Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 7,28 Kb.
Pdf görüntüsü
səhifə21/39
tarix14.01.2018
ölçüsü7,28 Kb.
#20633
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   39

 
77 
məqsədəuyğundur. 50 nəfərədək tutumlu tez hazırlanmış RƏD-
də kanalizasiya sistemi mövcud olmadıqda əsas otaqdan kənar-
da  bu  məqsədlə  xüsusi  qablar  saxlanılır.  Qabların  tutumu  hər 
bir insan üçün sutkada 2 litr hesabı ilə müəyyən olunur. 50 nə-
fərdən artıq tutumlu RƏD-də həmin məqsədlə xüsusi quyu ha-
zırlanır. 
RƏD üçün uyğunlaşdırılmış  tikililərdə ventilyasiya, isidil-
mə  su  təchizatı,  kanalizasiyası  və  işıqlandırma  saz  vəziyyətə 
gətirilməlidir. Burada qorunan əhalinin sayına müvafiq kətillər 
və  ya  oturacaqlar,  tutumun  25-30%  həcmində  isə  dincəlmək 
üçün taxtlar yerləşdirilir. Əgər su kəməri olmazsa onda su ehti-
yatı, həmçinin ərzaq ehtiyatı üçün qablardan istifadə edilir. Su 
ehtiyatı hər bir insan üçün sutkada 3-4 litr hesabı ilə müəyyən 
edilir. 
Kənd yerlərində ilk növbədə RƏD üçün qazmalar, fərdi ya-
şayış  evlərinin  və  müxtəlif  təyinatlı  binaların  zirzəmilərindən, 
tərəvəz anbarlarından, daş-beton evlərdən istifadə olunur. Mə-
lumdur  ki,  kənd  yerlərində  əksər  yaşayış  evlərində  zirzəmilər 
mövcuddur.  Onların  ilk  növbədə  RƏD  üçün  hazırlanması  la-
zımdır. Birmərtəbəli daş evlərin zirzəmiləri qamma şüalanma-
nın  təsitrini  40-100  dəfə,  RƏD  üçün  hazırlandıqda  isə  800-
1000 dəfə azaldır (şək. 20). 
RƏD  üçün  hazırlanma  məqsədi  ilə  birinci  halda  divar  və 
tavanda olan bütün çatlar və yarıqlar örtülür, tavan üzərinə 30-
40 sm-lik əlavə torpaq örtüyü verilir, pəncərələr kərpiclə hörü-
lür və ya torpaqla doldurulmuş kisələrlə örtülür, ikinci halda isə 
yalnız evin döşəməsi üzərinə torpaq kütləsi verilir. 
Zirzəmisi olmayan kərpic və ya daş evlərin RƏD üçün ha-
zırlanması üçün divarda və tavanda olan bütün çat və yarıqlar 
dəqiqliliklə örtülür, qapı hissəsi sıx materialla qapadılır. Müha-
fizə  xüsusiyyətinin  artırılması  məqsədi  ilə  pəncərələr  kərpiclə 
hörülür  və  ya  torpaqla  doldurulmuş  kisələrlə  örtülür,  tavan 
örtüyü  üzərinə  30-40  sm-lik  torpaq  qatı  verilir.  Ventilyasiya 
üçün pəncərələrin birində keçid kamerası yaradılır. Hava çıxışı 


 
78 
üçün soba bacalarından da istifadə edilə bilər. 
 
 
 
ġək. 20. RƏD üçün hazırlanmış daş evin zirzəmisi: 
1-daldanacağın bərkidici raması; 2, 8-kərpiclə doldurulmuş hissə;  3-isitmə 
qatı; 4-30-40 sm hündürlüklü torpaq örtüyü; 5-giriş qapısının əlavə bərkidi-
cisi; 6-xarici divarların torpaq bərkidicisi; 7-daxilolma kamerası; 9-xaricetmə 
 
 
 
ġək. 21. Kərpic və ya daş evin RƏD üçün hazırlanması: 
1-süzgəcli və qapaqlı hava borusu; 2-pəncərənin kərpic və ya daşla 
hörülməsi; 3-30-40 sm hündürlüklü torpaq qatı; 4-tikilinin bərkidici raması; 
5-bərkidilmiş qapı 


 
79 
RƏD-in sayı tələb olunan miqdarda olmadıqda qısa zaman 
ərzində yeni radiasiya əleyhinə daldanacaqların yaradılması la-
zım gəlir. Bu məqsədlə minimal maliyyə vasitələri hesabına sa-
də daldanacaqların yaradılması mümkündür. Sadə daldanacaq-
lar əhalinin yalnız aralıq mərhələdə mühafizəsini təmin edə bi-
lər. Çalışmaq lazımdır ki, bütün əhali sığınacaqlarda və RƏD-
də  yerləşdirilə  bilsin.  Sadə  daldanacaqlar  dağıntı  ehtimalı  ol-
mayan zonada ən azı yerüstü binaların hündürlüyünün yarısın-
dan 3 m kənarda olmaqla, mümkün olduqda daha boş olan sa-
hələrdə  yaradılır.  Yaxşı  olar  ki,  sadə  daldanacaqlar  əhalinin 
toplanma  və  qəbul  köçürmə  məntəqələrinə  və  ya  köçürmə  za-
manı əhalinin toplanma, mindirilmə və ya boşaldılma stansiya-
larına yaxın yerlərdə qazılsın.  
 
 
 
ġək. 22. Sadə daldanacaq: 
a) açıq; b) dəmir beton örtüklü; 
1-daldalananlar üçün oturacaq; 2-5-6 sm diametri bərkidici;                
3-bərkidici lövhə; 4-berma; 5-bərkidici divar; 6-su ötürücü arx;                  
7-yüklənməmiş berma; 8-dəmir beton örtük; 9-torpaq qatı 
 
Sadə  daldanacağın  bir  növü  şəkildə  göstərilmişdir.  Belə 
daldanacağı  istənilən  torpaqda  qazmaq  mümkündür.  Əgər  in-
sanlar  sadə  və  açıq  daldanacaqda  yerləşərsə  onda  onlara  açıq 
şəraitdə insanlara nisbətən zərbə dalğası, işıq şüalanması və nü-
fuzedici radiasiyanın təsiri 1,5-2 dəfə, yerin radioaktiv çirklən-


 
80 
məsi  ilə  şüalanma  xəstəliklərinin  ehtimalı  2-3  dəfə  az  olur. 
Açıq  daldanacaq  170-180  sm  dərinlikdə,  yuxarıdan  110-120 
sm, dibində isə 80 sm enində qazılır. Qazmanın bu ölçüsü ora-
da olan insanlar üçün minimal şəraiti təmin edir və onları zərbə 
dalğasının təsirindən qoruya bilir.  
Qazmanın  uzunluğu  orada  daldalanan  insanarın  sayından 
asılı olaraq müəyyən edilir. Daldanacağın tutumu hər bir insan 
üçün 0,5-0,6 m məsafə hesabı ilə təyin olunur. Qazmanın uzun-
luğu  həmçinin  dincəlmə  üçün  hər  insan  üçün  1,5-1,8  m 
məsafəsi  və  3  dincəlmə  məsafələrinin  cəmi  hesablanır.  Belə 
qazmanı  uzunluğu  8-10  m  təşkil  edir.  Adətən  açıq  tipli  dalda-
nacaq  10-15  nəfərlik,  maksimum  isə  50  nəfərlik  olur.  Zərbə 
dalğasının təsirini azaltmaq məqsədi ilə daldanacaq ziq-zaq və 
ya  kəsik  trayektoriyalı  qazılır.  Daldanacağın  düz  hissəsinin 
uzunluğu 15 m-dən artıq, daldanacaqlar arası məsafə isə 10 m-
dən  az  olmamalıdır.  10-20  nəfərlik  daldanacaqlara  adətən  bir 
giriş, daha çox tutumlu daldanacaqlara isə hər iki tərəfdən giriş 
qoyulur.  Giriş  düşmənin  nüvə  partlayışı  törətdiyi  istiqamətdən 
əks tərəfdə planlaşdırılır. Giriş 30-40 sm hündürlüklü 5-6 pillə-
si olan 2-2,5 m pilləkandan ibarət olur.  
İnsanların  daha  etibarlı  mühafizəsi  üçün  taxta,  tir,  dəmir 
beton  örtüklü  daldanacaqlardan  istifadə  olunur.  Mümkün  da-
ğıntı zonalarında örtülü daldanacaqlar daha geniş tətbiq olunur. 
Belə daldanacaqlar örtüldükdən sonra üzərinə 30-40 sm torpaq 
örtüyü verilir.  
Sadə  daldanacaq  kimi  relyefin  imkan  yaratdığı  yarğanlar-
dan,  səngərlərdən,  silos  quyularından  və  s.  istifadə  edilməsi 
mümkündür.  
 
4.4. Fərdi mühafizə vasitələri 
 
Müasir  qırğın  silahlarından  mühafizə  məqsədilə  əhalinin 
mühafizə  qurğularında  daldalandırılması,  təhlükəli  sahələrdən 
köçürülməsi  ilə  yanaşı,  fərdi  və  tibbi  mühafizə  vasitələrindən 


Yüklə 7,28 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə