Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 7,28 Kb.
Pdf görüntüsü
səhifə31/39
tarix14.01.2018
ölçüsü7,28 Kb.
#20633
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   39

 
113 
1,5  kq  xlor)  mazlanır.  Bu  prosesdən  heyvanların  kimyəvi  zə-
hərlənmə  ocaqlarından çıxarılması üçün istifadə olunur.  
Heyvanların  çıxarılması  zamanı  mühafizəsi.  Heyvanla-
rın çıxarılması radioaktiv tozların çökməsi ehtimalı yarandıqda 
təhlükəsiz zonada yerləşdirilmə üçün icra edilir. Təhlükəsiz zo-
nada  yerləşdirmə  otlaq  sahələri  nəzərə  alınmaqla  aparılır.  İri-
buynuzlu mal-qara üçün sutkalıq yerdəyişmə 25-30 km, qoyun-
lar üçün 15-20 km təşkil edir. Bu tədbirin icrası vaxtı heyvan-
darların vaxtında xəbərdar edilməsi əsas rol oynayır. Çıxarılma 
marşrutu və yerləşdirilmə məkanı sübh vaxtı planlaşdırılır.  
Heyvanların və quşların nüvə zəhərlənmə ocaqlarından xi-
las  edilməsi.  Nüvə  zəhərlənmə  ocaqlarındakı  heyvandarlıq  və 
quşçuluq tikililərində X və DTİ böyük həcmli və qısa müddət 
ərzində  görünməsi  tələb  olunduğundan  çox  çətindir.  Çətinlik 
bir  də  ona  görədir  ki,  əksər  hallarda  işlər  dağılmış  tikililərdə, 
qatı  tüstü  və  radioaktiv  zəhərlənmə  şəraitində  aparılır.  X  və 
DTİ həm yanğınların söndürülməsi, həm yanan və ya dağılmış 
tikililərdən heyvanların çıxarılaraq təhlükəsiz yerlərə aparılma-
sından, həm  heyvanlara  təhlükəsiz  yerlərdə ilkin baytarlıq kö-
məkliyinin göstərilməsindən, həm də yemin daşınması və elek-
trik təminatının bərpasını əhatə edir. Taxıl məhsulları saxlanan 
anbar  və  tikililərdə  də  yanğının  söndürülməsi  vacibdir.  Gecə 
vaxtı  X  və  DTİ-nin  aparılması  zamanı  işıqlandırılma  sistemi 
normal işləməli, kəşfiyyat və müşahidə işləri təşkil edilməlidir.  
X və DTİ görüldükdən sonra məhv olmuş heyvanlar ayrıl-
mış yerdə basdırılır, zəhərlənmiş heyvanlara yardım göstərilir.  
Radioaktiv zəhərlənmə zonalarında görülən tədbirlər. Ra-
dioaktiv zəhərlənmə zonasında radiasiyanın  səviyyəsini müəy-
yən etmək üçün kəşfiyyat işləri aparılır,  xəstəlik və ölümün sa-
yı  hesablanılır  və  görüləcək  işlərin  (baytar  emalı,  heyvanların 
müalicəsi və ya məhv edilməsi, tikilinin, yemin, suyun dezakti-
vasiyası və s.) həcmi müəyyən edilir.  
Radioaktiv zəhərlənmə zonasında heyvanların mühafizə və 
saxlanma rejiminin düzgün seçilməsi böyük əhəmiyyət daşıyır. 


 
114 
Qapalı  şəraitdə  saxlanılan  heyvanlar  radioaktiv  maddələrdən 
etibarlı  mühafizə edilir. Tikilidən kənarda təhlükə sovuşmaya-
na  qədər  onlar  tikili  daxilində  saxlanılır.  Radioaktiv  zəhərlən-
mə zonasında heyvanların mühafizə və saxlanma rejimi cədvəl 
7-də göstərilmişdir.  
Bakterioloji ocaqların ləğv olunması üçün əsas tədbirlər. 
Bakterioloji  ocaqların  ləğv  edilməsi  üçün  görülən  tədbirlərin 
seçilməsi törədicinin növündən və tətbiq üsulundan asılıdır. İş-
lərin aparılmasına ilin və sutkanın vaxtı, metroloji şərait, müəs-
sisənin  mülki  müdafiə  qüvvələrinin  hazırlığı,  qüvvə  və  vasitə-
lərin  sayı  əsaslı  təsir  göstərir.  Zəhərlənmə  ocağında  tədbirlər 
iki mərhələdə aparılır.  
Birinci mərhələ - törədicinin növünün aşkar edilməsinə qə-
dər olan dövrdür. Bu mərhələdə ümumi,   epidemiya əleyhinə, 
epizootologiya əleyhinə  tədbirlər görülür:  yoluxucu xəstəliklər 
törədicisinin növünün aşkar edilməsi üçün nümunələr götürülür 
və  laboratoriya  analizinə  göndərilir  (əgər  səyyar  laboratoriya 
mövcud olarsa bu, ekspes  metalla müəyyən olunur). 
Karantin  –  zəhərlənmiş  zonanın  təcrid  edilməsi  və  orada 
olan yoluxucu xəstəlik törədicilərinin ləğv olunması üçün görü-
lən ciddi epidemiya və epizootologiya əleyhinə tədbirlər siste-
midir. Yoluxucu xəstəlik törədicisini əhatə etmədikdə karantin 
rayon icra hakimiyyətinin qərarı ilə, irimiqyaslı olduqda isə öl-
kə səhiyyə və ya baytarlıq xidməti tərəfindən müəyyən olunur. 
Karantin  tətbiq  olunan  ərazinin  bütün  yollarında  mühafizə 
məntəqələri qoyulur və yandan keçmə yolları üçün xəbərdarlıq 
işarələri vurulur. Mühafizə məntəqələri ictimai asayişin müha-
fizəsi (polis) və ya ordu xidməti nümayəndələrindən təşkil olu-
na bilər.  
Karantin  tədbirləri  zəhərlənmə  ocaqlarına  giriş  və  çıxışı 
məhdudlaşdırır,  oradan  zərərsizləşdirilməmiş  hər  hansı  vasitə-
nin çıxarılmasını qadağan edir. Həmçinin insanların heyvanla-
rın və nəqliyyatın çıxarılması qadağandır. Tədbirlər nəticəsində 
bazarlar,  tədris  müəssisələri  müvəqqəti  bağlanıla  bilər.  Zəhər-


 
115 
lənmə ocağında infeksiyanın ləğv olunmaması işləri aparılır. 
Cədvəl 7 
Nüvə partlayışı zonalarında heyvanların saxlanma rejimi 
RM
-i
n t
am
 çök
m
ə do
za

 
(R

Partlayışdan so-
nra radiasiyanın 
səviyyəsi 
(R saat) 
Par
tl
ay
ışd
an s
onr

heyva
nl
ar
ın
 köçü
rül
m
əsi
 
 
Par
tl
ay
ışd
an s
onr

heyva
nr
ın
 ot
ar
ıl
m
a v
axt
ı 
(su
tka)
 
Otarılmadan 
sonra 
südün qəbulu 
vaxtı (sutka) 
1 sa
at
 
10 sa
at
 
24 sa
at
 
B
öyükl
ər
 
tər
əf
indən
 
U
şa
ql
ar
 
tər
əf
indən
 
10000 
4000 
3000 
1200 
800 
600 
400 
300 
200 
100 
 
 
40 
2000 
800 
600 
240 
160 
120 
80 
60 
40 
20 
 
 

125 
50 
37 
15 
10 
7,5 
5,0 
3,8 
2,5 
1,2 
 
 
0,5 
44 
17,6 
13,2 
5,3 
3,5 
2,6 
1,7 
1,3 
0,9 
0,4 
 
 
00,2 
12 



Vacib 
deyil 
Köçürül
mür 
Köçürül
mür 




20 
15 
10 





Məhdudiyyət 
qoyulmur 
Məhdudiyyət 
qoyulmur 




10 





 
 

30 
30 
25 
25 
25 
25 
15 
 
İkinci  mərhələ  -  törədicinin  növünün  aşkar  edilməsindən 
sonrakı dövrdür. Bu zaman karantin ya saxlanılır, ya da o bilə-
vasiya rejimi ilə əvəz olunur (əgər yoluxucu xəstəlik kontaktla 
sağlam orqanizmə keçmirsə). 
Observasiya  –  təsərrüfatda  yoluxucu  xəstəliklərin  qeydə 
alınmasından  sonra  aparılan  təcridetmə-  məhdudlaşdırma  təd-
birləridir.  Observasiya  zəhərlənmə  zonasında  tibbi  və  baytar 
müşahidələrinin  aparılmasının  giriş  və  çıxışın  məhdudlaşdırıl-
masını,  zonadan  heyvanların,  yemin,  vasitələrin  çıxarılmasını, 
xəstə  insan  və  heyvanların  təcrid  edilməklə  müalicəsini,  pey-


Yüklə 7,28 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə