Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 7,28 Kb.
Pdf görüntüsü
səhifə24/39
tarix14.01.2018
ölçüsü7,28 Kb.
#20633
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   39

 
90 
həmçinin qismən də işıq şüalanmasının təsirindən mühafizə et-
mək  üçün  nəzərdə  tutulmuşdur.  Bunlar  tabel  vasitələrinə 
(ümumqoşun  mühafizə  komplekti-  ОЗК,  yüngül  mühafizə 
kostyumu Л-1 və əlaltı vasitələr məişət paltarlarının ünsürləri) 
növlərinə  ayrılır.  Mühafizə  prinsipinə  görə  tabel  vasitələrinin 
süzücü  (havakeçirən)  və  təcridedici  (havakeçirməyən)  növləri 
olur. 
Süzücü  materialdan  tikilən  mühafizə  paltarları  ya  həmişə, 
yaxud da vaxtaşırı istifadə üçündür. Belə paltarlar adi parçadan 
tikilib xüsusi kimyəvi məhlul hopdurulmuş geyimdən ibarətdir. 
Özünün sanitariya-gigiyenik xassələrinə görə belə paltarlar hər 
gün geyilmək üçün yararlıdır. 
Dərini  mühafizə  edən  süzücü  vasitələrə  ЗФН-58  markalı 
süzücü mühafizə paltarı komplekti (dəsti) aiddir: Bu paltar dəs-
ti:  xüsusi  biçimli  və  xüsusi  kimyəvi  maddə  -  pasta  məhlulu 
hopduruldulmuş parça kombinezondan, habelə kişi alt paltarın-
dan (tuman və köynək), parça şlemaltlıqdan, iki cüt portyanka-
dan (ayağa sarınan parça zolaqları) ibarətdir ki, bunların bir cü-
tünə də kombinezona hopdurulmuş pasta hopdurulur. Hopduru-
cu pasta məhlulu ya zəhərləyici maddə buxarlarını tutub saxla-
yan  (adsorbsiya  tipli),  ya  da  bu  buxarları  neytrallaşdıran  (xe-
mosorbsiya tipli) kimyəvi  maddələrdən ibarətdir.  Alt paltarlar, 
şlemaltlıq və hopdurulmuş bir cüt portyanka adamın bədəninə 
kombinezonun  sürtünməsinin  və  kombinezona  hopdurulmuş 
məhlulun dərini qıcıqlandırmasının qarşısını almaq üçündür. 
Süzücü  mühafizə  paltarı  komplektindəki  kombinezonların 
ölçüləri: birinci ölçü - boyu 160 sm-ə qədər, ikinci ölçü - boyu 
160 sm-dən 170 sm-ə qədər və üçüncü ölçü - boyu 170 sm-dən 
artıq olanlar üçündür. 
 Dərini  təcridedici  mühafizə  vasitələri  -  havakeçirməyən 
materialdan hazırlanır, həm tam hermetik (adamın bütün bədə-
nini örtüb ZM damcıları və buxarlarından qoruyan kostyum və 
kombinezonlar), həm də qismən, yaxud tamamilə qeyri-herme-
tik  (plaşlar,  bürünclər  önlüklər  və  s.)  ola  bilər.  Qismən  qeyri-


 
91 
hermetik vasitələr (ümumqoşun mühafizə komplekti ОЗК, yün-
gül  mühafizə  komplekti  Л-1,  mühafizə  kombinezonu  və  ya 
kostyumu) əsasən maye damcıları halındakı ZM-dən mühafizə 
edir. 
Cədvəl 5   
Ətraf havanın temperaturundan asılı olaraq adamın 
təcridedici mühafizə paltarında qalma müddəti 
Ətraf havanın 
temperaturu, 
0

Bədənin səthini qoruyan təcridedici 
paltarlarda qalma müddəti 
Ekranlayıcı nəm 
kombinezonsuz 
Ekranlayıcı nəm 
kombinezonla 
+30
0
C və daha artıq 
15-20 dəqiqə 
1-1,5 saat 
25-29 
30 dəqiqə 
1,5-2 saat 
20-24 
45 dəqiqəyə qədər 
2-2,5 saat 
15-19 
2 saat qədər 
2 saatdan artıq 
+15-dən aşağı 
3 saatdan artıq 

 
Ümumqoşun  mühafizə  komplekti  OЗК  -  mühafizə  plaşın-
dan  mühafizə  corablarından  və  mühafizə  əlcəklərindən  ibarət-
dir, adətən hopdurulmuş üst və alt paltarların üstündən geyilir. 
Yüngül mühafizə kostyumu Л-l (şəkil 33) rezinləşdirilmiş 
parçadan hazırlanan başlıqlı köynəkdən, corablı şalvardan, iki-
barmaqlı əlcəklərdən və şlemaltlıqdan ibarətdir. 
 
 
 
ġək. 33. Yüngül mühafizə kostyumu başlıqlı gödəkçə;                 
corablı şalvar; başlıqaltı; əlcək; torba; kostyum 


 
92 
Dərini  təcridedən  mühafizə  vasitələri  MM  dəstələrinin 
şəxsi  heyəti  üçün  nəzərdə  tutulmuşdur.  Bunlardan  ZM-in 
yüksək  konsentrasiyası  şəraitində  zəhərli  sahələrdə  iş 
aparılarkən,  habelə  deqazasiya,  dezaktivasiya  və  dezinfeksiya 
işləri yerinə yetirilərkən  istifadə edilir. 
Radioaktiv  tozdan  mühafizə  olunmaq  üçün  əhali  adi 
paltarları  uyğunlaşdıra  bilər.  Belə  paltarların  hermetikliyini 
təmin  etmək  üçün  onlara  əlavə  hissələr:  sinəbənd,  başlıq, 
şalvarların  yanda  düymələnən  yerlərinə  xiştəkler  tikmək 
lazımdır.  RM-dən  mühafizə  üçün  həmçinin  dəri  səthini 
qoruyan əlaltı vasitələrdən (əlavə olaraq kipləşdirilmiş məişət, 
iş, idman paltarı və ayaqqabılarından, digər fərdi geyimlərdən) 
istifadə oluna bilər. 
Yadda saxlamaq lazımdır ki, təcridedici mühafizə paltarla-
rında qalmaq müddəti məhduddur (cədvəl 5). 
Tutqun  və  küləkli  havada,  habelə  kölgədə  işləyərkən  mü-
hafizə vasitələrində qalma müddəti 5-ci cədvəldə göstərilənlərə 
nisbətən 1,5 dəfə artırıla bilər. 
 
4.5. Tibbi fərdi mühafizə vasitələri 
 
Tibbi  fərdi  mühafizə  vasitələri  (TFMV)  fövqəladə  hallar 
vaxtı  zədələnmiş  əhalinin  profilaktikası  və  ona  tibbi  yardım 
göstərmək üçün nəzərdə tutulmuşdur. Bu vasitələrin köməyi ilə 
adamların həyatını xilas etmək, zəhərlənmənin qarşısını almaq, 
yaxud onu  xeyli dərəcədə zəiflətmək, bir sıra zədələyici amil-
lərin (ionlaşdırıcı şüalanma, güclü zəhərlər, bakterial vasitələr) 
təsirinə  qarşı  orqanizmin  dayanaqlığını  (müqavimətini)  artır-
maq mümkündür. Bunlara   radioprotektorlar, antidotlar (zəhər 
əleyhinə  dərman)  və  bakteriya  əleyhinə  maddələr,  habelə  qis-
mən sanitariya tənzimlənməsi vasitələri aid edilir. 
Radioprotektorlar ionlaşdırıcı şüalanmanın təsir dərəcəsini 
zəiflədən maddələrə deyilir. Hazırda bunlardan ən çox istifadə 
ediləni  həb  şəklindəki  sistarnin  adlı  maddədir.  Bu  həbləri 


 
93 
şüalanmadan (MM dəstələri radioktiv zəhərlənmə zonasına gir-
məzdən) 30-40 dəq əvvəl qəbul etmək məsləhətdir. 
Orqanizmə  keçən  radioaktiv  maddələrdən  mühafizə  üçün 
xeyli təsirli tibbi vasitə olaraq kompleksyaradan (komplekson) 
maddələrdən  absorbentlərdən,  kalium-yodid  maddəsindən  isti-
fadə etmək olar ki, bunlar radioaktiv maddənin qana sorulması-
nın  qarşısnı  alır  və  onların  orqanizmdən  tez  çıxarılmasına  im-
kan yaradır. 
Antidotlar (zəhər əleyhinə dərman) ZM-in təsirinin qarşı-
sını alan və ya zəiflədən maddələrdir. Sinir-iflicedici (fosforlu-
üzvi) təsirli, sianid turşusuna və digər sianlara, lüizitə və qıcıq-
landırıcı ZM-yə qarşı antidotlar vardır. 
Fosforlu-üzvi maddələr (FÜM) əleyhinə - afin, taren, atro-
pin və
 
sianidlərə qarşı - amilnitrit, propilnitrit adlı; lüizitə və ar-
sin tərkibli digər maddələrə qarşı - unitol adlı antidotlar möv-
cuddur.  Bu  antidotlardan  həm  profilaktika,  həm  də  ilk  tibbi 
yardım vasitəsi kimi istifadə etmək mümkündür. 
Bakteriya  əleyhinə  maddələr  -  spesifik  və  qeyri-spesifik 
profilaktika  vasitələri  növlərinə  ayrılır.  Spesifik  profilaktika 
vasitələrinə  zərdablar,  vaksinlər,  ana-toksinlər  və  bakteriofaq-
lar  aiddir.  Bu  vasitələrin  bəziləri  fərdi  aptekçədə  (AИ-2  fərdi 
aptekçəsində) cəmlənmişdir. 
Tabel  üzrə  olan  fərdi  tibbi  mühafizə  vasitələrinə  fərdi 
aptekçə  AИ-2,  kimya  əleyhinə  fərdi  paket  ИПП-8  və  fərdi 
sarğı paketi aiddir. 
AИ-2  fərdi  aptekçəsində  insan  orqanizminə  ionlaşdırıcı 
şüalanmaların, ZM və BV-nin təsirinin qarşısını alan və ya bu 
təsiri  zəiflədən,  habelə  şok  halının  qarşısını  alan  preparatlar 
(tibb  dərmanları)  olur.  Aptekçə  narıncı  rəngli  plastik  kütlə 
materialdan  düzəldilmiş  kiçik  qutudan  ibarətdir,  içərisində 
plastik  kütlə  şpris-tübiki  və  dərman  penalları  yerləşdirilmişdir 
(şək. 34). 
Sümüklər sınarkən, ağır yaralanma və geniş yanıqlar zama-
nı  ağrı  şokuna qarşı  ağrıkəsən dərman  - 1 ml 2%-li promedol 


Yüklə 7,28 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə