Kitabın adı: Aqrar sahədə mülki müdafiə



Yüklə 7,28 Kb.
Pdf görüntüsü
səhifə15/39
tarix14.01.2018
ölçüsü7,28 Kb.
#20633
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   39

 
55 
şüalanması  nəticəsində  başdan-başa  yanğınlar  baş  verir,  küçə-
lərdə başdan-başa uçqunlar əmələ gəlir. 
Orta dərəcəli dağıntılar- 30 kPa-dan 20 kPa-dək izafı təz-
yiqin təsirinə məruz qalan sahələr orta dərəcəli dağıntılar zona-
sıdır.  Bu  zonanın  hüdudları  daxilindəki  binalar  orta  dərəcədə 
dağılır,  yeraltı  sığınacaqlar  və  şəbəkələr  salamat  qalır.  Küçə-
lərin müxtəlif yerlərində uçqunlar yarana bilər. İşıq şüalanması 
nəticəsində başdan-başa yanğınlar törəyir. 
Zəif dağıntılar zonası - 20 kPa-dan 10 kPa-dək izafi təzyiq 
təsir göstərən sahələrdə zəif dağıntılar baş verir. Bu zonada bi-
nalar  zəif  dağıntılara  məruz  qalır  (onların  qapı-pəncərələri, 
artırmaları, daxili arakəsmələri və s. dağılır). Küçələrdə tək-tək 
uçqunlar yaranır, işıq şüalanmasından tək-tək yanğınlar törəyir. 
Dağıntı  zonalarından  kənarda  (izafi  təzyiq  10  kPa-dan  az 
olan yerlərdə) zərbə dalğası mühafizə olunmamış adamlara təh-
lükə törətmir, binaları isə azacıq zədələyir (şüşələrin qırılması, 
pəncərə və qapı çərçivələrinin zədələnməsi və s.). 
 
3.3. Kimyəvi bakterioloji silahlar 
 
Kimyəvi silah kütləvi qırğın silahlarından biri olub zəhərlə-
yici maddələrə və onları tətbiq etmək üçün istifadə olunan vasi-
tələrə  deyilir.  Kimyəvi  silahın  əsasını  zəhərləyici  maddələr 
(ZM) təşkil edir. ZM- hərbi sənaye və xalq təsərrüfatı obyektlə-
rinə qoşunların, hərbiləşməmiş mülki müdafiə dəstələrinin şəx-
si  heyətlərini, fəhlələləri, qulluqçuları, əhalini  sıradan çıxaran, 
yaxud  onların  döyüş  və  əmək  fəaliyyətinin  zəifləməsinə,  hey-
vanların zədələnməsinə, habelə bitkilərin məhvinə səbəb ola bi-
lən xüsusi kimyəvi birləşmələrdən (zərərli maddələrdən) ibarət-
dir. 
Ümumilikdə,  kimyəvi  silahların  ən  vacib  xüsusiyyətləri 
aşağıdakılardır: 
-
 
maddi sərvətləri məhv etmədən canlı qüvvələri zədələ-
mək imkanı; ZM-in maddi sərvətlərə təsiri onların zəhərlənmə-


 
56 
si ilə məhdudlaşır ki, bu da onlardan istifadəni çətinləşdirir; 
-
 
geniş  sahələri  zəhərləmək  və  zədələyici  təsirinin  uzun 
olmaması; 
-
 
zəhərlənmənin  sürətlə  baş  verməsi  və  zədələnmənin 
ağır olması; 
-
 
istehsalının nisbətən ucuz başa gəlməsi. 
Hərbi  məqsədlərlə  bitkilərə  zəhərləyici  kimyəvi  maddələr 
də –  herbisid, defoliant və desikant  tətbiq edilə bilər ki, bunlar 
dənli bitki əkinlərinin, meşələrin, məhv olmasına, kənd təsərrü-
fatı heyvanlarının zəhərlənməsinə səbəb olur. 
Kimyəvi  silahlar  aşağıdakı  xüsusiyyətlərinə  görə  təsnif 
olunur: 

 
insan orqanizminə təsir xarakterinə görə

 
taktiki təyinatına görə; 

 
təsir tezliyinə görə; 

 
dayanıqlığına görə; 

 
tətbiq vasitələrinə görə. 
Taktiki cəhətdən kimyəvi silahlar 2 tipə bölünür: 
1.
 
Öldürücü 
(sinir-paralitik, 
dəri-deşici, 
ümumi 
zəhərləyici, boğucu təsirli). 
2.
 
Ziyanverici (Psixotrop maddələr və İrritantlar). 
Təsir sürətinə görə kimyəvi silahlar: 
a)  tez  (sinir-paralitik,  ümumi  zəhərləyici,  qıcıqlandırıcı  və 
bəzi psixotrop maddələr); 
 b) gec (dəri-deşici, boğucu təsirli və bir neçə növ psixotrop 
maddə) təsir edən maddələrə ayrılır. 
Təsir müddətinə görə kimyəvi silahlar: 
1.
 
uçucu dayanıqsız (təsiri dəqiqələrlə hesablanır); 
2.
 
dayanıqlı  maddələrə  (təsiri  bir  neçə  saatdan  bir  neçə 
həftəyə qədər) bölünür. 
 
3.4. Zəhərləyici maddələrin təsnifatı 
 
Məlum  olan  bütün  zəhərləyici  maddələr  orqanizmə  təsiri-


 
57 
nin  xarakterinə  görə  (toksikoloji  təsnifat),  döyüş  təyinatına  və 
ərazidə zəhərlənmənin davamlığına görə (taktiki təsnifat) qrup-
lara ayrılır. 
Bir  sıra  ölkələrin  cəbhəxanalarındakı  müasir  zəhərləyici 
maddələri toksikoloji təsnifata görə bu qruplara ayırmaq müm-
kündür cədvəl 3).  
Cədvəl 3  
Zəhərləyici maddələrin təsnifatı 
ZM-in qrupları 
ZM-in adları 
Sinir iflicedici təsiri 
(fosforlu üzvü) ZM 
V – qazlar 
zoman 
zarin 
Ümumzəhərləyici təsiri 
ZM 
Sianid turşusu 
Xlorsian 
Dəridə yaraçıxaran 
(rezobtiv təsiri) ZM 
Texniki (kükürdlü) iprit 
Saf iprit 
Azotlu iprit (trixlortrilamin) 
Lünzit 
Boğucu təsirli ZM 
Fosgen 
Difosgen 
Qıcıqlandırıcı təsirli ZM 
Adamsit 
Sİ-EC 
Psixokimyəvi təsirli ZM 
(psixotommimetrik maddələr) 
Bi-zet 
Psilosibin 
Tremorin 
Meskain 
Lizerkin turşusunun 
törəmələri və s. 
Göz yaşardıcı ZM 
Xlorasetoferon 
Brombenzilsianid 
Xlorpikin 
 
Sinir  iflicedici  zəhərləyici  maddələr  (ZM)  kimyəvi  struk-
turuna  görə  fosforlu  üzvü  maddədir  (FÜM).  Belə  maddələrə 
zarin, zoman və V
x
 - qazlar aiddir. 
Zarin  və  zoman  rəngsiz  (və  ya  sarımtıl  rəngli),  səciyyəvi 
iyli mayelərdir; bunların xüsusi çəkisi vahiddən bir qədər artıq-
dır  (1,02-1,1).  Bu  maddələr  üzvi  əridicilərdə,  o  cümlədən 
yağlarda və yağaoxşar maddələrdə yaxşı, suda isə zəif həll olu-


 
58 
nur, havada tez bir zamanda ölümcül konsentrasiyalı buxar tö-
rədir. Yay vaxtı ərazini maye damcıları zarin 8 saata, zoman isə 
bir  sutkaya  qədər  müddətə  zəhərləyə  bilər.  Zarinin  buxarları 
havadan  4,77  dəfə,  zomanınkı  isə  6,33  dəfə  ağırdır.  Zarinin 
ikinci  buludunun  zədələyici  təsiri  4-7  saatadək,  sinir  iflicedici 
ZM qrupuna aid digər maddələrinki isə onların bütün buxarlan-
ması  dövründə  davam  edir.  Suaxmazlarda  zarinin  zəhərləyici 
təsiri 25 sutkayadək, zomanınkı isə 2,5 ayadək qalır. 
V
x
 - qazı suda zəif, üzvi əridicilərdə, yanacaq, sürtgü mate-
riallarında  yaxşı  həll  olunan  rəngsiz  mayedir.  Rezin-texniki 
məmulatlara və böyük lak örtüklərə yaxşı hopur. 
Yavaş  buxarlandırıcı  üçün  (20°  C-də  10
-3
  mq/l)  ərazidə 
üzun müddət qalır. V
x
 - qazının kimyəvi adı fosforiltioxolinlər-
dir 
V
x
 - qazları, zoman, zarin davamlı ZM-dir.                                                                                                                               
Fosforlu  üzvü  ZM  (FÜZM)  tətbiq  edilərkən  zəhərlənmə 
adətən  maye  damcılarının  dərinin  səthinə  düşməsi  hallarında, 
yaxud  həmin  ZM-in  buxarları  tənəffus  yollarından  keçərkən 
baş verəcəkdir. 
Fosforlu  zəhərli  maddələrin  konsentrasiyası  5-10
-7
  mq/l-
dən  az  olan  hallarda  5-6  saat  müddətində  əleyhqazsız  qalmaq 
mümkündür. 
Ümümzəhərləyici  təsirli  ZM  əsasən  tənəffüs  üzvlərindən 
keçib  orqanizmin  ən  vacib  sistemlərinə  sürətlə  təsir  göstərən 
tezbuxarlanan  kimyəvi  birləşmələrdir.  Zəhərləyici  maddələrin 
bu qrupuna sianid turşusu və xlorsian aiddir. 
Xlorsian - kəskin iyli, sudan ağır rəngsiz mayedir.13°C-də 
qaynayır, mənfi 7°C-də bərkiyir. 20°C-də buxarların maksimal 
konsentrasiyası  3300  mq/l-dir.  Suda  məhdud  miqdarda  (7%), 
azotlu  üzvi  maddələrdə  (spirt,  efir),  yağ  və  lipoidlərdə  yaxşı 
həll olunur. 
Xlorsian  sianid  turşusundan  2-4  dəfə  az  zəhərlidir.  Qıcıq-
landırıcı  təsirə  malikdir.  İlk  qıcıqlandırma  konsentrasiyası 
0,0025  mq/l,  güclü  yaşaxma  və  bəbəklərin  spazmasma  səbəb 


Yüklə 7,28 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə