Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 7,28 Kb.
Pdf görüntüsü
səhifə14/39
tarix14.01.2018
ölçüsü7,28 Kb.
#20633
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   39

 
51 
sonra  aşkara  çıxır,  xəstəliyin  gedişi  orqanizmin  aldığı  şüanın 
dozasından asılı olur. 
Nüfuzedici radiasiyanın təsiri udulan doza ilə qiymətləndi-
rilir  və
 
Qrey  (Qr),  rentgen  (R),  rad  ölçü  vahidləri  ilə  ölçülür:    
1 qr=100 rad;  1 qr=0,95 rad. 
Udulan dozanın miqdarından asılı olaraq adamlar şüa xəs-
təliyinə tutulurlar: 
I yüngül dərəcəli D = 100...200 rad        (1-2 Qr); 
II orta dərəcəli D = 200...400 rad           (2-4 Qr); 
ağır dərəcəli D = 400...600 rad               (4-6 Qr); 
çox ağır dərəcəli D>600 rad                   (6 Qr). 
Müxtəlif  sıx  və  qalın  materiallardan  keçərkən  nüfuzedici 
radiasiyanın təsiri zəifləyir. Məsələn, poladın - 2,7 sm, betonun 
- 10 sm, torpağın - 14 sm, suyun - 23 sm, ağacın - 30 sm qalın-
lığı  nüfuzedici radiasiyanı  2 dəfə zəiflədir  (bunlara  yarımzəif-
lətmə  qatı  deyilir).  Nüfuzedici  radiasiyadan  mühafizə  məhz 
materialların bu xüsusiyyətinə əsaslanır. Belə ki,  radiasiya do-
zasını üstü örtülmüş xəndək 40 dəfə, mühafizə üçün uyğunlaş-
dırılmış zirzəmi 400 dəfə zəiflədir. Neytron seli tərkibində hid-
rogen  olan  maddələrdə  (suda,  parafində,  betonda)  daha  çox 
zəifləyir. 
Radioaktiv  zəhərlənmə-  yerdə  nüvə  partlayışı  baş  verdik-
dən  sonrakı  anlarda  radioaktiv  zərrəciklər  odlu  kürənin  tərki-
bində  olur.  Odlu  kürə  buxara  və  tüstüyə  bürünərək  hündürə 
qalxır və bir neçə saniyədən sonra topa buludlara çevrilir. Hün-
dürə  qalxan  hava  axınları  yerdən  toztorpağı  göyə  qaldırıb  on-
ları radioaktiv buludla birlikdə aparır. Yuxarı qalxan toz-torpaq 
radioaktivləşir. İri toz buludlarının bir hissəsi bilavasitə partla-
yış rayonunda yerə çökür. Qalan hissəcikləri isə buludun tərki-
bində qalıb hava axınları vasitəsilə partlayış mərkəzindən kilo-
metrlərlə  məsafələrə  aparılır.  Radioaktiv  zəhərlənmənin  dərə-
cəsi– partlayışın növündən və gücündən, partlayışdan sonra ke-
çən müddətdən, partlayış mərkəzinə qədər olan məsafədən, me-
teoroloji şəraitdən, yerin relyefindən asılı olur. 


 
52 
 
 
 
ġək. 15. Nüvə partlayışı 
 
Radioaktiv  zəhərlənməyə  məruz  qalmış  ərazi  (radioaktiv 
zəhərlənmiş  ərazi)  formaca  ellipsə  bənzəyir.  Zəhərlənmənin 
gücünə görə radioaktiv zəhərlənmə zolağını adətən dörd zona-
ya  ayırırlar:  çox  təhlükəli,  təhlükəli,  güclü  və  mülayim  (zəif) 
zəhərlənmə zonaları. Əgər zəhərlənmə izini en kəsimi üzrə gö-
türsək, radiasiyanın  səviyyəsi  izin  kənar hüdudundan mərkəzə 
tərəf artmağa başlayır və izin oxunda maksimum dərəcəyə ça-
tır. 
Partlayışın  bu  zədələyici  amilini  digər  amillərdən  fərqlən-
dirən: zəhərlənmiş geniş sahələri əhatə etməsi, uzun müddət tə-
sir  göstərməsi,  çətin  aşkar  olunması,  qeyri-sabit  xarakteri,  ra-
dioaktiv maddələrin fasiləsiz olaraq parçalanması sayəsində zə-
hərlənmiş  ərazinin  ölçülərinin  müəyyən  müddət  ərzində  azal-
masıdır. 
Müəyyən müddətdən sonra radiasiyanın səviyyəsi tədricən 
azalır: bu, radioaktiv maddələrin öz-özünə parçalanıb qeyri-ak-
tiv  maddələrə  çevrilməsi  nəticəsində  baş  verir.  Radioaktiv 
maddələrin  heç bir xarici  əlaməti (rəngi,  iyi  və s.)  yoxdur, zə-
hərlənməni ancaq xüsusi doza ölçən (dozimetrik) cihazlar vasi-
təsilə  aşkar  etmək  mümkündür.  Ərazinin  zəhərlənmə  dərəcəsi 


 
53 
radiasiyanın səviyyəsi (yəni gücü) ilə xarakterizə edilir və rent-
gen - saatla (R/s) ölçülür. 
Adamları  radioaktiv  zəhərlənmələrdən  mühafizə  etmək 
üçün onları ümumi xarici şüalanmadan qorumaq, həm də radio-
aktiv maddələrin dəri səthinə, burunun, gözlərin selikli qişaları-
na  düşməsinin  və  hava,  ərzaq,  su  ilə  orqanizmə  keçməsinin 
qarşısını  almaq  lazımdır.  Bu  məqsədlə  radiasiya  əleyhinə  dal-
dalanacaqlardan, sığınacaqlardan istifadə olunur. Fərdi mühafi-
zə vasitələri (əleyhqaz, respirator, tozdan qoruyan parça maska, 
habelə pambıqlı tənzif sarğı) tənəffüs üzvlərini zəhərlənmədən 
etibarlı  surətdə  qoruyur.  Bədənin  səthini  adi  paltarlarla  da 
mühafizə etmək mümkündür. 
Elektromaqnit impulsu- nüvə partlayışı anında ətrafa külli 
miqdarda  qamma  kvantlar  və  neytronlar  yayılır.  Bunlar  ətraf 
mühitin  atomları  ilə  qarşılıqlı  təsirə  qoşularaq  elektromaqnit 
sahələri yaradır, nəticədə hava və ya yeraltı rabitə-kabel xətlə-
rində,  siqnal,  elektrik  xətlərində,  radio-stansiyaların  antenala-
rında və s. qısamüddətli, lakin güclü cərəyan və gərginlik əmə-
lə  gətirir.  Buna  elektromaqnit  impulsu  deyilir.  Elektromaqnit 
impulsları radio-elektron cihazlarını sıradan çıxarır, xarici xət-
lərə qoşulmuş elektrik qurğularının işini pozur. İmpulslar, həm-
çinin  yarımkeçirici  cihazları,  qazboşalma,  vakuum  cihazlarını, 
kondensatorları da xarab edib sıradan çıxarır.  
Bu  cihazlarla  işləyən  adamların  təhlükəsizliyi  üçün  tədbir 
görülməyibsə, elektromaqnit impulsu yüksək elektrik gərginliyi 
ilə adamları zədələyə bilər. Elektromaqnit impulsundan müha-
fizə  vasitəsi  kimi  qoruyucu  avtomat  tərtibatlarından  istifadə 
edilir (ildırımdan mühafizədə olduğu kimi). 
 
3.2. Nüvə zədələnmə ocağı 
 
Nüvə zədələnmə ocağı  (NZO)- o əraziyə deyilir  ki,  orada 
nüvə partlayışmm zədələyici amillərinin təsiri nəticəsində külli 
miqdarda insan, heyvan və bitki təlafatı olsun, bina və qurğular 


 
54 
dağılsın, yanğınlar baş versin və yer radioaktiv maddələrlə zə-
hərlənsin.  Nüvə  zədələnmə  ocağı  qarışıq  zədələnmələr  ocağı-
dır: burada eyni zamanda dağıntılar, yanğınlar və radioaktiv zə-
hərlənmə ocaqları əmələ gələ bilər. 
Zərbə dalğasının önündə izafi təzyiqi (P
f
) 10 kPa-dan artıq 
olan sahələr nüvə dağıntı ocağı adlandırılır. Dağıntıların xarak-
terinə  görə  belə  sahələr  4  dağıntı  zonasına  (zolağına)  ayrılır 
(tam, güclü, orta dərəcəli və zəif dağıntı zonaları): 

 
tam dağıntı zonası P

> 50 kPa; 

 
güclü dağıntı zonası P

= 30...50 kPa; 

 
orta dağıntı zonası    P
f
 = 20...30 kPa; 

 
zəif dağıntı zonası   P
f
 = 10...20 kPa. 
Misal üçün, bir milyon tonluq (q =1 Mt) nüvə silahı partla-
dıqda, tam dağılma zonası 4 km, güclü dağılma zonası 5,4 km, 
orta dağılma 7,2 km, zəif dağılma 11 km radiusunda təsir gös-
tərəcək.  Nüvə  zədələnmə  ocağının  ölçüləri,  burada  dağıntının 
dərəcəsi  və  təlafatdan  tikintinin  xüsusiyyətlərindən,  yerin  rel-
yefindən  və  s.  asılı  olur.  Zədələnmə  ocağı  sahəsinin  13%-ni 
tam  dağıntı  zonasi;  10%-ni  güclü,  15%-ni  orta  dərəcəli  və 
62%-ni zəif dağıntılar zonası təşkil edir. 
Tam  dağıntı  zonası-  nüvə  partlayışı  mərkəzinə  ən  yaxın 
sahələrə tam dağıntı zonası deyilir ki, bu sahənin hüdudları da-
xilində zərbə dalğasının yaratdığı izafi təzyiq 50 kPa-dan artıq 
olur.  Burada  istehsalat  və  yaşayış  binaları  tamamilə  dağılır, 
partlayış mərkəzinin lap yaxınlığında isə sığınacaqların bir qis-
mi uçulur. Sığınacaqların əksəriyyəti (75%-ə qədəri) və yeraltı 
kommunal-energetika şəbəkələri (95%) salamat qalır. Küçələr-
də başdan-başa uçqunlar əmələ gəlir, sığınacaqların çıxış yolla-
rı uçqunlarla tutulur. 
Güclü dağıntı  zonası- 50 kPa-dan 30 kPa-dək izafi təzyi-
qin təsirinə məruz qalmış sahələr güclü dağıntılar zonası adlan-
dırılır. Buradakı bina və qurğular güclü surətdə dağılır, sığına-
caqlar və yeraltı kommunal-energetika şəbəkələri, habelə radia-
siya  əleyhinə  daldalanacaqların  əksəriyyəti  salamat  qalır.  İşıq 


Yüklə 7,28 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə