Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 7,28 Kb.
Pdf görüntüsü
səhifə29/39
tarix14.01.2018
ölçüsü7,28 Kb.
#20633
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   39

 
107 
TDXM herbisidləri tətbiq edilir. Bundan başqa, birillik enliyar-
paqlı  və  taxıl  fəsiləsinə  aid  olan  alaqlara  qarşı  hektara  1,0-1,5 
kq triallat və həmin norma ilə alipur; hektara 10-15 kq murbitol 
və 3-5 kq eptam herbisidləri tətbiq edilir.     
Kənd təsərrüfatında dinc məqsədlər üçün və eləcə də zərər-
vericilərə qarşı mübarizədə istifadə edilən zəhərli maddələr in-
san həyatı üçün təhlükəli də ola bilir. Belə ki, onlardan istifadə 
zamanı  müxtəlif  zəhərlənmələr  və  digər  ağır  fəsadlarlar,  hətta 
ölümlə nəticələnən hallara da rast gəlmək mümkündür. Bu hal-
lardan qorunmaq üçün zəhərli preparatlara qarşı mühafizə qay-
dalarına riayət etmək vacib sayılır. Zəhərlə işləyən bütün şəxs-
lər zəhərin əsas xassəsini və iş zamanı onlarla davranmaq qay-
dalarını  bilməlidirlər.  Anbarlarda  toz  şəklində  olan  zəhərlərlə 
işləyən zaman respirator (yaxud alt tərəfdən tənzif bağlanması), 
gözlük və əlcəklərdən istifadə edilməlidir. Hər gün iş qurtaran-
dan sonra üst paltarları diqqətlə təmizləmək, alt paltarı isə 2-3 
gündən  bir  dəyişmək  lazımdır.  Xüsusi  geyimlər  və  respirator-
ları  evə  aparmağa,  yaxud  yaşayış  yerlərində  saxlamağa  icazə 
verilmir. Onlar zəhər anbarlarında xüsusi yerlərdə saxlanılmalı-
dır.  İşdən  sonra  zəhər  qalığı  hesaba  alınmalı  və  dərhal  daimi 
saxlanılma yerinə göndərilməlidir. 
Zəhərli  işçi  tərkiblərin  hazırlanma  yerləri  işdən  sonra  ya 
şumlanmalı,  yaxud  da  ora  torpaqla  basdırılmalıdır.  Kimyəvi 
mübarizə,  məhsul  yığımına  20-25  gün  qalmış  dayandırılmalı-
dır. Zəhərli tərkibləri hazırlayan zaman ehtiyatlı  olmaq lazım-
dır  ki,  gözə,  dodağa  və  bədənin  başqa  yerlərinə  zəhər  düşmə-
sin. 
Zəhərlə işləyən zaman qidalanmaq, siqaret çəkmək olmaz. 
Yemək, içmək və siqaret çəkmək üçün xüsusi yer ayrılmalıdır. 
Həmin  yerə  zəhərlə  işləyən  zaman  geyinilmiş  xüsusi  geyimlə 
girmək olmaz. 
Zəhərlə işləyən bütün şəxslər həmin işdə 6 saatdan artıq iş-
ləməməlidir. İş gününün qalan vaxtını isə əlaqəsi olmayan baş-
qa  işlərlə  məşğul  olmalıdırlar.  Gündəlik  qida  normasında  süd 


 
108 
və süd məhsullarından istifadə nəzərə alınmalıdır. 
Zəhərlə işləməyə  yeniyetmələrə, hamilə və südəmər uşağı 
olan qadınlara icazə verilmir. 
Zəhərli  preparatlara  qarşı  mühafizə  qaydalarına  riayət 
olunması  insanların  xoşagəlməz  və  bədbəxt  hadisələrdən  qo-
runması  ilə  təhlükəsiz  həyat  fəaliyyətinin  davam  etdirilməsinə 
zəmin yaradır. 
 
5.7. Heyvandarlıq tikililərində heyvanların mühafizəsi 
 
Heyvanların mühafizəsi üçün təsərrüfatda olan heyvandar-
lıq tikililərindən istifadə olunur. Bu məqsədlə tikililərdə lazımi 
hazırlıq işləri görülməlidir. Əgər yaşayış sahəsinin nüvə partla-
yışlarının təhlükəli və ya fövqəl təhlükəli zəhərlənmə zonasına 
daxil  olması  ehtimal  olunursa,  onda  heyvandarlıq  tikilisi-nin 
qamma  süalarına  qarşı  müqavimətini  artırmaq  üçün  60-70  sm 
kənardan  hündürlüyü  140-150  sm  olan  hasar  çəkilir  və  aralıq 
hissə torpaqla doldurulur.  
Yanğın təhlükəsinin aradan qaldırılması üçün tikilinin ətra-
fı quru otlardan və yanğına meyilli materiallardan təmizlənir və 
perimetr boyunca torpaq şumlanır. Tikilinin 20-30 metr ətrafın-
da yanğın söndürmə vasitələri olan lövhə yaradılır.  
Tikili daxilində 5-7 sutkalıq yem ehtiyatı yaradılır. Əgər ti-
kili mərkəzləşdirilmiş su təminatına malik deyilsə, onda həmin 
müddət üçün tutumlarda su ehtiyatı da yaradılmalıdır. Daxilin-
də yem ehtiyatının saxlanılması üçün tikili divarına bitişən tax-
ta lövhələrdən ibarət, tolla örtülmüş yer düzəldilir.  
Sutkalıq yem və su ehtiyatının minimal həcmi aşağıdakı ki-
midir: iribuynuzlu heyvanlar üçün 5-6 kq və ya 4-5 kq ot kütlə-
si və ya 1-2 kq yem qarışığı, 20-30 l su; buzov, keçi və qoyun-
lar üçün 0,5-1 kq ot kütləsi, 1-2 l su. Rasiondan duz çıxarılır.  
Böyük  tutumlu  heyvandarlıq  komplekslərində  uzunmüd-
dətli saxlanan heyvanlara qulluq və sağım məqsədi ilə tikilinin 
daxilində minimal sayda insanlar yerləşdirilir. Bu zaman aşağı-


 
109 
dakı normativə əməl olunmalıdır: qulluq üçün tək-3 nəfər, 150-
200  baş  sağlam  heyvan  üçün  4-5  nəfər,  fərdi  təsərrüfatlarda 
saxlanan heyvanların sayı az olduğundan qulluq və sağım təyi-
natları  birləşdirilir  və  daxildə  1  nəfər  insan  yerləşdirilir. 
İnsanların  tikili  daxilində  mühafizəsinin  təmin  olunması  üçün 
minimal istirahət şəraiti yaradılır.  
Ventilyasiya  ilə  avadanlıqlaşdırılmış  müasir  heyvandarlıq 
kompleksləri  və quşçuluq  fabriklərində zəhərli  hava kütləsinin 
qarşısının alınması məqsədi ilə hava çəkici yerlərdə süzgəc yer-
ləşdirilir.  Süzücü  material  kimi  aktivləşdirilmiş  kömürdən, 
xüsusi  parçadan  istifadə  etmək  mümkündür.  Bundan  əlavə, 
tikililər ventilyasiya sisteminin işlədilməsi, mexanikləşdirilmiş 
işlərin  icrası  məqsədi  ilə  (sağım  aparatlarının,  yem  və  suyun 
verilməsi mexanizminin işlədilməsi və s.) ayrıca elektrik ener-
jisi  mənbələrinə  malik  olmalıdır.  Elektrik  mənbələrinin  gücü 
tələb olunan səviyyədə olmadıqda istehsalat proseslərinin yeri-
nə  yetirilməsi  üçün  olan  qurğuların  işlədilməsinin  ardıcıllıq 
qrafiki tərtib olunur. 
Yaxşı  hazırlanmış  heyvandarlıq  tikilisi  tikilinin  tipindən 
asılı olaraq radioaktiv maddələrin miqdarını 130-300 dəfə, zə-
hərləyici  kimyəvi  maddələrin  miqdarını  isə  40-60  dəfə  azalda 
bilir.  Kərpicdən  inşa  olunmuş  tikililərdə  radiasiya  10-15  dəfə, 
taxta tikililərdə isə 3-5 dəfə zəiflədilir. Heyvanların tikililərdə 
qapalı  şəraitdə  uzunmüddətli  saxlanması  zamanı  mikroiqlimin 
dəyişməsi cədvəldə göstərilmişdir.  
Aparılan tədqiqatlar nəticəsində məlum  olmuşdur ki,  tem-
peratur və nəmliyin yüksəlməsi iri və xırda buynuzlu heyvanla-
ra  mənfi  təsir  göstərir.  +30
º
C  temperatur  və  98-100%  nisbi 
nəmlik  şəraitində  karbon  qazının  buraxıla  bilən  həddi  inəklər 
üçün 6-7%, qoyunlar üçün 8% təşkil edir.  
Qapalı və isti şəraitdə heyvanların saxlanılmasının davam-
lılığı  ətraf  mühitdəki  temperaturdan,  nəmlikdən,  küləyin  sü-
rətindən və tikilidəki hava həcmindən asılıdır. Temperatur aşa-
ğı,  küləyin  sürəti  yüksək  olduğunda  heyvanlar  qapalı  şəraitdə 


Yüklə 7,28 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə