Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 7,28 Kb.
Pdf görüntüsü
səhifə30/39
tarix14.01.2018
ölçüsü7,28 Kb.
#20633
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   39

 
110 
daha uzun müddətli saxlanıla bilər. 
Cədvəl 6 
Heyvandarlıq tikintisində bağlanmış pəncərə, qapı və 
ventilyasiya boruları şəraitində mikroiqlim göstəriciləri 
Sınaq vaxtı 
Tikilidəki 
temperatur, 
º

Nisbi 
nəmlik, 

Tikili daxilindəki 
havada olan miqdar 
karbon 
qazı, % 
ammoniyak
, mq/l ha 
Tikili  bağlanmamış-
dan əvvəl 
15 
94 
0,2 
0,022 
Bağlandıqdan sonra: 
3 saat 
6 saat 
12 saat 
14 saat 
15 saat 
20 saat 
24 saat 
 
19 
20 
22 
22 
21 
21 
22 
 
95 
95 
100 
100 
100 
100 
100 
 
0,6 
1,14 
4,77 
7,36 
6,3 
6,5 
6,89 
 
0,204 




0,218 

 
Qeyd: 1. Göstərilən nəticələrə 24 saat müddətində 7 litr gündə-
lik məhsuldarlığı olan sağmal inək və buzovların saxlanması ilə əldə 
olunmuşdur. 
2. Tikili xaricində temperatur gündüz 16
º
C-dək,  gecə  2
º
C təşkil 
etmiş,  küləyin  sürəti  1,5-2,5  m/san  olmuşdur.  Xarici  temperatur  15 
saatdan  sonra  2
º
C-dək  enmiş,  küləyin  sürəti  isə  2,5  m/san-dək  yük-
səlmişdir. 
 
 
Tikili daxilində sağmal inəklər üçün 16 m
3
, 2 yaşadək ca-
van heyvanlar üçün 12-13m
3
, qoyun və davarlar üçün 6m

hava 
həcmi yaradıldıqda heyvanlar ventilyasiyasız  daha uzun müd-
dətli  saxlanıla  bilər.  Yüksək  dağlıq  ərazilərdə  qışda  xarici 
temperatur  -20
º
C, küləyin sürəti 2-1 m/san olduğundan ventil-
yasiyasız  saxlanma  müddəti  72  saat,  küləyin  sürəti  5-6  m/san 
olduqda 90 saata qədər təşkil  edir.  Xarici  temperatur +10
º
C-
dən +20
º
C-dək, küləyin sürəti 0-3 m/san olduqda ventilyasiya-
sız saxlanma müddəti 24 saata qədərdir. Tikilidə ventilyasiya-
nın  tətbiqi  üçün  heyvanların  bədən  temperaturunun  1-1,5
º



 
111 
yüksəlməsi və karbon qazının miqdarının 5%-i ötməsi həyəcan 
siqnalı  rolunu  oynayır.  Ona  görə  də  tikili  daxilində  müxtəlif 
yerlərdə  olan  3-5  heyvanın  temperaturu  ölçülməsi  ilə  proses 
nəzarətdə  saxlanılır.  Karbon  qazının  havadakı  miqdarı  5,6%-i 
keçdikdə  isə  yandırılan  kibrit  dərhal  sönür.  Bu  halda  tikilinin 
ventilyasiya  borusu  (ətrafdakı  radiasiya  səviyyəsi  imkan  ver-
dikdə pəncərə) dərhal açılır. Nüvə partlayışlarının gücündən və 
tikilinin  partlayış  mərkəzindən  olan  məsafəsindən  asılı  olaraq 
radioaktiv  tozların  torpağa  köçməsi  və  nüvə  buludunun  tikili 
ərazisinin  tərk  etməsindən  sonra  küləyin  istiqamətində  olan 
pəncərələr və ventilyasiya borusu açılır. Bu zaman ventilyasiya 
borusu  ilə  radioaktiv  tozların  tikiliyə  daxil  olması  heyvanlar 
üçün təhlükəli hesab edilmir. 
 
5.8. Heyvanların mühafizəsi üçün digər vasitələr 
 
Heyvanların  saxlanması  üçün  tikililər  kifayət  etmədikdə 
qazmaların  yaradılması  tövsiyə  olunur,  bu  məqsədlə  2,5-3  m 
dərinlikdə, 3-4 m enində torpaq qazılır. Qazmanın tavanı dirək 
və taxta ilə örtülür, üzərinə isə 40-60 sm hündürlüyündə torpaq 
kütləsi verilir. Qazmalar düzəldilərkən qrunt sularının səviyyə-
si nəzərə alınmalıdır. Əgər qrunt sularının səviyyəsi yüksəkdir-
sə, onda qazmanın divarları taxta ilə möhkəmləndirilməlidir. 
Qazma daxilində heyvanların növündən asılı olaraq axırlar, 
düzəldilir,  sidiyin  kənarlaşması  üçün  maillik  yaradılır  və  top-
lanma üçün çuxur qazılır. Qazmalar əsasən 2-10 heyvanın sax-
lanması üçün nəzərdə tutulur. 
Zərbə dalğası və radioaktiv buludun təsirindən heyvanların 
qorunmasını  təmin  etmək  məqsədilə,  yerin  xüsusiyyətindən 
(yarğanlar,  böyük  meşələr)  istifadə  etmək  mümkündür.  Meşə-
nin  radioaktiv  maddələrdən  mühafizə  əmsalı  2-yə  bərabərdir. 
Meşədə heyvanların mühafizəsini təmin etmək üçün onları me-
şə kənarından azı 500 m dərinliyə aparmaq lazımdır. Kiçik me-
şələr,  meşə  zolaqları  radioaktiv,  zəhərləyici  maddələrdən  və 


 
112 
bakterioloji vasitələrdən mühafizəni təmin etmir. 
Heyvanların köçürülməsi. Böyük şəhərlərə və ya vacib sə-
naye  obyektlərinə  hücum  təhlükəsi  yarandıqda,    yaxınlıqdakı 
təsərrüfatlarda  olan  heyvanlar  təhlükəsiz  məsafəyə  köçürülür. 
Daşqın ehtimalı yarandıqda da heyvanların köçürülməsi vacib-
dir. Köçürülmə nəqliyyat vasitələri (avtonəqliyyat, dəmir yolu, 
su nəqliyyatı) və ya sürü (naxır) ilə piyada yolu ilə icra edilir. 
Köçürmə zamanı avtomobil, dəmir yolu nəqliyyatı ilə zəhərlən-
miş zonadan keçərkən insan və heyvanların zəhərlənməyə mə-
ruz  qalmaması  üçün  bütün  tədbirlər  görülməlidir.  Dəmir  yol 
vaqonlarında qapı və bacalar (yük) bağlanır, avtomobil nəqliy-
yatında heyvanlar əldə olan materiallara (brezent) bükülür, zə-
hərlənmiş zonadan keçərkən insan və heyvanlar üçün tənəffüs 
orqanları  üçün  fərdi  mühafizə  vasitələrindən  istifadə  olunur. 
Nəqliyyat zəhərlənmə zonasında artırılmış sürətlə və dayanma-
dan keçməlidir.  
Heyvanların fərdi mühafizə vasitələri. Mühafizə vasitələri 
əsasən qiymətli heyvanlar üçün nəzərdə tutulur və zəhərlənmə 
zonasından keçərkən istifadə olunur. İribuynuzlu heyvanlar və 
atların  tənəffüs  və  qida  yollarının  mühafizəsi  üçün  mühafizə 
maskalarından  istifadə  olunur.  Mühafizə  maskası  gövdədən, 
diblikdən və tesmalardan ibarətdir. Gövdə və diblik üç qat kisə 
materialından  hazırlanır.  Onların  arasına  süzgəc  materialı  qo-
yulur. Ən yaxşı süzgəc materialı ФПП və ya ФПА tipli Petiria-
nov parçası hesab edilir. Maskanın kənarlarının heyvanın üzü-
nə daha kip birləşməsi üçün tesmalar tikilir. Mühafizə maskası 
50 q duz, 450 mml su və 500 mml bitki yağından hazırlanmış 
yağlı  qarışıqla  hopdurulduqda  o,  tənəffüs  yollarını  zəhərləyici 
maddələrdən də mühafizə edə bilir.  
Dəri səthinin mühafizəsi üçün brezent, plyonka, kisə mate-
rialı  və  s.  istifadə  olunur.  Heyvanların  ətraflarını  (ayaqlarını) 
zəhərləyici  maddələrdən  brezentdən  tikilmiş  corablar  vasitəsi 
ilə mühafizə etmək mümkündür. Bunun üçün ətraflar əvvəlcə-
dən su ilə hopdurulur və gil pastası ilə (1 vedrə gil, 2 litr su və 


Yüklə 7,28 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə