Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 7,28 Kb.
Pdf görüntüsü
səhifə5/39
tarix14.01.2018
ölçüsü7,28 Kb.
#20633
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   39

 
15 

 
əhaliyə  fövqəladə  halların  (FH)  nəticələrindən  mühafizə 
tədbirlərinin öyrədilməsini təşkil etmək

 
mülki  müdafiə  dəstələri  və  əhali  üçün  xüsusi  əmlak  və 
fərdi  mühafizə  vasitələri  əldə  etmək,  bunları  toplayıb  saxla-
maq; 

 
vəzifəli şəxslərə, dəstələrin şəxsi heyətinə və əhaliyə FH 
təhlükəsi haqqında vaxtında xəbər vermək; 

 
əhalinin  mühafizəsi  üzrə  tədbirlərin  yerinə  yetirilməsinə 
rəhbərlik etmək; 

 
profilaktika tədbirlərini, epidemiya, epizootiya və yanğın 
əleyhinə tədbirləri təşkil etmək

 
şəhərlərdən  köçürülmüş    əhalini  və  idarələri  qəbul  edib 
yerləşdirmək; 

 
əhalinin köçürülməsini təşkil etmək

 
xəstəxana kollektorları açmaq üçün nəzərdə tutulmuş bi-
naları hazırlamaq; 

 
dəstələri toplamaq və onların zədələnmə ocağına yürüşü-
nü təşkil etmək; 

 
kənd təsərrüfatı heyvanlarının, bitkilərin, ərzaq ehtiyatla-
rının, yemin və su mənbələrinin radioaktiv, kimyəvi maddələr, 
bakterioloji  vasitələrlə  yoluxmadan  mühafizəsi  üzrə  tədbirləri 
yerinə yetirmək; 

 
əkinlərin, su  anbarlarının, meşələrin, otlaqların  və başqa 
kənd təsərrüfatı sahələrinin zəhərlənməsini vaxtında aşkara çı-
xarmaq məqsədilə bu  yerlərə nəzarəti təşkil etmək, habelə on-
ların zərərsizləşdirilməsi işlərinə rəhbərlik etmək. 
Obyekt  dəstələrinin  hazırlığına  gündəlik  rəhbərliyi  təmin 
etmək  və  mülki  müdafiə  tədbirlərini  planlaşdırmaq  üçün  ob-
yektlərdə 3-5 nəfərdən ibarət qərargah (qərargahın heyətinə da-
xil  edilən  işçiləri  öz  əsas  vəzifələrindən  ayırmamaq  şərti  ilə) 
yaradılır. 
Rayonun  mülki  müdafiə  dəstələri.  Rayonun  müəssisələ-
rində,  şəhər  və  qəsəbələrində  bu  dəstələr  yaradılır:  xilasedici 
dəstələr (komandalar); kəşfiyyat qrupları (manqaları); ətraf mü-


 
16 
hitin radioaktivliyini müşahidə postları;  rabitə qrupları; sanitar 
drujinası  dəstələri  və  sanitar  drujinaları;  yanğınsöndürən  ko-
mandalar  (bölmələr);  ictimai  asayişi  mühafizə  dəstələri  (ko-
mandaları);  zərərsizləşdirici  komandalar  (qruplar);  kənd  təsər-
rüfatı  heyvanlarını  və  bitkiləri  mühafizə  komandaları  (qrupla-
rı). 
Kənd  yerlərindəki  müalicə-profilaktika və şəhərlərdən kö-
çürülən tibb idarələrinin bazası əsasında ilk tibbi yardım dəstə-
ləri,  epidemiya  əleyhinə  səyyar  dəstələr,  ixtisaslı  tibbi  yardım 
dəstələri (briqadalar), həmçinin tibb xidmətinin idarələri (baza 
xəstəxanaları  idarəsi,  çeşidləmə-köçürmə  hospitalları,  mərkəzi 
və profil xəstəxanaları) təşkil edilir. Dəstələr istehsalat prinsipi 
əsasında  komplektləşdirilir  və  təlimə  cəlb  edilir.  Dəstələrin 
ştatları  və  əmlakla  təchizat  tabelləri,  bu  sahədə  təsərrüfatların 
imkanları,  habelə  qüvvə  və  vasitələrə  olan  tələbat  nəzərə  alın-
maqla dəstələrin nümunəvi təşkili sxemləri və təchizat norması 
tabellərinə  uyğun  olaraq  obyektin  qərargahı  tərəfindən  işlənib 
hazırlanır. 
Xilasedici dəstə 2-4 komandadan ibarət olub, obyektin əsas 
mülki  müdafiə  dəstəsi  sayılır.  Xilasedici  dəstə  zədələnmiş 
adamları  axtarmaq,  uçqunlar  altından,  dağıdılmış  sığınacaq  və 
binalardan  çıxarmaq,  həkimə  qədər  yardım  göstərmək,  habelə 
onları zədələnmə ocağından aparmaq üçün nəzərdə tutulur. 
Xilasedici dəstə bir iş növbəsi (8-10 saat) ərzində aşağıdakı 
işlərdən birini görə bilər: zədələnmiş 600-1200 nəfər adamı zə-
dələnmə ocağından çıxarıb  250-350 m  məsafəyə  daşımaq;  zə-
dələnmiş 120-240 nəfəri uçqun altından, qismən uçulmuş bina-
lardan çıxarıb 250-350 m məsafəyə aparmaq; qismən dağılmış 
xəndək  və  ya  qazma  tipli  60-120  daldalanacağın  üstünü  açıb 
sökmək;  18-36  sığınacaq  və  zirzəminin  üstünü  açıb  sökmək. 
Həmin işləri yerinə yetirmək üçün dəstə, adətən, mühəndis tex-
nikası və kənd təsərrüfatı texnikası ilə təmin olunur, habelə xü-
susi məqsədli dəstələr ilə gücləndirilir. 
Kəşfiyyat  qrupu  3-5  manqandan  ibarət  olur.  Bu  qrupun 


 
17 
əsas  vəzifələri  -  zədələnmə  ocağının  hüdudlarını,  dağıntıların 
xarakterini və miqdarını, radiasiyanın səviyyələrini, zəhərləyici 
maddələrin və bakterioloji vasitələrin növünü müəyyən etmək-
dir. Kəşfiyyat bölmələri yanğınların yerini və ölçülərini, dağıl-
mış və zədələnmiş binaların, sığınacaqların və daldalanacaqla-
rın vəziyyətini müəyyənləşdirir, texnika və nəqliyyatın hərəkəti 
üçün yararlı olan marşrutlar tapır, harada yaralılar olduğu barə-
də məlumat toplayır və  başqa işləri icra edir. Kəşfiyyat  qrupu 
adamların, texnikanın, əmlakın, ərzağın, yemin və suyun zəhər-
lənməsinə nəzarət etmək işinə də cəlb oluna bilər. 
Sanitar  drujinaları  dəstəsi-  4-5  sanitar  drujinasından  iba-
rətdir və kütləvi zədələnmə ocağında zərər çəkmiş adamlara ilk 
tibbi  yardım  göstərmək  üçün  nəzərdə  tutulur.  Dəstənin  şəxsi 
heyəti bir iş növbəsində 2200-2700 şəxsə ilk yardım göstərə bi-
lər.  Dəstə  zədələnmə  ocağında  mülki  müdafiənin  xilasedici 
bölmələri ilə birgə işləyir. 
Sanitar drujinaları - beş manqandan ibarətdir; kənd təsər-
rüfatı  və  orta  təhsil  müəssisələrinin  bazası  əsasında  yaradılır. 
Drujinalar  zərər  çəkmiş  şəxslərə  zədələnmə  ocağında  ilk  tibbi 
yardım göstərmək üçündür. 
Ətraf  mühitdəki  obyektlərin  radioaktivliyini  müşahidə 
postları müəssisə və obyektlərdə radioaktiv, kimyəvi və bakte-
rioloji  vəziyyəti  müşahidə  etmək,  sahələrdə  zəhərlənmə  başla-
dığını  vaxtında  aşkara  çıxarmaq  və  bu  barədə  obyektin  mülki 
müdafiə qərargahına məlumat vermək üçündür. 
 


Yüklə 7,28 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə