Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 7,28 Kb.
Pdf görüntüsü
səhifə19/39
tarix14.01.2018
ölçüsü7,28 Kb.
#20633
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   39

 
70 
mək;  xüsusi  təmizliyin  aparılması  üçün  kənd  təsərrüfatı  isteh-
salı obyektlərini təyin etmək; həmçinin müalicə-profilaktik təd-
birləri  qaydalarını  və  həcmini  müəyyənləşdirmək.  Zəhərlənmə 
ocağının sərhədlərini tibb və baytar kəşfiyyatları təyin edir, on-
ları ərazidə nişanlayır və lazımi məlumatları plana və ya xəritə-
yə köçürürlər. 
Düşmənin  bakterioloji  silahının  təsirinə  məruz  qalmış  ra-
yonda hakimiyyət orqanları xüsusi rejim – karantin yaradırr və 
həmin rayona  gediş-gəliş qadağan edilir.  Karantin  –  bakterial 
yoluxma ocağını təcrid etmək, xəstəliklərin yayılmasının qarşı-
sını almaq və aradan qaldırmaq məqsədilə yerinə yetirilən, epi-
demiya  rejimli  profılaktika  tədbirlər  sistemidir.  Karantin  döv-
ründə  əhalinin  vəzifəsi  qoyulmuş  qaydaya  ciddi  riayət  etmək-
dir. Yadda saxlamaq lazımdır ki, bütün tədbirlər adamların hə-
yatını və sağlamlığını mühafızə etmək üçün görülür. 
Karantin  şəhər,  rayon  (respublika)  mülki  müdafiə  rəisinin 
qərarı ilə qoyulur, obyektin rəhbəri ərazisində yaranmış bakte-
rioloji  ocağı  ləğvetmə  işlərini  təşkil  edir.  Burada  zəhərlənmə 
ocağını ayırmaq üçün aparılan rejim tədbirlərinə və lazımi sani-
tar-gigiyena,  epidemiya  əleyhinə  tədbirlərin  keyfiyyətli  aparıl-
ması üçün kənd təssərüfatı işlərinin təşkilinə xüsusi diqqət yeti-
rilməlidir.  Kənd  təsərrüfatı  istehsalının  obyektlərini  xüsusi  tə-
mizliyin aparılması üçün kəşfiyyat məlumatları və laboratoriya 
nəzarəti  əsasında  ayırırlar.  Xüsusi  təmizliyi  birinci  növbədə 
adamlar,  heyvanlar,  tövlələr  və  bitkilər  keçirlər.  Bu  iş  üçün 
dəstələr ayrılır, işin yerinə yetirilməsi qaydaları qoyulur, həm-
çinin maşın və xüsusi dezinfeksiya vasitələri ayrılır. 
Müalicə-  proflaktik  tədbirlərin  aparılması  lazım  gələrsə, 
aşağıdakılara xüsusi diqqət yetirilir: əhalidə tibbi müşahidələrin 
fasiləsiz  aparılmasını  və  kənd  təsərrüfatı  heyvanlarında  baytar 
müşahidəsini  təşkil  etmək;  yoluxucu  xəstələri  və  şübhəliləri 
tapmaq,  onları  ayırmaq,  hospitala  qoymaq  və  müalicə  etmək; 
əhalinin və heyvanların təcili profilaktikasını (antibiotiklərlə və 
başqa  xüsusi  dərmanlarla)  təşkil  etmək;  qoruyucu  peyvəndlər 


 
71 
vurmaq. 


 
72 
4. ƏHALĠNĠ MÜHAFĠZƏ ETMƏK VASĠTƏLƏRĠ VƏ 
ÜSULLARI 
 
4.1. Mülki müdafiənin mühafizə qurğuları 
 
Əhalini kütləvi qırğın silahlarından mühafizənin ən etibarlı 
üsulu onların mühafizə qurğularında qorunmasından ibarətdir. 
Kütləvi qırğın silahlarının fasiləsiz olaraq təkmilləşdirilmə-
si,  mühafizə  tədbirlərinin  mülki  müdafiə  tərəfindən  çox  qısa 
zamanda  icrasını  tələb  edir.  Ona  görə  də  əhalinin  mühafizəsi 
onun yerləşmə məkanında- iş yeri, tədris müəssisəsi, daimi ya-
şayış yerində aparılmalıdır.  
Mühafizə qurğuları mühəndis tikintisi olaraq əhalinin nüvə
kimyəvi bakterioloji və adi siılahların tətbiqi zamanı mühafizə 
üçün nəzərdə tutulur. Mühafizə xüsusiyyətlərindən asılı olaraq 
qurğular  sığınacaqlara,  radiasiya  əleyhinə  daldanacaqlara 
(RƏD), həmçinin sadə qorunacaqlara bölünür. Sığınacaqlar və 
RƏD  sülh  vaxtı  əvvəlcədən  hazırlanır.  Belə  qurğular  əhalinin 
say tələbatına uyğunlaşdırılaraq işçi vəziyyətdə saxlanılmalı və 
mülki  müdafiənin  xəbərdarlıq  siqnalı  vaxtı  ən  qısa  zaman 
ərzində əhali tərəfindən tutulmalıdır. Sığınacaqlar və RƏD əha-
linin  mühafizəsi  üçün  yetərli tutuma malik  olmadıqda düşmən 
hücumu təhlükəsi yarandıqda hazır inşaat elementlərindən, kər-
pic və betondan, taxta materiallardan sığınacaqlar tikilməli, zir-
zəmi,  qazma,  tərəvəz  anbarları  və  digər  bu  növ  tikililər  RƏD 
kimi hazırlanmalı, həmçinin sadə qorunacaqlar yaradılmalıdır.  
 
4.2. Sığınacaqlar 
 
Sığınacaqların  təyinatı  və  növləri.  Sığınacaqlar  əhalinin 
nüvə  silahlarının  dağıdıcı  amillərindən,  zəhərləyici  maddələr-
dən  və  bakterial  vasitələrdən  qorunması  üçün  nəzərdə  tutulur. 
Kütləvi yanğın rayonlarında yaranan yüksək temperaturdan və 
zəhərləyici qazlardan, həmçinin partlayış rayonlarında dağıntı-


 
73 
lar və uçqunlardan mühafizə məqsədilə sığınacaqlardan istifadə 
edilməsi  mümkündür.  Göstərilən  şəraitlərdə  əhalinin  uzun 
müddət  saxlanılması  ehtimal  olunduğundan  sığınacaqlar  möh-
kəm konstruksiyalı olmaqla yanaşı, həm də orada əhalinin hə-
yat  fəaliyyətini  təmin  edəcək  sanitar-gigiyenik  şərait  yaradıl-
malıdır.  
Sığınacaqlar  hündürlüyü  2  m-dən  az  olmamaqla  inşa  olu-
naraq  əsas  və  qəza  çıxıntısaına  (əsas  girişlərin  dolması  halları 
üçün) malik olmalıdır. Sığınacağın döşəməsi qrunt sularının sə-
viyyəsindən  ən  azı  50  sm  hündürdə  yerləşməılidir.  Sülh  vaxtı 
sığınacaqlar  müxtəlif  təsərrüfat  ehtiyacları  üçün  istfadə  oluna 
bilər (şək. 19). 
Sığınacaqlar  mühafizə  xüsusiyyətlərinə,  tutumuna,  yerləş-
mə  məkanına,  hazırlanma  zamanına  və  süzücü  ventilyasiya 
avadanlıqları ilə təminatına görə təsnif olunur. Tutumuna görə 
sığınacaqlar kiçik tutumlu (150 nəfərədək), orta tutumlu (150-
450 nəfərlik) və böyük tutumlu (450 nəfərdən artıq) olur. Yer-
ləşmə məkanına görə sığınacaqlar bina konstruksiyasının zirzə-
misində və ya ayrıca inşa olunmuş ola bilər. Bina konstruksiya-
sının  zirzəmisində  olan  sığınacaqlar  daha  geniş  yayılmışdır. 
Hazırlanma  zamanına  görə  sığınacaqlar  sülh  zamanı  əvvəlcə-
dən  hazırlanmış  və  ya  düşmən  hücumunun  təhlükəsi  yaranar-
kən tez bir zamanda yaradılan sığınacaqlardır. Süzücü ventilya-
siya avadanlıqları olaraq həm sənaye şəraitində istehsal olunan 
vasitələrdən həm də əldə olan materiallardan haırlanmış vasitə-
lərdən istifadə olunur. Lakin hər iki halda süzücü ventilyasiya 
avadanlıqları havanı bütün zəhərli qarışıqlardan təmizləməli və 
qəbul  olumuş  normalara  uyğun  təmiz  havanın  verimini  təmin 
etməlidir. 
Süzücü ventilyasiya aqreqatları olaraq ВФА-49, ФВК-1 və 
ФВК-2 tətbiq olunur. Kənardan sığınacaq daxilinə verilən ha-
vanın  həcmi  tempraturdan  asılı  olaraq  hər  bir  adam  üçün  bir 
saatda təmiz ventilyasiya rejimində 7-20 m
3
, süzücü ventilyasi-
ya rejimində isə 2-8 m
3
 təşkil etməlidir. 


Yüklə 7,28 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə