Kitabın adı: Aqrar sahədə mülki müdafiə


 ƏHALĠNĠN KÖÇÜRÜLMƏSĠNĠN TƏġKĠLĠ VƏ



Yüklə 7,28 Kb.
Pdf görüntüsü
səhifə37/39
tarix14.01.2018
ölçüsü7,28 Kb.
#20633
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   39

 
132 
6. ƏHALĠNĠN KÖÇÜRÜLMƏSĠNĠN TƏġKĠLĠ VƏ 
KÖÇÜRMƏ ORQANLARI 
 
6.1. Əhalinin köçürülməsinin (təxliyənin) təĢkili, 
köçürülmənin növləri, köçürmə (təxliyə) orqanları 
 
Köçürmə  tədbirlərinin  (təxliyənin)  yerinə  yetirilməsi  föv-
qəladə hallarda əhalinin mühafizəsinin ən səmərəli üsullarından 
biridir. Köçürmə tədbirləri həm sülh dövründəki fövqəladə hal-
larda  (təbii fəlakətlər, qəzalar zamanı), həm də müharibə döv-
rünün fövqəladə hallarında (müasir kütləvi qırğın vasitələri iş-
lədilərkən)  əhalinin  təhlükəsizliyini  təmin  etmək  üçün  həyata 
keçirilir. 
Həyatı və fəaliyyəti üçün təhlükə yaranan rayonlardan əha-
linin mütəşəkkil surətdə çıxarılıb (nəqliyyatda və piyada) təhlü-
kəsiz  rayonlarda  (zonalarda)  yerləşdirilməsi  üzrə  tədbirlər 
kompleksidir (şək. 39). 
 
 
 
ġək. 39. Əhalinin köçürülmə planı 
 
Köçürmə  tədbirləri  əhalini  təhlükəli  sahələrdən  (zədələmə 
ocaqlarından)  təhlükəsiz  rayonlara  vaxtında  çıxarmağa  və  bu-
nunla  da  fövqəladə  halların  təsirindən  törəyən  tələfatı  maksi-
mal dərəcədə azalmağa imkan verir.  


 
133 
Keçmiş müharibələrdə, xüsusən də II Dünya müharibəsi və 
Azərbaycanda  Dağlıq  Qarabağ  münaqişəsi  dövründə  köçürmə 
işləri geniş tətbiq edilmiş, Çernobıl atom elektrik stansiyasında 
(ÇAES) qəza ilə əlaqədar olaraq geniş   köçürmə işləri aparıl-
mış, bu stansiya ətrafındakı 30 km-lik zonadan, həmçinin Uk-
raynanın, Belorusiyanın və Rusiya Federasiyasının bir sıra ya-
şayış məntəqələrindən əhali çıxarılmışdır. 
Daşkənddə zəlzələ, Gürcüstanda daşqınlar,  İsmayıllı rayo-
nunda  sürüşmə  və  digər  fövqəladə  hallarla  əlaqədar  da  köçür-
mə işləri olmuşdur. 
Keçmişdə  həyata  keçirilən  köçürülmə  tədbirləri  müasir 
dövrdəki müharibələr şəraitində nəzərdə tutulan köçürülmələr-
dən  prinsipcə  fərqlidir.  Məsələn,  II  Dünya  müharibəsi  zamanı 
əhali  düşməndən  əks  tərəfdə  yerləşən  uzaq  rayonlara  köçürü-
lürdü. 
Müasir  şəraitdə  köçürülmə  düşmənin  nüvə  zərbələri  endi-
rəcəyi ən çox ehtimal edilən şəhərlərdən və obyektlərdən əhali-
nin  çıxarılıb  bu şəhərlərin hər tərəfindəki  bütün  təhlükəsiz ra-
yonlarda yerləşdirilməsini nəzərdə tutur. 
Köçürmə tədbirləri və fövqəladə hallar ehtimal olunan ra-
yonlarda  sülh  və  müharibə  dövrlərində  adamların  həyatı  və 
sağlamlığı üçün təhlükə yaranarkən qısa müddətdə ya qabaqca-
dan,  ya  da  zədələyici  amillər  əhaliyə  bilavasitə  təsir  göstərər-
kən dərhal yerinə yetirilməlidir. 
Köçürmə  tədbirləri  düşmən  tərəfindən  müasir  adi  silahlar 
və kütləvi qırğın vasitələri tətbiq edilməsi, həmçinin təbii fəla-
kətlər, güclü istehsalat qəzaları baş verməsi ehtimalları nəzərə 
alınmaqla çox variantlı planlaşdırılmalı,  yaranmış vəziyyətdən 
asılı olaraq köçürmə işlərinin müxtəlif variantlarda yerinə yeti-
rilməsi nəzərdə tutulmalıdır. 
Müharibə dövründəki  fövqəladə hallarda (FH) köçürülmə, 
bu məqsədlə görülən tədbirlər kompleksi daha böyük həcmli və 
geniş dairəsi səciyyəvi olacaqdır. 
Azərbaycan Respublikasında “Sülh və müharibə dövrlərin-


 
134 
dəki  fövqəladə  hallarda  Azərbaycan  Respublikasında  əhalinin 
köçürülməsi  haqqında  əsasnamənin  təsdiq  edilməsi  barədə” 
Azərbaycan  Respublikasi  Nazirlər  Kabinetinin  6  avqust  1993-
cü  il  tarixli  438  saylı  qərarı  təsdiq  edilmişdir.  Bu  Əsasnamə 
sülh  və  müharibə  dövrlərindəki  fövqəladə  hallarda  əhalinin 
mühafizəsinin  üsullarından  biri  olan  köçürmə  tədbirlərinin 
Azərbaycan Respublikası ərazisində planlaşdırılması və həyata 
keçirilməsi üzrə əsas tələbləri müəyyən edir.  
Qanunla  tələbə  görə  köçürülmənin  (əhalinin  təxliyəsinin) 
mahiyyəti  ondan  ibarətdir  ki,  iri  şəhərlərdən,  vacib  obyektlər-
dən  və  təhlükəli  sahələrdən  əhali  əvvəlcədən  çıxarılıb  şəhər-
dənkənar  zonadakı  aztəhlükəli  rayonlarda  yerləşdirilir.  Bunun 
sayəsində iri şəhərlərin əhalisinin sayı dəfələrlə azaldılır, şəhər-
lərdə  qalan  (vacib  obyektlərdə  işlədilən)  adamların  mühafizə 
qurğularında  daldalandırılması  işi  yüngülləşir,  müasir  qırğın 
vasitələrinin təsirindən baş verə biləcək tələfatı maksimal dərə-
cədə azaltmaq imkanı yaranır. 
Müharibə  dövründə  təhlükəli  rayonlarda  işini  davam  etdi-
rən obyektlərin  fəhlə və  qulluqçuları köçürülüb  təhlükəsiz zo-
nada  yerləşdiriləndən  sonra  təhlükəli  rayona  növbələr  üzrə  işə 
gətirilir və işdən sonra dincəlmək üçün təhlükəsiz zona yerinə 
aparılır.  (Keçmişdə  bu  qaydaya  fəhlə  və  qulluqçuların  seyrəl-
dilməsi deyilirdi, indi bu anlayış işlədilmir). 
Təhlükəsiz zona- düşmən basqını gözlənilən şəhərlərin və 
əlahiddə  obyektlərin  ətrafında  ehtimal  olunan  dağıntı  zonalar-
dan və digər təhlükəli rayonlardan kənarda əhalinin qəbul edil-
məsi, yerləşdirilməsi və yaşaması üçün yararlı olan ərazidir. 
Əhalinin köçürüləcəyi nəzərdə tutulan şəhərlərdəki hər bir 
müəssisə, idarə, təşkilat, məktəb üçün təhlükəsiz zonada yerləş-
mə rayonu müəyyən edilir ki, bu rayon oraya köçürüləcək fəh-
lələrin,  qulluqçuların  və  onların  ailə  üzvlərinin  sayından  asılı 
olaraq, bir və ya bir neçə yaşayış məntəqələrini əhatə edə bilər. 
Əhalinin köçürüləcəyi nəzərdə tutulan şəhərlərdəki hər bir 
müəssisə, idarə, təşkilat, məktəb üçün təhlükəsiz zonada yerləş-


 
135 
mə rayonu müəyyən edilir ki, bu rayon oraya köçürüləcək fəh-
lələrin,  qulluqçuların  və  onların  ailə  üzvlərinin  sayından  asılı 
olaraq, bir və ya bir neçə yaşayış məntəqələrini əhatə edə bilər. 
İri  şəhərlərdə  işini  davam  etdirən  müəssisələrin  fəhlə  və 
qulluqçuları  təhlükəsiz  zonada  elə  məsafədəki  rayonlarda  yer-
ləşdirilməlidir  ki,  burada  onların  təhlükəsizliyi  təmin  edilsin, 
işə aparılması və dincəlmək üçün təhlükəsiz zonaya gətirilmə-
sinə isə minimal (ən çoxu 4 saat) vaxt sərf edilsin. 
Bu zaman təhlükəsiz zona aşağıdakı şərtləri təmin etməli-
dir: 
- müasir qırğın silahlarının təsirindən dağıntı və daşqınlar-
dan əhalinin etibarlı mühafizəsini; 
- müəssisələrin iş növbələrindəki işçilərin təhlükəsiz zona-
dan obyektə minimal vaxt sərf etməklə gətirilməsini
- MM qüvvələrinin zədələnmə ocağına yeridilməsi üçün əl-
verişli surətdə qruplaşdırılmasını; 
- lazımi gigiyena-sanitariya şəraitini. 
Köçürüləcək əhalinin təhlükəsiz zonada yerləşdiriləcəyi ra-
yonların  və  yaşayış  məntəqələrinin  müəyyən  edilməsi,  hazır-
lanması və təşkil edilməsi işləri əvvəlcədən, hələ sülh dövründə 
başlanılır, fövqəladə hallar təhlükəsi yaranan dövrdə tam surət-
də başa çatdırılır. 
Bu məqsədlə: 

 
nəqliyyat yolları təkmilləşdirilir və qaydaya salınır; 

 
mövcud  olan  rabitə,  ondan  idarəetmə  orqanlarının  isti-
fadə etməsi məqsədilə inkişaf etdirilir

 
mənzil  fondu,  tibb,  kommunal,  mədəni-maarif,  ticarət 
müəssisələri  və digər sahələr köçürülüb gətirilən əhalinin  yer-
ləşdirilməsi və ona xidmət göstərilməsinə hazırlanır; 

 
əlavə  su  təchizatı  məntəqələrinin  yaradılması  və  ava-
danlıqlaşdırılması,  digər  mühəndis  -  texniki  tədbirlərin  yerinə 
yetirilməsi işləri təşkil edilir. 
Əhalinin  köçürülməsi  istehsalat-ərazi  prinsipi  üzrə  təşkil 
edilir. Bu, o deməkdir ki, bütün fəhlə və qulluqçuların, onların 


Yüklə 7,28 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə