Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 7,28 Kb.
Pdf görüntüsü
səhifə20/39
tarix14.01.2018
ölçüsü7,28 Kb.
#20633
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   39

 
74 
 
 
ġək. 19. Sığlınacaq: 
1-Hermetik mühafizə qapısı; 2-şlyür kameralar; 3-sanitar-məişət otağı; 
4-əhali  üçün əsas otaq; 5-qəza çıxış yolu; 6-süzücü ventilyasiya kameraları; 
7-tibb otağı; 8-ərzaq otağı
 
Sığınacaqlar  qorunan  insanların  sanitar-gigiyenik  şəraitini 
təmin  edərək  daxildə  karbon  qazının  miqdarının  1%-dən, 
nəmliyin  70%-dən,  temperaturun  23º-dən  çox  olmasına  şərait 
yaratmır.  
Qəza  çıxışı  tunel  şəklində  qazılaraq  90x130  sm  ölçüdə 
olur. Tunelin divarları hermetik mühafizə vasitələri ilə bərkidi-
lir.  Qəza  çıxışının  sonu  ərazidə  olan  binaların  hündürlüyünün 
yarısının üzərinə 3 m gəlməklə müəyyən olunur.  
Sığınacaqlarda  elektrik  təchizatı  adətən  xarici  elektrik  şə-
bəkəsi,  lazım  gəldikdə  isə  ayrıca  elektrik  mənbəyi  olan  dizel 
elektrik  stansiyası  hesabına  aparılır.  Bu  mənbələr  sıradan  çıx-
dıqda qəza işıqlandırması kimi elektrik fanarlarından, bateriya-
lardan  və  s.  istifadə  oluna  bilər.  Sığınacaq  obyektin  idarəetmə 
məntəqəsi ilə əlaqəni təmin edən telefon vasitəsi ilə, həmçinin 
rayon və  ya  yerli obyekt radiotranslasiya şəbəkəsinə qoşulmuş 
repreduktorla təchi edilir.  
Sığınacaq  ümumi  su  və  kanalizasiya  şəbəkəsinə  qoşulur. 
Bundan  əlavə,  qəza  vəziyyətləri  üçün  “S”  ehtiyatı  yaradılır. 
Qəza su еhtiyatının minimal həcmi hər bir adam üçün saxlan-
ma müddətində 6 litr içməli, 4 litr isə sanitar-gigiyenik tələbat 
hesabı  ilə  götürülür.  600  və  daha  çox  tutumlu  sığınacaqlarda 


 
75 
əlavə olaraq yanğınsöndürmə üçün 4,5 m
3
 su ehtiyatı yaradılır. 
Sığınacaqlarda  isidilmə  ümumi  isitmə  sistemi  vasiəsi  ilə 
aparılır.  
Qorunan  insanlar  sığlnacağın  hündürlüyündən  asılı  olaraq 
2 və ya 3 mərtəbəli taxtlardan və kətirlərdən istifadə edir. Kəti-
lin oturacaq ölçüsləri 0,45x0,45 m, taxtın yatacaq hissəsinin öl-
çüləri 0,55x1,80 m, kəbirin və taxtın döşəmədən olan hündür-
lüyü 0,45 m, taxt mərtəbələri arasında olan məsafə 1,1 m təşkil 
edir. 2 və 3 mərtəbəli taxtların ümumi sayı sığınacağın tutumu-
nun müvafiq olraq 20 və 30%-i qədərdir. Sığınacaqda dozimet-
rik  cihazlar,  kimyəvi-kəşfiyyat  cihazları,  mühafizə  paltarları, 
yanğınsöndürmə vasitələri, qəza üçün ehtiyat alətlər, qəza işıq-
landırma vasitələri, ərzaq və su ehtiyatı, sanitar vasitələr yerləş-
dirilir.  
 
4.3. Radiasiya əleyhinə daldanacaqlar 
 
Radiasiya  əleyhinə  daldanacaqlar  (RƏD)  yerin  radioaktiv 
zəhərlənməsi zamanı əhalinin xarici qamma və neytron şüalan-
malarından,  tənəffüs  orqanlarına,  paltara  və  dəriyə  radioaktiv 
tozların  düşməsindən,  həmçinin  nüvə  partlayışlarının  işıq  şüa-
lanmasından  qorunmasını  təmin  edir.  RƏD  konstruktiv  daya-
nıqlığından asılı olaraq, həmçinin, əhalini nüvə partlayışlarının 
zərbə dalğasından və dağılan binaların qırıntılarından da müha-
fizə edə bilər. Bu zaman RƏD-in mühafizə xüsusiyyətləri onun 
torpaq səviyyəsindən hansı məsafədə yerləşməsindən asılı olur  
və mühafizə əmsalı K ilə qiymətləndirilir. 
K mühafizə əmsalı açıq ərazidə 1m yüksəklikdə olan radia-
siyanın səviyyəsi RƏD daxilindəki radiasiya səviyyəsindən ne-
çə  dəfə  yüksək  olmasını,  daha  doğrusu,  RƏD-in  radiasiya  sə-
viyyəsini  azaltmasını  xarakterizə  edir.  Mühafizə  əmsalından 
asılı  olaraq  RƏD  qruplara  bölünür.  Əmsalın  qiyməti  nə  qədər 
böyük olarsa, RƏD daha etibarlı hesab edilir. Əmsalın qiyməti 
həmçinin RƏD inşa olunduğu materialın keyfiyyətindən və qa-


 
76 
lınlığından  asılıdır.  Materialın  sıxlığı,  qalınlığı  və  keyfiyyəti 
yüksəldikdə K mühafizə əmsalının da qiyməti artır. 
Müxtəlif  materiallardan  keçərkən  qamma  və  neytron  şüa-
lanmasının qiymətinin 2 dəfə azalması cədvəldə göstərilmişdir.  
Zirzəmi  və  digər  tikililərin  RƏD  kimi  hazırlanması  üçün 
isə  əhali və MM-in texnika və qüvvələri cəlb olunur. Düşmən 
hücumu təhlükəsi yarandıqda RƏD qısa müddət ərzində hazır-
lanmalıdır. RƏD-in tam həcmdə təmin edilməsi üçün hələ sülh 
dövründə MM qərargahı bu məqsədlə istifadə olunması müm-
kün olan tikililərin qeydiyyatını apararaq xüsusi sənədlər hazır-
layır.  RƏD  üçün  hazırlanan  tikililərin  tutumu  müxtəlif  ola  bi-
lər. Əgər fərdi yaşayış evlərindən bu məqsədlə istifadə nəzərdə 
tutulursa,  onun  tutumu  5-10  nəfərlik,  sülh  şəraitində  istifadə 
olunmayan tikililərdə 10-50 nəfərlik, sülh şəraitində xalq təsər-
rüfatının ehtiyacı üçün istifadə planlaşdırılan yeni inşaa olunan 
tikililərdə  isə  tutum  50  nəfərdən  çox  insan  üçün  hesablanır. 
RƏD-də insanlar üçün minimal şərait yaradılır. 
Cədvəl 4  
Qamma və neytron şüalanmanın müxtəlif materiallarda iki 
dəfə azalması qalınlığı göstəriciləri. 
Material  
Material sixlığı, 
(q/sm
2

Yarımzəifləyici qat, (sm) 
Neytronlar 
 üçün 
Qamma şualanma 
üçün radioaktiv 
buludun izində   
Su 
Taxta 
Polietilen 
Qrunt 
Kərpic ortük 
Beton 
Polad, dəmir 
Qurquşun 
Şüşəplastik 

0,7 
0,95 
1,8 
1,6 
2,3 
7,3 
11,3 
1,7 
2,7 
9,7 
2,7 
9,0 
10,0 
8,2 
11,5 
12,0 
4,0 
13,0 
21,0 
14,0 
8,4 
8,4 
5,6 
1,8 
1,3 
12,0 
 
Daldanacaqda  sanitar  qovşağın,  ventilyasiya  kamerasının 
və  çirkli  üst  geyimlərinin  saxlanması  yerinin  hazırlanması 


Yüklə 7,28 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə