Kraka-
tau 
Kiliman-
carо, 
Kamerun 
Müqəddəs 
Yelena, 
Şasta, 
Kоlima, 
Оrisaba, 
Taхumul-
kо, 
Pоpоkate-
petl 
Lyulyalyakо, 
Ruis, 
Kоtоpaхi, 
San-Pedrо 
Klauea, 
Mauna-
Kea, 
Mauna-
Lоa, 
Rua-
peхu 
Erebus 
SÖNMÜŞ VULKANLAR 
Avrasiya 
Afrika 
Cənubi Amerika 
Avrоpa 
Asiya 
Eyfel 
Kazbek, Elbrus, Savalan, 
Səhənd,  
Aхar-Baхar, Gəlinqaya, 
Böyük İşıqlı, Qızılbоğaz 
Keniya 
Çimbоrasо 
  
Vukan və zəlzələlərin yayıldığı bəzi ərazilərdə yeraltı sular 
adətən yüksək temperatura malik olur. Bu sularda çoxlu duz və 
qaz olduğu üçün onlar mineral sular adlanır. Suların isti olma-
sına  səbəb  Yer  səthinə  yaxın  olan  qaynar  maqmanın  təsiridir. 
Isti  sular  yerin  daxilindəki  çatlarla  səthə  çıxır,  bulaq  şəklində 
çay və dənizlərə tökülür. 
İndi isə qeyd olunan vulkanlar haqqında daha ətraflı məlu-


 
39 
matlara nəzər salaq: 
1. Avrasiya vulkanları. 
Dünyadakı vulkanlar ümumiyyətlə iki qurşaq bölgə üzərin-
də  tapılmaqdadır.  Himalay-Alp  qurşağına  yaxın  olan  bölgə 
Aralıq  dənizi  ətraflarından  Malaya  yarımadasına  qədər  uzanır. 
Pasifik  qrupu  isə  bəzi  Yapon  və  Pasifik  adalarından  Cənub 
Amerikanın  qərb  sahilinə  qədər  uzanmaqdadır.  Hələ  də  aktiv 
olan 500-ə qədər vulkan,Pasifik qurşağındadır. Vulkanların bir 
başlanğıcı,  bir  də  bitən  nöqtələri  mövcuddur.  Yeni,  gənc  vul-
kanlar müasir zamanlarda meydana çıxmışdır. Bir vulkan aktiv 
həyatı əsnasında belə bir neçə il sakit qala bilər.  
2. Vezuvi vulkanı 
 
 
 
ġək. 10. Vezuvi vulkanı 
 
Birləşmiş  Amerikada  olan  tək  aktiv  vulkan  3000  metri 
bir az aşan Lassen zirvəsidir. Bu vulkan ən son olaraq 1916-cı 
ildə  püskürmüşdür.  Aralıq  dənizi  bölgəsindəki  yanardağların 
ən  əhəmiyyətlisi,  Vezuvidir.  Ayrıca,  Sicilyanın  3000  metri 
çox  az  aşan  Etna  adlı  vulkanını  da,  bu  bölgədəki  əsaslı  vul-


 
40 
kanlar  arasında  saymamız  lazımdır.  Eyni  bölgənin  bir  başqa 
əhəmiyyətli vulkanı da Strombolidir. Bu dağa "Aralıq dənizi-
nin sönməyən fənəri" adı verilməkdədir. 
2. Amerika vulkanları. Orta Amerikada və Meksikada da 
bir  xeyli  əhəmiyyətli  vulkan  mövcuddur.  4150  metr 
yüksəkliyindəki 
Ouezaltenago 
dünyanın 
ən 
təhlükəli 
vulkanlarından  biri  sayılmaqdadır.  6500  metrə  ətrafında  bir 
yüksəkliyə  sahib  olan  Cotopaxi  vulkanı  da,  dünya  üzərindəki 
müəyyən  aktiv  yanardağlardan  biridir.  Meksikanın  məşhur 
vulkanı  Popocatepetl  5500  metr  yüksəkliyi  aşır.  Krateri  2  mil 
genişliyindədir. 
 
 
 
ġək. 11. Popocatepetl vulkanı 
 
Əslində  ən  böyük  və  aktiv  vulkanlar  Pasifik  adalarında 
var.  Havay  adalarındakı  Mauna  Loa,  1950-ci  ildəki 
indifasında,  dəniz  üzərində  24  mil  boyunca  lava  yayacaq  bir 
güclə fəaliyyətə keçmiş idi.  
Yenə  eyni  yerdəki  Mauna  Keanın  daha  yüksək  olmasına 


 
41 
baxmayaraq,  Mauna  Kea,  dünyanın  ən  böyük  vulkanı  olaraq 
qəbul edilməkdədir. Dəniz səviyyəsindən 4300 metr yüksəklik-
də, dənizdən 10000 metr dərinliyə qədər enməkdədir. 
 
 
 
ġək. 12. Cotopaxi vulkanı 
 
 
 


 
42 
ġək. 13. Rinjani vulkanın püskürməsi (1994) 
Bəs  vulkan  püskürmələrinə  necə  hazırlıqlı  olmalı?  İlk 
növbədə vulkanların oyanması ehtimalı xəbərlərinə diqqət yeti-
rin, bu xəbərdarlıqlara etinasız yanaşmayın.Vulkana yaxın əra-
ziləri müvəqqəti tərk etmə sizi bir çox bəlalardan qurtarar. Belə 
bir xəbər aldıqda bütün qapı və pəncərələri, tüstü bacalarını kip 
bağlayın,  avtomobilinizi  qaraja  qoyun,  ev  heyvanlarını  bağlı 
otaqlarda  yerləşdirin. 3-5 günlük su, ərzaq, işıq və istilik mən-
bələri ilə özünüzü təchiz edin. 
Vulkan püskürməsi sizi evdən kənarda haqlamışsa, başınızı 
və bədəninizi yuxarıdan yağan  daş və küldən qoruyun. Adətən 
vulkan püskürmələri sel axınları ilə də müşayiət edilir, ona gö-
rə də yaxınlıqda olan çay sahillərindən və vulkan ətrafı dərə və 
vadilərdən aralı durun, xilas olunmaq üçün daha hündür yerlər 
axtarın. 
Vulkan püskürməsi bitdikdən sonra da müəyyən qaydalara 
riayət  etmək  lazımdır.  Külə  qarşı  ağzınızı  və  burnunuzu  sarğı 
ilə bağlayın, qoruyucu eynək və paltarlar geyinin ki, yanmalara 
məruz qalmayasınız. Vulkan püskürməsi nəticəsində yerə düş-
müş kül üzərindən avtomobil sürməyin: bu onun tez bir zaman-
da sıradan çıxmasına səbəb olar. Evinizin damını dərhal küldən 
təmizləyin, əks halda külün ağırlığından yata və ev uça bilər. 
  
 
2.8. Quraqlıq 
 
Quraqlıq - kənd təsərrüfatı və meşə təsərrüfatı, məişətdə və 
sənayedə  su  təchizatı,  gəmiçilik  və  su  elektrik  stansiyalarının 
işi  zamanı  arzu  olunmaz  vacib  hadisədir.  Bu  hadisə  müxtəlif 
geofiziki  göstəricilər  üzrə,  məsələn,  yağıntı  defisitindən 
(miqdarına,  müddətinə,  miqyasına  görə)  başlamış  mürəkkəb 
əmsalların  hesablamasından  müvafiq  qaydada  qiymətləndirilə 
bilər  ki,  buraya  hava  temperaturunun,  yağıntıların,  torpaqda 
rütubət  ehtiyatının  normadan  fərqlənməsi  dərəcəsi,  eləcə  də 
məhsul, elektrik istehsalı itkiləri və s. üzrə göstəricilər də daxil-
dir.  Adətən,  bir  ərazidə  quraqlıq  digər  ərazidə  yağıntıların 


Yüklə 7,28 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə