Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 7,28 Kb.
Pdf görüntüsü
səhifə8/39
tarix14.01.2018
ölçüsü7,28 Kb.
#20633
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   39

 
25 
əhatə  edərək  inkişaf  edən  yanğınlardır.  Belə  yanğınlarda  alo-
vun hündürlüyü 0,5-2 metr təşkil edir. Yanğının ön cəbhəsində 
yerdəyişmə  sürəti  1  km/saatadək  yüksəlir.  Yanğın  nəticəsində 
ağac  kökləri  və  gövdələri,  meşədə  olan  kollar  yanaraq  məhv 
olur.  
 
 
ġək. 2. Meşə yanğınları (a; b; c; d) 
 
Yer kürəsində qlobal iqlim dəyişikliyinin təsiri ilə son illər 
müxtəlif ölkələrdə meşə  yanğınları baş verir.  Latın Amerikası 
ölkələrində (Braziliya, Argentina və s), Avropada (Portuqaliya, 
İspaniya, Fransa, Rusiya və s.), Asiyada (Pakistan, Çin, Vyet-
nam və s.) baş verən yanğınlar təkcə insanların sağlamlığına və 
onların  material  vasitələrinə  deyil  eləcə  də  ekoloji  tarazlığı 
əsaslı surətdə pozur. Ölkəmizdə də bu səbəbdən meşə yanğın-
ları baş verir. Təkcə 2010-cu il ərzində meşə yanğınları nəticə-
sində 31 min ha meşə örtüyü məhv olmuşdur.  
Yuxarı (bütöv) meşə yanğınları meşə elementlərinin hün-
dürlüyünü  tamamilə  əhatə  edən  yanğınlara  deyilir.  Belə  yan-


 
26 
ğınların hündürlüyü meşə elementlərinin hündürlüyündən asılı-
dır,  yerdəyişmə  sürəti  isə  küləyin  sürətindən  asılı  olaraq  5-8 
km/saat təşkil edir. Yanğınlardan sonra  yalnız ağac köklərinin 
qalıqları müşahidə olunur.  
Düzənlik (səhra) yanğınları uzun müddət əkilməyən və ya 
əkinə yararsız sahələrdə, həmçinin yetişmiş kənd təsərrüfat bit-
kilərinin  əkildiyi  sahələrdə  baş  verən  yanğınlara  deyilir.  Əkil-
məyən sahədə uzun illər ərzində torpaq örtüyü üzərində quru-
muş  ot  kütləsini  əhatə  edən    yanğınların  hərəkət  sürəti  25-30 
km/saatadək  yüksəlir. Yetişmiş kənd təsərrüfat  bitkiləri əkilən 
sahələrdəki  yanğının  yerdəyişmə  sürəti  2-3  dəfə  azdır.  Belə 
yanğınlar zamanı bitkilərin yanan hissəcikləri hava axınının tə-
siri  ilə  100-150  metr  məsafəyə  uçaraq  yanğını  daha  da 
intensivləşdirir və onunla mübarizəni mürəkkəbləşdirir.  
 
2.5. SürüĢmə və uçqunlar 
 
Marxallar-qar uçqunları isə ölkəmizin bütün yüksək dağ-
lıq bölgələrində, xüsusən Balakən, Qax, Kəlbəcər, Ordubad və 
bir sıra digər rayonlarda müşahidə edilir. Bəzən güclü marxal-
lar  həcmi  milyon  kub  metrə  çatan  qar  uçqunu  şəklində  geniş 
ərazini əhatə edib çoxlu maddi zərərə, tələfatlara səbəb olur. 
Sürüşmə  və  uçqunlar  adətən  dağlıq  sahələrdə  baş  verir. 
Təbiətdə baş verən təbii  hadisə və fəlakətlərdən biri də  torpaq 
sürüşmələridir.  Sürüşmələr  əsasən  təbii  və  texnogen  amillər 
nəticəsində  baş  verir.  Belə  ki,  təbii  amillər  olan  atmosfer  çö-
küntülərinin  çox,  yamacların  kəskin  meylli  olması,  eyni  za-
manda  yamaclardakı  sukeçirici qatların sürüşmənin  kəskin xa-
rakter almasına təsir göstərir. Bu məsələdə insan faktoru da az 
rol oynamır. Yəni, texnogen amillər olaraq yolların düzgün çə-
kilməməsi, dayanıqsız yamaclarda böyük tikililərin aparılması, 
yamacların  düzgün  kəsilməməsi  və  mövcud  su  şəbəkələrində, 
kanalizasiyalarda  su  sızmalarının  yaranması  da  bu  prosesə  tə-
kan verir.  Sürüşmə və uçqunlar  çox qorxulu  hadisədir və adə-


 
27 
tən dağlıq sahələrdə baş verir. Belə sahələrdə və ondan aşağıda 
yerləşən  yaşayış  məntəqələrində  adamlar,  mal-qara,  təsərrüfat 
tikililəri məhv ola bilər. 
 
 
 
ġək. 3. Sürüşmə 
 
1990-cı ildə hərbi dəniz donanması ərazisində, 1993-cü il-
də Dəvəçi və Qusar rayonlarında sürüşmə nəticəsində insan tə-
ləfatı olmuş, 2000-ci ilin mart ayında Bayıl yamacında, 2010-
cu ildə Göygöl rayonunda  baş vermiş sürüşmə nəticəsində on-
larla evlər dağılmış və minlərlə manat maddi ziyan dəymişdir. 
Sürüşmənin eni 150-350 metr, bəzən bundan da artıq məsafəni 
də əhatə edə bilir. 
Respublika  ərazisində  son  dövrlər  torpaq  sürümələri  həm 
kəmiyyət,  həm  də    verdiyi  zərərlər  baxımından  artmışdır.  Sta-
tistik məlumatlara əsasən 2010-cu ilin ilk 4 ayı ərzində 110 tor-
paq sürüşməsi qeydə alınmışdır. Bu isə ötən il ilə müqayisədə 
torpaq sürüşmələrinin 4 dəfə artdığını göstərir, hansı ki, bu sü-
rüşmələrin əksəriyyət hissəsini bölgələrdə baş verən sürüşmələr 
təşkil edir. 


 
28 
Yağıntıların miqdarının artması dağlıq və dağətəyi zonalar-
da torpaq sürüşmələrinin başvermə  ehtimalını daha da güclən-
dirir. Yağan yağışlar və  yamacların kəskin meylliyə malik ol-
ması,  həmin  yamacda  gil  su  qatlarının  olmaması,  yamac  boyu 
yerüstü və yeraltı sular sürüşməyə səbəb olan təbii amillərdir.  
Mütəxəssislərin apardığı tədqiqatlar və təhlillər onu göstər-
mişdir ki, respublika ərazisində yağıntı, əsasən, çoxillik müşa-
hidələrə görə, daha çox yazın axırı və yayın əvvəllərində düşür. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoro-
logiya  Departamentinin  Hidrometeoroloji  Proqnozlar  Bürosu-
nun məlumatına görə, təkcə 2010-cu ilin may ayında son 50 il-
lə müqayisədə yağıntının aylıq normadan 1,5 dəfə artıq olması 
meyllilik dərəcəsi yüksək olan ərazilərdə sürüşmə hallarının in-
tensivləşməsinə  səbəb  olub.  Adətən  torpaqlar  su  keçirməyən 
gilli süxurlar üzərində formalaşdıqda düşən yağıntıların çox ol-
ması  nəticəsində  sürüşmə  halları  intensivləşir.  Çünki  yağış  alt 
qatlara keçə bilmir və nəticədə torpaq sürüşməsi baş verir.  
 
 
 
ġək. 4. Torpaq sürüşməsinin başvermə ardıcıllığı 
 
Bundan  başqa,  hər  gün  ölkə  ərazisində  baş  verən  yüngül 
titrəyişlər  də  sürüşmənin  baş  verməsinə  səbəb  olan  təbii  amil-
lərdəndir. Son beş illə müqayisədə 2010-cu ilin yaz fəslinin ilk 


Yüklə 7,28 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə