Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 7,28 Kb.
Pdf görüntüsü
səhifə9/39
tarix14.01.2018
ölçüsü7,28 Kb.
#20633
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   39

 
29 
aylarında  torpaq  sürüşmənin  daha  çox  artması  təkcə  təbii  sə-
bəblərlə bağlı deyil. İnsanın təsərrüfat fəaliyyəti nəticəsində ya-
ranan antropogen amillər də sürüşmə hallarının artmasında bö-
yük rol oynayır. Belə ki, meyillik dərəcəsi yüksək olan dağ ya-
maclarında  yolların çəkilməsi  nəticəsində  yamacların  dayanıq-
lıq  dərəcəsinin  aşağı  düşməsi,  meşələrin  kütləvi  şəkildə  qırıl-
ması  (meşə  döşənəyinin  düşən  yağıntının  torpağın  alt  qatına 
dərhal və tamamilə keçməsinə mane olması, eləcə də ağacların 
torpaqdakı  rütubəti  yarpaqları  vasitəsilə  transpirasiya  etməsi 
nəticəsində torpaq rütubətinin azalması), dağ yollarında ağır tu-
tumlu yük maşınlarının hərəkəti, çirkli məişət sularının axması  
sürüşməyə səbəb olan antropogen amillərdəndir. 
Bundan başqa, torpaq sürüşməsi kimi adlanan təbiət hadi-
səsinə səbəb olan texnogen amillər də var. Yamaclarda əkilmiş 
ağacların  kəsilməsi,  ərazinin  çılpaqlaşdırılması,  yolların  düz-
gün  çəkilməməsi,  yamaclarda  mövcud  olan  su  şəbəkələrində 
sızmaların  olması,  dayanıqsız  yamaclarda  binaların  tikilməsi, 
yolların  çəkilməsi,  ağır  tonnajlı  maşınların  hərəkət  istiqaməti-
nin  düzgün müəyyənləşdirilməməsi  kimi texnogen amillər sü-
rüşməni aktivləşdirir. 
 
2.6.  Atmosferdə  havaaxınları  nəticəsində  yaranan 
fövqaladə hallar 
 
Atmosferdə  müxtəlif  hava  axınları  nəticəsində  yaranan 
təhlükələrdən  ən  başlıcası  güclü  küləklər  və  intensiv  yağıntı-
lardır. Küləyin dağıdıcı təsiri onun sürətindən asılı olur və şərti 
olaraq ballarla belə ifadə edilir: 1 baldan kiçik (18-32 m/san) - 
zəif  dağıntılar  törədə  bilər;  1bal  (33-49  m/san)  –  mülayim;  2 
bal  (50-69 m/san)  - xeyli  dağıdıcı;  3 bal  (70-92  m/san)-  güclü 
dağıdıcı; 4 bal (98-116 m/san) - dəhşətli dağıdıcı. Küləyin sürə-
tini daha ətraflı qiymətləndirmək üçün külək sürətinin şkalasın-
dan  istifadə  edilir.  Qasırğa  vaxtı  küləyin  ölçülmüş  ən  yüksək 
sürəti  80  m/san  (280  km/s),  dağıntıların  kəmiyyətinə  görə  he-


 
30 
sablanmış sürəti isə 110 m/san-dən artıqdır (400 km/s). Burul-
ğan zamanı isə küləyin ölçülmüş sürəti 115 m/san (420 km/s), 
dağıntılarına  görə hesablanmış sürəti isə 300 m/san-dən  (1000 
km/s-dan)  artıqdır.  Küləyin  belə  yüksək  sürətə  çatması  üçün 
xüsusi yerli şərait olmalıdır, məsələn, qasırğa düzənliklər üzə-
rində yaranır. 
Qasırğanın dağıdıcı təsiri küləyin sürəti ilə, eləcə də tufan 
və leysan yağışları sayəsində törəyən daşqınlarla müəyyən edi-
lir.  Birdən-birə  şiddətlənən  qasırğa  nəticəsində  on  minlərlə 
hektar sahələrdə əkinlər məhv olar, onlarla ev və təsərrüfat tiki-
liləri dağılar, bir dəfəlik ziyan bir neçə yüz min manata çata bi-
lər. 
Göy gurultusu. Qış aylarında qar yağarkən şimşək, ildırım 
və göy gurultusu olur. İldırım və göy gurultusu ən çox yaz ay-
larında, hava ilıq və nəmli ikən yüksələn havanın təsiriylə olur. 
Qış aylarında havanın alçaq və yüksək qismləri arasında istilik 
fərqi az, alçaq səviyyələrdə isə nəm də çox olduğundan şimşək, 
ildırım və nəticədə göy gurultusu hadisəsi daha az görülür. 
Şimşək və  ya ildırım ətrafdakı havanı saniyənin  milyonda 
biri qədər bir müddətdə 30.000 dərəcəyə qədər istilədir. İstilə-
nən bu hava birdən genişləyir. Normal atmosfer təzyiqinin 100 
misli qədərində bir təzyiqlə, səs sürətindən çox sürətli səs dal-
ğaları  yayır. Bu, eynilə səs sürətini keçən təyyarələrdə olduğu 
kimi qulağımıza partlama səsi  olaraq çatır. Buna göy  gurulda-
ması deyirik. Şimşək də, ildırım da tək bir hadisə deyil, bir ar-
dıcıl hadisənin birləşməsidir. İldırımın ilk çaxmasından sonrakı 
yuxarı  doğru  olan  daiərvi  çaxışında,  elektrik  cərəyanı  daha 
güclü  olduğundan  qulağımıza  gələn  ikinci  səs  birincisindən 
güclüdür. İldırım və ya şimşəyin görülməsi ilə göy guruldama-
sının eşidilməsi arasında keçən müddət saniyə olaraq ölçülür və 
üçə  bölünsə  uzaqlıq  kilometr  olaraq  tapıla  bilər.  Çünki  göy 
gurultusunun səsi bizə səs sürəti ilə  çatarkən, şimşək və ildırı-
mın  görünüşü  gözümüzə  işıq  sürətiylə  çatır.  Göy  guruldaması 
normal şərtlərdə 24 kilometrdən daha çox məsafələrdən eşidilmir. 


 
31 
İldırım- buludla yer arasında və ya iki müxtəlif yüklü bu-
lud arasındakı elektrik boşalmasıdır. İldırım- insanları, heyvan-
ları məhv edir, yanğınlar törədir, elektrik şəbəkələrini zədələyir 
və s. 
 
  
ġək. 5. Torpaq sürüşmələri (a; b; c) 
 
İldə orta hesabla 3 milyard şimşək ya da ildırım meydana 
gəlir, yəni, ilin hər hansı bir günündə səmada 2 minə yaxın ildı-


 
32 
rım  buludu  var  və  dünyada  hər  saniyədə  təqribən  100  ildırım 
düşür. Ümumiyyətlə, dünyada tufan və ildırımların nəticələrin-
dən ildə 10000-ə qədər  adam  məhv olur (və bu  göstərici  üzrə 
tufan və ildırım ilk beş təbii təhlükələr sırasına daxildir). Afri-
kanın bəzi ölkələrində (Zimbabve və Keniya), Fransada, ABŞ-
da  və  bir  sıra  digər  ölkələrdə  ildırım  qurbanlarının  sayı  digər 
təhlükəli  kortəbii  hadisələrinkinə  nisbətən  daha  çoxdur.  Hər 
10000 nəfər əhali üzrə ildə Zimbabvedə və ona qonşu ölkələrdə 
200  nəfərə  qədər,  Fransada  55  nəfər,  ABŞ-da  10  nəfər  məhv 
olur; 1888-ci ildə Nyu-Dehlidə (Hindistan) güclü tufan zamanı 
yağan doludan 250 nəfər məhv olmuşdur. Tufanlar nəticəsində 
(əsasən dolu vurmasından) dəyən iqtisadi ziyan hər il ABŞ-da 
təxminən 700 mln dollar (bütün təhlükəli təbii proseslər arasın-
da  beşinci  yer),  İsveçrə,  Fransa,  Kanada,  Cənubi  Afrika  Res-
publikası  və  bəzi  digər  ölkələrdə  -  yüz  milyonlarla  dollar,  bü-
tün dünyada isə ən azı 2 milyard dollar təşkil edir.  
İldırım hadisəsi insanlıq tarixinin ilk zamanlarında bir tari-
xi işarə olaraq qəbulu olunmaqda idi. İldırım düşməsi insanlar 
üçün təhlükəli olduğu qədər də  yaşamaqlarına da köməyi var-
dır.  İldırımlar  nitrat  və  oksigenin  yer  üzünə  enməsini  təmin 
edər.  
İldırım günəş işıqlarıyla birlikdə yer üzündəki isti havanın 
yüksəlməsiylə başlayır.  Bu şəkildə buxarlanan su  yuxarı daşı-
nır.  Yüksələn  hava  orta  hesabla  2-3  kilometr  olunca  havanın 
soyuq laylarına bərabər gəlir. Soyuq havalarda bulud meydana 
gəlir. Bu buludlar bundan sonra hava axınlarının köməyi ilə 20 
min metrə qədər çıxa bilir. Buludların bu çıxışlarında içərisində 
olan buz kristalları bir-birinə sürtərək statik enerji meydana gə-
lir. Bu enerji buludun üst laylarında + , alt laylarında – (mənfi) 
yüklü olaraq yığılır. Buludun içərisində iştirak edən yük havanı 
iyonize edir və şimşək meydana gəlir. 
Bu prosesi digər və buna oxşar variantla ifadə etsək, qeyd 
etmək  olar  ki,  havada  olan  su  buxarı  kondensasiya  etdikdə  və 
yuxarı qalxan hava axını kondensasiya etmiş həmin damcıların 


Yüklə 7,28 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə