Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 7,28 Kb.
Pdf görüntüsü
səhifə39/39
tarix14.01.2018
ölçüsü7,28 Kb.
#20633
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   39

 
139 
necə təşkil edildiyindən və həyata keçirildiyindən asılı olacaq-
dır. İcra hakimiyyəti başçıları əhalinin və müəssisələrin şəhər-
dənkənar  zonalarda  qəbul  edilməsi  və  yerləşdirilməsinin  əsas 
təşkilatçısıdır. Onlar bu işlərə kənd və qəsəbə icra hökumət nü-
mayəndələri MM qərargahları, köçürmə komissiyaları, qəbulet-
mə  və  toplanış  köçürmə  məntəqələri,  nəqliyyata  mindirmə 
(yükləmə)  və  nəqliyyatdan  düşürmə  (boşaltma)  stansiyaları 
(məntəqələri) vasitəsilə rəhbərlik edirlər. 
Köçürmə  komissiyası  hələ  sülh  dövründə  yaradılır.  Adə-
tən, rayonun İcra hakimiyyətinin başçısı, müavini köçürmə ko-
missiyasının  sədri  təyin  edilir.  Komissiyanın  heyətinə  rayon 
tibb xidmətinin, kənd təsərrüfatı istehsalat idarəsinin, rayon is-
tehlak  cəmiyyətinin.  rayon  polis  şöbəsinin,  nəqliyyat  xidməti-
nin,  rabitə  və  xəbərdarlıq  xidmətinin,  təhsil  şöbəsinin,  ictimai 
təminat  şöbəsinin  nümayəndələri,  hərbi  komissarlığın  işçiləri, 
mənzil-kommunal  şöbəsinin,  rayon  həmkarlar  təşkilatı  nüma-
yəndələri, habelə 3-4 texniki işçi daxil edilir 
Əhalinin qəbul olunub yerləşdirilməsi üzrə rayon köçürmə 
komissiyası  rayonun mülki müdafiə qərargahı  ilə birlikdə aşa-
ğıdakı  əsas  vəzifələri  yerinə  yetirir:  fəhlə  və  qulluqçuların  və 
əhalinin yerləşdiriləcəyi rayonların müəyyən edilməsi üzrə tək-
liflər  hazırlayır,  bu  rayonların  hazırlanması  və  təmin  olunma-
sında iştirak edir, köçürülənləri  qəbul  edən məntəqələrin  miq-
darını və yerlərini müəyyənləşdirir, uşaqları, əlilləri və qocaları 
nəqliyyatdan  düşürmə  (boşaltma)  məntəqəsindən  yerləşdirmə 
məntəqələrinə daşımaq üçün lazım olacaq nəqliyyat vasitələri-
nin miqdarını müəyyən edir. Bundan əlavə, köçürmə komissi-
yası mülki müdafiə planının əsas bölmələrindən birinin – “Kö-
çürülən əhalinin qəbul olunması və yerləşdirilməsi planı”nın iş-
lənib hazırlanmasında iştirak edir, habelə əhalinin tibb xidməti, 
ərzaq, ən lazımlı şeylər və kommunal-məişət xidməti ilə təmin 
olunması  üçün  digər  əlaqədar  təşkilatlar  ilə  birlikdə  fəaliyyət 
göstərir; qəbuletmə məntəqələri üçün rəisləri və xidmətçi heyə-
ti seçir, təsdiq olunması üçün onları rayon İcra Hakimiyyətinin 


 
140 
başçısına  təqdim  edir;  qəbuletmə  məntəqələrinin  şəxsi  heyəti-
nin  işə  hazırlanmasıni  təşkil  edir  və  həyata  keçirir,  köçürülən 
əhalinin rayonda qəbul olunmasına və yerləşdirilməsinə rəhbər-
lik edir. 
 Rayonun  köçürmə-qəbuletmə  məntəqələri  ölkəyə  basqın 
təhlükəsi yarandığı FH elan edilərkən açılır, eyni zamanda şə-
hər  əhalisinin  yaşayış  məntəqələrində  yerləşdirilməsi  planını 
dəqiqləşdirir,  gələn  qatarları  qəbul  etmək  üçün  nəqliyyatdan 
düşürmə  (boşaltma)  stansiya  və  məntəqələrində  hazırlıq  işləri 
görür;  şəhərdən  gələn  əhalini  yerləşdirmə  yerlərinə  daşımaq 
üçün nəqliyyat vasitələrini hazırlayır; tibb və məişət xidmətlə-
rini təşkil etmək üçün tədbirlər keçirirlər. 
İcra hakimiyyəti nümayəndələri rəhbərləri və onların qərar-
gahları  şəhərdən  gələn  adamların  yerləşdirilə  biləcəyi  mənzil 
fondunu, istehsalat binalarını və digər tikintiləri əvvəlcədən bö-
lüşdürür;  uşaqları  və  qocaları  yerləşdirmə  məntəqələrinədək 
daşımaq  üçün  lazım  olan  nəqliyyat  vasitələrini  müəyyənləşdi-
rir;  fəhlələrin,  qulluqçuların  və  köçürülən  əhalinin  qəbul  edil-
məsi və yerləşdirilməsi planını işləyib hazırlayırlar. Onlar özlə-
rinin bu işlərini rayon qəbuletmə komissiyası ilə razılaşdırırlar. 
Çox  miqdarda  əhali  qəbul  edən  iri  təsərrüfatlarda  köçürü-
lənləri qəbuletmə məntəqələri təşkil olunur. Az miqdarda köçü-
rülən olduqda qəbuletmə məntəqəsi yaradılmır. 
Təsərrüfat işlərini və köçürülən əhalini həm rayonun qəbul-
etmə məntəqələrində, həm  də bilavasitə nəqliyyatdan düşürmə 
(boşaltma) məntəqələrində qəbul edə bilərlər. Birinci halda qə-
buletmə  məntəqələri  təsərrüfatların  mərkəzi  malikanələrində, 
ikinci  halda  isə  bilavasitə  düşürmə  (boşaltma)  məntəqələrində 
təşkil edilir, 
 Köçürülənləri  qəbuletmə  məntəqələrinin  ictimai  binalarda 
(məktəblərdə,  klublarda)  yerləşdirmək  məqsədəuyğundur.  Bu, 
gələn əhalini günün və ilin istənilən vaxtı, habelə hər cür hava-
da müvəqqəti olaraq həmin binalarda yerləşdirməyə imkan ve-
rir. Qəbuletmə məntəqələrinin qarşısına böyük və məsul vəzifə-


 
141 
lər qoyulur. Onlar gələn əhalini qarşılamalı, onları qeydə alma-
lı, yaşayış məntəqələri üzrə bölüşdürməli və adamları yerləşdir-
mə yerlərinə mütəşəkkil surətdə yola salmalıdırlar. 
Qarşısına  qoyulan  vəzifələrdən  və  şəraitdən  asılı  olaraq 
məntəqənin heyətinə aşağıdakı şəxslər daxil edilə bilər: məntə-
qənin rəisi, onun tərbiyə üzrə müavini; qeydəalma və uçot qru-
pu (10-12 nəfər); komendant  və növbətçilər (3-5  nəfər); köçü-
rülənləri  qarşılama  qrupu  (16-21  nəfər);  komplektləşdirmə  və 
yola salma qrupu (6-7); iaşə qrupu (3 nəfər); tibb məntəqəsinin 
işçiləri (2 nəfər); ana və uşaq otağının xidmətçiləri (2 nəfər) və 
ictimai asayişi mühafizə qrupu (4-6 nəfər). 
Köçürülənləri qəbuletmə məntəqəsinin işini daha yaxşı təş-
kil etmək məqsədilə lazımi sənədləri hələ sülh dövründə hazır-
layırlar.  Bu  sənədlərin  miqdarı  və  məzmunu  müxtəlif  hallarda 
müxtəlif  olacaqdır.  Əsas  sənədlər  bunlardır:  məntəqədə  qəbul 
edilməli  olan  köçürülən  şəxslərin  siyahısı;  məntəqənin  şəxsi 
heyətinin siyahısı; xəbərdarlıq sxemi; MM rəhbər heyətinin te-
lefon  nömrələri  siyahısı;  köçürülən  əhali  yerləşdiriləcək  yaşa-
yış məntəqələrinin siyahısı; köçürülənləri yerləşdirmə yerlərinə 
daşımaq üçün ayrılan nəqliyyat  vasitələrinin növləri  üzrə miq-
darı; köçürmə vəsiqələrinin nümunələri; köçürülənləri uçota al-
maq  üçün  sənədlərin  formaları;  məntəqənin  şəxsi  heyətinin 
xidməti vəzifələri cədvəli. 
Köçürülənləri qəbuletmə məntəqəsinin rəisi vəzifəsinə rəh-
bər işçilərdən biri təyin olunur. O, sülh dövründə: gələn əhali-
nin qəbul olunması və yerləşdirilməsi qaydalarını və qəbuletmə 
məntəqəsinin  iş  qaydasını  öyrənməli,  qəbuletmə  məntəqəsinə 
gələcək  əhalinin  miqdarını,  onların  yerləşdiriləcəyi  yaşayış 
məntəqələrini,  qatarların  və  avtomobil  kalonlarının  nömrələri-
ni, düşürmə məntəqələrinin və qatarların təxminən nə vaxt gə-
ləcəyini, habelə radiasiyadan qoruyan daldalanacaqların  yerini 
bilməlidir. Ərazi zəhərlənərkən o, adamların radiasiyadan qoru-
yan daldalanacaqlarda mühafizə olunması üçün tədbir görür. 
Komendant  məntəqə  binasının  işə  hazırlanması  və  ava-


 
142 
danlıqla  təmin  olunması  üçün  məsuliyyət  daşıyır.  Şəhərdəki 
obyektlərdə  (zavod,  fabrik  və  s.)  köçürmə  komissiyası,  top-
lanış-köçürmə məntəqələri yaradır, habelə nəqliyyata mindirmə 
(yüklənmə) stansiyaları (körpüləri, məntəqələri) təyin edir. Şə-
hər  obyektinin  köçürmə  komissiyası  köçürülməli  olan  fəhlə 
qulluqçuları  və  onların  ailə  üzvlərini  hesaba  alır,  toplanış-kö-
çürmə məntəqələrini təşkil edir, habelə köçürülmə qaydalarını 
müəyyənləşdirir.  O,  həmçinin  şəhərdən  kənar  zonanı  əvvəlcə-
dən yoxlayır və kənd təhlükəsi rayonunun köçürülənləri qəbul-
etmə  komissiyası  ilə  birlikdə  yerləşdirilmə  məntəqələrini  dü-
rüstləşdirir, 
Köçürülməli  olan  şəxslərin  siyahısını  vaxtaşırı  yoxlayıb 
dəqiqləşdirirlər. Siyahının bir nüsxəsi toplanış-köçürmə məntə-
qəsində  saxlanır,  ikinci  nüsxəsi  isə  köçürülmə  planının  surəti 
ilə birlikdə kənd rayonunun qəbuletmə komissiyasına verilir. 
Toplanış-köçürmə  məntəqələrində  (TKM)  əhali  toplanır, 
qeydə alınır, mütəşəkkil surətdə nəqliyyata mindirilir və şəhər-
dənkənar  zonaya  yola  salınır.  Bu  məntəqələr  köçürülən  əhali-
nin iş və ya yaşayış yerlərində hər 2-3 min adam üçün bir mən-
təqə hesabı ilə rayon (şəhər) İcra Hakimiyyəti Başçısının qərarı 
əsasında yaradılır.  
Toplanış-köçürmə məntəqəsinin heyəti yerinə yetirilən və-
zifələrdən və şəraitdən asılı olaraq dəyişə bilər. Onun mümkün 
olan variantlarından biri 39-cu şəkildə göstərilmişdir. Toplanış-
köçürmə  məntəqəsinin  rayon  (şəhər)  köçürmə  komissiyası  ilə 
rabitə vasitəsi olmalıdır. 
Nəqliyyata mindirən və piyada kolonlarını komplektləşdi-
rən qrup adamların nəqliyyata mindirilməsini, piyada kolonla-
rını  təşkil  edir,  kolonlara  cavabdeh  şəxslər  təyin  edir,  nəqliy-
yatda  və  piyada  gedərkən  davranış  qaydalarını  köçürülənlərin 
nəzərinə çatdirır. 
Tibb məntəqəsi xəstəxananlara yardım göstərmək və topla-
nış-köçürmə  məntəqəsi  yerləşən  sahənin  lazimi  sanitariya  şə-
raitini  təmin  etmək  üçündür.  Qrupun  heyətinə  həkim  feldşer, 


 
143 
tibb bacıları və sanitarlar daxil edilir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ġək. 40. Toplanış köçürmə məntəqəsinin sxemi 
 
Məntəqənin həkimi bu toplanış məntəqəsinə yazilmiş mus-
sisələrin, idarələrin tibb feldşerindən və ya şəhərin tibb idarəla-
rinin  əmakdaşlarından  mülki  mudafiənin  tibb  xidməti  tərəfin-
dən təyin olunur. O, toplanış məntəqəsinə və yerləşdirmə yerlə-
rinə gedərkən əhalinin tibbi təminatına cavabdehdir. Tibb mən-
təqəsinin həkimi: köçürülənlər, xüsusən uşaqlar və qocalar üzə-
rində  müşahidə  aparmalı;  ilk  tibbi  yardım  göstərmək  üçün 
məntəqədə lazımi dərman və tibb avadanlığı ehtiyatı saxlamalı-
dır. Bütün ağır xəstələnmə halları haqqında o, dərhal toplanış-
 
Tibb 
məntəqəsi 
 (5-6 nəfər) 
Adamları nəqliy-
yata mindirmək 
üçün komplekt-
ləşdirilən və piya-
da kolonlarını 
komplektləşdirən 
(5-6 nəfər) 
Ana və uşaq 
otağı  
(2-3 nəfər) 
Köçürülən nəqliyyata mindirilən meydança 
Dəmiryol qatarlarının 
rəisləri (2-3 nəfər) 
Avtomobil 
kolonlarının rəisi 
(3-4 nəfər) 
 
 
Komendant və 
novbətçilər  
(4-5 nəfər)  
Məntəqə 
rəisi  
Məntəqə 
rəisinin  
müavini 
Arayiş stolu  
(1-2 nəfər) 
Ictimai əsayişin  
mühafizə qrupu  
(5-5 nəfər) 
Qeydə alma və 
uçot qrupu     (5-6 
nəfər) 
 
Qeydə alma və 
uçot qrupu (5-6 
nəfər) 
Əhalinin 
xəbərdarlıq 
edən qrup 
(15-20 nəfər) 
Məntəqə rəisinin 
köməkçisi 
Ictimai 
asayişi 
mühafizə 
qrupu postu 
(4-6 nəfər) 
Komendant 
və 
növbətçilər 
(4-5 nəfər) 


 
144 
köçürmə  məntəqəsinin  rəisinə  (obyektin,  şəhərin  tibb  xidməti 
rəisinə) məlumat verməli və onların göstərişi üzrə xəstələri ya-
xındakı  müalicə  müəssisələrinə  göndərməli;  toplanış-köçürmə 
məntəqəsi binasının və xüsusen ümumi istifadə yerlərinin sani-
tar-gigiyena  vəziyətinə  nəzarət  etməli;  köçürülənlər  arasında 
tibb  xidmətinin  göstərişi  əsasında  sanitariya-gigiyena,  habelə 
profilaktika tədbirlərini təşkil etməli və həyata keçirməli; görü-
lən  işlər  barədə  məntəqə  rəisinə  və  obyektin  (şəhərin)  mülki 
müdafiə rəisinə məlumat verməlidir. 
İctimai asayişin mühafizə qrupu (postu) polis işçilərindən 
və  konüllü  xalq  drujinalarının  üzvlərindən  yaradılır.  Qrupun 
rəisi  ictimai  asayiş  xidməti  tərəfindən  təyin  edilir  və  operativ 
cəhətdən toplanış-köçürmə məntəqəsi rəisinin tabeliyində olur. 
Qrup məntəqədə və
 
yüklənmə stansiyasına gedən yollarda icti-
mai  asayişin  ve  təhlükəsizliyin  təmin  edilməsinə  tam  cavab-
dehdir. 
Toplanış-köçürmə  məntəqəsinin  komendantı  məntəqəyə 
yazılmış müəssisələrin, təşkilat və idarələrin rəhbər heyətindən 
təyin  olunur  və  köçürmə  məntəqəsinin  rəisinə  tabe  olur.  O, 
məntəqəni  telefon,  radio,  lazımi  avadanlıq  və  su  ilə  təmin  et-
məli, nəqliyyata minməyə kömək edən qrup üçün adamlar ayır-
malı,  adamların  mühafizəsi  üçün  əvvəlcədən  tədbirlər  nəzərdə 
tutmalıdır. 
Dəmiryol qatarı (avtomobil kalonu) rəisi köçürülən əhali-
nin  yerləşdirilmə  rayonlarına  (məntəqələrinə)  vaxtında  daşın-
masına cavabdehdir. Ona, qatar briqadası da daxil olmaqla,  qa-
tarın bütün şəxsi heyəti tabedir. Qatar rəisi rabitə vasitələrindən 
(teleqraf, telefon, radio) və nəqliyyatdan pulsuz istifadə etmək 
ixtiyarına (xidməti iş üçün) malikdir. 
Köçürmə işlərini, xüsusən bu hadisələr gözlənilmədən baş 
verərkən,  qısa  müddət  ərzində  mütəşəkkil  surətdə  yerinə  yeti-
rilməsini  təmin  etmək  təsərrüfat  obyektləri  rəhbərlərinin,  föv-
qəladə komissiyaların və mülki  müdafiə qərargahlarının vacib 
vəzifələrindəndir. 


 
145 
Ə D Ə B Ġ Y Y A T 
 
1. Azərbaycan Respublikasının Konstitusiyası. Bakı: Azər-
nəşr, 1996 
2.  Mülki  müdafiə  haqqında  Azərbaycan  Respublikasının 
Qanunu. Bakı: Azərnəşr, 1999 
3. Akimov  N.İ. və b. Mülki müdafiə. Bakı, 1974 
4. Akimov N.İ., İlin V.Q. Kənd təsərrüfatı istehsal obyekt-
lərində Mülki müdafiə (rus dilində). Moskva, 1984 
5. Zaytsev A.P. və b. Mülki müdafiə. Bakı, 1984 
6.  Maksimov  M.T.,  Ocaqov  H.O.  Radioaktiv  çirklənmələr 
və onların ölçülməsi. Bakı, 1989 
7. Ocaqov H.O. və b. Fövqəladə hallarda əhalinin mühafi-
zəsi (rus dilində). Bakı, 1991 
8. Ocaqov H.O., Nəzərov M.M. Təbii fəlakətlər və qəzalar, 
onlardan mühafizə. Bakı, 1991 
9. Bəkirov B.B. Mülki müdafiədən 100 sual. Bakı, 1992 
10. 
Ocaqov 
H.O. 
Fövqəladə 
hallarda 
əhalinin 
təhlükəsizliyi. Bakı, 1993 
11. Ocaqov H.O. Mülki müdafiə. Bakı, 1997 
12.  Ocaqov  H.O.  Fövqəladə  hallarda  həyat  fəaliyyətinin 
təhlükəsizliyi (Mülki müdafiə). Bakı, 2002 
13.  Ocaqov  H.O.  Mülki  müdafiənin  mühafizə  qurğuları. 
Bakı, 2003 
14. Ocaqov H.O. Fövqəladə halların idarə olunması. Bakı, 
2008 
15. Ocaqov H.O., Danyalov Ş.D. Həyat fəaliyyətinin təhlü-
kəsizliyinin nəzəri əsasları. Bakı, 2008 
 
 


 
146 
M Ü N D Ə R Ġ C A T 
 
GİRİŞ………………………………………………………………………...  3 
1. MÜLKĠ MÜDAFĠƏNĠN TƏġKĠLĠ VƏ ONA 
RƏHBƏRLĠK
 
 
 
1.1. Müasir şəraitdə mülki müdafiənin rolu və vəzifələri..........
 

1.2. Mülki müdafiə dəstələri və onların təyinatı........................
  11 
2. TƏBĠĠ FƏLAKƏTLƏR VƏ SÜLH MƏNġƏLĠ 
FÖVQƏLADƏ HALLAR
 
 
 
2.1. Təbii fəlakətlərin xarakteristikası........................................
  18 
2.2. Zələzələnin xarakteristikası.................................................
  19 
2.3. Sellər və daşqınlar...............................................................
  23 
2.4. Yağıntıların xarakteristikası................................................
  24 
2.5. Sürüşmə və uçqunlar............................................................
  26 
2.6. Atmosferdə havaaxınları nəticəsində yaranan fövqaladə  
       hallar...................................................................................
 
 
29 
2.7. Vulkanların xarakteristikası................................................
  33 
2.8. Quraqlıq................................................................................
  42 
2.9. Texnogen mənşəli fövqaladə hallar....................................
 
43 
3. KÜTLƏVĠ QIRĞIN SILAHLARININ 
XÜSUSĠYYƏTLƏRĠ
 
 
 
3.1. Nüvə silahı və onun zədələyici amilləri..............................
  45 
3.2. Nüvə zədələnmə ocağı.........................................................
  53 
3.3. Kimyəvi bakterioloji silahlar................................................
  55 
3.4. Zəhərləyici maddələrin təsnifatı..........................................
  56 
3.5. Kimyəvi zəhərlənmə ocağı..................................................
  63 
3.6. Bakterioloji silah.................................................................
  66 
4. ƏHALĠNĠ MÜHAFĠZƏ ETMƏK VASĠTƏLƏRĠ VƏ 
ÜSULLARI 
 
 
4.1. Mülki müdafiənin mühafizə qurğuları................................
 
71 
4.2. Sığınacaqlar.........................................................................
 
71 
4.3. Radiasiya əleyhinə daldanacaqlar....................................... 
74 
4.4. Fərdi mühafizə vasitələri...................................................... 
 
79 
4.5. Tibbi fərdi mühafizə vasitələri............................................ 
91 


 
147 
5. AQRARSAHƏDƏ MÜLKĠ MÜDAFĠƏNĠN 
XÜSUSĠYYƏTLƏRĠ 
 
 
5.1. Aqrar sahədə iş dayanıqlığının əsasları............................... 
96 
5.2. Heyvanların kütləvi qırğın silahlarından mühafizəsi........... 
99 
5.3. Heyvanların köçürülməsi.................................................... 
101 
5.4. Ərazinin zəhərləyici maddələrdən təmizlənməsi............... 
101 
5.5. Bitkilərin kütləvi qırğın vasitələrindən mühafizəsi............ 
102 
5.6. İnsan sağlamlığının qorunması istiqamətində  
      zərərvericilərə qarşı mübarizə işlərində istifadə edilən  
     kimyəvi preparatlara qarşı mühafizə qaydaları.................... 
 
 
102 
5.7. Heyvandarlıq tikililərində heyvanların mühafizəsi............ 
107 
5.8. Heyvanların mühafizəsi üçün digər vasitələr...................... 
110 
5.9. Bitkicilik məhsullarında səthi radioaktiv çirklənmənin  
      azalması üçün tədbirlər........................................................ 
 
115 
5.10. Heyvanların baytarlıq emalı.............................................. 
120 
5.11. Kənd təsərrüfatı texnikasının zərərsizləşdirilməsi............ 
126 
5.12. Bitkilərin kütləvi qırğın vasitələrindən mühafizəsi.......... 
127 
5.13. Bitkilərin bakterioloji silahlarla zəhərlənməsində mülki  
         müdafiə tədbirləri............................................................. 
 
129 
6. ƏHALĠNĠN KÖÇÜRÜLMƏSĠNĠN TƏġKĠLĠ VƏ 
KÖÇÜRMƏ ORQANLARI 
 
 
6.1. Əhalinin köçürülməsinin (təxliyənin) təşkili,  
      köçürülmənin növləri, köçürmə (təxliyə) orqanları.............. 
 
131 
6.2. Köçürmə orqanları............................................................... 
137 
ƏDƏBİYYAT……………………………………………………………….. 144 
 


 
148 
 
 
 
 
Гаджиев Немет Магеррам оглы 
доктор философии по технике
Махмудов Самир Гасан оглы 
доктор философии по технике 
 
 
ГРАЖДАНСКАЯ ОБОРОНА В АГРАРНОЙ ОБЛАСТИ 
(учебное пособие
 
 
 
 
 
Yığılmağa verilmişdir 09.07.2012-ci il 
Çapa imzalanmış 17.07.2012-ci il  
Kağız formatı (210x297) 1/4 
Kağız №1. uçot çap vərəqəsi 9,5 ç.v. 
Sifariş 112, tiraj 300 
 
 
 
Azərbaycan Dövlət Aqrar  
Universitetinin nəşriyyatı 
 
 
Rezoqrafiya üsulu ilə çap olunmuşdur. 
Gəncə şəhəri, Ozan küçəsi, 102                         
 
 
 
 


 
149 
 

Yüklə 7,28 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə