Kitabın adı: Aqrar sahədə mülki müdafiə


 TƏBĠĠ FƏLAKƏTLƏR VƏ SÜLH MƏNġƏLĠ



Yüklə 7,28 Kb.
Pdf görüntüsü
səhifə6/39
tarix14.01.2018
ölçüsü7,28 Kb.
#20633
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   39

 
18 
2. TƏBĠĠ FƏLAKƏTLƏR VƏ SÜLH MƏNġƏLĠ 
FÖVQƏLADƏ HALLAR  
 
2.1. Təbii fəlakətlərin xarakteristikası 
 
Elmi-texniki tərəqqinin nailiyyətlərinə baxmayaraq cəmiy-
yət  üçün  fəaliyyət  təhlükəsi,  o  cümlədən  də  təbii  fəlakətlərin 
törətdiyi təhlükə artmaqdadır. Təbii fəlakətlərdən zərər çəkən-
lərin sayı  ildə təxminən 6% artır. Epidemioloji  fəlakətlər üzrə 
Elmi  Mərkəzin  (Brüssel)  məlumatlarına  görə  1965-ci  ildən 
1992-ci  ilədək  dünyada  təbii  fəlakətlərdən  3,6  milyon  insan 
məhv olmuş, 3 milyarddan çox adam zərər çəkmiş, ümumi iqti-
sadi ziyan 340 milyard dollardan artıq olmuşdur. 
Təbii  fəlakətlər  üzrə  Ümumdünya  Konfransına  (Yokoqa-
ma, 1994-cü il) müxtəlif ölkələr tərəfindən təqdim edilmiş mə-
lumatlar göstərir ki, 1962-1992-ci illər ərzində çox ağır iqtisadi 
ziyan (ölkəsindən illik ümumi məhsulun 1%-i qədər və bundan 
artıq) vuran təbii fəlakətlərin sayi 4,1 dəfə, bu zaman zərər çə-
kənlərin sayı 2,1 dəfə artmışdır. 
Ən çox iqtisadi itkilər törədən fəlakətlər – subasma, quraq-
lıq və zəlzələdir. Bunlar mövcud olan butiün fövqəladə hadisə-
lərin müvafiq surətdə 32, 22 və 10 faizini təşkil edir. Ən təhlü-
kəli  fəlakətlər:  zərərçəkənlərin  sayına  görə  quraqlıq  (30%)  və 
subasma  (32%);  tələf  olanların  sayına  görə-  subasma  (26%), 
epidemiyalar  (17%),  zəlzələ  (13%)  hesab  edilir.  Son  30  ildə 
Yer kürəsində baş verən fövqəladə hallar barədə statistik məlu-
matların təhlili məhz bunu göstərir. 
Geoloji iqlim və relyef şəraitinin müxtəlifliyi ilə fərqlənən 
Azərbaycanın ərazisində 15-dən artiq növdə cürbəcür təhlükəli 
təbii  hadisələr  müşahidə  edilir.  Bunlardan  ən  dagıdicı  təsirə 
malik  olanlar:  subasma,  daşqın,  eroziya,  zəlzələ,  sürüşmə,  sel, 
daş uçqunları, marxal (qar uçqunları), qasırğa, fırtına, burulğan 
və  s.  Bu  hadisələrin  bəziləri  gözlənilmədən  baş  verir  və  qısa-
müddətli olur (məs: zəlzələ, sürüşmə, uçqun, çökmə, burulğan), 


 
19 
lakin  böyük  maddi  itkilər  və  insan  tələfatı  ilə  nəticələnir.  Di-
gərləri, məsələn, daşqın, eroziya - uzunmüddət tədricən inkişaf 
edir,  nadir  hallarda  insan  tələfatına  səbəb  olur,  lakin  çox  ağır 
iqtisadi itkilər törədir. 
Respublikamızda il ərzində 15-30 kortəbii təhlükəli hadisə 
baş  verir. Bütün  kortəbii təhliükələri aşağıdakı növlərə aid  et-
mək mümkündur: geofiziki, hidrometeroloji, geoloji tahliükəli 
hadisələr,  infeksion  (yoluxucu)  xəstəliklər  və  təbii  yangınlar. 
Hidrometroloji hadisələrə ən əvvəl, daşqın, sel və s. aiddir. 
Azərbaycan Respublikasnın 20-dən artıq şəhəri və bir neçə 
yüz digər yaşayış məntəqələrində daşqın təhlükəsi mövcuddur. 
Belə  təhlükənin  əsas  mənbəyi  leysan  yağışları,  qarın  sürətlə 
əriməsi, bəndlərin, su sədlərinin dağilması, uçqun və sürüşmə-
lərdir.  Daşqınlar  nəticəsində  respublikaya  dəyən  illik  orta  sta-
tistik zərər 250-600 min manat hüdudlarında dəyişir. 
 
2.2. Zələzələnin xarakteristikası 
 
Zəlzələ  -  yerin  təkində  süxurların  yerdəyişməsi  sayəsində 
Yer qabığının müəyyən sahələrinin titrəməsidir. 
Respublikamızın  bütün  ərazisi  zəlzələ  təhlükəli  (seysmik) 
zona sayılır. Çox qədimlərdən etibarən baş verən zəlzələlər ba-
rədə  məlumatlara  əsasən  mütəxəssislər  Azərbaycanın  seysmik 
rayonlaşdırma  xəritələrini  tərtib  etmişlər.  1989-cu  ildə  hazır-
lanmış  sonuncu  belə  xəritəyə  görə  respublikamızın  ümumən 
hər yerində 8 baladək, Şamaxı-İsmayıllı, Şəki-Balakən, Gəncə-
Göygöl  və  Naxçıvan  Muxtar  Respublikasının  rayonları  isə  9 
baladək zəlzələ ehtimallı zonalar sayılır. 
Belə zonalar ərazimizin dörddə biri qədərini təşkil edir, bu-
rada  əhalinin  təxminən  20%-i  yaşayır.  Təsəvvür  üçün  qeyd 
edək ki, 10 bal güclü zəlzələ dağıdıcı zəlzələ adlanır, bu zaman 
hər cür binalar (iri və xırda bloklu, panel, karkaslı və s.) xeyli 


 
20 
dərəcədə  zədələnir,  panellərin,  karkasların  birləşdirilməsi  yer-
lərində çatlar əmələ gətirir. 
Cədvəl 1 
Zəlzələlərin xarakteristikası 
Bal-
lar 
Gücü 
Dağıdıcıların 
ümumi mənzərəzi 
Qısa xarakteristikası 





Torpağın hiss 
edilməyən 
titrəyişi 
2-3-4 bal 
 
Yalnız  seysmik  cihazlarla 
qeyd edilir  
2  Çox zəif təkanlar 
Seysmik  cihazlarla  qeyd 
edilir. 
Tam  sükunətdə 
olan  tək-tək  adamlar  hiss 
edir   

Zəif 
Asqı  lampalar,  açıq  qapı-
lar 
yunğülcə 
tərpənir. 
Əhalinin  az  qismi  hiss 
edir.  

Mülayim 
Pəncərə  şüşələrinin  yün-
gül  cingitisi,  qapı  və  di-
varların  cırıltısından  hiss 
edilir.  

Xeyli güclü 
 
5-6 bal 
Açıq havada bir çox adam 
tərəfindən,  binalarda  isə 
hamı  tərəfindən  hiss  edi-
lir. Binalar tərpənir, mebel 
silkələnir.  Kəfkirli  saatlar 
dayanır.  Pəncərə  şüşələri 
və  divarların  malası  çat-
layır.     

Güclü 
Hamı hiss edir. Bir çoxları 
qorxudan  küçəyə  qaçır. 
Divardan  asılmış  tablolar 
düşür, suvaq (mala) parça-
ları qopub tökülür.  


 
21 
Cədvəl 1-in ardı
 





Çox güclü 
7-8 bal 
Asqı  əşyalar  güclü  sürətdə 
yırğalanır,  mebel  yerindən 
tərpənir.  Daş  evlərin  divar-
ları  zədələnir  (çatlayır).  Anti 
seysmik,  həmçinin  tax  ta  və 
çəpər  tikililər  salamat  qalır. 
Çayların  sahillərində  sürüş-
mələr baş verir.  

Dağıdıcı   
Dik  yamaclarda  və  nəm  tor-
paq  catlar  əmələ  gəlir.  Hey-
kəllər yerindən tərpənir və ya 
aşır. Evlər güclü zədələnir.  

Dəhşətli 
 
 
 
9-10 bal 
Daş  evlər  güclü  zədələnir  və 
dağılır. Köhnə taxta evlər bir 
qədər əyilir. 
10 
Məhvedici 
 
Torpaqda  iri,  bəzən  bir  met-
rədək  enli  çatlar  gəlir,  coxlu 
uçurumlar baş verir. Daş tiki-
lilər  dağılır.  Boru  kəmərləri 
qırılır, ağaclar yıxılır.  
11 
Fəlakət 
11-12 bal 
Torpağın üst qatında enli çat-
lar  əmələ  gəlir,  çoxlu  uçu-
rumlar    baş  verir.  Daş  evlər 
tamam dağılır. Dəmiryol rels-
ləri  əyilir  və  yerindən  tərpə-
nir.   
12  Güclü fəlakət 
Yer  səthində  böyük  dəyişik-
liklər  baş  verir.  Coxlu  çatlar, 
uçqunlar, sürüşmələr yaranır. 
Şəlalələr,  süni  göllər  əmələ 
gəlir.  Çayların  məcrası  dəyi-
şir. Heç bir tikinti davam gə-
tirmir.  Bitki  və  heyvanat  uç-
qunlar  nəticəsində  məhv  olu-
nur.  


Yüklə 7,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə