Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 7,28 Kb.
Pdf görüntüsü
səhifə22/39
tarix14.01.2018
ölçüsü7,28 Kb.
#20633
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   39

 
81 
vaxtında  və
 
düzgün  istifadə  etməsi  də  çox  vacib  əhəmiyyətə 
malikdir. Bu mühafizə vasitələrindən istifadə edilməsi  lüzumu 
onunla izah edilir ki, nüvə, kimyəvi və ya bakterioloji silah isti-
fadə  edilərkən  əhali,  qoşunların,  mülki  müdafiə  dəstələrinin 
şəxsi  heyəti  müəyyən  muddət  radioaktiv  maddələr  (RM),  zə-
hərləyici maddələr (ZM),  yaxud bakterial vasitələrlə (BV) zə-
hərlənmiş sahələrdə və ya atmosferdə qalmalı, ya da burada xi-
lasetmə işləri aparmalı olacaqlar. 
Fərdi muhafizə vasitələri aşağıdakılardan ibarətdir:  
- tənəffüs orqanlarının mühafizə vasitələri
- dəri səthinin mühafizə vasitələri. 
Tənəffüs  orqanlarını  mühafizə  vasitələrinə  əleyhqazlar, 
respiratorlar və əhalinin ozü tərəfindən hazırlanan ən sadə vasi-
tələr aiddir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ġək. 23. Fərdi mühafizə vasitələrinin təsnifatı 
 
Əleyhqazlar. Müasir əleyhqazlar insanın tənəffüs orqanla-
Sad
ə 
vasit
ələr
  
T
əc
rid
ed
ici 
əley
hq
az
lar
 
 
R
esp
er
ato
rlar
 
 

zg
ən
cli 
əley
hq
az
la

Yar
dım
çı 
vasit
ələr
 
Tənəffüs üzvlərinin vasitələri 
Dərinin MV 
Tibbi-fərdi MV 
Fər
di d
ər
m
an
 q
utu
su
 
Kim
ya
 ə
ley
hin
ə 

rd
i z
ərf
 
Fər
di sar
ğı 
zər
fi
 
Fərdi-mühafizə vasitələri  

ng
ül m
üh
af
izə 
ko
sty
um

Üm
um
i q

un
 m
üh
af
izə 
dəsti
  


 
82 
rını  və  gözlərini  havadakı  zəhərləyici  maddələrin  (buxar,  du-
man, qaz, tüstü, ZM damcıları), radioaktiv maddələrin təsirin-
dən, həmçinin aerozol halındakı yoluxdurucu patogen mikroor-
qanizm və toksinlərdən mühafizə etmək üçün kifayət dərəcədə 
yüksək qoruyucu xassələrə və istismar göstəricilərinə malikdir. 
Bu əleyhqazların  təcridedici və süzücü növləri  vardır.  Süzücü 
əleyhqazlar (ümumqoşun, mülki, uşaq əleyhqazları) daha geniş 
yayılmışdır. Onların  quruluşu – içərisində fəallaşdırılmış (ka-
talizator) kömür və aerozol əleyhinə (tüstü əleyhinə) süzgəclər 
olan süzücü-uducu qutunun daxili qatlarından keçərkən zəhərli 
havanın süzülüb təmizlənməsi prosesinə əsaslanır. Süzücü-udu-
cu qutunun mühafizəedici qatları karbon 2-oksidi (dəm qazını) 
udub saxlaya bilmir, buna görə də tənəffüs orqanlarının karbon 
2-oksiddən  mühafizəsinin  təmin  edilməsi  üçün  xüsusi  (hopka-
lit) patrondan istifadə olunur ki, bu patron əleyhqazın birləşdi-
rici  borusu  (üzlük  hissəsi)  ilə  süzücü-uducu  qutusu  arasında 
yerləşdirilir (qutuya burulub birləşdirilir).                                                                                                                                                       
 
 
 
ġək. 24. Süzücü əleyhqaz ГП-7: 
1-üzlük hissə; 2–süzücü-uducu qutu; 3-parça örtük; 4-nəfəsalma 
klapanı; 5-danışıq vasitəsi; 6-nəfəsvermə klapanı; 7-obtürator; 8-başlıq;      
9-alın qayışı; 10-çənəaltı qayışı; 11-yanaqüstü qayışlar; 12-toqqalar;         
13-çanta; 14-su qabı (flyaqa); 15-rezin boru 


 
83 
Hazırda  ölkəmizin  MM  sistemində  yaşlı  əhalinin  mühafi-
zəsi üçün ГП-5. ГП-5 m, ГП-7 (ГП-mülki əleyhqaz) əleyhqaz-
larından;  uşaqların  mühafizəsi  üçün  ДП-6  m  (uşaq  əleyhqazı, 
6-cı  tipi,  kiçik ölçülü),  ДП-6, ПДФ-7  (süzücü uşaq əleyhqazı, 
7-ci tipi), ПДФ-Д (süzücu uşaq əleyhqazı, məktəbəqədər yaşlı-
lar  üçün)  və  ПДФ-Ш  (süzücü  uşaq  əleyhqazı,  məktəblilər 
üçün)  süzücü  əleyhqazlardan  istifadə  oluna  bilər.  Bunlardan 
əlavə,  1,5  yaşadək  olan  körpələrin  mühafizəsi  üçün  КЗД-6 
(uşaq mühafizə kamerası, 6-cı tipi) uşağı mühafizə cihazı var-
dır. 
Tabeldənkənar  əleyhqazlara  sənaye  əleyhqazları,  xüsusən 
kimya  müəssisələrində  işlədilən  əleyhqazlar  aiddir.  Bu  əleyh-
qazların qutuları xüsusiləşdirilmişdir, yəni müəyyən bir zəhərli 
maddədən  mühafizə  üçün  nəzərdə  tutulmuşdur,  ona  görə  də 
qutunun tərkibində müxtəlif uducular və aerozol süzgəcləri ola 
bilər. 
 
 
 
ġək. 25. Uşaq əleyhqazı: 
1-gövdə; 2-obtürator; 3-birləşdirici boru; 4-gözlük; 5-nəfəsalma 
klapanı; 6-nəfəsvermə klapanı; 7-süzücü-uducu qutu; 8-geydirilmə qayka; 
9-başlıq; 10-qarant toqqaları; 11-çanta 


 
84 
 
 
ġək. 26. Uşaq mühafizə kamerası КЗД -6: 
a) Qayışda daşıma;  b) Xizəkdə və ya uşaq arabasında daşıma 
1-üzlük hissə; 2-diffuziyasorbent elementi; 3-çiyin qayışı; 4-karkas;               
5-döşəmə hissəsi; 6-sıxıcı; 7-nəzarət pəncərəsi; 8-əlcək 
 
Süzücü əleyhqaz süzücü-uducu qutudan və üzlük hissədən  
ibarətdir.  Əleyhqazın  komplektinə  (dəstinə)  həmçinin  onun 
çantası və
 
tərləməyən plyonkalar olan qutucuq, yaxud əleyhqa-
zın  üzlük  hissəsindəki  gözlüyün şüşələrini tərdən qoruyan xü-
susi qələm də daxildir. 
ГП-5 və ГП-5M əleyhqazları kiçik ölçülü (ГП-5 tipli) sü-
zücü-uducu qutu və şlemmaska tipli üzlük hissə ilə komplekt-
ləşdirilir. ГП-5m əleyhqazının şlemmaskasında membranlı qu-
tu  var  (qutuda  danışıq  tərtibatı  yerləşdirilmişdir).  ГП-5  və     
ГП-5 m əleyhqazlarının üzlük hissələrində birləşdirici boru ol-
mur,  onlar  bilavasitə  süzücü-uducu  qutuya  birləşdirilir.  Şlem-
maskalar beş ölçüdə (membranlı şlemmaskalar 4 ölçüdə) isteh-
sal  edilir.  Şlemmaskanın  ölçüləri  onun  çənəaltı  hissəsində  rə-
qəmlərlə göstərilir (şək. 27). 


Yüklə 7,28 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə