Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 7,28 Kb.
Pdf görüntüsü
səhifə2/39
tarix14.01.2018
ölçüsü7,28 Kb.
#20633
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   39

 

tələri ilə təmin olunması; 
-  əhaliyə  mütləq  qaydada  kütləvi  qırğın  silahlarından  mü-
hafizə,  düşmən  hücumu,  qəzaların,  təbii  fəlakət  nəticələrinin 
aradan  qaldırılmasının  üsul  və  vasitələrindən  istifadənin  öyrə-
dilməsi; 
-  şəhərlərdən  və  təbii  fəlakət  zonalarından  əhalinin,  fəhlə 
və qulluqçuların köçürülmə qaydalarının öyrədilməsi;  
- köçürülən əhalinin həyat fəaliyyətinin təmin olunması;  
-  epidemiya  əleyhinə,  sanitar-gigiyenik,  xüsusi  profilaktik 
və digər tibbi tədbirlərin icrası.  
Əhalinin etibarlı mühafizəsi üçün düşmənin hava hücumu, 
radiasiya,  kimyəvi,  bakterioloji  zəhərləmənin  kəşfiyyatı  aparı-
lır.  
Aqrar  sahədə  obyektlərin  dayanıqlı  fəaliyyətinin  təmin 
olunması  əhalinin,  silahlı  qüvvələrin  əsas  ərzaq məhsulları ilə, 
sənayenin isə xammalla təmin olunmasına şərait yaradır. 
 Obyektlərin dayanıqlı işinin yüksəldilməsi əvvəlcədən gö-
rülən  təşkilati,  mühəndis-texniki,  aqrotexniki,  zoobaytarlıq  və 
digər tədbirlərin nəticəsidir. Bu tədbirlər kütləvi qırğın silahla-
rının  kənd  təsərrüfatı  heyvan  və  bitkilərinə  təsirini  zəiflədir, 
həmçinin  nəticələri  tez  bir  zamanda  aradan  qaldıraraq  keyfiy-
yətli kənd təsərrüfatı məhsullarının istehsalını təmin edir.  
Aqrar sahədə obyektlərin dayanıqlı işinin yüksəldilməsində 
insanların,  heyvanların,  heyvandarlıq  məhsullarının,  bitkilərin, 
bitkiçilik  məhsullarının  müasir  qırğın  vasitələrindən  qorunma-
sı, həmçinin obyektin mülki müdafiə qüvvələrinin etibarlı idarə 
edilməsinin təşkili mühüm əhəmiyyət daşıyır.  
Zəhərlənmə  ocaqları  və  fəlakət  zonalarında  xilasetmə  və 
digər təxirəsalınmaz işlərinin (X və DTİ) təşkili və icrası əvvəl-
ki iki vəzifə ilə sıx bağlıdır. Xilasetmə və digər təxirəsalınmaz 
işlər– insanların xilas edilməsi, zəhərlənənlərə yardım göstəril-
məsi,  qəzanın  lokallaşdırılması  və  aradan  qaldırılması  üçün, 
mülki  müdafiənin  kompleks tədbiridir. X və DTİ-in  aparılma-
sına  obyektin  bütün  MM  qüvvələri,  həmçinin  lazım  gəldikdə 


 

mülki müdafiə (MM) rəisinin qərarı ilə əlavə qüvvələr də cəlb 
olunur.  X və DTİ böyük fiziki qüvvə və mənəvi güc tələb edir 
və cəld, dəqiq və əlaqəli hərəkətlərlə aparılmalıdır. Ona görə də 
bu  qüvvələr  sülh  şəraitində  tam  komplektləşdirilməli,  xüsusi 
texnika, cihazlar, vasitələrlə təchiz olunmalıdır.  
Mülki  müdafiə  xidmətləri,  qüvvələri,  onların  təyinatı  və 
yaradılması. Mülki müdafiə qüvvələri mülki müdafiənin qoşun 
hissələrindən,  ştatlı  qəza-xilasetmə  dəstələrindən,  hərbiləşmə-
miş  mülki  müdafiə  dəstələrindən,  həmçinin  nazirliklərin,  baş 
idarələrin və icra hakimiyyəti başçılarının tabeliyində qalmaqla 
xüsusi mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsinə cəlb 
olunan  müxtəlif  dəstələrdən,  təşkilatlardan  və  idarələrdən 
ibarətdir.  
Mülki  müdafiə  qüvvələri  fövqəladə  hadisələrin  (FH)  nəti-
cələrini aradan qaldırarkən X və DTİ yerinə yetirmək, bu işləri 
təmin etmək, eləcə də mülki müdafiə üzrə başqa vəzifələri icra 
etmək  üçündür.  Mülki  müdafiə  qüvvələrinin  əsasını  hərbiləş-
məmiş dəstələr təşkil edir. Bunlar sülh və müharibə vaxtı yeri-
nə  yetiriləsi  tədbirlərdə  iştirak  edən  mülki  müdafiə  qüvvələri-
nin sayca ən böyük hissələridir.  
Ərazi və sahə orqanları tərəfindən yaradılan hərbiləşməmiş 
ümumi və xüsusi mülki müdafiə dəstələri bilavasitə həmin or-
qan rəhbərlərinin sərəncamı ilə fəaliyyət göstərir. 
Xatırladaq ki, mülki müdafiə dəstələri ərazi-istehsalat prin-
sipi üzrə Naxçıvan Muxtar Respublikasında, rayonlarda, şəhər-
lərdə, obyektlərdə və yaşayış məntəqələrində yaradılır. 
Mülki  müdafiə  dəstələri  əmin-amanlıq  dövründə  ayrı-ayrı 
təsərrüfat obyektlərində yaradılır. Dəstələr adamlarla, əşyalarla, 
texniki və nəqliyyat vasitələri ilə təşkilatın hesabına normalara 
uyğun olaraq təchiz olunur. 
Hərbiləşməmiş mülki müdafiə dəstələrinə Azərbaycan Res-
publikasının vətəndaşı olan 18 yaşından 60 yaşadək kişilər, 18 
yaşından  55  yaşadək  qadınlar  cəlb  edilirlər.  Birinci  və  ikinci 
qrup əlillər, hamilə və 3 yaşadək uşağı olan orta və ali tibb təh-


 

silli qadınlar, həmçinin uşağa digər şəxslərin himayəsi olmayan 
8 yaşınadək uşağı olan qadınlar dəstələrə cəlb olunmurlar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ġək. 1. Obyektin mülki müdafiəsinin təşkili sxemi 
 
Mülki müdafiə dəstələri tabeliyinə görə - ərazi dəstələri və 
obyekt mülki müdafiə dəstələrinə bölünür.  
Yerinə  yetirdikləri  vəzifələrə  görə  -  obyektlərdə  ümumi 
məqsədli  mülki  müdafiə  dəstələri,  xidmət  dəstələri  (xüsusi 
məqsədli dəstələr), kimyəvi təhlükəli obyektlərdə isə ixtisaslaş-
dırılmış dəstələr yaradılır. 
Ümumi məqsədli dəstələr zədələmə ocağında xilasetmə iş-
ləri aparmaq, təbii fəlakətlərin və istehsalat qəzalarının nəticə-
lərini aradan qaldırmaq üçün nəzərdə tutulur. 
Xilasedici 
dəstə 
(komanda) 
 Heyvanları 
mühafizə  
komandası 
(bölmə) 
Kəşfiyyat 
qrupu 
(manqası) 
Sanitar druji-
naların dəstəsi 
(sandrujina) 
Yangınsöndü-
rən komanda 
(bölmə) 
Zərərləşdirici 
komanda 
(qrup) 
Bitkiləri 
mühafizə  
komandası 
(bölmə)
 
Ətraf mühitin 
radioaktiv 
müşahidə 
postları 
Xüsusi məqsədli dəstələr 
Obyektin rəhbəri 
 
Obyektin MM 
gərargahı 3-5, 
nəfər 
MM rəhbərinin muavinləri 
Umumi məqsədli dəstələr 
Maddi-
texniki 
təchizat 
üzrə 
Köcürmə 
üzrə 
Köcürmə 
komissiya

 
Xidmətlər 
Mühəndis-
texniki hissə 
üzrə 


Yüklə 7,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə