Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 7,28 Kb.
Pdf görüntüsü
səhifə32/39
tarix14.01.2018
ölçüsü7,28 Kb.
#20633
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   39

 
116 
vəndləşdirmə və dezinfeksiya tədbirlərinin icrasını nəzərdə tutur. 
 
5.9.  Bitkicilik  məhsullarında  səthi  radioaktiv  çirklənmənin 
azalması üçün tədbirlər 
 
Açıq tarla şəraitində bitkilərin radioktiv çirklənmədən bir-
başa  mühafizəsini  təmin  etmək  demək  olar  ki,  mümkün  deyil, 
ançaq    bir  sıra  aqrotexniki  tədbirlər  görməklə  məhsulun  qiy-
mətli  təsərrüfat  hissələrində  radioaktiv  çirklənməni  azaltmaq 
olar. Məsləhət görülən tədbirlərin əsas məqsədi  məhsulun qiy-
mətli  təsərrüfat  hissələrində,  torpaq  səthində  əlavə  radioaktiv 
cirklənmənin azaldılmasından və radioaktiv cirklənmənin mak-
simal  tez  bir  vaxtda  bitkilərin,  toxumların,  meyvələrin  və  s. 
üzərindən təmizlənməsindən ibarətdir. 
Radioaktiv  cirklənən  kənd  təəsrrüfatı  bitkiləri  məhsulları-
nın istifadəsi barədə qərar qəbul edilərkən radioaktiv maddələ-
rin müxtəlif bitki və bitki orqanlarında saxlanma xüsusiyyətləri 
nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, radioaktiv maddə-
lərin bitki üzərinə çökməsi zamanı (hətta həlledici  formada da) 
kartof,  kök  bitkiləri,  qarğıdalı  buğdalarının  radioaktiv  cirklən-
mə  səviyyəsi  buğdada,  arpada,  qarabaşaqda  və  s.  olduğundan 
azdır. Ona ğörə də qida məqsədi ilə paxlalı bitkilərinin və qar-
ğıdalının  məhsullarından  istifadə  edilməsi  məqsədəuyğundur. 
Əhalinin  və  heyvanların  rasionunda  buğda  və  arpa  məsulları 
kartof və kök bitkiləri məhsulları ilə əvəz edilməlidir. Radioak-
tiv  cirklənmə  zamanı  yarpaqlı  tərvəzəlrin  istifadəsi  (göyərti, 
yaşıl  soğan  və  s.)  maksimum  dərəcədə  məhdudlaşdırılır.  Bun-
dan başqa kənd təsərrüfatı məhsullarının radioaktiv cirklənmə-
sinin  azalması  üçün  aşağıda  göstərilən  tətbirlər  həyata  keciril-
məlidir. 
        Torpağın Ģumlanması və gübrələrin tətbiqi. Nüvə part-
layışının radioaktiv buludunun çöküntüləri səpinlər üzərinə yö-
nəldikdə  B və V zonalarında  radiasiya şəraiti  imkan verən za-
man torpağın çirklənmiş üst qatını maksimum dərəcədə dərinli-


 
117 
yə aparan tam şumlama icra edilir. Radioaktiv çöküntülər bitki-
nin vegetasiya dövründə baş verdikdə məhsul  yığımından son-
ra torpaq əkini həmçinin dərin aparılmalıdır. 
         Az  məhsuldar  cəmənlik  və  örüşlərdə  adətən  ən  yüksək 
radioaktiv  çirklənmə  qeydə  alınır.  Belə  ərazilərin  şumlanmsı 
məqsədə uyğundur. Xam torpaqların isə  radioaktiv çöküntüləri 
daha dərinə basdirmaq və sonradan əkinə aid layla qarışdırma-
maq məqsədilə vintli kövaxırla, yaxud adi kotancıqsız kotanlar-
la şumlanması tövsiyyə edilir.  
       Gübrələr  sistemində  əsas  diqqət  az  çirklənmiş,  yüksək 
məhsuldarlıqlı torpaqlarda daha çox “təmiz” məhsulun alınma-
sına  yönəldilir.  Əsas  gübrələr  səthi  çirklənmiş  torpağın  tam 
şumlanmasından  sonra  ona  görə  verilir  ki,  gübrə  radioaktiv 
maddələrlə  qarışaraq  torpağa  və  bitkiyə  radioaktiv  izotopların 
keçmə səviyyəsini artırmasın. 
     Gübrənin verilməsi adi üsullarla aparılır. 
      Bitkilərə  qulluq.  Bitkilərə  qulluq    yüksək  məhsuldarlığın 
əldə edilməsi üçün torpaq-iqlim zonasına uyğun qəbul edilmiş 
aqroqaydalara  əsaslanır.  Alaqlara  qarşı  mübarizə  məqsədilə  
kimyəvi  maddələrdən  (herbisidlərdən)    daha  geniş  istifadə  et-
mək lazımdır. Bu cərgəarası əkin işlərinin sayını azaltmaqla bu 
zaman  yarana  biləcək  təkrar  çirklənmə  ehtimalını  minimuma 
endirir. 
     Kartof    becərilən  sahələrdə      şərait  imkan    verdikdə  cərgə-
arası  hissəni  4...8  sm  dərinliyidə  çevirmək  lazımdır.Bu  karto-
fun  radioaktiv  cirklənməsinin  dərəcəsini  bir  necə  dəfə  azalda 
bilər.  
      Məhsulun  yığılması.  Radioaktiv  cirklənməyə  məruz  qal-
mış  sahələrdən  məhsulun  yığılması  zamanı  aşağıda  göstərilən 
əsas tələblərə riayət etmək lazımdır. 
 1.  Bitkilərin  radioaktiv  çirklənmədən  təmizlənmə  dərəcəsinin 
radioaktiv çökmə vaxtı ilə məhsulun  yığılma vaxtından asılılı-
ğını  nəzərə alaraq yığımın aqrotexniki qaydaya riayət etməklə 
mümkün qədər gec aparılması lazımdır.  


 
118 
2.  İlk  olaraq daha az radioaktiv  çirklənmiş sahələrdən məhsu-
lun yığılması vacibdir. 
3.  Müxtəlif  dərəcədə  radioaktiv  çirklənmiş  sahələrdən  toplan-
mış məhsulların ayrılıqda yığılması lazımdır. 
 4. Hətta ən yaxın vaxtda  qida və yem üçün istifadəsi mümkün 
olmayan  məsul  məhv  edilməməli  və  ya    sahədə  yığılmamış 
saxlanmamalıdır. 
      Sahədə məhsulun  təkrar çirklənməsinin qarşısının  alınması 
üçün  tədbirlər  görülməlidir.Ona  görə  də  yığılmış  məhsulun 
saxlanması  üçün  açıq  torpaq    meydançalarından  istifadə  məh-
dudlaşdırılmalı, mümkün olmadıqda isə meydançanın beş san-
timetrlik  üst  torpaq  səthi  kənarlaşdırılmalıdır.  Kartof,  buğda, 
kök  bitkilərini  yığıldıqdan  sonra  uzun  müddət  açıq  şəraitdə 
saxlamaq  olmaz.  Toplanmış  məhsul  sahədən  birbaşa  hazırlan-
mış  meydançada  anbarlaşdırılmalı  və  ya  üzəri  örtülməlidir 
(brezent və s.). Buğda bitkilərinin  yığılmasında kombaynın yu-
xarı biçim üsulunun tətbiqi məqsədəuyğundur. 
     Yem bitkilərinin (çoxillik və birillik otların, qarğıdalı, günə-
baxan  və  s.)  yığımını  bitkilərin  eyni  zamanda    biçilməsini  və 
nəqletdirici  vasitələrə  yüklənməsini  təmin  edən  maşınlarla 
aparmaq lazımdır.Bu zaman biçilmiş hissənin çirkli torpaq sət-
hi ilə ələqəsini məhdudlaşdirmaq tələb olunur.  
      Yığım    və  anbarlaşdırılma  prosesində  bütün  məhsul  radio-
aktiv  maddələrlə  çirklənmə  dərəcəsinə  və  çirkli  məhsullardan 
təhlükəsiz  istifadənin  sanitar  normalarına  uyğun  olaraq  aşağı-
dakı qruplar üzrə çeşidlənilir: qida istifadəsi üçün
-
 
qida üçün istifadəyə
-
 
yem üçün istifadəyə; 
-
 
texnoloji emal üçün (nişasta, qənd, yağ).  
            Nəzərə  almaq  lazımdır  ki,  radioaktiv  maddələrin  bura-
xıla  bilən  miqdarı  ikinci  qrup  məhsulda  birinci  qrupdakından 
10 dəfə artıq, üçüncü qrupda isə  (son məhsulun qida məqsədi 
ilə istifadəsi zamanı) ikinci qrupdakından 10 dəfə çox ola bilər. 
    İstənilən  dərəcəli  çirklənmiş  sahədən  toplanmış  texniki  və 


Yüklə 7,28 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə