Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 7,28 Kb.
Pdf görüntüsü
səhifə4/39
tarix14.01.2018
ölçüsü7,28 Kb.
#20633
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   39

 
12 
dası (qrupu), ictimai asayişin mühafizə komandası (qrupu)  ya-
radılır. Bunlardan əlavə kənd təsərrüfatı heyvanlarının mühafi-
zəsi və kənd təsərrüfatı bitkilərinin mühafizəsi komandalarının 
da  yaradılması  vacibdir.  Yığma  və  yanğın  əleyhinə  komanda-
lar,  sanitar  dəstə  və  kəşfiyyat  qrupu  həm  aqrar  sahə  obyektlə-
rində, həm də lazım gəldikdə şəhərlərdə kömək məqsədi ilə is-
tifadə oluna bilər.  
Yığma komanda – ümumi təyinatlı obyekt mülki müdafiə 
komandası olaraq X və DTİ üçün nəzərdə tutulur. Onun tərki-
binə iki xilasetmə qrupu, sanitar mexanikləşdirilmiş işlər və zə-
rərsizləşdirmə dəstəsi daxildir. Komanda buldozerlər, ekskava-
torlar,  yük    avtomobilləri,  qaynaq  aparatları  və  digər  vacib 
texnikalarla  təchiz  olunur.  İş  növbəsi  ərzində  (adətən  10  saat) 
komanda aşağıdakı işlərdən birini yerinə yetirməlidir: zəhərlən-
miş  zonadan  200  nəfərə  qədər  zərərçəkmişi  kənarlaşdırmalı 
(250-350m  məsafəyə),   dağıntılar  altından 40 nəfərə qədər  zə-
rərçəkmişi  çıxararaq  həmin  məsafəyə  kənarlaşdırmalı,  zirzəmi 
tipli 6 mühafizə qurğusunu qazaraq hazırlamalı, 500-600 nəfər 
zərərçəkənə ilk tibbi yardım göstərməlidir.  
Zərərsizləşdirmə komandası – radioaktiv, kimyəvi və bak-
terioloji zəhərlənməyə məruz qalmış ərazidə, yollarda, kənd tə-
sərrüfatı  texnikasında,  bina  və  qurğularda  işlərin  aparılması 
üçün yaradılır. Komandanın əsasını ərazi və qurğuları zərərsiz-
ləşdirən  iki  və  üç  qrup  təşkil  edir.  Komanda  yük  və  xüsusi 
(çənli) avtomobillərlə, dekorasiya cihazlı yedəklə və digər tex-
nika ilə təchiz olunur. İş növbəsi ərzində komanda sərt örtüklü 
(asfalt) 6 metr enlikli 24 km uzunluğunda yuma ilə dezaktivasi-
ya etməli, 40 km uzunluğunda yerli yollarda dekorasiya və xlor 
qarışığı ilə dezinfeksiya işlərini aparmalı, su şırnağı ilə 200-dək 
nəqliyyat  vasitəsini  dezaktivasiya  etməli,  80-120  min  m
2
  bina 
sahəsində dekorasiya aparmalıdır.  
Kənd  təsərrüfat  bitkilərinin  mühafizə  komandası  əkinçi-
lik işçilərindən təşkil olunaraq bitkilərin və bitki məhsullarının 
mühafizəsi və kütləvi qırğın silahlarının (KQS) tətbiqi zamanı 


 
13 
bitkiçilikdə  hadisə  nəticələrinin  aradan  qaldırılması  məqsədini 
daşıyır. İş növbəsi ərində komanda aşağıdakı işlərdən birini ye-
rinə yetirməlidir: 140 ha əkin sahəsini, 56 ha-dək meyvə bağını 
zəhərli kimyəvi maddələrdən təmizləməli; 1,5-2 min m
2
  anbar 
tikililərini  təmizləməli,  40  min  m
2
  tikili  sahəsində  həşərat  və 
gənələrdən zərərsizləşdirməni həyata keçirməlidir. 
Kənd təsərrüfat heyvanlarının mühafizə komandası  kənd 
təsərrüfatı heyvanlarının, heyvandarlıq məhsullarının, yemin və 
su  mənbələrinin  KQS-dan  mühafizəsinin  təmin  edilməsi  və 
heyvanlara  ilk  yardımın  göstərilməsi  məqsədini  daşıyır.  Ko-
manda heyvandarlıq mütəxəssis və işçilərindən təşkil olunaraq 
yaşayış məskənindəki heyvanların sayından asılı olaraq bir ne-
çə bölmədən ibarət ola bilər. İş növbəsi ərzində komanda 200-
300 heyvana peyvənd etməli; 2-4 min m
3
 heyvandarlıq tikilisi-
ni  hazırlamalı;  10  min  m
3
-dək  tikilidə  zərərsizləşdirmə  işləri 
aparmalı; 320-400 heyvanın  baytarlıq  emalını  icra etməli;  150 
heyvana müalicəvi yardım göstərməlidir. 
Radiasiya və kimyəvi müşahidə postu obyektin ərazisində 
radiasiya və kimyəvi vəziyyətin müşahidəsini apararaq zəhərlə-
mənin  vaxtında  aşkar edilərək MM  qərargahına informasiyanı 
ötürmək  üçün  yaradılır.  Onlar  radiasiya  və  kimyəvi  kəşfiyyat 
cihazları,  müşahidə  və  fərdi  mühafizə  vasitələri  ilə  təchiz  olu-
nur. 
Bütün göstərilən dəstələrlə yanaşı, fövqəladə hallar zamanı 
ərazidə  yerləşən  dövlət  tabeçiliyindəki  tibbi,  baytarlıq,  aqro-
kimyəvi laboratoriyalar, hamam, yuma məntəqələri və s. mülki 
müdafiə sərəncamına verilir. Göstərilən obyektlər radioaktiv və 
zəhərləyici və bioloji vasitələrin zərərsizləşdirilməsi, insanların 
sanitar, heyvanların baytar emalı, paltarların, texnikanın təmiz-
lənməsi üçün mülki müdafiə (MM) xidmətləri tərəfindən istifa-
də olunur.  
Lazım gəldikdə rayon (respublika) rəhbərliyinin razılığı ilə 
rayonda  yuxarıda  göstərilənlərdən  əlavə  başqa  xidmətlər  də 
(kommunal-texniki xidməti-  rayon kommunal  təsərrüfatı kom-


 
14 
binatı bazası əsasında; mühəndis xidməti - tikinti təşkilatlarının 
bazası  əsasında;  avtomobil  nəqliyyatı  xidməti  –  avtomobil  tə-
sərrüfatları, yol idarələri və digər təşkilatların bazası əsasında; 
maddi-texniki təchizat, energetika və b. xidmətlər) yaradıla bi-
lər. Əgər xidmət  bir neçə idarənin  bazası  əsasında  yaradılırsa, 
bu  zaman  həmin  idarələrin  rəhbərlərindən  biri  xidmətin  rəisi, 
qalanları isə onun müavinləri təyin edilir. Rayon xidmətlərinin 
vəzifələri  və  fəaliyyəti  əsasnamələrlə,  təlimatlarla,  habelə  yu-
xarı xidmətlərin göstərişləri əsasında və rayonun xüsusiyyətləri 
nəzərə  alınmaqla  yuxarı  idarə  rəhbərləri  tərəfindən  müəyyən 
edilir. 
Öz  bazası  əsasında  rayon  xidmətləri  yaradılmış  təşkilatla-
rın imkanlarından asılı olaraq burada komandalar, qruplar, bri-
qadalar, habelə xüsusi məqsədli manqalar; tibb, mühəndis, icti-
mai  asayişi  mühafizə,  rabitə,  kommunal-texniki,  avtomobil 
nəqliyyatı,  heyvanları  və  bitkiləri  mühafizə  manqalları  təşkil 
edə bilər. Bundan başqa, mülki müdafiə məqsədləri üçün (ştat 
üzrə mövcud strukturda) rayonun rabitə, səhiyyə idarələrindən, 
habelə maddi və texniki təchizat, ticarət və ictimai iaşə idarə və 
müəssisələrindən  istifadə  olunur.  Rayonun  və  şəhərlərdən  kö-
çürülən müalicə-profilaktika və tibb idarələrinin bazası əsasın-
da  baza  xəstəxanaları  idarəsi,  çeşidləmə-köçürmə  hospitalları, 
baş  və  profil  xəstəxanaları,  ilk  yardım  dəstələri  və  epidemiya 
əleyhinə dəstələr yaradılır. 
Mülki  müdafiə  rayon  mərkəzindəki  komanda  məntəqəsin-
dən idarə edilir. Bu məntəqəni rabitə vasitələri ilə, məntəqənin 
şəxsi heyətini isə nəqliyyat vasitələri və fərdi mühafizə vasitə-
ləri ilə təmin edirlər. Komanda məntəqəsində: rəhbər heyət, qə-
rargahın  və  xidmətlərin  şəxsi  heyəti,  köçürmə  komissiyası  və 
xidmət qrupu yerləşir. 
Müəssisə  direktorları,  rəhbərləri  mülki  müdafiəyə  cavab-
deh şəxs sayılırlar. Onlara aşağıdakı vəzifələr həvalə olunur: 

 
obyekt  dəstələri  yaratmaq,  onları  lazımi  əmlakla  təchiz 
etmək və bu dəstələrin döyüş hazırlığını təmin etmək; 


Yüklə 7,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə