Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 7,28 Kb.
Pdf görüntüsü
səhifə28/39
tarix14.01.2018
ölçüsü7,28 Kb.
#20633
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   39

 
104 
Uzun illər öncə kənd təsərrüfatı bitkilərinin zərərvericiləri 
ilə aparılan mübarizə tədbirlərinə bitkilərin becərilməsi zamanı 
görülən  işlər  kompleksində  heç  bir  əhəmiyyəti  olmayan  sahə 
kimi baxılırdı. Zərərvericilərlə mübarizə onların əmələ gəlmə-
sinin ilk vaxtlarından deyil, kütləvi surətdə çoxaldıqları zaman 
aparılırdı. Tələsik aparılan bu mübarizədə nəzərdə tutulan ayrı-
ca bir tədbir həyata keçirilirdi. Belə bir vəziyyət hələ indi də bir 
çox  kapitalist  ölkələri  üçün  xarakterikdir.  Mübarizə  tədbirləri 
sistemində xarakterik cəhəd odur ki, bu sistemdə bitkiləri mü-
hafizə məqsədi ilə aparılan bütün mübarizə tədbirləri bir-birini 
tamamlayır və ardıcıl həyata keçirilir. 
Kənd təsərrüfatına zərər vuran həşəratlar və alaqlara qarşı 
bir  çox  mübarizə  tədbirləri  həyata  keçirilir.  Bunlar  aşağıdakı-
lardır: aqrotexniki, bioloji, fiziki  və kimyəvi mübarizə üsulları. 
Kənd  təsərrüfatı  bitkilərinin  və  məhsullarının  zərərverici-
lərdən  qorunmasında  mübarizə  tədbirləri  sistemində  əsas  yer-
lərdən birini kimyəvi mübarizə üsulu tutur. 
XVIII  əsrdə  kimya  elminin  və  bitkilərə  zərər  verən  canlı 
orqanizmlər haqqında baxışların inkişafı ilə əlaqədar olaraq bit-
kilərin  kimyəvi  mühafizəsi  də  inkişaf  edir.  Bu  dövrdə  bir  çox 
zərərvericilərə  qarşı  ağacları  fumiqasiya  etmək  üçün  sinil  tur-
şusu və Paris yaşılı tətbiq edilirdi. 
Kənd  təsərrüfatı  bitkilərinin  zərərvericiləri  əleyhinə  tətbiq 
edilən kimyəvi mübarizə üsulu xüsusi kimyəvi maddələrin işlə-
dilməsinə əsaslanır. Belə kimyəvi zəhərli maddələrlə bəzi halda 
bilavasitə zərərvericinin  özünə, digər halda isə qidalanma mü-
hitinə (yarpaqlara, torpağa, dənə və s.) təsir edirlər. Hər iki hal-
da zərərverici orqanizm ilə zəhər arasında təmas (kontakt) əmə-
lə gəlir.   
Zəhərlərin  sinifləşdirilməsi.  Praktikada  zəhərli  kimyəvi 
maddələr bir neçə üsullarla, o cümlədən onların hansı orqaniz-
mə qarşı istifadə və təsir etmələrindən asılı olaraq sinifləşdiri-
lir. Canlı orqanizmlərə qarşı istifadə edilmələrindən asılı olaraq 
aşağıdakı qrup zəhərlər vardır: 


 
105 
-  insektisidlər  –  bunlar  həşərata  qarşı  mübarizədə  istifadə 
edilən zəhərlərdir; 
-  fungisidlər  –  bu  zəhərlər  göbələklərə  qarşı  tətbiq  edilir 
(bu  qrupda  virus  xəstəliklərinə  qarşı  işlədilən  zəhərlər  də  var-
dır); 
- akarisidlər – bu zəhərlər gənələrlə mübarizədə tətbiq edi-
lir; 
-  zoosidlər  –  bu  onurğalı  zərərvericilərə  qarşı  istifadə  edi-
lən zəhərlərdir. 
- bakterisidlər – bakteriyalar əlehinə işlədilən zəhərlərdir. 
Fiziki  halından  və  quruluş  xüsusiyyətlərindən,  zərərverici-
lərin  həyat  tərzindən,  eləcə  də  xarici  mühit  amillərindən  asılı 
olaraq  kimyəvi  zəhərlər  çiləmə,  tozlama,  tüstüləmə,  fumiqasi-
ya, aldadıcı yemlər, yapışqanlı halqalar və zolaqlar və s. Üsul-
larla tətbiq olunur. 
Çiləmə  üsulunda  kimyəvi  maddə  ya  sulu  məhlul,  suspen-
ziya və ya emulsiya halında xüsusi çiləyici aparatla çilənir. 
Tozlama  üsulunda  kimyəvi  maddə  zərərverici  ilə  yolux-
muş,  yaxud zədələnmiş bitki üzərinə toz halında (xalis, yaxud 
zərərsiz qarışdırıcılarla – yol tozu, kaolin, kül və s.) səpilir. 
Tüstüləmə  üsulu  zərərvericilərə  qarşı  tüstü  ilə  mübarizə 
aparmaqdan ibarətdir. 
Fumiqasiya  üsulunda  zəhərli  maddə  zərərvericilərə  qarşı 
qaz, yaxud buxar halında işlədilir. 
Aldadıcı yemlər kimyəvi maddə ilə zərərvericinin qidasını 
zəhərləməkdən ibarətdir.   
Yapışqan halqaları meyvə və başqa ağaclarda tumurcuq və 
yarpaqları yeyən həşəratın ağaclara dırmaşmasının qarşısını al-
maq məqsədilə tətbiq edilən üsuldur. 
Kimyəvi  zəhərlərdən  biri  olan  dinitroortokrezol  (DNOK) 
sarı  rəngli,  iysiz,  suda  həll  olan,  təsiredici  maddəsi  40%  olan 
tozşəkilli  birləşmədir.  Preparatın  1%-li  məhlulu  erkən  yazda 
meyvə  bağlarının,  üzüm  tənəklərinin,  digər  giləmeyvəlilərin 
başlıca  zərərvericilərini  (yastıcalar,  mənənələr,  gənələr,  alma 


 
106 
güvəsi və s.) qışlama fazasında məhv etmək üçün tətbiq edilir. 
Nitrofen  tünd-qəhvəyi  rəngdə,  kəskin  iyli  kütlədir.  Tərki-
bində 60% təsiredici maddə vardır. Pasta şəklində buraxılır, su 
ilə yaxşı qarışır. Meyvə, giləmeyvə bitkiləri və üzüm tənəkləri 
zərərvericilərinin qış ehtiyatını məhv etmək üçün çilənir. 
Karfobos  adlanan  zəhər  kontakt  təsirli,  xoşa  gəlməyən  iyi 
olan qatı mayedir. Bir sıra üzvi həlledicilərdə yaxşı həll olunur. 
Rütubətin, işığın və temperaturun təsirindən tez parçalanır. Me-
tofosa  nisbətən  insanlar  üçün  az  zəhərlidir.  Bitkilərə  karbofos 
çilənilməsi, məhsul yığımına 20 gün qalmış dayandırılmalıdır. 
Kənd  təsərrüfatı  bitkilərinə  zərərverici  həşəratlarla  yanaşı 
alaqlar da ziyan vurur. Alaqlarla mübarizədə də kimyəvi müba-
rizə əhəmiyyətli hesab olunur.Alaq otlarına qarşı istifadə edilən 
kimyəvi  maddələr  herbisid  (latınca:  herbus  –  ot,  tsida  –  məhv 
edirəm) adlanır. 
Herbisidlərdən  başqa,  kənd  təsərrüfatında  zərərvericilərə 
qarşı  pestisidlər,  ağac  və  kol  bitkilərini  məhv  edən  arbosidlər, 
su  alaqlarını  məhv  edən  olçisidlər,  məhsulu  maşınla  yığılacaq 
sahədə  bitkilərin  yarpağını  tökmək  üçün  defoliantlar,  bitkiləri 
tam qurutmaq üçün desikantlar geniş istifadə olunur. 
1932-ci ildə taxıl sahələrində ikiləpəli birillik alaqlara qarşı 
dinitroortokrezol (DNOK) herbisidi kəşf edildi. Həmin herbisid 
az  normada  yüksək  təsiredicilik xüsusiyyətinə  malik  olduğuna 
görə uzun müddətdir ki, geniş sahələrdə tətbiq olunur. 
Payızlıq taxıl əkinlərində birillik ikiləpəli alaqlara qarşı 2,4 
D amin duzu; 2,4 D kottamin; 2M-4X; Veed – killer; qransfar 
herbisidlərindən geniş istifadə olunur. 
Pambıq  əkinlərində  birillik  birləpəli  və  ikiləpəli  alaqlara 
qarşı hektara 1,5-2,0 kq prometrin; 0,7-1,4 kq monuron; 0,7-1,4 
kq  diuron;  1,5-2,5  kq  kotaron  herbisidlərindən  istifadə  edilir. 
Herbisidlər səpindən qabaq, səpinlə birlikdə və pambıq cücərti-
ləri alınana qədər olan müddətlərdə tətbiq edilir. 
Çuğundur əkinlərində birillik birləpəli və ikiləpəli alaqlara 
qarşı  təsiredici maddə hesabilə hektara 6-10 kq TXA;  6-12 kq 


Yüklə 7,28 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə